Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8321/2020 17.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Bilal Bağırovun, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “özbaşına zəbt olunmuş torpaq sahəsindən çıxarma, hasarın sökülməsi, torpaq sahəsinin boşaldılması və təhvil verilməsi” tələbinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)- 131/2020 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-131/2020 saylı qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçıya məxsus Bakı Şəhəri Xətai Rayonu, Ramiz Quliyev küç , 8 ünvanında yerləşən sahəsi 1.686 kv.metr olan torpaq sahəsinin 94.78 kv.metr hissəsindən çıxarılması, inşa edilmiş daş hasarın cavabehlərin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-131/2020 saylı qətnaməsindən cavabdehlər tərəfdən apelyasiya şikayəti verilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-131/2020 saylı qərardadı ilə apelyasiya şikayəti geri qaytarılmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-131/2020 saylı qərardadından cavabdehlər tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, şikayəti imzalayan X2 cavabdehlərin atasıdır və cavabdehlər öz nümayəndəsinə etibarnamə vermişlər. Həmin etibarnamə və doğum haqqında şəhadətnamə birinci instansiya məhkəməsində işə əlavə olunmuşdur və o, nümayəndə kimi izahat vermişdir. Məhkəmənin qətnaməsi cavabdeh tərəfə 2020-ci ilin mart ayının əvvəlində təqdim edilmişdir və tərəfin 1 ay ərzində şikayət vermək müddəti olmuşdur. Həmin dövrdə ölkədə baş verən koronavirus pandemiyası ilə əlaqədar xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək qeyri-rəsmi iş günü olmuşdur. Cavabdeh tərəf olaraq onlar apelyasiya şikayətini xx.xx.2020-ci il tarixdə poçta təqdim etmişlər. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(011)-131/2020 nömrəli qərardadları ilə Cavabdeh1 şikayəti geri qaytarılmış, Cavabdeh2 şikayəti isə təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Apelyasiya baxışı zamanı cavabdehlərin vəkili şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçının təmsilçisi şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir (maddə 69.1-1). Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir (maddə 73.1). Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir (maddə 74.1). İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir (maddə 74.2). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Cavabdeh2 tərəfindən nümayəndəsi X1 10 il müddətinə verilmiş xx.xx.2010-cu il tarixli notarial qaydada təsdiq edilmiş etibarnamədən görünür ki, etibar edilmiş digər səlahiyyətlərlə yanaşı məhkəmə aktından şikayət verilməsi səlahiyyəti etibarnamədə təsbit olunmuşdur. Belə olan halda, səlahiyyətli nümayəndə tərəfindən imzalanmadığına görə apelyasiya şikayətinin qaytarılmasına dair birinci instansiya məhkəməsinin qərardadı Cavabdeh2 dair hissədə qanuni və əsaslı hesab edilə bilməz və həmin hissədə ləğv edilməlidir. Bununla yanaşı, Kollegiya nəzərə alır ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərə poçt rabitəsi ilə göndərilmiş, həmin qətnamənin təqdim edilməsinə dair xəbərnamənin üzərində imza edilməklə məhkəmə aktı cavabdehlər tərəfindən xx.xx.2020ci il tarixdə qəbul edilmişdir. Həmin qətnamənin mübahisələndirilməsinə dair cavabdeh tərəfdən verilmiş apelyasiya şikayəti isə xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Birinci instansiya məhkəməsi apelyasiya şikayətinin verilməsi üçün prosessual müddətin buraxılıb-buraxılmadığını araşdırmalıdır. Qeyd edilənlərə əsasən, mübahisələndirilən qərardad Cavabdeh2 dair hissədə ləğv olunmalı, Cavabdeh2 apelyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 şikayəti təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-131/2020 saylı qərardadı Cavabdeh2 verdiyi apelyasiya şikayətinin geri qaytarılması hissəsində ləğv edilsin. Cavabdeh2 apelyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün mülki iş həmin Məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8321/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8321/2020
17.11.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver