Məhkəmə qərarları › İş №2(103)-8296/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8296/2022

12.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8296/2022 12.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 fevral 2014-cü il tarixli, 2(011)-251/2014 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili X3 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(011)-251/2014 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh xx.xx.2012-ci il tarixli, 00668 saylı kredit müqaviləsinə əsasən 40972 ABŞ dolları əsas borc, 5738 ABŞ dolları faiz borcu, 1000 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 47710 ABŞ dolları borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və ödənilmiş 30 manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulması, Cavabdeh mülkiyyətində olan “Dodge Charger” markalı, ** GM *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin açıq hərracdan satılması, avtomobilin satışından əldə olunan vəsaitdən 47710 ABŞ dolları ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və ödənilmiş 30 manat dövlət rüsumunun Azərbaycan Beynəlxalq Bankı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh nümayəndəsi və vəkili X3 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(011)-251/2014 saylı qətnaməsindən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmamış hesab edilməsi barədə xx.xx.2022-ci ildə ərizə ilə məhkəməyə müraciət edərək, müddətin buraxılmamış hesab edilməklə, apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-251/2014 saylı qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 fevral 2014-cü il tarixli, 2(011)-251/2014 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili X2 verdiyi apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilərək, apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətini nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363-cü maddəsinin tələbinə cavab vermədiyi üçün geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 fevral 2014-cü il tarixli, 2(011)-251/2014 saylı qətnaməsindən 27 fevral 2015-ci il tarixdə apellyasiya şikayəti verərək, buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qeyd olunan məhkəmə qərarı yaşadığı ünvan üzrə ailə üzvlərinə rəsmi qaydada təqdim olunsa da, eyni ünvanda yaşamadığından, adı çəkilən məhkəmə qərarı barəsində məlumat almağı mümkün olmamışdır. Yalnız Xətai rayon icra şöbəsinin 2015-ci il 4 fevral tarixli avtomobilin qiymətləndirilməsinə dair məktubunu alan zaman adı çəkilən məhkəmə qərarı barədə məlumat almışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 mart 2015-ci il tarixli, 2(011)-251/2014 saylı qərardadı ilə müddətin bərpası barədə ərizə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 may 2015-ci il tarixli, 2(103)-3579/2015 saylı qərardadı ilə Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 mart 2015-ci il tarixli, 2(011)-251/2014 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 may 2015-ci il tarixli, 2(103)-3579/2015 saylı qərardadının olmasına baxmayaraq, Cavabdeh nümayəndəsi və vəkili X3 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(011)-251/2014 saylı qətnaməsindən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmamış hesab edilməsi barədə xx.xx.2022-ci ildə ərizə ilə yenidən məhkəməyə müraciət etmiş, məhkəmə xx.xx.2022-ci il tarixdə yuxarıda qeyd olunan məlum qərarı qəbul etmişdir. Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(011)-251/2014 saylı qətnaməsindən apellyasiya şikayətinin müddəti ötürülməklə verilmiş, onun müddət bərpası ilə bağlı 27 fevral 2015-ci il tarixli ərizəsi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 mart 2015-ci il tarixli, 2(011)-251/2014 saylı qərardadı ilə təmin edilməmiş, həmin qərardaddan verdiyi şikayət Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 may 2015-ci il tarixli, 2(103)-3579/2015 saylı qərardadı ilə təmin edilməmişdir. Kollegiya qeyd edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-251/2014 saylı qərardadı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(011)-251/2014 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiyanın mümkün hesab edilməsi üçün əsas ola bilməz. Belə ki, cavabdeh tərəfindən müddətin heç bir üzürlü səbəb olmadan ötürməsinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 mart 2015-ci il tarixli, 2(011)-251/2014 saylı qərardadı və həmin qərardadın dəyişdirilmədən saxlanılması barədə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 may 2015-ci il tarixli, 2(103)-3579/2015 saylı qərardadı ilə qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 363, 366, 400, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 fevral 2014-cü il tarixli, 2(011)-251/2014 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili X3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti mülki işlə birlikdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılsın. Cavabdehə izah edilsin ki, müddət bərpasının təmin edilməməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 may 2015-ci il tarixli, 2(103)-3579/2015 saylı qərardadını qanunla müəyyən edilmiş qaydada mübahisələndirə bilər. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar