Məhkəmə qərarları › İş №2(103)-834/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-834/2025

26.02.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-834/2025 26.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “mənzildən çıxarılma; istifadə hüququnun tanınması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2, İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və ilk iddia üzrə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilin boşaldılması və təhvil verilməsi” tələbinə dair ilk, Cavabdeh1 cavabdeh İddiaçı qarşı “istifadə hüququnun tanınması” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2137/2024 nömrəli 02 oktyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Səbail Rayon İcra Hakimiyyətinin Başçısının 2750 nömrəli, 29 sentyabr 1995-ci il İ.Qarayeva order verilməsi haqqında sərəncamın surətinə əsasən İ.Qarayeva 4 nəfər ailə üzvü ilə Ağa Neymətulla küçəsi 1 nömrəli evin 2-ci girişinin 6-cı mərtəbəsində yerləşən 3 otaqlı 46,73 kv.m sahəsi olan 29 nömrəli mənzilinə order verilməsi, X1 – 1961-ci il, İddiaçı – yoldaşı – 1961-ci il, X4 – oğlu – 1991-ci il, X12 – 1993-cü il” yazılması qərara alınmışdır;

2. Bakı şəhəri 1 saylı notariat kontorunda xx.xx.2013-cü il tarixdə verilmiş etibarnamədən görünür ki, X11 həmin etibarnamə ilə Cavabdeh1 10 il müddətinə ona məxsus A.Neymətulla küçəsi ev 1, mənzil 29 ünvanında yerləşən mənzili almaq, satmaq, bağışlamaq, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq, icarəyə vermək haqqında əqdlər bağlamağı və s. digər səlahiyyətləri etibar etmişdir.

3. 116 saylı MKİS tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 76 №-li arayışın surətindən görünür ki, A.Neymətulla küçəsi 1987-ci məhəllə 29 №-li mənzildə daimi qeydiyyatda olanlar özü - X11, qohumu Cavabdeh2, qohumu Cavabdeh3 və qohumu Cavabdeh1dır.

4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli ******* №-li arayışın surətindən görünür ki, X11 ünvan 1 ünvanında 18 mart 2008-ci il tarixdən qeydiyyatdadır. Qeydiyyatda olan şəxslər Cavabdeh1 və Cavabdeh2dır.

5. 116 saylı MKİS tərəfindən ünvan 2 ünvanlanmış arayışdan görünür ki, Nərimanov rayon Ağa Neymətulla küçəsi ev 19/87 mənzil 29 xx.xx.1995-ci il tarixində 047192 saylı orderə əsasən X8 verilmişdir (3 nəfər ailə tərkibi ilə). Mənzilə X11 04.2008-ci ildə pasport qeydiyyatında düşmüşdür. Mənzilə Cavabdeh1, X9 və Cavabdeh2 qeydiyyata düşmüşlər. Onların hansı əsasla qeydiyyata düşməsinə dair 116 saylı MKİS-də heç bir sənəd yoxdur.

6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-5788/2022 saylı qərarından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 801/2022 nömrəli, 14 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Abbasova (Hacıyeva) Səidə Yusif qızı tərəfindən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 19/87, 29 saylı mənzilin texniki inventarlaşdırma işinin aparılmasına törədilən maneənin aradan qaldırılması və inventarlaşdırma işinin aparılmasına şəraitin yaradılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4442/2022 nömrəli, 5 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Rafael Eyvazov (sədrlik edən və məruzəçi), Şərafət Məmmədova və Fuad Babayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmış, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onları ödəmiş şəxslərin özlərinə aid edilmişdir. Qərar ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4442/2022 nömrəli, 05 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-919/2024 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı yeganə vərəsəsi olduğu mərhum əri X11 ilə iddiaçı arasında 1996-cı il tarixində ünvan 12-da yerləşən mənzilə dair hüquqların alqı-satqı müqaviləsinin bağlanılmış hesab olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3984/2022 nömrəli, 15 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6386/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin edilməmişdir. Qərarla iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 oktyabr 2023-cü il tarixli, 2(103)-6386/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ünvan 5 ünvanının qeydiyyatı barədə məlumat aşkar edilməmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və Cavabdeh3 sərəncam və order hüququ ilə iddiaçıya məxsus olan ünvan 6 ünvan: ünvan 7nzilin iddiaçıya təhvil verilməsi, qəbul edilmiş qətnamənin ünvan 6 ünvan: ünvan 8avabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsas sayılmasının qətnamədə qeyd edilməsini məhkəmədən xahiş etmişdir.

10. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 29 sentyabr 1995-ci il tarixli 2750 saylı Sərəncamı ilə mənzil növbəsi əsasında ünvan 9 ünvan: ünvan 10 sərəncam və orderdə özü və digər 3 nəfər ailə üzvünün adları qeyd edilmişdir. Həmin mənzildə müvəqqəti yaşamaq üçün cavabdehlərə icazə verilmiş və onlar da bir müddət həmin mənzildə yaşamışlar. Cavabdeh1 Rusiya Federasiyasına getmiş, qızları isə köçüb başqa yaşayış yerinə getmişdir. Daha sonra mənzil ilə əlaqədar əməliyyat keçirmək istəyərkən ona məlum olmuşdur ki, ünvan 6 ünvan: Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 19/87, mənzil 29) mənzildə qanunsuz olaraq Cavabdeh1 və Cavabdeh2 və Cavabdeh3 qanunsuz və əsassız olaraq qeydiyyata düşmüşlər. Daha sonra Cavabdeh1 digər qızı, yəni Cavabdeh3 özü könüllü şəkildə oradan qeydiyyatdan çıxmışdır. Lakin özü və digər qızı Cavabdeh2 isə hələ də orada qeydiyyatda qalmaqdadırlar. Mənzililə əlaqədar sənədləşmə işlərini aparmaq istəyərkən Cavabdeh1 Rusiya Federasiyasından gələrək mənzilə daxil oldu və mənzillə bağlı sənədləşmə aparılması işinə, yəni Əmlak Komitəsinin nümayəndəsinin inventarlaşma işlərinə maneə yaratdı. Bununla əlaqədar məhkəməyə müraciət edildi və iddia təmin edildi. Hazırda cavabdeh özü və ailəsinə məxsus mənzili zəbt etməklə istifadə və sahiblik hüquqlarını məhdudlaşdırır. Onların qanunsuz hərəkətlərinə görə mənzildən istifadə edə bilmirlər. Buna görə cavabdehlər mənzildən çıxarılmalıdır. Bildirir ki, cavabdehlər ailə üzvləri deyil və mənzilə qeydiyyata onların icazəsi və xəbəri olmadan qeyri-qanuni yolla düşmüşlər. Bu səbəbdən hazırkı qətnamə onların mənzildən çıxarılmaları ilə yanaşı qeydiyyatdan çıxarılması üçün əsas sayılmalıdır.

11. Cavabdeh1 xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ünvan 12 ünvanında yerləşən mənzildən istifadə hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı mərhum həyat yoldaşı X11 tərəfindən 1996-cı il tarixində ünvan 12-da yerləşən mənzilə köçürülmüşdür. Həmin mənzil order əsasında istifadə hüququ ilə X8 məxsus olmuş, onun və ailə üzvlərinin razılığı ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 mənzil üzərində istifadə hüququ əldə etmişdir. Səbail rayon İcra Hakimiyyətinin Başçısının 29 sentyabr 1995-ci il tarixli, 2750 saylı Sərəncamı ilə mənzil növbəsi əsasında ünvan 13 ünvanı: Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 19/87, mənzil 29) mərhum X8 verilmişdir. Daha sonra İ.Ə.Qarayevə yaşayış sahəsi ilə bağlı xx.xx.1995-ci il tarixli, 047192 saylı order təqdim olunmuşdur. Qarayev İldırım və onun ailə üzvləri 1996-cı ildə qarşılıqlı iddia üzrə iddiaçı ilə razılaşaraq, mənzili tam boşaldaraq qarşılıqlı iddia üzrə iddiaçıya təhvil vermişdirlər. Həmin dövrdə mənzilin yerləşdiyi binanın istismara qəbul edilməməsi səbəbindən mənzil barədə hüquqların dövlət qeydiyyatına alınması mümkün olmamışdır. Bu səbəbdən İ.Qarayev qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 mənzilin sənədləşdirilməsi ilə bağlı (tərəflərin iradəsindən asılı olmayan obyektiv səbəblərin aradan qalxmasından sonra) mənzilin qarşılıqlı iddia üzrə iddiaçının adına qeydiyyata alınması məqsədilə 10 illik etibarnamə vermişdir. Həmin etibarnamə əsasında qarşılıqlı iddia üzrə iddiaçıya yaşayış sahəsi üzərində sərəncam hüququ və müvafiq dövlət orqanlarında yaşayış sahəsinin özgəninkiləşdirilməsi və qeydiyyatı ilə bağlı əməliyyatları həyata keçirmək tam səlahiyyətlər verilmişdir. Eyni mətnli etibarnamə sonuncusu 2013-cü ildə 10 il müddətinə olmaqla X11 tərəfindən verilmişdir. Etibarnamə ilə qeyd olunan mənzil üzərində tam sərəncam vermək hüququ, onun istənilən formada özgəninkiləşdirlməsi ilə bağlı bütün səlahiyyətlər, mənzil özəlləşdirilməsi ilə bağlı İ.Qarayevin adından bütün səlahiyyətləri icra etmək, dövlət orqanlarında qeydiyyat prosesini aparmaq və bu hərəkətləri müstəqil şəkildə həyata keçirilməsi üçün zəruri olan bütün digər hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti verilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı 1997-ci ildən sözügedən yaşayış sahəsinin təmiri işlərinə başlamış və təmir yekunlaşdırdıqdan sonra həmin yaşayış sahəsində ailə üzvləri ilə birlikdə köçmüş və daimi olaraq yaşamağa başlamışdır. Qeyd olunan tarixlərdə yaşayış sahəsinin istismara icazəsi olmadığından qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən müvafiq rəsmiləşdirmə işlərinin aparılması mümkün olmamış və bu səbəblə X11 tərəfindən ardıcıl etibarnamələrin verilməsi zərurəti yaranmışdır. Əlavə olaraq qeyd etmək lazımdır ki, mərhum X5 həyat yoldaşı İddiaçı və digər ailə üzvləri qarşılıqlı iddia üzrə iddiaçının həmin mənzildə yaşamasından məlumatlı olmuşlar və heç bir etirazları mövcud olmamışdır. Cavabdeh1 və ailə üzvləri bugünki tarixədək həmin mənzildə yaşamaqdadırlar. Bakı şəhəri 3 saylı Notariat Ofisinin Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə və “ASAN” Xidmət Mərkəzinə ünvanladığı 21 iyun 2021-ci il tarixli və 22 iyun 2021-ci il tarixli məktublardan görünür ki, 15 dekabr 2020- ci il tarixdə vəfat etmiş 16 sentyabr 1961-ci il təvəllüdlü X5 vərəsəsi kimi həyat yoldaşı İddiaçı tanınmışdır. Hazırda qarşılıqlı iddia üzrə iddiaçının mənzildən istifadə hüququnun tanınması zərurəti yaranmışdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu səbəbdən ilk növbədə qarşılıqlı iddia üzrə iddiaçının mənzilə köçürüldüyü 1996-cı ildə mövcud maddi hüquq normalarına nəzər yetirmək lazımdır. İşə əlavə olunmuş 116 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş Mənzildə daimi qeydiyyatda olanlar barədə xx.xx.2017-ci il tarixli arayışdan da görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı mübahisəli mənzildə qarşılıqlı iddia üzrə cavabdehin mərhum əri ilə birlikdə daimi qeydiyyatda olmuşdur. Bunula yanaşı, qarşılıqlı iddia üzrə iddiaçı 25 ildən artıq müddətdə qarşılıqlı iddia üzrə cavabdehin mərhum əri və ailə üzvlərinin razılığı ilə mənzildə yaşamışdır. Bu müddət ərzində onlar arasında hər hansı mübahisə olmamışdır. Göründüyü kimi qarşılıqlı iddia üzrə iddiaçının mənzildən istifadə hüququnun qanuni əsasları mövcuddur. Beləliklə, istifadə hüququnun yarandığı zaman qüvvədə olmuş qanunvericiliyin tələbləri əsasında sübut olunur ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ünvan 12 ünvanında yerləşən mənzildən qanuni əsaslarla istifadə hüququ mövcuddur.

13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2137/2024 nömrəli 02 oktyabr 2024-cü il tarixli qətnaməsinə əsasən ilk iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 17 ünvan: ünvan 18 mənzildən) çıxarılması və mənzilin iddiaçıya təhvil verilməsi, ilk iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməsi, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı qarşı “Cavabdeh1 ünvan 18 mənzildən istifadə hüququnun tanınması” tələbinə dair iddiasının təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. (hakim Səbinə Nuriyeva).

14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ilkin iddia üzrə cavabdehlərin mübahisəli mənzilə hər hansı bir hüququ olmadan orada yaşamaları və mənzildən çıxmamaları, ilkin iddia üzrə iddiaçının həmin mənzilə dair əmlak hüquqlarının həyata keçirilməsinə və həmin əmlakdan istifadə etməsinə maneə yaradır və onun qanunla qorunan mülkiyyət hüquqlarını pozur. Belə ki, Qarayeva X2 rayonu, Ağa Neymətulla küçəsi, ev 19/87, 29 saylı mənzil üzərində olan əmlak hüquqlarının dövlət qeydiyyatına alınması məqsədilə müvafiq orqanlara müraciət etmiş, mənzil üzərində olan əmlak hüquqlarının dövlət qeydiyyatına alınması üçün mənzildə texniki inventarlaşdırma işlərinin aparılması ilkin iddia üzrə cavabdehlərin maneəsi səbəbindən mümkün olmadığından, məhkəməyə müraciət etmişdir. Onun iddiası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 801/2022 nömrəli, 14 aprel 2022-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Abbasova (Hacıyeva) Səidə Yusif qızı tərəfindən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 19/87, 29 saylı mənzilin texniki inventarlaşdırma işinin aparılmasına törədilən maneənin aradan qaldırılması və inventarlaşdırma işinin aparılmasına şəraitin yaradılması öhdəliyi cavabdehlərin üzərinə qoyulmuşdur. Qeyd olunan Qətnamə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4442/2022 nömrəli, 5 iyul 2022-ci il tarixli qətnaməsi ilə, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-5788/2022 saylı Qərarı ilə qüvvədə saxlanmışdır. Qarşılıqlı iddia tələbinə münasibətdə isə məhkəmə hesab etmişdir ki, iddia əsaslı olmadığından məhkəmə tərəfindən təmin edilə bilməz. Belə ki, 1 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-54-cü maddələrinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 məhkəməyə mübahisəli mənzilə dair hüquqlarının mövcudluğu ilə bağlı hər hansı bir sübut - hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. Məhkəmə qarşılıqlı iddia üzrə dəlillərə - X11 tərəfindən Bakı şəhəri 1 saylı notariat kontorunda xx.xx.2013-cü il tarixdə verilmiş “Cavabdeh1 10 il müddətinə ona məxsus A.Neymətulla küçəsi ev 1, mənzil 29 ünvanında yerləşən mənzili öz almaq, satmaq, bağışlamaq, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq, icarəyə vermək haqqında əqdlər bağlamağı və s. digər səlahiyyətləri etibar edən” etibarnaməyə münasibətdə qeyd edir ki, bu etibarnamə mənzilin mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olmasına əsas olmamaqla, mənzilə dair hüququn etibarnaməli idarəçiyə keçməsinə də səbəb olmur. Mülki qanunvericilik daşınmaz əmlakların özgəninkiləşdirilməsi qaydasını və formasını dəqiq tənzimləmişdir. Etibarnamə alqı-satqı müqaviləsinin mühüm şərtlərini özündə əks etdirmir. Digər tərəfdən iş materialları ilə müəyyən olunur ki, ilkin iddia üzrə Cavabdeh1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X11 ilə arasında 1996-cı il tarixində ünvan 12-da yerləşən mənzilə dair hüquqların alqı-satqı müqaviləsinin bağlanılmış hesab olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Onun tələbi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3984/2022 nömrəli, 15 dekabr 2022-ci il tarixli qətnaməsi ilə təmin edilsə də, qeyd olunan qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6386/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin edilməmişdir. Qeyd olunan qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-919/2024 saylı qərarı ilə qüvvədə saxlanmışdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, mənzildə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınması, onun mənzilə istifadə hüququnun hüququnun olmasını təsdiq etmir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 sözügedən mənzildə heç bir hüququ olmadan yaşamağa başlaması, sonuncunun mübahisələndirilən yaşayış sahəsindən istifadə hüququnun olması kimi qiymətləndirilə bilməz. Cavabdeh1 X5 (habelə İddiaçı) ailə üzvü deyil, bu mənzilə icarədarın onunla birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə köçməmiş, həmin şəxslərlə birlikdə mənzil üzrə ümumi təsərrüfat aparmamışdır. Cavabdeh1 faktiki olaraq ailə üzvləri ilə birlikdə mənzili özbaşına tutmaqla hər hansı hüquqi əsas olmadan orada yaşayır. Məhkəmə qeyd edir ki, bu hal mənzil üzrə əmlak hüquqları olan şəxsə - İddiaçı məlum olduqdan sonra Cavabdeh1 ailə üzvləri ilə birlikdə mənzildə müvəqqəti olaraq qalmasına etiraz etməməsi onun mənzilə münasibətdə hər hansı hüququnun yaranmasına əsas ola bilməz. Hüquqi nəticə etibarı ilə İddiaçı order əsasında ona məxsus olan bu əmlaka öz istədiyi kimi sahib olmaqda, ondan istifadə etməkdə sərbəstdir. Həmin mənzildə hazırda ilk iddia üzrə cavabdehlər yaşayır, mənzil onların istifadə və sahibliyindədir. Cavabdehlərin bu mənzildə yaşamaq, ondan istifadə və ona sahiblik etmək üçün hər hansı hüquqi əsasının olması, o cümlədən onlarla İddiaçı arasında kirayə və sair müqavilənin bağlanması, başqa sözlə mübahisəli əmlakla hər hansı hüquqi bağlılığın olması müəyyən edilməmişdir. Cavabdehlərin mənzildə yaşaması nəticə etibarı ilə İddiaçı həmin mənzilə olan bütün hüquqlarının pozulmasına səbəb olur. İstifadə və sahiblik hüququnun olmasına baxmayaraq, İddiaçı hazırda qeyd edilən mənzilə sahiblik və ondan istifadə edə bilmir. Bu əmlak onun iradəsindən asılı olmayaraq istifadə və sahibliyindən çıxmışdır.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, 152.3-cü, 152.5-ci, 157.4-cü maddələrinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (1982-ci il 8 iyul tarixli qanunla təsdiq edilmiş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş) 48-ci, 53cü, 54-cü, 123-cü maddələrinə, Mənzil Məcəlləsinin 59.1-ci, 59.2-ci, 59.4-cü maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın bir sıra maddələrinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88ci, 107-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2137/2024 nömrəli 02 oktyabr 2024cü il tarixli qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ilk iddiaçı mənzil üzərində tələb irəli sürməklə bağlı hər hansı subyektiv hüquqa malik deyildir. Baxılan iş üzrə daşınmaz əmlak olan mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Hazırda nə iddiaçının mərhum yoldaşı İldırım Qarayev, nə də hazırkı İddiaçı mülkiyyətçi deyildir. Mənzilin boşaldılması və təhvil barədə tələb mülkiyyətçiyə məxsus hüququdur. Beləliklə, iddiaçı mənzilin boşaldılması ilə bağlı tələb irəli sürməklə bağlı subyektiv hüquqa malik deyildir. Mübahisəyə dair preyudisial əhəmiyyətə malik və məhz hazırkı tərəflər arasında olan mübahisəyə dair (alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-6386/2023 saylı qərarında müəyyən olunmuşdur. Məhkəmə tərəfindən işə baxılarkən mübahisəli hüququn yarandığı dövrdə qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin normaları düzgün tətbiq olunmamışdır. Birinci instansiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, Cavabdeh1 mübahisəli mənziləicarədarın onunla birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə köçməmişdir. Məhkəmə faktla bağlı heç bir əsaslandırma aparmamış, işin faktiki hallarına və qanunvericiliyin tələblərinə nəzər yetirməmiş və tələb olunan razılığın forma və şərtlərinə heç bir münasibət bildirməmişdir. Cavabdeh1 mübahisəli mənzilə X5 və onun ailə üzvlərinin razılığı ilə köçmüşdür. İddia ərizəsinin ikinci abzasında iddiaçı özü birbaşa bunu qeyd etmişdir. Digər bir tərəfdən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 25 ildən çoxdur ki, mübahisəli mənzildə yaşamışdır. Bu müddət ərzində onunla İddiaçı və ya başqa şəxslər arasında heç bir mübahisə olmamışdır. İddiaçı yalnız əri vəfat etdikdən sonra mənzilə dair hüquqları mübahisələndirməyə başlamışdır. Məhkəmə qeyd olunan faktları nəzərə almadan heç bir əsas olmadan köçürmə zamanı ailə üzvlərinin razılığı olmadığı qənaətinə gəlmişdir. İcarədar başqa şəxsləriyaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmüşdür. Mübahisəli hüquqların yarandığı dövrdə mövcud olmuş qanunvericilik normalarının məzmunundan da müəyyən olur ki, Cavabdeh1 mübahisəli mənzilə qanunvericliyin tələbləri əsasında tam olaraq qanuni şəkildə icarədar tərəfindən köçürülmüş və orada pasport qeydiyyatına alınmışdır. Bu səbəbdən də Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən Cavabdeh1 icarədarın ailə üzvləri ilə eyni həcmdə istifadə hüquqları əldə etmişdir. Məhkəmə isə qeyd olunan qanunvericilik normalarına nəzər yetirmədiyindən işi müasir qanunvericiliyin tələblərinə əsasən qiymətləndirmiş və əsassız olaraq hesab etmişdir ki, şəxsin mənzildə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınması, onun mənzilə istifadə hüququnun hüququnun olmasını təsdiq etmir. Halbuki, Azərbaycan SSR Mənzil Məcəlləsinin tətbiqinə dair həmin dövrdə mövcud olmuş Ali Məhkəmə praktikası pasport qeydiyyatını istifadə hüququnun tanınma əsası kimi müəyyən etmişdir. Cavabdeh1 da haqlı olaraq qanuni gözləntilərinə və qanunçuluq prinsiplərinin tələblərinə əsasən pasport qeydiyyatına düşmüş və yaşayış evindən istifadə hüququ əldə etmişdir. Eyni zamanda Cavabdeh1 ona təqdim edilmiş notarial etibarnamə əsasında mənzili özəlləşdirmək və özgəninkiləşdirmək hüquqlarını da əhatə edən səlahiyyətləri mövcud idi.

18. Qətnamədən ilk iddia üzrə Cavabdeh2 da Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2137/2024 nömrəli 02 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. İlk iddia üzrə Cavabdeh2 apellyasiya şikayətinin məzmunu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilən apellyasiya şikayətinin məzmunu ilə eyniyyət təşkil edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və ilk iddia üzrə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətlərinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir.

22. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh digər mülki işdə mülkiyyətçi kimi tanınmamışdır. Bu halı təsdiq edən Bakı Apellyasiya Məhkəməsinin yekun məhkəmə aktı tərəfimdən elektron məhkəmə sisteminə əlavə edilmişdir. Əgər həqiqətən də qarşı tərəf mənzildən istifadə üçün iddiaçıya 8.500 dollar ödəniş edibsə, niyə bugünə qədər həmin ödənişi geri tələb etməmiş və ya müraciət etməmişdir. Qarşı tərəfin hüququ vardır ki, 8.500 manatı sübutu yetirərək tələb edə bilər. Tərəflər arasında barışıq olacağı halda qeyd etdikləri məbləği, yəni 8500 ABŞ dollarını iş üzrə barışıq halında verə bilərlər. Order əsasında istifadə olunan ev alqı-satqı müqaviləsinin predmeti ola bilməz. Eyni zamanda qeyd edir ki, cavabdehlər 1996-cı ildən orada yaşamalarını bildirsələr də, onların orada yaşaması 2008-2009-cu illərdən olmuşdur. Cavabdelərin orada yaşamasına müvəqqəti olaraq icazə verilmişdir. İzahatının sonunda birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1-ci maddəsinə görə Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun.

24. 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin

53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb olunmur. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə hüququ əldə edirlər. 60-cı maddəyə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Mənzil Məcəlləsinin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

27. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

28. Hazırkı apellyasiya şikayətlərində qətnamənin ləğv edilməsi, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, hüquqi nəticə etibarı ilə birinci instansiya məhkəməsi ilkin və qarşılıqlı iddialar üzrə nəticəyə gələrkən işin müəyyən edilmiş faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bu səbəbdən qətnamədə göstəriişin hallarına uyğun hesab edilə bilməz.

29. Məhkəmə kollegiyası ilkin iddia və qarşılıqlı iddia ilə münasibətdə qeyd edir ki, qarşılıqlı iddia istifadə hüququnun tanınması ilə bağlı olduğundan və ilkin iddianın uğurluluğu qarşılıqlı iddianın təmin olunub-olunmamasından asılı olduğundan ilk növbədə qarşılıqlı iddiaya münasibət bildirilməlidir.

30. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, iş materiallarına əsasən müəyyən olur ki, qarşılıqlı iddia üzrə iddiaçı və ilk iddia üzrə Cavabdeh3 mübahisəli mənzilə köçmüş, mənzildə qeydiyyata düşmüş, uzun müddət həmin mənzildə yaşamışlar. 116 saylı MKİS tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 76 №-li arayışın surətindən görünür ki, A.Neymətulla küçəsi 1987-ci məhəllə 29 №-li mənzildə daimi qeydiyyatda olanlar - X11, qohumu Cavabdeh2, qohumu Cavabdeh3 və qohumu Cavabdeh1dır.

31. Qarşılıqlı iddiaçı hazırkı iddia tələbində və apellyasiya şikayətində 1996-ci mübahisəli mənzili ilkin iddia üzrə iddiaçının mərhum həyat yoldaşından aldığını, təmir etdiyini və həmin mənzilə köçdüyünü bildirir. Tərəflər arasında qeyd olunan alqı-satqı müqaviləsinin bağlanılmış hesab olunması ilə bağlı məhkəmə mübahisəsi mövcud olmuş və iddia tələbi təmin olunmamışdır. İş materiallarına əlavə olunmuş “alqı-satqı müqaviləsinin” bağlanılmış hesab olunması barədə məhkəmə mübahisələrində iddia tələbinin təmin olunmamasına baxmayaraq məhkəmə qərarlarında iddiaçının ailə üzvləri ilə birlikdə həmin mənzilə köçməsi və mənzildə uzun müddətdir yaşaması müəyyən olunur. Eyni zamanda hazırkı icraat üzrə iş materiallarından və tərəflərin izahatlarından qarşılıqlı iddiaçının uzun müddətdir mübahisəli mənzildə yaşadığı müəyyən olunmuş, ilkin iddiaçının mənzildə hər hansı müddət ərzində yaşaması barədə sübut təqdim edilməmişdir.

32. Qarşılıqlı iddiaçı mənzil üçün 8500 ABŞ dolları məbləğində vəsait ödədiyini bildirir. Məhkəmə iclaslarında çıxışlar zamanı barışıq sazişi ilə bağlı danışıqlar aparılan zaman ilk iddia üzrə iddiaçının nümayəndəsi tərəfindən onların 8500 ABŞ dollarını qarşılıqlı iddiaçıya qaytarması və əvəzində tələblərdən imtina etməsi təklif olunmuşdur. İş materiallarında olan notarial təsdiqli etibarnamədən görünür ki, ilk iddia üzrə iddiaçının mərhum əri tərəfindən ona order əsasında təqdim olunmuş hazırkı mübahisəli mənzil üzərində bütün hüquqları qarşılıqlı iddia üzrə İddiaçıya ötürmüşdür. Etibarnamə Bakı şəhəri 1 saylı notariat kontorunda xx.xx.2013-cü il tarixdə verilmiş və X11 həmin etibarnamə ilə Cavabdeh1 10 il müddətinə ona məxsus A.Neymətulla küçəsi ev 1, mənzil 29 ünvanında yerləşən mənzili almaq, satmaq, bağışlamaq, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq, icarəyə vermək haqqında əqdlər bağlamağı və s. digər səlahiyyətləri etibar etmişdir.

33. İş materiallarına əsasən, hazırkı iş üzrə X6 Cavabdeh1 mübahisəli mənzili satması, lakin sözügedən münasibətin həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirilməməsi, mənzilə dair hüquqların rəsmiləşdirilməsi məqsədilə etibarnamə verməsi, Cavabdeh1 və Cavabdeh3 həmin mənzilə köçərək orada yaşamaları, İddiaçı həmin mənzildə yaşamadığı və İddiaçı uzun müddətdir mübahisəli mənzilə gəlib-getmədiyi işin mübahisəsiz hallarıdır. Eyni zamanda kollegiya qeyd edir ki, hətta Cavabdeh1 2008-ci ildən qeydiyyata düşməklə yaşaması müəyyən edilsəydi belə, yuxarıda qeyd edilənlərə əsasən onun hüquqları mübahisəli mənzilə yaranmış olurdu.

34. Məhkəmə kollegiyası işin hallarının baş vermə ardıcıllığını və tərəflərin sonrakı hərəkətlərini qiymətləndirərək hesab edir ki, Cavabdeh1 mübahisəli mənzilə İddiaçı əri ilə əldə olunmuş qarşılıqlı razılaşma əsasında köçmüş və elə həmin vaxtdan da həmin evdə qanuni əsaslarla yaşamışdır. 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb olunmur. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə hüququ əldə edirlər.

35. Məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin tələblərini qarşılıqlı şəkildə qiymətləndirərək belə qərara gəlir ki, qarşılıqlı iddia üzrə iddiaçının mənzil üzərində istifadə hüququ tanınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia tələbi təmin olunduğundan, prosessual qənaət prinsipinə əsasən, ilkin tələbinin qiymətləndirilməsinə və münasibət bildirilməsinə zərurət qalmır.

36. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, qarşılqlı iddia üzrə iddiaçı Cavabdeh1 və ilkin iddia üzrə Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-2137/2024 saylı qətnaməsi ləğv edilməli, ilkin iddia üzrə İddiaçı cavabdehlər Abbasova Şamil qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilin boşaldılması və təhvil verilməsi”nə dair iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “istifadə hüququnun tanınması”na dair iddia tələbi təmin edilməli və Cavabdeh1 ünvan 12 ünvanında yerləşən mənzilə istifadə hüququ tanınmalıdır.

37. Bununla yanaşı MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi üzrə dövlət rüsumu, İddiaçı tələbi məhkəmə tərəfindən təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Digər tərəfdən qarşılıqlı iddia tələbi və ilkin iddiadan verilmiş apellyasiya şikayəti təmin olunduğundan ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə İddiaçı tərəfindən ödənilməlidir.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2137/2024 nömrəli 02 oktyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İlk iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 ünvan 19 ünvan: ünvan 18 mənzilə) istifadə hüququ tanınsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş 200 manat məbləğində dövlət rüsumu ilk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar