Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-831/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X5 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi vəkil X3 iştirakları ilə, İddiaçı cavabdeh SOCAR "X17” Trestinə qarşı sağlamlığa vurulmuş zərərin əvəzi, maddi və mənəvi ziyanın tutulması tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-342/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: X2 cavabdeh SOCAR "X17” Trestinə qarşı, maraqlı şəxs İddiaçı cəlb edilməklə, sağlamlığa vurulmuş zərərin əvəzi, maddi və mənəvi ziyanın tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Daha sonra X8 və İddiaçı məhkəməyə vəsatətlə muraciət edərək, X6 əsl İddiaçı ilə əvəz edilməsini xahiş etmişlər. Məhkəmənin xx xxxxxxx 2018-ci il tarixli iclasında vəsatət təmin edilmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək, cavabdehdən İddiaçı əmək peşə xəstəliyi ilə əlaqədar 2016-cı ilin may ayından başlayaraq hər ay üçün 927 manat olmaqla 52 ay üçün cəmi 48204 manatın, 102227 manat məbləğində birdəfəlik sığorta pulunun və mənəvi ziyana görə 10000 manat məbləğində pulun, cəmi 160431 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində müəyyən olunmuşdur ki: AT-İ ******* №-li nömrəli əmək kitabçasına əsasən, İddiaçı xx xxxxxxx 1994-cü il tarixində ARDNŞ-nin Bayıl Limanı adına X18 İdarəsində (buidarə sonralar ləğv edildi) buruq avadanlıqlarının təmiri üzrə Xəzər dənizində yerləşən "Günəşli yatağında mövcud X19 Özüllərində çilingər peşəsinə təyin olunmuşdur. 1998-ci ilin avqust ayından həmin yataqda yerləşən 15 saylı DDSÖ-də qazma avadanlıqlarının istismarı üzrə çilingər peşəsində çalışmışdır. İdarə ləğv edilsə də, işçi heyyəti ilə, o cümlədən onunla, 2007-ci ildən təşkil olunmuş Cavabdeh tərəfindən əmək müqaviləsi bağlanmış və əmək fəaliyyətini həmin idarədə davam etmişdir (səh.31- 38); Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2019-cu il tarixli, **********2 saylı məktubuna əsasən, SOCAR-ın "X17” trestinin əməkdaşı İddiaçı 7 nömrəli Şəhər Poliklinikasının xx.xx.2016-cı il tarixli göndərişi (88 nömrəli forma) ilə xx.xx.2016-cı il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən müayinə edilmiş və beş il müddətinə peşə xəstəliyi səbəbindən ikinci dərəcə əlillik təyin edilmişdir. Əlilliyin səbəbi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin V.Y.Axundov adına METTPİ-nun peşə xəstəlikləri klinikasının xx xxxxxx 2016-cı il tarixli çıxarış epikrizi əsasında "peşə xəstəliyi” müəyyən edilmişdir. İddiaçı sağlamlığın peşə ilə əlaqədar pozulması barədə V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi-Profilaktika İnstitutu tərəfindən verilən tibbi rəyi təqdim etmiş və həmin rəy əsasında "peşə xəstəliyi” səbəbi ilə əlillik dərəcəsi müəyyən edilmişdir. Lakin işəgötürən müəssisə tərəfindən sorğu məktubu təqdim edilmədiyinə görə peşə əmək qabiliyyətinin itirilmə faizi müəyyən edilməmişdir; xx xxxxx 2011-ci il tarixli, 0175-11№-li müqaviləyə əsasən, “Sığortaçı” adlanacaq "xxxx” ASC-nin İdarə Heyətinin sədri X9 şəxsində, digər tərəfdən bundan sonra müqavilənin mətni üzrə “Sığortalı” adlanacaq "ARDNŞ-mn X17” Trestinin X4 şəxsində "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari sığorta müqaviləsi bağlamışlar (İİ cild, səh.40); "xxxx” ASC-nin xx xxxx 2016-cı il tarixli PHS-**********6 saylı məktuba əsasən, baş vermiş hadisə ilə əlaqədar "X17” tresti tərəfindən xx.xx.2015-ci il tarixində məktub daxil olmuşdur. Təqdim edilmiş sənədlər əsasında tam və hərtərəfli araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, V.Y.Axundov adına METTPİ peşə xəstəlikləri klinikasının xx.xx.2016-cı il tarixli xəstəlik tarixindən çıxarışına əsasən iddiaçı xx.xx.2016-xx.xx.2016-ci il tarixləri arasında klinikada fasiləsiz olaraq "hər iki diz oynağının İİİ dərəcəli qonartrozu” diaqnozu ilə müalicə olunmuşdur və xəstəliyin peşə mənşəli olduğu təsdiq olunmuşdur. xx.xx.2016-cı tarixində isə Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən sizə peşə xəstəliyi ilə bağlı İİ dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Lakin əlilliyin təyin olunması üçün əsas götürülmüş tibbi-sənədlərdə (V.Y.Axundov adına METTPİ peşə xəstəlikləri klinikasının xx.xx.2016-cı il tarixli xəstəlik tarixindən çıxarışı və xx.xx.2016-cı il tarixli Tibbi-Sosial Ekspert Komissiyasına göndəriş sənədi) peşə xəstəliyinin xx.xx.2009-cu il tarixində başladığı göstərilmişdir. "xxxx” ASC ilə "X17” tresti arasında imzalanmış 0175/11 nömrəli sığorta müqaviləsinə əsasən xx.xx.2011ci il tarixindən etibarən sığorta təminatına daxil edilmişdir. Bu isə xəstəliyin təminatda olduğu dövrdən əvvəl yarandığını deməyə əsas verir. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq "xxxx” ASC tərəfindən baş vermiş hadisəyə görə sığorta ödənişi həyata keçirilə bilməz. Əlavə olaraq qeyd edilmişdir ki, bu barədə "X17” trestinə sığorta ödənişinin verilməsindən imtina ilə bağlı məktub göndərilmişdir (İİ cild, səh.39); Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-5487/2016 saylı işi üzrə xx.xx.2016-cı il tarixli qərardadı ilə İddiaçı cavabdehlər SOCAR "X17” Trestinə və “X20” ASC-yə qarşı aylıq ödəncin, siğorta ödənişinin tutulması və s.” tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul edilmiş, mülki iş üzrə icraata xitam verilmişdir (İ cild, 102); Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-564/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı peşə xəstəsi kimi qeydiyyata götürmək və iş qabiliyyətinin itmə faizinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə sorğu məktubunun verilməsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "X17” trestinin üzərinə vəzifə kimi qoyulması qət edilmişdir (İ cild, səh.272). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-342/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239 maddəsinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların 1; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarına; "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77.1, 88, 119-cu maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı ərizəsində 1994-cü ildən etibarən ARDNŞ-nin Xəzər dənizində yerləşən «Günəşli» Yatağında mövcud X19 özüllərində neft və qaz quyularının çalışmışdır. Ağır iş şəraiti nəticəsində onda peşə xəstəliyi yaranmışdır. Peşə əmək qabiliyyətinin 50%-ni itimiş, İİ qrup əlillik dərəcəsi almışdır. Əmək qabiliyyətinin itirilməsi peşə xəstəliyi ilə əlaqədar olduğundan hazırda məhkəməyə müraciət edərək, ona xəstəliyi ilə əlaqədar ona birdəfəlik sığorta pulunun, onun gecikdirilməsinə görə faiz məbləğinin və mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir. İdiiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiasının əsası kimi peçə xəstəliyi nəticəsində əmək qabiliyyətinin 50 faizinin itirilməsini göstərmiş və bunun təsdiqi kimi iddia ərizəsinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2016-cı il arayışını əlavə etmişdir. Arayışda iddiaçının əmək qabiliyyətinin itirilmə dərəcəsi 50 faiz göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş X1 2.10-cu bəndində istehsalat zədəsi və ya peşə xəstəliyi ilə əlaqədar ilkin əlilliyi qiymətləndirilmə qaydası 2 formada - müəssisə tərəfindən verilən sorğu və ya məhkəmə qərarı əsasında müəyyən edilmiş və başqa forma nəzərdə tutulmamışdır. İşin mübahisəsiz halları ilə müəyyən edildi ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş arayış nə müəssisə tərəfindən verilmiş sorğu, nə də ki, məhkəmə qərarı əsasında verilmişdir. Bu hallara qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, sözügedən arayış mötəbər sübut hesab edilə bilməz və sübutlar siyahısından çıxarılmalıdır. iddiaçı tərəfindən cavabdehlərin təqsirli hərəkətlərinin təsirindən ona mənəvi zərərindəyməsi təsdiq edilmədiyindən, həmçinin əsas tələb üzrə iddia sübuta yetirilmədiyindən İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. İddiaçı apellyasiya şikayəti verərək, Apelyasiya şikayətim təmin olunaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 342/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbimin təmin olunması barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, əvvəlki iddiadan imtina etdiyini, cavabdehlə barışıq əldə edə bilmədiyini, "xxxx” ASC tərəfindən 67045.86 manat məbləğdə ona ödənişin edildiyini, lakin cavabdeh tərəfindən sığorta şirkətinə əmək haqqı barədə məlumatın düzgün verilməməsi səbəbindən fərqin üzə çıxdığını, az ödəniş edildiyini, hal-hazırda digər məhkəmə qətnaməsinin icra olunduğunu və peşə xəsətliyinin təsdiq olunduğunu, ona ödənilən məbləğin birdəfəlik sosial ödəniş olduğunu, mənəvi zərərə görə isə məhkəmələrə 5 ildən artıq müddətə müraicət edildiyi, sartıntılar keçirtdiyi üçün 10000 manat pul tələb etdiyini, məhkəmənin hüquqi sənədini mötəbər saymayaraq düzgün olmayan qərara gəldiyini bildirmiş və şikayətinin təmin edilməsini xahiş etmişdir. İddia ərizəsinin dəqiqləşdirilməsində qeyd edilmişdir ki, peşə xəstəliyinin qeydiyyata götürülməsi və iş qabiliyyətinin itirilmə faizinin müəyən edilməsi üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli 2(005)-564/2019 saylı Qətnaməsinin icrası başa çatdırılmış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyası xx.xx.2021-ci il tarixindən əlilliyinin peşə xəstəliyi səbəbindən olması və əmək qabiliyyətinin 50% itirilməsi barədə mövcud xx.xx.2016-cı il tarixli xxxxxxx0002 nömrəli Rəyin etibarlı olmasını təsdiq etmişdir. xx.xx.2021-ci il tarixində «xxxx« ASC tərəfindən 67045.86 manat birdəfəlik sosial ödənc ödənilmişdir. Nərimanov Rayon Məhkəməsinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli xxxxxxx0002 nömrəli Rəyini təqdim etmiş, lakin əlilliyinin peşə xəstəliyi nəticəsində olması və əmək qabiliyyətinin 50% itirilməsi barəsində olan həmin Rəy Bakı şəhər Nərimanov Rayon Məhkəməsi tərəfindən əsassız mülahizələr əsasında nəzərə alınmamışdır. Halbuki, iş üzrə cavabdeh olan SOCAR-ın Cavabdeh Əmri ilə 2015-cı ilin oktyabr ayından xəstəliyi ilə əlaqədar işdən azad olunmuş. Bu fakt, trestin baş mütəxəssislərindən ibarət daimi komissiyanın xx.xx.2020-ci il tarixində keçirilmiş iclasında uzun illər dənizdə zərərli sahələrdə ağır işlərdə çalışdığı etiraf edilərək peşə xəstəliyinə tutulma ehtimalının böyük olmasını bütün iştirakçıların çıxışlarında öz əksini tapmış və iclas protokolunun qərarı nəzərə alınaraq trestinin xx.xx.2020-ci il tarixli SOCAR**********00040020A00227 saylı müvafiq əmri olmuşdur. Uzun müddət əlil çəlikləri ilə, daimi ağrılarla və başqasının fiziki köməkliyi ilə zülm çəkərək (2016-cı ildən 2021-ci ilə kimi) getməli olmadığı idarələrə getməyinə cavabdehin qanunsuz hərəkətləri məcbur etmişdir. Nərimanov Rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-564/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Belə ki, hazırkı işə əlavə edilmiş xx.xx.2011-ci il tarixli 0175-11 saylı müqaviləni əsas tutaraq «xxxx» ASC-ya birdəfəlik sosial ödənişinin ödənilməsinə olan müraciəti təmin edilmişdir. Sığorta şirkəti ödənişi Nərimanov Rayon Məhkəməsinin möhtəbər qəbul etmədiyi əlillik sənədinə əsaslanaraq həyata keçirmişdir. Lakin ödənişdən sonra bəlli olan ziddiyyətli hal yenidən məhkəmə araşdırması zərurəti yaratmışdır. Belə ki, işə əlavə edilmiş trestin xx.xx.2019-cu il tarixli SOCAR**********30320410X00004 saylı arayışına əsasən illik əmək haqqı fondu 22243.88 manat olmuşdur. Ancaq Sığorta şirkəti ilə bağlanmış müqaviləyə əlavədə illik əmək haqqı fondu 14592 manat göstərilmişdir.Yaranmış fərqə görə birdəfəlik siğorta ödənişi 35158 manat azaldılmışdır. Ona görə də ödəniləcək birdəfəlik sosial ödəncdə yaranmış və ziyanına olan 35158 manat məbləğ də cavabdeh tərəfindən ona ödənilməsi zəruridir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və AR MPM-nin 53-cü maddəsini nəzərə alaraq, 2016-cı ilin may ayından başlaraq bu vaxta kimi hər ay orta aylıq əmək haqqı üzrə - 927 manat olmaqla 52 ay üçün cəmi 48204 manat ödənc, 35158 manat məbləğində ödənilməyən birdəfəlik sığorta ödənişi və mənəvi zərərə görə 10000 manat məbləğində pulun, cəmi 93362 manat məbləğində pulun tutularaq verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil X7 apellyasiya şikayətini qəbul etməyərək və etiraz təqdim edərək, bu işə baxılanda işəgötürənin sorğusu əsasında iddiaçı qeydiyyatdan keçməli, yoxlanılmalı olduğunu, qətnamənin icrası ilə əlaqədar məlumatının olmadığını, barışıqla bağlı razılığın olmadığını, iddianın dəqiqləşdirilməsi üzrə verilmiş tələbin mahiyyəti üzrə birinci instansiya məhkəməsində baxılan tələbə aidiyyatı olmadığını və artıq yeni tələb olduğunu bildirmiş və apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 80 -82, 88, 106.2, 115-119, 217.4, 220.5, 371, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsinin işdə olan və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında qəbul etdiyi qərar maddi və prosessual hüquq normalarına, iş üzrə müəyyən edilmiş həqiqi hallara (tərəflərin qarşılıqlı münasibətlərinə) uyğun olduğundan, iddiaçı iddianın əsasını təşkil edən sübutları təsdiq edən mötəbər sübutlar təqdim etmədiyindən, apellyasiya şikayətinin subyektiv mülahizə səciyyəli (mübahisələndirən) dəlillərinə münasibətdə qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Belə ki, iddiadan imtina edilməsi barədə ərizə verilməsə də onun müdafiəsindən imtina edilmiş və faktiki olaraq yeni münasibətlərdən irəli gələn tələblər iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə irəli sürülmüşdür. Diqqətə çatdırılmalıdır ki, apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid hissədə yeni tələblərin, yeni halların, yeni sübutların qəbul edilməsi yolverilməzliyi, habelə faktiki əsasların dəyişməsi hazırki mülki iş üzrə digər münasibətlərdən (mübahisələrdən) də irəli gələn yeni hallara qiymət verilməsini mümkün etmir. Qeyd edilənlərdən əlavə, iddia edilən məbləğin bir hissəsinin iş üzrə cavabdeh olmayan şəxs tərəfindən iddaçıya ödənilməsi hazırki iş üzrə cavabdehə qarşı məhkəmədən kənar mübahisənin həlli yönəmində imkanların tükənmədiyini müəyyən edir. İddaçıya izah edilməlidir ki, bu və digər mülki hüquq münasibətləri (mübahisələr) üzrə həll edilməyən məsələləri, məhkəmədən kənar həll etmək imkanı tükəndiyi təqdirdə, cavab verməli olan şəxslərin dəqiq siyahısını müəyyən etməklə əsaslandırılmış yeni tələblərin verilməsi istisna edilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-342/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-831/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-831/2021
22.02.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver