Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-836/2021 26.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun vəkili Vəkil1 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)- 1901/2020 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair ilk iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 7 saylı evin 32 saylı mənzili Cavabdeh (o, İran İslam Respublikasının vətəndaşıdır) mülkiyyətində olmuş və onunla iddiaçı arasında bağlanaraq 1 saylı “ASAN xidmət” mərkəzinin notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli 4Ə-332 reyestr nömrəli qeyd-şərtsiz bağışlama müqaviləsi əsasında iddiaçının adına özgəninkiləşdirilmiş və bu barədə iddiaçıya hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Göründüyü kimi, həmin daşınmaz əmlak üzərində cavabdehin mülkiyyət hüququna xitam verilmişdir. Lakin buna baxmayaraq cavabdeh həmin mənzili bu günədək tərk etməmiş və həmin mənzildə qeydiyyatda qalmaqla orada yaşamaqda davam edir ki, bununla da həmin mənzil üzərində iddiaçının mülkiyyətçi kimi hüquqlarını pozur. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı mübahisəli mənzilə mülkiyyət hüququna dair qeydin ləğv edilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 7 saylı evin 32 saylı mənzili əvvəl Cavabdeh mülkiyyətində olmuş və ərizədə göstərilmiş bağışlama müqaviləsi əsasında iddiaçıya bağışlanmışdır. Cavabdeh İran İslam Respublikası vətəndaşı olmaqla 1996-cı ildə Azərbaycan Respublikasına gəlmiş və həmin vaxtdan Azərbaycanda yaşayır, idman hazırlıqları və biznes fəaliyyəti ilə məşğul olur. İddiaçı ilə 1990-cı illərin sonlarında tanış olmuş, münasibətləri ciddiləşmiş, nişanlanmaq qərarına gəlmişlər. Bununla bağlı 2000-ci ilin birinci yarısında tərəfindən İddiaçı ailə üzvlərinə nişanlanmaqlarına razılıq verilməsi üçün müvafiq xahişlə müraciət olunmuşdur. İddiaçı Cavabdeh xarici ölkə vətəndaşı olmağı kimi bir halla bağlı qarşısına iddiaçının adına mənzil alınması kimi bir tələb qoymuşdurla. Cavabdeh bu təkliflə də razılaşmış və hazırda da birgə yaşadıqları, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 7 saylı evdə yerləşən 32 saylı mənzili 2001-ci ilin iyun ayında alqı-satqı yolu ilə alıb İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata aldırmış və həmin andan həmin mənzildə yaşamağa başlamışdır. İddiaçı ilə nikahları xx.xx.2002-ci il tarixdə qeydə alındı və İddiaçı həmin xx.xx.2002-ci ildə mübahisəli mənzilə köçüb orada yaşamağa başlamışdır. Sonradan mübahisəli mənzil Cavabdeh Azərbaycan Respublikasında xarici ölkə vətəndaşı kimi daimi yaşamaq hüququnun təmini üçün zəruri şərtlə bağlı Pərvanı Mirzəyeva ilə qarşılıqlı razılığı əsasında xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına təkrar qeydə alınmışdır. Bundan sonra 2017-ci ildə İddiaçı nikahın pozulması üçün məhkəməyə müraciət etmiş və hazırkı mənzilin yenidən onun adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınacağı təqdirdə nikahın pozulmasına dair iddia tələbindən imtina edəcəyini bildirmiş və mübahisəli mənzil yenidən bağışlama müqaviləsinə əsasən İddiaçı adına rəsmiləşdirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ilk və qarşılıqlı iddianın rədd edilməsi, ilk və qarşılıqlı iddia ərizələrinin verilməsi üçün tərəflərin ödəmiş olduqları dövlət rüsumlarının onların özlərinə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, ilk iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti ilk iddia ərizəsində göstərilən hallarla əsaslandırılmış və əlavə olaraq bildirilmişdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması səbəbindən əsassızdır. Belə ki, mübahisəli mənzil hələ xx.xx.2016-cı il tarixdə onun adından Cavabdeh, onun tərəfindən isə xx.xx.2017-ci il tarixdə təkrar ona bağışlanmış olmasaydı, onda Cavabdeh həmin mənzildən istifadə hüququ olmuş olardı. Lakin, mənzil münasibətləri, habelə mənzil üzərində subyektiv hüquqların dəyişməsi halları 2009-cu ilin oktyabrın birindən sonra baş vermişdir ki, belə olan halda məhkəmə tərəfindən mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 və 228.4-cü maddələrinin tətbiq edilməsi tam qanunsuzdur. Qeyd olunanlara əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, ilk iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və ilk iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosess ual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya qeyd edir ki, mübahisələndirilən qətnamədən iş üzrə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verdiyindən qətnamə ancaq ilkin iddianın rədd edilməsi hissəsində yoxlanılır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunmuş hallarına əsasən mübahisəli Bakı şəhəri Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 7 saylı evin 32 saylı mənzil 2001-ci ildə İddiaçı adına alınmış, sonradan Cavabdeh bağışlanaraq onun adına xx.xx.2016-cı il tarixdə çıxarış alınmışdır. Qeyd olunan mənzil Cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixdə İddiaçı bağışlanmış və sonuncunun adına xx.xx.2017-ci il tarixdə çıxarış alınmışdır. Həmçinin işin müəyyən olunmuş digər halları ondan ibarətdir ki, tərəflər xx.xx.2002-ci il tarixdə tərəflər rəsmi nikaha daxil olmuşlar və bundan sonra mübahisəli mənzildə hal-hazıradək yaşayırlar. nikahları sonuncu bağışlama müqaviləsi bağlandıqdan sonra pozulsa belə, hər ikisi mübahisəli mənzildə yaşayırlar. Hazırda isə mülkiyyətçi İddiaçı Cavabdeh mübahisəli mənzildən çıxarılmasının məhkəmədən xahiş edir. Kollegiya birinci instansiya məhkəməsinin işin faktiki halları ilə bağlı gəldiyi nəticəni əsaslı və həmin nəticəyə tətbiq edilən maddi hüquq normalarını qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüquqlarının öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Göstərilən konstitusiya normasından irəli gələrək mənzil sahəsində yaranan münasibətlərin hüquqi tənzimlənməsi sahəvi (mənzil və mülki) qanunvericilikdə öz əksini tapmışdır. Mənzil münasibətlərinin tərkib hissəsi olan yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsi qaydaları Mülki Məcəllənin 228-ci maddəsində müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Belə razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli Qərarına əsasən, 2000-ci ilin sentyabr 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, işin hallarından da göründüyü kimi tərəflər arasında hüquq münasibətləri xx.xx.2000-ci il tarixdən sonra yaranmışdır. Ona görə də mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsi tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki Məcəllənin 228.5-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Bununla bağlı nəzərə alınmalıdır ki, «mülkiyyətçinin razılığı» müddəasına verilmiş şərh Mülki Məcəllənin 228.5-ci maddəsinə bütövlükdə deyil, həmin maddənin yalnız «digər ailə üzvlərinin (ərinin, arvadının) köçürülməsinə mülkiyyətçinin razılığı ilə yol verilir» müddəasına aiddir və mülkiyyətçinin özünün ailə üzvlərinə şamil olunmur. Bu mənada nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı Mülki Məcəllənin 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, Mülki Məcəlləsinin 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. Göründüyü kimi mülkiyyətçi ilə birgə yaşamayan onun ailə üzvləri Mülki Məcəllənin 228.5-ci maddəsinin təsir dairəsinə düşmür. Hazırkı iş üzrə Cavabdeh mübahisəli yaşayış sahəsinin mülkiyyətçisi İddiaçı ailə üzvü kimi mülkiyyətçinin razılığı ilə mübahisəli mənzildə uzun illər ərzində yaşadığından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən onun həmin mənzilə mülkiyyətçi ilə bərabər istifadə hüquqları yaranmış və onun mənzilə olan hüquqlarının itirilməsi və mənzildən çıxarılmasına yanız mülkiyyətçinin təklif etdiyi bazar qiyməti ilə kompensasiya ödənilməsi şərti ilə yol verilir. Kollegiya İddiaçı mənzil ona Cavabdeh tərəfindən sonuncu dəfə bağışlanarkən onun həmin mənzilə dair bütün hüquqlarından mülkiyyətçinin xeyrinə imtina etməsi barədə dəlili ilə də razılaşmır. Belə ki, Mülki Məcəllənin 228.4-cü maddəsinə əsasən, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Kollegiya qeyd edir ki, iş materiallarından da göründüyü kimi, Cavabdeh mübahisəli mənzili sonuncu dəfə İddiaçı bağışlayarkən üzərinə hər hansı öhdəlik götürməmişdir. Məhkəmə kоllegiyası hesab edir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə verilmiş apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-836/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-836/2021
26.01.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver