Məhkəmə qərarları › İş №2(103)-8312/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8312/2022

26.12.2022 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8312/2022 26.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1145/2021 saylı işi üzrə xx.xx.2022-ci il tarixli (müddət bərpaya dair) qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2(006)- 1145/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı Cavabdeh MMC tərəfindən İddiaçı cəmi 129,1 kv.m. mənzilin verilməsi və ya Cavabdeh MMC tərəfindən İddiaçı xeyrinə 180000 manat kompensasiya ödənilməsi barədə iddia tələbinin təmin edilməməsi, İddiaçı Cavabdeh xeyrinə hüquqi xidmət xərci 500 manat məbləğində pulun tutulması, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 300 manat İddiaçı tutulub "xxxx" MMC-nin hesabına köçürülməsi qət edilmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin qeyd olunan qətnaməsindən 09 mart 2022-ci il tarixində iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli qərardadından şikayət verilmiş və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 2(006)-1145/2021 saylı qərardadından verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli və 25 aprel 2022-ci il tarixli qərardadlarından şikayət verilərək qərardadların ləğv edilməsi və apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli qərardadı ilə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 şikayətinin təmin edilməsi, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli və 25 aprel 2022-ci il tarixli qərardadlarının ləğv edilməsi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 Nəsimi Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyun 2022-ci il tarixli, 2(103)- 4725/2022 saylı qərardadı ilə Nəsimi Rayon Məhkəməsinin 2(006)-1145/2021 nömrəli işi üzrə 09 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiyanın qeyri-mümkün hesab edilməsi və mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyun 2022-ci il tarixli, 2(103)-4725/2022 saylı qərardadından şikayət verilərək qərardadın ləğv edilməsi və işə apellyasiya məhkəməsində baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4670/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 iyun 2022-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən ərizə ilə məhkəməyə müraciət edilərək, apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi məhkəmədən xahiş edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1145/2021 saylı işi üzrə xx.xx.2022-ci il tarixli (müddət bərpaya dair) qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 «apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair» ərizəsinin təmin edilməsi, Bakı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2(006)- 1145/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayəti vermə müddətinin buraxılması üzrlü hesab edilərək bərpa edilmiş və apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1, 360-cı maddələrinə istinadən qeyd edilmişdir ki, iş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi 28 dekabr 2021-ci il tarixində İddiaçı rəsmi qaydada göndərilmişdir. O, həmin ünvanda yaşamadığından, zərf ünvana çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Həmçinin iddiaçının nümayəndəsi və vəkili Vəkil1 elektron kabinetinə yerləşdirilmişdir. Lakin sonradan məhkəmə tərəfindən müəyyən edilmişdir ki, məhkəmə qətnaməsi iddiaçının nümayəndəsi və vəkili Vəkil1 elektron kabinetinə yerləşdirilərkən iş materiallarında olan etibarnamənin etibarlılıq müddəti bitmişdir. (etibarnamənin müddətinin bitməsindən sonra qətnamə elektron kabinetə yüklənmişdir). Daha sonra sözügedən qətnamə 07 fevral 2022-ci il tarixində iddiaçının digər nümayəndəsi Nümayəndə1 rəsmi qaydada təqdim edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən apellyasiya şikayəti verilmiş, lakin həmin şikayət prosessual müddətin bərpasına dair ərizə təqdim edilmədən verildiyinə görə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərardadı ilə geri qaytarılmışdır. Nəticədə apellyasiya şikayəti vermək üçün müəyyən edilmiş müddət iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən üzrlü səbəbdən ötürülmüşdür. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.3, 133.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 09 dekabr 2021-ci il tarixli qətnaməsi xx.xx.2021-ci ildə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 elektron kabinetinə yerləşdirildiyindən MPM-in 135.5 və 135.6-cı maddələrinə əsasən xx.xx.2021-ci ildə iddiaçıya rəsmi qaydada verilmiş hesab edilməlidir. İddiaçı 09 dekabr 2021-ci il tarixdə qəbul edilmiş qətnamədən 4 ay sonra apellyasiya şikayəti vermişdir. Məhkəmə öz qərardadında hər hansı üzürlü səbəbə istinad etməmişdir. Xüsusi ilə məhkəmənin nəzərinə çatdırmağı zəruri hesab edir ki, iddiaçının oğlu Nümayəndə1 qətnamə elan edilərkən məhkəmə iclas zalında olmuş, iddianın rədd edilməsindən bilavasitə məlumatlı olmuşdur. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1145/2021 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 128- 133, 135, 146, 357, 360, 385.2, 387.1, 395, 397-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, prosessual qanunvericiliyin mahiyyətinə aid olmayan formal mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Prosessual müddətlərin müəyyən edilməsi və hesablanması zamanı dəqiq təqvim tarixi ilə və hərəkətin edilə biləcəyi vaxt dövrü sənədlərin dövriyyəsi nəzərə alınmaqla hər ötürülmüş günün səbəblərinin müzakirəsi prosessual-hüquqi əhəmiyyət kəsb edir. Bu baxımdan qeyd edilməlidir ki, buraxılmış müddətin bərpası ilə bağlı qətnamə İddiaçı rəsmi qaydada göndərilmiş, həmin ünvanda yaşamadığından, zərf ünvana çatdırılmadan məhkəməyə geri qaytarılmış, etibarnamənin müddəti bitmiş nümayəndəsinin elektron kabinetə yüklənmiş qətnamə 07 fevral 2022-ci il tarixində iddiaçının digər nümayəndəsi Nümayəndə1 rəsmi qaydada təqdim edilmiş və apellyasiya şikayəti (bayram gününə təsadüf edən qeyri-iş günündən sonra) xx.xx.2022-ci il tarixdə verilmişdir (ı cild. iş səh.5,6,198, 202-205). Qeyd edilməlidir ki, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktlarının qanuniliyinin və əsaslılığın yoxlayır ki, bu baxımdan da təftiş edilən qərardadın qüsurlu olması müəyyən edilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 397, 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1145/2021 saylı işi üzrə xx.xx.2022-ci il tarixli (müddət bərpaya dair) qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar