Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8309/2020 17.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, ilkin iddia üzrə Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “qeyri-yaşayış sahəsindən çıxarılması tələbi”nə dair ilk və Cavabdeh İddiaçı MMC-yə qarşı “əmlak, icarə haqqı və qeyri-yaşayış sahəsinin dəyərinin əvəzinin ödənilməsi” barədə qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-268/20 saylı qərardadından ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “qeyri-yaşayış sahəsindən çıxarılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay 300 manat kirayə haqqı ödənilməklə və gələcəkdə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə (Qarabağ küçəsi) küçəsində yerləşən yüksəkmərtəbəli yaşayış binasında 52 kv.m sahədən ibarət tam təmirli mənzil ilə təmin edilməsi şərtilə ünvan 1 ünvanında yerləşən beşmərtəbəli binanın zirzəmisində 39,7 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsindən çıxarılmasına və Ə.Əlizadə küçəsində yerləşən yüksəkmərtəbəli yaşayış binasında 52 kv.m sahədən ibarət mənzil ilə təmin edilməsi şərtilə ünvan 1 ünvanında yerləşən beşmərtəbəli binanın zirzəmisində 39,7 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan “xxxxxxxx” MMC məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən beşmərtəbli binanın zirzəmisində 39,7 kv.m və 48,4 kv.m olmaqla ümumilikdə88.1 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ saxlanılmaqla, hər ay 450 manat məbləğində kirayə haqqı ödənilməklə və gələcəkdə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsində yerləşən yüksək mərtəbəli yaşayış binasında yarımzirzəmi formasında (39,7+48,4=88,1x20%=105,72) 105,72 kv.m sahədən ibarət qeyri yaşayış sahəsi ilə təmin edilməsi şərti ilə ünvan 1 ünvanında yerləşən beşmərtəbli binanın zirzəmisində 39,7 kv.m və 48,4 kv.m olmaqla ümumilikdə-88.1 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, Cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 4 mərtəbəli binanın yarımzirzəmisindəki 39,7 kvm və 48,4 kvm qeyri-yaşayş sahələrinin sökülməsi ilə əlaqədar Cavabdeh yeni tikiləcək binaların 1-ci mərtəbəsində sahibkarlıq fəaliyyətini davam etdirmək məqsədi ilə 700 kvm qeyri-yaşayış sahəsinin verilməsi, ona həmin qeyri-yaşayış sahəsinə çıxarış verilənə qədər hər ay 4500 manat məbləğində icarə haqqının verilməsi, ünvan 1 ünvanında qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin və qeyd etdiyi binanın həyətində olan torpaq sahələrində onun paylı mülkiyyətinin ədalətli bazar qiyməti ilə müəyyən edilərək dəyərinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə xx.xx.2020-ci il tarixli qarşılıqlı iddia ərizəsinin həcmini artırmağa dair ərizə təqdim edərək, cavabdeh “xxxxxxxx” MMC-dən 162.000 manat məbləğində maddi, 700.000 manat məbləğində mənəvi zərərin alınıb verilməsinə dari qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-268/20 saylı qərardadı ilə əmlakın dəyərinin və icarə haqqı məbləğinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-268/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ilk iddia ərizəsi tam, qarşılıqlı ərizəsi qismən təmin edilmişdir. Bundan sonra qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh şikayət verərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-268/20 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-268/2020 saylı qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-268/20 saylı qərardadından qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-268/2020 saylı qərardadının ləğv edilməsini və Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-268/20 saylı qərardadından verdiyi şikayətə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılır ki, sözügedən qərardad ünvan 1 ünvanında yerləşən, 39,7 kv.m və 48,4 kv.m olan qeyri-yaşayış sahələrinin qiymətləndirilməsi barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-268/20 saylı qərardadından xəbəri olmamış, o, bütün məhkəmə iclaslarında iştirak etməsinə baxmayaraq heç bir məhkəmə iclasında əmlakın qiymətləndirilməsi ilə əlaqədar qərardad məhkəmə iclasında ona elan olunmamışdır. Qeyd olunan qərardadı o, rəsmi olaraq poçt vasitəsilə xx.xx.2020-ci il tarixdə almışdır. Poçt vasitəsilə aldıqdan 5 gün sonra, yəni xx.xx.2020-ci il tarixdə həmin qərardaddan şikayət vermişdir. Əlavə olaraq əmlakların qiymətləndirilməsini məhkəmədən xahiş etmədiyindən ekspertiza xərclərinin də ona aidiyyatı olmadığını bildirmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-268/2020 saylı qərardadı ilə Cavabdeh şikayəti təmin olunmamış və mülki iş baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Apelyasiya baxışı zamanı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 267.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Həmin Məcəllənin 268.2-ci maddəsinə görə qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 258-ci maddəsində əsasən, iş üzrə icraatın dayandırılması və onun təzələnməsi barədə məhkəmə qərardad çıxarır. İş üzrə icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət verilə bilər. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericliyin yuxarıda sadalanan normalarının məzmunundan göründüyü kimi ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilməsi nəzərdə tutulmuşdur. Qanunvericilikdə icraatın dayandırılması barədə qərardaddan şikayət verilməsi nəzərdə tutulsa da ekspertizanın keçirilməsi barədə qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-268/20 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8309/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8309/2020
17.11.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver