Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8313/2022 20.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına qarşı “işə bərpa barədə” iddiasına dair mülki işin ərazi aidiyyəti ilə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığının həll edilməsi barədə Nəsimi Rayon Məhkəməsinin müraciətinə baxaraq müəyyən etdi: İddia ərizəsində cavabdeh kimi Müdafiə Nazirliyi göstərilib, cavabdehin hüquqi ünvanı Səbail rayonuna aid olduğun görə iddia ərizəsi ərazi aidiyyəti qaydalarına uyğun olaraq Səbail RM-nə verilib. Həmin məhkəmə Müdafiə Nazirliyini əsl cavabdehlə - Müdafə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası ilə əvəz edib və poliklinikanın hüquqi ünvanı Nəsimi rayonuna aid olduğuna görə işi baxılması üşün Nəsimi RM-nə göndərib. Nəsimi RM bununla razılaşmayıb və ərazi aidiyyəti ilə bağlı məhkəmələr arasındakı fikir ayrılığının həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə həmin müraciətlə əlaqədar aşağıdakıları qeyd edir: Səbail RM əsl olmayan cavabdehi (Müdafiə Nazirliyini) əsl cavabdeh (Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası) ilə əvəz etdikdən sonra mülki işi Nəsimi RM-nə göndərməli deyildi. Çünki Mülki-Prosessual Məcəllənin 44.1-ci maddəsinə görə, aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. İddia ərizəsi Səbail RM-nin icraatına aidiyyət qaydaların əməl edilməklə qəbul edilib. Sonradan, yəni əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsindən sonra iş Nəsimi RM-nə aid olsa da, 44.1-ci maddənin tələbinə görə mahiyyəti üzrə Səbail RM-də həll edilməlidir. Odur ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Səbail RM-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 45.4-cü maddəsinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Mülki iş baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8313/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8313/2022
20.12.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver