Məhkəmə qərarları › İş №2(103)-8348/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8348/2020

10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8348/2020 10.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının vəkili-nümayəndəsi Vəkil1, Cavabdehin vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pozulmuş hüquqların bərpa edilməsi, qeyri-yaşayış sahəsinin təhvil verilməsi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4253/2019 saylı, xx xxxxxxxx 2020ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “icarə obyektinin əşyalarla birlikdə təhvil verilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə iddianın təmini tədbiri barədə ərizə ilə müraciət edərək iddianın təmini tədbiri kimi Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsi, 12/14 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən iddiaçının adı ilə fəaliyyət göstərməkləri qanunsuz olduğu üçün cavabdehin və digər şəxslərin istifadəsinin qadağan edilməklə oranın fəaliyyətinin dayandırılması, həmin qeyri-yaşayış sahəsində olan əşyaların (siyahıda qeyd edilən əşyalar) siyahıya alınmaqla üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 4253/2020 saylı qərardadı ilə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddianın təmini tədbirinə dair ərizəsinin qismən təmin edilməsi, işə mahiyyəti üzrə baxılıb qurtaranadək Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsi, 12/14 ünvanında yerləşən və siyahıda göstərilmiş əşyaların siyahıya alınmaqla onların üzərinə həbs qoyularaq cavabdeh və üçüncü şəxslərə həmin əşyalardan istifadə etmələri qadağan edilməsi qərara alınmışdır. Cavabdeh Nəsimi Rayon Məhkəməsinin 2(006)-4253/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından şikayət verərək Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-4253/2020 saylı qərardadının ləğv edilərək, iddianın təmin tədbirinə dair ərizənin təmin edilməməsi barədə yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(006)- 4253/2020 saylı qərardadı ilə Cavabdeh şikayətinin təmin edilməsi, Nəsimi Rayon Məhkəməsinin 2(006)-4253/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddianı təmin etmə tədbirinin tətbiq edilməsinə dair ərizəsinin təmin edilməməsi, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4253/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadında göstərilmiş əşyaların üzərinə qoyulmuş həbsin götürülməsi və cavabdeh və üçüncü şəxslərə həmin əşyalardan istifadə etmələri ilə bağlı qadağanın aradan qaldırılması qərara alınmışdır. Qeyd olunan qərardaddan narazı qalan iddiaçının nümayəndəsi və vəkili Vəkil1 şikayət verərək, qərardadının ləğv edilərək, iddianın təmin tədbirinə dair ərizənin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, həmin sənədlər saxta olmaqla real münasibətləri tənzimləməmişdir. Belə ki, həmin sənədlərin bir çoxunda onların uydurma və saxta olmasını sənədlərin özlərində qeyd edilmiş məlumatlar təsdiq edir. Bundan əlavə həmin sənədlərə baxdıqda görünür ki, həmin sənədlər cavabdehə məxsus möhürlə təsdiqlənmişdir. Yəni ki, həmin sənədlərin əsli tələb edilməlidir, əks halda sənədlər mötəbər hesab edilə bilməz. Bundan əlavə iddia ərizəsində göstərilən əşylaradan bir çoxuna dair heç bir sənəd edilmədiyi təqdirdə məhkəmənin bütün əşyaların üzərindən həbsi götürülməsi də ədalətsiz olduğu üçün qanuni hesab edilə bilməz Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4253/2019 saylı, xx xxxxxxx 2020ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi Vəkil1 şikayətin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili-nümayəndəsi Vəkil2 şikayətin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Azərbaycan Respublikası MPM-nin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Göründüyü kimi qanunverici iş üzrə qəbul ediləcək qətnamənin gələcəkdə real icra edilə biləcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbir görülməsini nəzərdə tutmuşdur. İddianı təmin etmək qərarının qəbul edilməsi üçün əsas, məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüzlüyü ilə əlaqədardır. Belə ki, birinci instansiya məhkəməsinin mövqeyinə görəiddianı təmin etmə tədbirinə dair ərizədə sadalanan əşyaların İddiaçı məxsus olmasına dair heç bir hüquq təsdiqedici sənəd məhkəməyə təqdim edilməyib. Əksinə, hazırda təqdim edilmiş şikayətə əlavə edilmiş sənədlər əsasında ehtimal edilir ki, siyahıda göstərilmiş bütün əşyalar təhvil təslim aktına əsasən Cavabdeh məxsusdur. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşdır və qeyd edir ki, iddianı təmin etmə tədbirinin predmetlərinin iddiaçının mülkiyyətində olması iş materialları ilə müəyyən olunmur. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qərardadı qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, şikayətin dəlilləri formal xarakter daşıyır və öz təsdiqini tapmır. Kollegiya hesab edir ki, şikayətin dəlilləri iddiaçının mövqeyinə əsaslanır və həqiqəti əks etdirmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının şikayəti təmin edilməməli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4253/2019 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4253/2019 saylı, xx xxxxxxxx 2020ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar