Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8339/2022 26.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1452/2019 saylı, 17 noyabr 2022-ci il tarixli qərardadından iddiaçı Əliyeva İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1452/2019 saylı, 08 avqust 2019cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, iddiaçı Əliyeva İddiaçı uşaqları xx.xx.2010-cu il təvəllüdlü X8, xx.xx.2012-ci il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X9 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Yeni yaşayış massivi 2, küçə 6, 9 saylı evə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12991/2019 saylı, 03 dekabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh2 Əlibaba qızının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1452/2019 saylı, 08 avqust 2019- cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3625/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Cavabdeh2 Əlibaba qızının kassasiya şikayəti təmin edilib, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12991/2019 saylı, 03 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6971/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 Əlibaba qızının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1452/2019 saylı, 08 avqust 2019- cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2735/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Cavabdeh2 Əlibaba qızının kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6971/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 həmin qətnamədən apellyasiya şikayəti vermişdir Qətnamədən apellyasiya şikayəti vermə müddəti X4 tərəfindən buraxıldığı və buraxılmış prosessual müddətin bərpasına dair ərizə verilmədiyi əsası ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1452/2019 saylı, 14 oktyabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. X4 həmin qətnamədən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə yenidən məhkəməyə müraciət etdiyindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1452/2019 saylı, 17 noyabr 2022-ci il tarixli qərardadı ilə X4 tərəfindən verilmiş ərizənin təmin edilməsi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1452/2019 saylı, 08 avqust 2019-cu il tarixli qətnaməsindən X2 apellyasiya şikayəti vermə müddətinin buraxılması üzrlü hesab edilərək bərpa edilməsi və apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı Əliyeva İddiaçı şikayət verərək həmin qərardadın ləğv edilməsini, əks təqdirdə şikayətin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1452/2019 saylı, 05 dekabr 2022ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Birinci instansiya məhkəməsi iş üzrə şikayəti rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1452/2019 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, X2 qətnamədən apellyasiya şikayəti vermək hüququnun təmin olunması məqsədilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1452/2019 saylı, 08 avqust 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət X3 münasibətdə bərpa edilməlidir. Belə ki, mülki iş materiallarından görünür ki, X4 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6971/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1452/2019 saylı, 08 avqust 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə onun iştirakı ilə baxılmışdır. X1 indiyə kimi özü həmin qətnamədən apellyasiya şikayəti verməmiş, məhkəmə qəbzinə əsasən, onun etibarnamə üzrə nümayəndəsi Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1452/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətini xx.xx.2022-ci il tarixdə rəsmi qaydada almış, apellyasiya şikayəti xx.xx.2022-ci ildə məhkəməyə daxil olmuşdur. Beləliklə, məhkəmə, X2 qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsinin dəlillərini araşdıraraq və mülki işi nəzərdən keçirərək hesab edir ki, X2 qətnamədən apellyasiya şikayəti vermək hüququnun təmin olunması məqsədilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1452/2019 saylı, 08 avqust 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət X3 münasibətdə bərpa edilməlidir Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi və ərizənin təmin edilməməsi üçün əsasdır. Əvvəla, birinci instansiya məhkəməsinin X2 qətnamədən apellyasiya şikayəti vermək hüququnun təmin olunması məqsədilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1452/2019 saylı, 08 avqust 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət X3 münasibətdə bərpa edilməlidir qənaəti ziddiyyətli olduğundan əsaslı sayıla bilməz. Çünki, apellyasiya şikayəti vermək hüququnun təmin olunması məqsədilə buraxılmış prosessual müddət X3 münasibətdə bərpa edilməməmişdən əvvəl sonuncunun qətnamənin mübahisələndirdiyi hissəsinin əvvəllər tərəflərin apellyasiya şikayəti üzrə yoxlanılıb-yoxlanılmamasını müəyyənləşdirmək lazım idi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Birinci instansiya məhkəməsi özü qərardadında göstərir ki, X4 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6971/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1452/2019 saylı, 08 avqust 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə onun iştirakı ilə baxılmışdır. Yəni, Ali Məhkəmənin 2(102)-3625/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Cavabdeh2 Əlibaba qızının kassasiya şikayəti ilk dəfə ona görə təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12991/2019 saylı, 03 dekabr 2019cu il tarixli qətnaməsi ləğv edilmişdir ki, X4 cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməmiş və mübahisəli tikilinin ona satılması və faktiki olaraq orada yaşaması və digər dəlillər yoxlanılmamışdır. Məhz buna görə iş yenidən apellyasiya instansiyası məhkəməsində olarkən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6971/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə X4 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1452/2019 saylı, 08 avqust 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə onun iştirakı ilə baxılmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1452/2019 saylı, 08 avqust 2019cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə X2 iştirakı ilə baxılarkən, mübahisəli tikili ilə bağlı həm apellyasiya şikayətində, həm də sonuncunun izahatında göstərilən dəlillər apellyasiya instansiya məhkəməsi tərəfindən tam yoxlanılaraq onlara hüquqi qiymət verilməklə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6971/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 Əlibaba qızının apellyasiya şikayəti yenə də təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 Əlibaba qızı eyni məzmunlu dəlillərlə kassasiya şikayəti versə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2735/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməyib, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6971/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6971/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən X2 da Mülki Prosessual Məcəllənin 403.1-ci maddəsinə əsasən kassasiya şikayəti vermək imkanı və səlahiyyəti olmuşdur, ancaq verməyib, üstündən 2 il müddət keçdikdən sonra birinci instansiya məhkəməsinin 08 avqust 2019-cu il tarixli qətnaməsindən şikayət vermək qərarına gəlmişdir. Birinci instansiya məhkəməsi isə yuxarıda qeyd olunanları nəzərə almadan həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün X3 münasibətdə müddətin bərpası qənaətinə gəlmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1452/2019 saylı, 17 noyabr 2022-ci il tarixli qərardadı ləğv edilməli və ərizə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 398.0 və 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı Əliyeva İddiaçı şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1452/2019 saylı, 17 noyabr 2022-ci il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1452/2019 saylı, 08 avqust 2019cu il tarixli qətnaməsində apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə X4 tərəfindən verilmiş ərizə təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8339/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8339/2022
26.12.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver