Məhkəmə qərarları › İş №2(103)-8340/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8340/2020

11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8340/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı “öhdəliyin icra edilmiş hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 07 avqust 2020-ci il tarixli, 2(006)-662/2020 saylı qərardadından Cavabdeh BOKT ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, “Cavabdeh BOKT” ASC ilə onun arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 56250 ABŞ dolları məbləğində borc öhdəliyi icra edilmiş hesab edilməsi və kredit müqaviləsi üzrə borc məbləğinin həmin ödənişə müvafiq olaraq azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-662/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Cavabdeh “Cavabdeh BOKT” ASC xx.xx.2020-ci il tarixdə Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-662/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(006)-662/2020 saylı qərardadına əsasən cavabdeh “Cavabdeh BOKT” ASC tərəfindən Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-662/2020 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İş üzrə cavabdeh “Cavabdeh BOKT” ASC məhkəməyə ərizə ilə müraciət edərək, Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-662/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilməsi və apellyasiya şikayətinin baxılması üçün Apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamə onlara xx xxxx 2020-ci ildə daxil olmuşdur. Qətnamədən apellyasiya şikayəti verilməsi üçün müddət xx.xx.2020-ci il tarixdə başa çatmışdır. Lakin mart ayının 19-dan Novruz bayramı ilə bağlı tətil və daha sonra dünyala baş verən pandemiya ilə əlaqədar qeyri-iş günləri elan edildiyi üçün şikayəti vaxtında verə bilməmişlər. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-662/2020 saylı qərardadı ilə müddətin bərpası barədə ərizə təmin edilməmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-662/2020 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayət məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş, şikayət mülki iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh şikayətdə qeyd edir ki, Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)- 662/2020 saylı qətnaməsi xx.xx.2020-ci il tarixində BOKT-un nümayəndəsi Mahmudov Cahangir tərəfindən rəsmi qaydada əldə edilmiş və xx.xx.2020-ci il tarixində isə poçt vasitəsi ilə qəbul edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün son müddət xx.xx.2020-ci il tarixi olsada, Respublika ərazisində tətbiq edilən karantin qaydalarına görə həmin qətnamədən şikayət vermək üçün müddəti üzrlü olaraq buraxmışlar. Belə ki, iş yerində olan işçilərin sayının azaldılması ilə bağlı operativ qərargahın tapşırıqlarına əsasən, işçilər minimum saya qədər azaldılmışdır. Mövcud işçi isə bütün qərar, qətnamə və qərardadlardan şikayətləri vaxtında yazaraq göndərmək imkanında olmamışlar. Təəssüf olsun ki, Nəsimi rayon Məhkəməsi prosessual müddətin buraxılmasını üzrlü hesab etməmiş və şikayət və ərizəmizin geri qaytarılması qənaətinə gəlmişdir. Halbuki, Respublika ərazisində tətbiq edilən karantin qaydalarının sərtliyi və işçilərin tam heyətlə işə çıxmamalarını məhkəmələr nəzərə almalı və bu tip işlərdə prosessual müddətləri mütləq nəzərə almalıdırlar. Nəsimi rayon Məhkəməsinin qərardadı Cavabdeh BOKT ASC-nin prosessual hüquqlarının məhdudlaşdırılmasma səbəb olan hal olduğu üçün ədalətli məhkəmə araşdırması prinsipinin pozulmasına səbəb olur. Göstərilən qətnamə Cavabdeh BOKT ASC-yə xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. Qətnamədən apellyasiya şikayəti verilməsi üçün müddət xx.xx.2020-ci il tarixində başa çatmışdır. Lakin mart ayının 19-dan Novruz bayramı ilə bağlı tətil və daha sonra dünyada baş verən pandemiya ilə əlaqədar qeyri-iş günləri elan edildiyi üçün şikayət vaxtında verilə bilməmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin bütün məhkəmələrə göndərdiyi tövsiyə məktublarında da prosessual müddətlərin nəzərə alınması qeyd edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəməyə gəlməmiş və gəlməməklərinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-662/2020 saylı qətnaməni cavabdeh “Cavabdeh BOKT” ASC-nin nümayəndəsi Cahangir Mahmudov məhkəmə qəbzində imza etməklə xx xxxxxx 2020-ci il tarixdə rəsmi qaydada əldə etmiş, bundan əlavə poçt vasitəsi ilə xx xxxx 2020-ci ildə də almışlar. Qətnamədən apellyasiya şikayəti isə xx xxx 2020-ci ildə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasında koronovirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2020-ci il tarixli 05 saylı, xx xxxxx 2020-ci il tarixli 06 saylı qərarlarının 3-cü bəndindən, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxx 2020-ci il tarixli məlumatının 1.6-cı bəndindən görünür ki, fiziki və hüquqi şəxslərə məhkəmələrə ünvanlanmış ərizələrini o cümlədən apelyasiya və kassasiya şikayətlərini poçt vasitəsilə və ya elektron şəkildə göndərilmələri tövsiyə edilmişdir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-662/2020 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpası üçün üzürlü səbəblər müəyyən olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti geri qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuş, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh BOKT ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 662/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasia şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar