Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8354/2021 04.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Alıyeva Gülər Neymət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinin boşaldılaraq təhvil verilməsi və dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1539/2021 saylı 25 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərini nəzərdən keçirib, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinin boşaldılaraq təhvil verilməsi və dəymiş ziyanın əvəzi olaraq 100200 manat məbləğində pul vəsaitinin, 500 manat ekspertiza xərcinin və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1539/2021 saylı, 25 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Şərifli küçəsi, ev 37 ünvanında yerləşən fərdi yaşayış evinin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir. Qətnamədən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından aydın olur ki, qətnamənin tərəflərə göndərilməsinə dair məktubun surətinə iddiaçının nümayəndəsi X1 10.00.2021 tarixi qeyd etməklə imza etmişdir və həmin məktub da 27 may 2021-ci il tarixlidir. Belə olan halda iddiaçı tərəfindən qətnamənin təhvil alınma tarixini 27 may 2021-ci il hesab etsək, o, bir aylıq prosessual müddəti ötürməklə apellyasiya şikayəti vermişdir. Belə ki, iddiaçının apellyasiya şikayəti 14 iyul 2021-ci il tarixdə məhkəməyə təqdim olunmuşdur. Kollegiya cavabdehin apellyasiya şikayətinə münasibətdə də hesab edir ki, müddət ötürülmüşdür. Belə ki, qətnamənin tərəflərə göndərilməsinə dair məktubun surətindən görünür ki, cavabdehin nümayəndəsi Nümayəndə 11 iyun 2021-ci il tarixdə qətnaməni təhvil almış, cavabdehin apellyasiya şikayəti isə 14 iyul 2021-ci il tarixdə məhkəməyə təqdim olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Göründüyü kimi, birinci instansiya məhkəməsi İddiaçı və Cavabdeh apellyasiya şikayətlərini geri qaytarmalı olduğu halda, onları baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qanunvericilikdə müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən, şikayətlərə prosessual müddətin bərpa olunması barədə vəsatət əlavə edilmədiyindən və ötürülmüş müddətin bərpası məsələsi həll olunmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinin boşaldılaraq təhvil verilməsi və dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1539/2021 saylı 25 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayətləri geri qaytarılması üçün mülki işin materialları Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-8354/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8354/2021
04.08.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver