Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8318/2020 20.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçı Arif qızı, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh 56 saylı Körpələr X9rşı “işə bərpa, əmrin ləğv edilməsi və məcburi işburaxma üçün əmək haqqının ödənilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2864/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı cavabdeh 56 saylı Körpələr X9rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh 56 saylı Körpələr X14 tərəfindən verilmiş “İşçinin işdən azad edilməsi” barədə 1 saylı, xx.xx.2020-ci il tarixli əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə işə bərpa olunaraq məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2012-ci ildə Bakı Şəhəri İcra Hakimiyyətinin Bakı şəhəri X2 və X12nə məxsus 56 saylı körpələr X11 dayə kimi əmək fəalyyətinə başlamışdır. O işlədiyi müddət ərzində əmək müqaviləsi ilə öz üzərinə götürdüyü öhdəliklərini tam icra etmiş, rəhbərlik tərəfindən əmək fəaliyyəti müsbət qiymətləndirilmiş və xx.xx.2013-cü il tarixli, N25 saylı əmri ilə tərbiyəçi vəzifəsinə təyin edilmişdir. İddiaçı işlədiyi müddətdə körpələrə göstərdiyi diqqət və qayğı daim müdiriyyət tərəfindən müsbət qiymətləndirilmiş və fasiləsiz olaraq xx.xx.2020-ci il tarixinə kimi o öz peşəsini layiqincə icra etmişdir. Sonradan işlədiyi körpələr evinin müdiriyyəti Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən dəyişdirilmiş və körpələr evinə yeni müdir təyin edilmişdir. Yeni müdir təyin olunandan bir müddət sonra iddiaçını yanına çağıraraq bildirmişdir ki, guya onun analıq məzuniyyətində olan başqa bir işçinin vəzifəsini müvəqqəti icra etdiyini və həmin işçi işə çıxacağı üçün iddiaçının ərizə yazıb işdən ayrılmağını tələb etmişdir. İddiaçı bunun cəfəngiyat olduğunu, onun əmək müqaviləsi və müvafiq əmrlə vəzifəyə təyin olunduğunu, əmək kitabçasında da bu cür qeyd olunduğunu bildirsə də, onunla razılaşmadan ərizə yazıb işdən ayrılmağını tələb etmişdir. İddiaçı analıq məzuniyyətinin 7 il ola bilməyəcəyini və olsa belə müvafiq əmrdə bu barədə göstərilməli olduğunu qeyd etmişdir. Bir neçə gün keçdikdən sonra kadrlar onu işə buraxmamış müdiriyyət tərəfindən işdən azad edildiyini bildirmişdirlər. O, müvafiq ərizə yazmadan işdən necə çıxarıldığını soruşanda isə ona heç bir cavab verilməmişdir. İddiaçı hüquqlarının müdafiəsi ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyinə müvafiq ərizə ilə müraciət edərək, müvafiq araşdırılma aparılmasını tələb etmişdir. Müfəttişlik tərəfindən müvafiq araşdırılma aparılmış və 56 saylı Körpələr X10 müdiriyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrinə uyğun olaraq İnzibati Xəta haqqında Protokol tərtib edilmişdir. Körpələr evinin müdiriyyəti barəsində olan inzibati xəta ilə razılaşmış müvafiq cəriməni dövlət büdcəsinə ödəmişdir. Dövlət Əmək Müfəttişliyinin müvafiq qərarı xx.xx.2020-ci il tarixində iddiaçının ünvanına rəsmi olaraq göndərilmişdir. İddiaçı Dövlət Əmək Müfəttişliyinin işə bərpa səlahiyyəti Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə ləğv edildiyindən işdən azad edilməyə dair xx.xx.2020-ci il tarixli, 01 nömrəli əmrin ləğv edilməsi üçün məhkəməyə müraciət etmək zərurətinin yarandığını qeyd etmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2864/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, 56 saylı Körpələr X14 tərəfindən verilmiş İddiaçı “İşçinin işdən azad edilməsi” barədə 1 saylı, xx.xx.2020-ci il tarixli əmrinin ləğv edilməsi, İddiaçı 56 saylı Körpələr X11 tərbiyəçi vəzifəsinə bərpa edilməsi, xx.xx.2020-ci il tarixindən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2864/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkəmə işin faktiki hallarını və sübutları düzgün qiymətləndirilməmişdir. Sübutlar düzgün qiymətləndirilmədiyi səbəbindən məhkəmə tərtib edilməli olmayan hüquq normalarını tətbiq etməklə əsassız qətnamə qəbul etmişdir. Məhkəmə qətnamə çıxararkən həm MPM-nin normalarını, həm də Əmək Məcəllənin normalarını düzgün tətbiq etməmiş, AR KM-nin qərarların mahiyətinə zidd qərar qəbul etməklə, qətnamədə cavabdehin əsaslandırılmış formada, istinad etdiyi (sübutlara) dəlillərə, hər hansı bir formada münasibət bildirməmişdir. Məhkəmə nəzərə almamışdır ki, cavabdeh Məhkəmənin ləğv etdiyi 01 saylı əmri xx.xx.2020-ci il tarixdə özünün 07 saylı əmri ilə dəyişdirmişdir. Məhkəmə cavabdehin 07 saylı əmrində istinad olunmuş qanun normaların tələblərini nəzərə almamışdır. İş materiallarına əlavə edilmək üçün təqdim olunmuş aşağıdakı əmrlər (sübutlar) Məhkəmə tərəfindən nəzərə alınmamışdır. Əslində Məhkəmə faktlar əsasında qərar qəbul etməmişdir. “56 saylı körpələr evi - uşaq bağçası”nın xx.xx.2012-ci il tarixli 30 nömrəli əmri əsasında, iddiaçının xx.xx.2012-ci il tarixindən iddiaçının ərizəsi və müdirin sərəncamı əsasında 0,5 şt. vahidində dayə, 0,5 şt kastelyarşa vəzifəsinə işə qəbul olunması və onunla əmək müqaviləsinin bağlanılması müəyyən edilir. “56 saylı körpələr evi - uşaq bağçası”nın xx.xx.2013-cü il tarixli 20 nömrəli əmri əsasında “tərbiyəçi” Allahverdiyeva Leyla Əli qızı xx.xx.2013-cü il tarixindən xx.xx.2013-cü il tarixinə kimi analıq məzuniyyətinə buraxılmışdır. “56 saylı körpələr evi - uşaq bağçası”nın xx.xx.2013-cü il tarixli 25 nömrəli əmri əsasında iddiaçı tərbiyəçi Allahverdiyeva Leyla Əli qızı analıq məzuniyyətinə çıxması, Bakı Şəhər X2 və X8 rəisi Eldar Yunusov cənabının razılığı, İddiaçı orta ixtisas diplomunun surəti və ərizəsi əsasında xx.xx.2013-cü il tarixindən analıq məzuniyyəti yerinə tərbiyəçi vəzifəsinə keçirilmiş, 1 şt vahidində işləmiş sayılmışdır. “56 saylı körpələr evi - uşaq bağçası”nın xx.xx.2020-ci il tarixli 02 nömrəli əmri əsasında analıq məzuniyyətdə olmuş “tərbiyəçi” işdə hesab edilmiş, Uşaq bağçasının tərbiyəçisi Allahverdiyeva Leyla Əli qızı xx.xx.2020-ci il tarixdən sosial məzuniyyəti bitdiyi üçün öz tərbiyəçi işinə qayıdıb və işdə hesab edilmişdir. “56 saylı körpələr evi - uşaq bağçası”nın xx.xx.2020-ci il tarixli 01 nömrəli əmrində iddiaçının işdən azad olunması ilə əlaqədar qeyd edilmişdir ki, “İddiaçı bağçanın tərbiyəçisi xx.xx.2013-cü il tarixində sosial məzuniyyət yerinə işə qəbul edilmiş, xx.xx.2020-ci il tarixində sosial məzuniyyət bitdiyi üçün işdən azad edilir. Onunla bağlanmış Ə.M-si maddə 68.3 bəndinə əsasən ləğv edilir.” Eyni zamanda Məhkəmə Kollegiyası nəzərə almalıdır ki, əmək müqavilələrin elektron informasiya sistemində gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi AR NK-nin xx xxxx 2014-cü il tarixli 183 nömrəli qərarı ilə tənzimlənməyə başlanmışdır. Bu baxımdan iddiaçı 2012-ci ildə yarım ştat dayə vəzifəsində işə qəbul edildiyini etiraf etdiyi halda, və bu fakt əmrlərlə sübut olunduğu halda, elektron sistemə keçmiş rəhbərliyin səhvi, yaxud başqa səbəbdən məlumatın düzgün olmayan formada sistemdə sonradan yerləşdirilməsi rəsmi əmrlərlə inkar olunur. Bu əmr xx.xx.2020-ci il tarixli 07 saylı əmr ilə dəyişdirilməsinə baxmayaraq, Məhkəmə bu faktı (sübutu) nəzərə almamışdır. Qeyd olunanlar “56 saylı körpələr evi - uşaq bağçası”nın xx.xx.2020-ci il tarixli 07 saylı əmrində öz əksini tapmasına baxmayaraq, iddiaçının sosial məzuniyyətdə olan işçinin məzuniyyətdə olduğu dövrdə, onun tərbiyəçi vəzifəsini icra etmək faktı rəsmi işə götürmə və məzuniyyət əmrləri ilə sübut olunmasına baxmayaraq, Nərimanov Rayon Məhkəməsinin hakimi Aytən Novruzova sosial məzuniyyət yerində işləmiş, İddiaçı Məhkəmənin xx.xx.2020-ci il tarixli 2(005)-2864/20 saylı qətnaməsi ilə işə bərpa etmişdir. Məhkəmə nəzərə almamışdır ki, ƏM-nin 47-ci maddənin “a” bəndi bu məsələyə tam aydınlıq gətirir. Hakim qanunu düzgün tətbiq etməmişdir. Eyni zamanda sosial məzuniyyətdən işə qayıdan işçinin hansı əsasla əvvəlki vəzifəsinə işə qəbul etməməsinə aydınlıq gətirməmişdir. Qanunvericilikdə ananın sosial və analıq məzuniyyəti dövründə dünyaya yeni uşaqlar (3 uşaq olmaqla) gətirməsi məhdudlaşdırmadığı üçün, işçi 7 il müddətində analıq və sosial məzuniyyətdə olmuşdur. Belə olan halda hakim qanunu düzgün tətbiq etməmişdir. (Hər üç uşağın doğum haqqında şəhadətnamələrin surətləri və əmrlərin surətləri Məhkəməyə təqdim olunub). “56 saylı körpələr evi - uşaq bağçası”nın əmri əsasında, xx.xx.2013-cü il tarixdən sosial məzuniyyət yerinə (tərbiyəçi vəzifəsinə) işə qəbul edilmiş İddiaçı (Məhkəmədə iddiaçı olmuş şəxs), tərbiyəçi L.Ə.Allahverdiyeva sosial məzuniyyət müddəti bitdikdən sonra işçi işə çıxdığı üçün, xx.xx.2020-ci il tarixdə 01 saylı əmrlə işdən azad edilmişdir. Qeyd olunan məzmunda 01 saylı əmrdə texniki səhvə yol verilərək, AR Əmək Məcəlləsinin 68-ci maddəsi deyil, səhvən 69.3-cü bəndinə istinad edilmişdir. İddiaçı əmək kitabçası təqdim edilməklə, son əmək haqqı onun kartına köçürülmüşdür. “56 saylı körpələr evi - uşaq bağçası”nın 01 saylı əmrində yol verilmiş texniki səhv bağçanın xx.xx.2020-ci il tarixli 07 saylı əmri ilə dəyişdirilərək, əmr ƏM-nin 68-ci maddənin 2-ci hissənin “b” bəndinə uyğun rəsmiləşdirilmiş və müvafiq hərəkətlərin edilməsi istiqamətində tədbirlərin görülməsi əmrdə öz əksini tapmışdır. “01 saylı əmrin dəyişdirilməsi haqqında” xx.xx.2020-ci il tarixli 07 saylı əmrdə qeyd olunur ki, “xx xxxxxx 2020-ci il tarixdə bağçanın tərbiyəçisi vəzifəsində çalışmış İddiaçın işdən azad olunması barədə 01 saylı əmr verilmişdir. Əmrin verilməsi üçün əsas olaraq “sosial məzuniyyətdən” qayıdan Allahverdiyeva Leylanın işə çıxması göstərilmiş, lakin texniki səhvə yol verilərək əmrdə AR Əmək Məcəlləsinin 69.3-cü bəndinə istinad olunmuşdur. Əslində əmrdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə istinad olunmalı olduğu halda, əmrdə texniki səhvə yol verilmişdir. Eyni zamanda xx.xx.2020-ci il tarixdə 2 (iki) saylı əmr əsasında L.Ə.Allahverdiyevanın sosial məzuniyyətdə olma müddəti bitdiyi üçün, öz tərbiyəçi işinə qayıdıb, işdə hesab edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMXnin Bakı Şəhər Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********9 nömrəli məktubunda və Bakı Şəhər X2 və X8 xx xxxx 2020-ci il tarixli 10-532/010 saylı məktub və sair araşdırmalar əsasında müəyyən olunmuşdur ki, “56 saylı körpələr evi - uşaq bağçası”nın xx xxxxxx 2013-cü il tarixli 20 saylı əmri (müdir L.Məmmədova) əsasında bağçanın tərbiyəçisi Allahverdiyeva Leyla Əli qızı xx xxxxxx 2013-cü il tarixdən xx.xx.2013-cü il tarixə qədər analıq məzuniyyətinə buraxılmış, “56 saylı körpələr evin - uşaq bağçası” xx xxxxxxxx 2013-cü il tarixli 25 saylı əmri əsasında İddiaçı xx xxxxxxxx 2013-cü il tarixdən analıq məzuniyyəti yerinə tərbiyəçi vəzifəsinə keçirilmiş, “56 saylı körpələr evi - uşaq bağçası”nın xx xxxxxx 2014-cü il tarixli 03 saylı əmri (müdir L.Məmmədova) əsasında bağçanın tərbiyəçisi L.Ə.Allahverdiyeva uşağa üç yaşına qədər qulluq etməsi ilə əlaqədar qismən ödənişli məzuniyyətə buraxılmış, “56 saylı körpələr evi - uşaq bağçası”nın xx xxxxxx 2015-ci il tarixli 33 nömrəli əmri (müdir L.Məmmədova) əsasında bağçanın tərbiyəçisi L.Ə.Allahverdiyeva analıq məzuniyyətə buraxılmış, “56 saylı körpələr evi - uşaq bağçası”nın xx.xx.2017-ci il tarixli 15 saylı əmri əsasında bağçanın tərbiyəçisi L.Ə.Allahverdiyeva analıq məzuniyyətinə buraxılmış,“56 saylı körpələr evi - uşaq bağçası”nın xx xxxxxxxx 2017-ci il tarixli 21 saylı əmri (müdir L.Məmmədova) əsasında bağçanın tərbiyəçisi L.Ə.Allahverdiyeva xx.xx.2020-ci il tarixinə qədər qismən ödənişli sosial məzuniyyətə buraxılmışdır. Allahverdiyeva Leyla Əli qızı “sosial məzuniyyətdən” əvvəl işlədiyi tərbiyəçi (vəzifəsinə) işinə qayıtdığı üçün, İddiaçı ilə tərbiyəçi işi ilə əlaqədar bağlanmış əmək müqaviləsinin müddəti bitdiyi üçün, onunla əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddənin 2-ci hissənin “b” bəndinə əsasən “əmək müqaviləsinin müddətinin qurtarması”na görə xitam verilməli olmasını nəzərə alaraq, aşağıdakı məzmunda 07 saylı əmr rəsmiləşdirilmişdir. Məhkəmə Kollegiyası nəzərə almalıdır ki, “56 saylı körpələr evi - uşaq bağçası”nda dayə vəzifəsində işləmiş İddiaçı öz razılığı ilə xx xxxxxxxx 2013-cü il tarixdən etibarən analıq məzuniyyəti yerinə - tərbiyəçi vəzifəsinə keçirilmişdir. Qeyd olunan təyinat ilə əlaqədar “X6” xx.xx.2013-cü il tarixdə elektron informasiya sistemində yerləşdirilmişdir. X5 Sistemi 2014-cü ildən sonra tətbiq olunmuşdur. Məhz bu səbəbdən iddiaçının işə qəbul edilməsinə dair 2012-ci il tarixli müqavilə sistemdə yanlış formada yerləşdirilib. Əslində iddiaçı özü etiraf edir ki, 2012-ci ildə dayə vəzifəsində çalışıb. “56 saylı körpələr evi - uşaq bağçası”nın əmri əsasında “56 saylı körpələr evi uşaq bağçası”nın tərbiyəçisi Allahverdiyeva Leyla Əli qızı xx xxxxxx 2020-ci il tarixdə sosial məzuniyyəti bitdiyi üçün, öz tərbiyəçi işinə qayıdıb və həmin tarixdən etibarən işdə hesab edilmişdir. Uşaq bağçasının xx xxxxxx 2020-ci il tarixli digər əmri əsasında xx.xx.2013-cü il tarixdən etibarən sosial məzuniyyət yerinə tərbiyəçi vəzifəsinə işə qəbul edilmiş, İddiaçı – sosial məzuniyyətdə olmuş işçi işə qayıtdığı üçün, xx.xx.2020-ci il tarixdən etibarən onunla bağlanmış “əmək müqaviləsi” xitam edilmişdir. Qeyd olunan əmr rəsmiləşdirilərkən texniki səhvə yol verilərək, AR ƏM-nin 69.3 bəndi ilə müqaviləyə xitam verilmişdir. “X6” xx.xx.2020-ci il tarixdə elektron informasiya sistemində qeydə alınmışdır. Bu yanlışlıq və texniki səhv “56 saylı körpələr evi - uşaq bağçası”nın xx.xx.2020-ci il tarixli 07 saylı əmri ilə aradan qaldırılmasına baxmayaraq – Məhkəmə 07 saylı əmri nəzərə almadan qanunsuz qərar qəbul edilmişdir. Vətəndaş İddiaçı şikayəti əsasında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən müvafiq araşdırma aparılaraq, yol verilmiş nöqsanlara görə, yəni yekun əmək haqqı iddiaçıya gec köçürüldüyü səbəbindən, “56 saylı körpələr evi - uşaq bağçası”nın müdiri inzibati məsuliyyətə cəlb edilməklə, cərimə edilmişdir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı 2012-ci ildə bağçada yarım ştat vahidində dayə vəzifəsinə işə qəbul edilib. 2013-cü ildə tərbiyəçi vəzifəsində işləmiş Allahverdiyeva Leyla analıq məzuniyyətinə buraxılmış və iddiaçı analıq məzuniyyəti yerinə öz razılığı ilə tərbiyəçi vəzifəsinə işə keçirilmişdir. Məhkəmə nəzərə almamışdır ki, analıq məzuniyyətin yerinə işə götürülmüş iddiaçının 5 ildən çox işləməsi (bax. ƏM md.47,73 və s.) əsas vermir ki, analıq məzuniyyətindən sonra işə qayıdan işçini müəssisə rəhbərliyi işə qəbul etməsin. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izhahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Kollegiya iclasında iştirak edən İddiaçı cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş AZE seriyalı, ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1982-ci il tarixdə Qəbələr rayonu, Vəndam qəsəbəsində anadan olmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır; İddiaçı ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.2004-cü il tarixdə 12 nömrəli əmr ilə Qəbələ rayonu C.Yusifov adına X7 dərnək rəhbəri vəzifəsinə təyin edilmiş, xx.xx.2008-ci il tarixdə 175 nömrəli əmr ilə Qəbələ rayonu C.Yusifov adına X3 dərnək rəhbəri vəzifəsindən azad edilmiş, xx.xx.2012-ci il tarixdə 30 nömrəli əmrlə 56 saylı Körpələr X11 dayə vəzifəsinə qəbul olunaraq onunla əmək müqaviləsi bağlanmış, xx.xx.2013-cü il tarixdə 25 nömrəli əmrlə xx.xx.2013-cü il tarixdən tərbiyəçi vəzifəsinə keçirilərək onunla əmək müqaviləsi təzələnmiş, xx.xx.2020-ci il tarixdə 01 nömrəli əmr ilə 56 saylı Körpələr X10 tərbiyəçisi ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.3-cü maddəsinə əsasən (Əmək Məcəlləsində qeyd olunan norma mövcud deyil) ləğv edilmişdir; İş materiallarına əlavə edilən iddiaçı tərəfindən məhkəmə iclasında təqdim edilən Nərimanov rayon 56 saylı Körpələr X14 (işəgötürən) ilə İddiaçı (işçi) arasında xx.xx.2012-ci il tarixdə bağlanmış əmək müqaviləsinin (kontraktın) nümunəvi formasının surətinə əsasən Mikayıllı X4 rayonu 56 nömrəli Körpələr evi-uşaq Bağçasının tərbiyəçisi vəzifəsinə işə qəbul edilmişdir; Nərimanov rayonu 56 saylı körpələr X10 xx.xx.2013-cü il tarixli, 20 saylı əmrindən görünür ki, Allahverdiyeva Leyla Əli qızı xx.xx.2013-cü il tarixindən xx.xx.2013-cü il tarixinə kimi analıq məzuniyyətinə buraxılmışdır; Nərimanov rayonu 56 saylı körpələr X10 xx.xx.2013-cü il tarixli, 25 saylı əmrindən görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixdən analıq məzuniyyəti yerinə tərbiyəçi vəzifəsinə keçirilərək, 1 ştat işləmiş sayılmışdır; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sisteminin xx.xx.2020-ci il tarixli, 936097bb-f70e420d-94de-a33c6cf60c82 saylı “İş yerinə dair arayışı”nın surətindən görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən müddətsiz olaraq, hər ay 360 (üç yüz altmış) manat əmək haqqı ödənilməklə 56 saylı Körpələr X10 tərbiyəçisi vəzifəsində çalışır; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinin xx.xx.2020-ci il tarixli İddiaçı ünvanlanmış cavab məktubunun surətinə əsasən İddiaçı bildirilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin Bakı şəhər X2 və X8 rəhbərliyi tərəfindən təqdim edilən sənədlərdən və onun xx.xx.2020-ci il tarixində təqdim etdiyi izahatdan məlum olmuşdur ki, İddiaçı öz xahişi ilə işdən azad olunmağını əmək qanunvericiliyinin tələbləri pozularaq AR ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər) xitam verilmiş, həmçinin son haqq-hesabı sonuncu iş günü ödənilməmişdir. Bu səbəbdən də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrinə uyğun olaraq 56 saylı Körpələr Evi-Uşaq Bağçasının rəhbərinə xx.xx.2020-ci il tarixli, MN ******* saylı İnzibati xəta haqqında Protokol tərtib edilmişdir. İddiaçı razılaşmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir; Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhər X2 və X8 xx.xx.2020-ci il tarixli, 07 saylı “56 saylı körpələr evi-uşaq bağçasının xx.xx.2020-ci il tarixli, 01 saylı əmrin dəyişdirilməsi haqqında” əmrinin surətindən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə bağçanın tərbiyəçisi vəzifəsində çalışmış İddiaçı işdən azad olunması barədə 01 saylı əmr verilmişdir. Əmrin verilməsi üçün əsas olaraq “sosial məzuniyyətdən” qayıdan Allahverdiyeva Leylanın işə çıxması göstərilmiş, lakin texniki səhvə yol verilərək əmrdə AR Əmək Məcəlləsinin 69.3-cü bəndinə istinad olunmuşdur. Əslində əmrdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə istinad olunmalı olduğu halda, əmrdə texniki səhvə yol verilmişdir. Eyni zamanda xx.xx.2020-ci il tarixdə 2 (iki) saylı əmr əsasında L.Ə.Allahverdiyevanın sosial məzuniyyətdə olma müddəti bitdiyi üçün, öz tərbiyəçi işinə qayıdıb, işdə hesab edilmişdir. Göstərilənləri nəzərə alaraq, 56 saylı körpələr evi-uşaq bağçası”nın tərbiyəçisi İddiaçı işdən azad olunmasl barədə “xx.xx.2020-ci il tarixli, 01 saylı əmri” dəyişdirilərək, “İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xx xxxxxx 2020-ci il tarixdən etibarən AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissənin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmiş, müddətli əmək müqaviləsinin xitam verilməsi əsasları barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqavilələrin bildirişi sistemində - əmək müqaviləsinə xitam verilməsinin əsasları bölməsində ƏM-nin, “69.3-cü “ bəndi dəyişdirilərək, 68-ci maddənin 2-ci hissənin “b” bəndi (sistemində) qeyd olunmuş və İddiaçı əmək müqaviləsinə müvafiq düzəlişlər aparılması əmr edilmişdir; Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli, xxxxxxx0001X0 nömrəli X6nə əsasən İddiaçı ilə xx.xx.2012-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər) xitam verilmişdir; Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhər X2 və X8 xx.xx.2020-ci il tarixli, 02 saylı əmrinin surətindən görünür ki, uşaq bağçasının tərbiyəçisi Allahverdiyeva Leyla Əli qızı xx.xx.2020- ci il tarixdən sosial məzuniyyəti bitdiyi üçün öz tərbiyəçi işinə qayıdaraq işdə hesab edilmişdir; Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhər X2 və X8 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 01 saylı məktubun surətindən görünür ki, “56 saylı körpələr evi - uşaq bağçası”nda dayə vəzifəsində işləmiş İddiaçı öz razılığı ilə xx xxxxxxxx 2013-cü il tarixdən etibarən analıq məzuniyyəti yerinə - tərbiyəçi vəzifəsinə keçirilmişdir. Qeyd olunan təyinat ilə əlaqədar “X6” xx.xx.2013-cü il tarixdə elektron informasiya sistemində yerləşdirilmişdir. 56 saylı körpələr evi - uşaq bağçası”nın əmri əsasında “56 saylı körpələr evi - uşaq bağçası”nın tərbiyəçisi Allahverdiyeva Leyla Əli qızı xx xxxxxx 2020- ci İl tarixdə sosial məzuniyyəti bitdiyi üçün, öz tərbiyəçi işinə qayıdıb və həmin tarixdən etibarən işdə hesab edilmişdir. Uşaq bağçasının xx xxxxxx 2020-ci il tarixli digər əmri əsasında xx.xx.2013-cü il tarixdən etibarən sosial məzuniyyət yerinə tərbiyəçi vəzifəsinə işə qəbul edilmiş, İddiaçı - sosial məzuniyyətdə olmuş işçi işə qayıtdığı üçün, xx.xx.2020-ci il tarixdən etibarən onunla bağlanmış “əmək müqaviləsi” xitam edilmişdir. Qeyd olunan əmr rəsmiləşdirilərkən texniki səhvə yol verilərək, AR ƏM-nin 69.3 bəndi ilə müqaviləyə xitam verilmişdir. “X6” xx.xx.2020-ci il tarixdə elektron informasiya sistemində qeydə alınmışdır. Vətəndaş İddiaçı şikayəti əsasında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən müvafiq araşdırma aparılaraq, yol verilmiş nöqsanlara görə “56 saylı körpələr evi - uşaq bağçası”nın müdiri inzibati məsuliyyətə cəlb edilməklə, cərimə edilmişdir. Qeyd olunanları nəzərə almaqla əmr rəsmiləşdirilərkən texniki səhv olaraq, AR Əmək Məcəlləsinin maddəsinə düzgün istinad edilmədiyi üçün, “Bakı şəhər X2 və X12” tərəfindən “56 saylı körpələr evi - uşaq bağçası”nın müdiri intizam məsuliyyətinə cəlb edilmişdir. “56 saylı körpələr evi-uşaq bağçası”nın xx xxxxxx 2020-ci il verilmiş texniki səhvi aradan qaldırmaq məqsədilə, xx xxxxxx 2020-ci il tarixdə “56 saylı körpələr evi-uşaq bağçasının xx.xx.2020-ci il tarixli 01 saylı əmrin dəyişdirilməsi haqqında” 07 saylı əmr rəsmiləşdirilmişdir. Bu əmr əsasında xx.xx.2020-ci il tarixli, 01 saylı əmr dəyişdirilərək “İddiaçı ilə bağlanmış müddətli “əmək müqaviləsi”nə xx.xx.2020-ci il tarixdən etibarən, AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilsin” qəbul olunmuşdur. İddiaçı “əmək müqaviləsi”nə xitam verilməsi ilə bağlı “X6”ndə (sistemə daxil edilmə tarixi xx.xx.2020-ci il) müvafiq qaydada düzəliş etməklə, “əmək müqaviləsi”nə xitam verilməsinin əsasında yol verilmiş texniki səhvi, yəni Əmək Məcəlləsinin 69.3-cü bəndini elektron informasiya sistemində dəyişdirərək, “əmək müqaviləsi”nin xitam verilməsinin əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddənin 2-ci hissəsinin “b” bəndi kimi qeyd edilməsinə dair köməklik etməyi xahiş etmişdir; Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhər X2 və X8 xx.xx.2020-ci il tarixli, 10-1376/010 saylı arayışından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixində 247,67 (iki yüz qırx yeddi manat, altmış yeddi qəpik) manat son haqq hesab hesablanaraq onun kartına köçürülmüşdür; Hüquqi dəyərləndirmə: Kollegiya işin hüquqi mahiyyəti ilə bağlı aşağıdakı normaların qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci hissəsinə görə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Həmin Məcəllənin 84-cü maddəsinin 2-ci hissəsinə görə, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin Məcəllənin 59-cu maddəsinə əsasən, işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Həmin Məcəllənin 46-cı maddəsinin 6-cı hissəsinə əsasən, əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Həmin Məcəllənin 45-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci bəndinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Kollegiya işin hallarını qeyd edilən hüquq normalarının tələblərinə əsasən araşdıraraq qeyd edir ki, İddiaçı xx.xx.2012-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən müddətsiz olaraq, hər ay 360 (üç yüz altmış) manat əmək haqqı ödənilməklə 56 saylı Körpələr X10 tərbiyəçisi vəzifəsində çalışmışdır. Bu hal iş materiallarında olan X1 Sisteminin xx.xx.2020-ci il tarixli arayışının surətinə əsasən müəyyən edilir. Eyni zamanda, həmin arayışda qeyd edilir ki, işçinin uşaq bağçasının tərbiyəçisi Allahverdiyeva Leyla Əli qızının sosial məzuniyyətdə olduğu dövr üçün işə götürülməsi sübut olunmamışdır. Kollegiya həmçinin qeyd edilməsini zəruri hesab edir ki, cavabdeh (işəgötürən) iddiaçı (işçi) ilə bağlanmış əmək müqaviləsini məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, işçinin əmək kitabçasında onun işdən azad olunması Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.3-cü maddəsinə istinad olunmaqla göstərilmişdir. Nərimanov rayonu 56 saylı körpələr X10 xx.xx.2013-cü il tarixli, 25 saylı əmri ilə İddiaçı xx.xx.2013-cü il tarixdən analıq məzuniyyəti yerinə tərbiyəçi vəzifəsinə keçirilməsinə razılıq verilməsi barədə ərizəsi, həmin əmrlə İddiaçı işçi kimi tanış olması yuxarıda qeyd edilən Əmək Məcəlləsinin 84.1ci maddəsinə əsasən iş materialları ilə sübut olunmur. Odur ki, əmrin surəti iddiaçıya verilmədiyindən, qanunvericiliyin tələbləri cavabdeh təşkilat tərəfindən kobud surətdə pozulmuşdur. Kollegiya hesab edir ki, əmrin tərtibi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinin tələbinin pozulmasına dair birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur. İş materiallarına əsasən müəyyən edilri ki, işəgötürənin əmrində əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş ƏM-nin müvafiq maddəsi düzgün göstərilməmiş, əmək kitabçası yalnış doldurulmuş, göstərilmiş olduğu halda, əmək müqaviləsinin hansı əsasla ləğv edilməsi əmrdə öz əksini tapmamışdır. Bundan başqa, əmək müqaviləsinə xitam verilməsinə dair əmrdə tərəflər arasında bağlanmış hansı tarixli əmək müqaviləsinə xitam verilməsi göstərilməmişdir. Halbuki, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası və həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş ƏM-nin müvafiq maddəsi göstərilməlidir. Kollegiya işə baxan birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətli əmək müqaviləsi olmasına əsaslanmaqla xitam verilməsi qanunsuz və əsassızdır. Ona görə ki, iş materiallarından da aşkar surətdə göründüyü kimi, tərəflər arasında əmək müqaviləsi işəgötürən tərəfindən təqdim olunmamış, iddiaçı yalnız lazımi qaydada doldurulmamış, xx.xx.2012-ci il tarixli əmək müqaviləsinin surətini təqdim etmişdir. Həmin müqavilədə isə işçinin hər hansı müddətə işə götürülməsi müəyyən edilməmişdir. Belə olan halda, ƏM-nin qeyd edilən 73-cü maddəsinin 1-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir, əgər müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Qeyd edilənlərə əsasən, əmək müqaviləsinin müddətinin bitməsinə görə 1 həftə ərzində tərəflərdən hər hansı birinin müqaviləyə xitam verməsini tələb etdiyini göstərən hər hansı sübut iş materiallarında aşkar edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin qeyd edilən 45-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. Həmin Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. İşin hallarına əsasən müəyyən olur ki, tərəflər arasındakı əmək müqaviləsinin müddətli əmək müqaviləsi kimi bağlanması təsdiq edilməsə də, iddiaçı ilə əmək münasibətləri 7 il davam etmişdir. “56 saylı körpələr evi - uşaq bağçası”nın 01 saylı əmrində yol verilmiş texniki səhvin bağçanın xx.xx.2020-ci il tarixli 07 saylı əmri ilə dəyişdirilərək, əmrin ƏM-nin 68-ci maddəsinin 2-ci hissənin “b” bəndinə uyğun rəsmiləşdirilməsinə dair cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, bu hal iş materiallarında olan xx.xx.2020-ci il tarixli **********6 saylı DƏMX-nin məktubu (i.v. 10) ilə təsdiq edilməmişdir. Həmin məktubda bildirilmişdir ki, “...öz xahişinizlə işdən azad olunmaq barədə xahişiniz olmadan, Sizinlə bağlanan müddətsiz əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə əmək qanunvericiliyinin tələbləri pozularaq Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən xitam verilmiş, həmçinin son haqq-hesabınız sonuncu iş günü ödənilməmişdir”. Belə olan halda, tərəflər arasında mövcud olmuş əmək müqaviləsinə ƏM-nin 68.2-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə dair cavabdehin apellyasiya şikayətinin dəlili əsassızdır. ƏM-nin 7.2ci maddəsinə görə, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş X6nin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 3.5-1-ci maddəsinə görə isə, X6 Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının X1 sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Lakin, işəgötürənə (cavabdehə) belə bir məlumatın göndərilməsi iş materiallarında aşkar edilməmişdir. Qeyd edilənlərdən əlavə, iş materiallarında olan xxxxxxx0001X0 saylı, xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı X6ndən (i.v. 35) müəyyən edilir ki, əmək müqaviləsinə xitam verilmə əsası ƏM-nin 69.3-cü maddəsi (İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər) olmuşdur. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci maddəsində göstərilmişdir ki, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. İstinad olunan maddənin məzmunundan da görünür ki, iddia tələbindən asılı olmayaraq, əmək münasibətləri ilə bağlı məsələlərdə məhkəmə, iddiaçının hüquqlarının pozulduğunu müəyyən etdikdə, işçinin pozulmuş əmək hüquqlarını bərpa etməyə, hətta tələb olmadığı halda belə məcburi iş buraxmaya görə əmək haqqını tutmaqla, onu vəzifəsinə bərpa etməli, işçiyə iddiası üzrə dəymiş zərərin məbləği işəgötürən tərəfindən ödənilməlidir. Eyni zamanda həmin normanın məzmunundan da aydın olur ki, həmin normada nəzərdə tutulmuş tələb məhkəmənin vəzifəsi kimi müəyyən edilmiş və imperativ xarakter daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Kollegiya işin hallarını, apellyasiya şikayətinin dəlillərini, tərəflərin izahatlarını qanunvericiliyin qeyd edilən normalarını rəhbər tutaraq hesab edir ki, apellyasiya şikayətində göstərilmiş dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, ona münasibətdə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh 56 saylı Körpələr X10 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2864/2020 saylı, xx.xx.2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8318/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8318/2020
20.11.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver