Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-836/2025 13.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, hakimlər Sadıqov Vahid Nəriman oğlu və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi X10, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə2, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6rşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, e- 2(004)-4218/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinın tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Kəpəz rayonu filialında ştatdankənar işçi vəzifəsinə təyin olunmuş, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən 18 saylı regional ərazi filialının Pensiya təminatı şöbəsinə baş mütəxəssis vəzifəsinə keçirilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən Fondun X2 Pensiya təminatı şöbəsinin baş mütəxəssisi vəzifəsinə keçirilmiş və 04 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Hazırda iddiaçı həmin əmri mübahisələndirməklə işə bərpa edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6rşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 4 iyul 2024-cü il tarixli, 3-17-1/3-41111/2024 nömrəli əmrinin ləğv edilərək əvvəlki vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2021-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun X2 Pensiya təminatı şöbəsinin baş mütəxəssisi vəzifəsinə təyin edilmiş, işdən azad olunduğu xx.xx.2024-cü il tarixədək nümunəvi işçi olmuş, heç bir nöqsana yol verməməklə, heç vaxt barəsində töhmət və xəbərdarlıq olmamışdır. İddiaçı Gəncə Dövlət Universitetini bitirməklə bakalavr diplomu almış, sonra isə elə həmin Universitetin magistr dərəcəsinə yüksəlməklə magistr diplomu almışdır. İddiaçı 3cü dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsinə kimi yüksəlsə də, xx.xx.2020-ci il tarixdə tutduğu vəzifədən azad edilmiş, buna səbəb isə Dövlət Sosial Müdafiə Fondunun artıq X23 çevrilməsi olmuşdur. Bütün bunlar əmək kitabçasında öz əksini tapmışdır. 2014-cü il tarixdən etibarən cavabdeh təşkilatda müxtəlif vəzifələrdə işləmiş, qiymətləndirmə imtahanlarında hər zaman ən yüksək nəticələr əldə etmişdir. Hazırda isə böyük bir haqsızlıqla üz-üzə qalmışdır və məhkəməyə müraciət etməkdən başqa çarəsi yoxdur. Belə ki, Dövlət Sosial Müdafiə Fondunun 04 iyul 2024-cü il tarixli 3-17-1/3-4-1111/2024 nömrəli əmrinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Bunun səbəbi isə büllütendə olduğu ərəfədə ölkə hüdudlarından kənara çıxmağı olmuşdur. İddiaçı səhhətində olan problemlə əlaqədar 05 və 06 mart 2024-cü il tarixlərində xəstəxanaya müraciət etmiş, qan analizi verərək müayinə olunmuş, döş qəfəsinin rentgen görünüşü götürülmüşdür. Nəfəs almağında çətinliklər olduğu üçün dərindən yoxlanılmaq məqsədi ilə Türkiyə Cumhuriyyətinə getmiş, həmin ərəfədə də, bülletendə olmuş və büllüteni bitəndə isə işinə davam etmiş, hətta büllütenlə əlaqədar müavinət də almışdır. İddiaçı ilə şəxsi qərəzçiliyi olan bir şəxs xx.xx.2024-cü il tarixdə iş yerinə zəng vuraraq məlumat vermişdir ki, İddiaçı büllütendə olduğu müddətdə ölkə hüdudlarını tərk etmişdir. Bu səbəblə də iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad etdilər. Halbuki iddiaçının işdən çıxmağını idarədə heç kəs istəmirdi, lakin həmin şəxs zəng vurub idarənin rəhbərliyini hədələyəndən sonra ki, onlardan da şikayət edəcək, bundan sonra məcbur qalıb iddiaçını işdən azad etdilər. İddiaçı büllütendən qayıtdıqdan sonra filialın direktoru Rafael müəllim onu çağıraraq, barəsində araşdırma başladıldığını bildirdi və qeyd etdi ki, daxili nəzarət qaydasında araşdırma başladılmışdır. 23 aprel 2024-cü il tarixdə iddiaçını Bakıya, Daxili Nəzarət Departamentinə çağıraraq sərhəd keçməyi barədə məlumatları ona təqdim etdilər ki, Sərhəd Xidmətinin məlumatı var ki, ölkə hüdudlarını tərk etmişdir. Həmin günü izahatı alındı və araşdırma materiallarına əlavə edildi. Bu araşdırma ilə əlaqədar TƏBİB-ə məlumat verilmiş və həkim Tamella Məmmədova 15 may 2024-cü il tarixdə iddiaçıya zəng edərək bildirdi ki, iddiaçının barəsində araşdırma aparılıb. Elə işdən azad olunduğu gündən Əmək Məcəlləsində və müxtəlif qanun və təlimatlarda axtarır ki, görsün harada yazılıb ki, büllütendə olunan müddətdə ölkə hüdudlarını tərk etmək olmaz. Hələ də elə bir qadağanedici normaya rast gəlməmişdir. Cavabdeh orqan onu əsas gətirir ki, iddiaçı büllüten açılan tarixdə ölkədə olmamışdır, axı bu onun günahı deyil. İddiaçı büllüten açdırmaq üçün müraciət edəndə 07 mart 2024-cü il tarixi idi və səhərisi gün 08 mart tarixinə düşür, sonra isə şənbə və bazar günlərinə düşdüyü üçün həkim bildirdi ki, onsuz da bu 3 günü qeyri-iş günüdür, boş yerə bülleten açmağın mənası yoxdur, onsuz da evdəsən, sənə büllüteni 1-ci gündən açacaq və belə də oldu. İddiaçıya xx.xx.2024-cü il tarixdən bülleten açıldı. Hər şey qanunamüvafiq şəkildə olmuş, iddiaçı bülleten açılan müddətdə xəstəliyini yoxlatdırmaq məqsədi ilə Türkiyə Cümhuriyyətinə getmiş və büllütenin sonunda işinə çıxmışdır. İddiaçı ilkin olaraq mediasiyaya müraciət edərək tərəfə mediasiyanın tətbiqi barədə təklif göndərmiş, cavabdeh orqan isə onun təklifinə 15 iyul 2024-cü il tarixli imtina məktubunu göndərərək mediasiya prosesinin tətbiqinə zərurət qalmadığını bildirmiş, həmin məktub ona xx.xx.2024-cü il tarixdə çatdırılmışdır. Həmin imtina məktubunda Mediasiya haqqında qanunun 21 və 32-ci maddələrinə istinad olunur ki, həmin qanunun 32.1.3-cü maddəsində deyilir ki, tərəflər və ya onlardan biri mediasiya prosesindən imtina etdikdə mediasiya prosesinə xitam verilir. Həmin qanunun 21.7-ci maddəsində də qeyd edilir ki, bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə mediasiya prosesinə bu Qanunun 32.1.4-cü maddəsinə əsasən, həmin təklif 10 gün ərzində hər hansı formada rədd edildikdə isə mediasiya prosesinə bu Qanunun 32.1.3-cü maddəsinə əsasən avtomatik xitam verilir. İddiaçı da öz növbəsində mediatora bildirmişdir ki, artıq mediasiya prosesinə xitam verilmişdir, ona məktub versin və getsin məhkəməyə, mediator isə cavabında bildirdi ki, hələ dəvət məktubu yazıb cavabdeh təşkilatı çağırmalı, ondan sonra imtina məktubu verməlidir. Ehtiyac olmadan məktub göndərdi, cavabdeh orqan isə gəlməyəcək və münasibət bildirməyəcək, çünki onların hüquqşünasları bu işləri yaxşı bilir və mediasiya prosesinin bitdiyinin fərqindədirlər. İddiaçı bunun belə olmadığını, yəni əslində mediasiya prosesinə xitam verildiyini bildiyi üçün cavabdeh təşkilatın imtina məktubunu alandan sonra məcbur qalıb məhkəməyə müraciət edir. Çünki bilir ki, xx.xx.2024-cü il tarixdən etibarən mediasiya prosesinə avtomatik olaraq xitam verilib və onun bir aylıq müddət axımı başlamışdır. Bəhs etdiyi mövzu Ali Məhkəmənin Mülki Kollegiyasının işə bərpa tələbinə dair mülki işə qoyduğu mövqedən də aydın olur. Ali Məhkəmənin Mülki Kollegiyasının qərarının 43 və 44 saylı başlıqlarında yuxarıda bəhs etdiyi mövzu açıq aydın göstərilmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2 pensiya təminatı şöbəsinin baş mütəxəssisi kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 04 iyul 2024-cü il tarixli 3-17-1/3-4- 1111/2024 nömrəli əmrinin qanunsuz hesab edilərək ləğv edilməsi, iddiaçının yenidən həmin vəzifəyə bərpa edilməsi və məcburi iş buraxmaya görə ona əmək haqqı hesablanaraq ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, iddia ərizəsində də qeyd edildiyi kimi iddiaçı xx.xx.2021-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun X2 Pensiya təminatı şöbəsinin baş mütəxəssisi vəzifəsinə təyin edilmişdir. İşlədiyi müddətdə iddiaçı nümunəvi işçi olmaqla, heç bir nöqsana yol verməmişdir. Barəsində hər hansı bir intizam tədbiri görülməmişdir. 2014-cü il tarixdən etibarən cavabdeh təşkilatda müxtəlif vəzifələrdə işləmiş və qiymətləndirmə imtahanlarında hər zaman ən yüksək nəticələr əldə etmişdir. İddiaçı Gəncə Dövlət Universitetini bitirməklə bakalavr diplomu almış, sonra isə elə həmin universitetin magistr dərəcəsinə yüksəlməklə magistr diplomu almışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 04 iyul 2024-cü il tarixli, 3-17-1/34- 1111/2024 nömrəli əmrinə əsasən guya əmək funksiyasının icrasında yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilməyi və iddiaçı ilə 14 avqust 2020-ci il tarixdə bağlanmış Əmək müqaviləsinə 05 iyul 2024-cü il tarixdə xitam verilməsi qərara alınmışdır. Hesab edir ki, tutduğu vəzifədən azad edilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və miiəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur. Həmin Məcəllənin 186cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtidə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. Cavabdeh təşkilat iddiaçını tutduğu vəzifədən azad edərkən həmin əmrin əsası kimi Fondun 2024-cü il 11 iyun tarixli 3-17-1/3-1-45638/2024 nömrəli xidməti məruzəsinə və Nazirliyin Bakı şəhəri üzrə X8 Komitəsinin razılıq məktubuna istinad etsə də, əvvəla qeyd etmək istəyir ki, həmin sənədlər iddiaçının müraciəti əsasında ona təqdim edilməmişdir. Ancaq hər bir halda həmin sənədlər heç bir halda iddiaçının tutduğu vəzifədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutlmuş əsasla azad edilməyi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin "ç” bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Eyni Məcəllənin 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 76cı maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xilam verilə bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68. 60, 70. 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İşçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirilməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi anlaşılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsi əmək vəzifələrini kobud şəkildə pozulması kimi qiymətləndirən halları dəqiq şəkildə müəyyən edir, a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimaitəhlükəli əməllərə yol verməsi. Hazırkı halda iddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmiş, bununla da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı və 83-cü maddələrinin aşağıda göstərilən tələbləri pozulmuşdur. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış və işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi bu hallardan biri kimi göstərilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən hər hansı formada kobud səhvi, yaxud işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi şərtdir. Məhz sadalanan halların mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə əməl (xüsusilə 71-72ci maddələrinə) olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. Mübahisələndirilən əmrdə iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən yuxarıda qeyd olunan kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş verində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə sübut olunmur. Ziyan formal və ümumi mülahizələrdən ibarət olmamalı, əmlakda azalma və ya başqa şəkildə real mənfi vəziyyətin varlığı ilə təsdiqlənməlidir. Lakin cavabdeh təşkilat iddiaçının əməli nəticəsində işin istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad etməmiş və sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300.1-ci maddəsində deyilir ki, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin ....70-ci .... maddəsində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların lələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarım araşdıraraq, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Cavabdeh tərəfindən iddia ərizəsinə etiraz təqdim edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, e-2(004)- 4218/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli, 3-17-1/3-4-1111/2024 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki vəzifəsinə, yəni Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2 pensiya təminatı şöbəsində baş mütəxəssis vəzifəsinə bərpa edilməsi, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məcburi iş buraxma müddəti üçün ödənilməli olan əmək haqqı hesablanaraq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Əmək Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər-hansı formada ziyan dəyməsi hallarının mövcudluğu ilə şərtləndirilmişdir. Cavabdeh iddiaçı ilə bağladığı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam versə də, iddiaçının əməli nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya işəgötürənin, habelə əmək kollektivinin, onun ayrıayrı üzvlərinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad etməmiş və bu barədə məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Göründüyü kimi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinın tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 04 iyul 2024-cü il tarixli, 3-17-1/34- 1111/2024 nömrəli İddiaçı tutduğu vəzifədən azad edilməsi haqqında əmri əsaslandırılmamış, əmrdə əmək funksiyasının icrasında yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilməsi və aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi qeyd olunmaqla kifayətlənilmişdir. Əmrin verilməsinə əsas kimi xx.xx.2024-cü il tarixli “Fondun əməkdaşının intizam tənbeh tədbirinin tətbiq edilməsi haqqında” xidmət məruzəsi və Bakı şəhəri üzrə X8 Komitəsinin xx.xx.2024-cü il tarixli razılıq məktubu göstərilmişdir. Bakı şəhəri üzrə X8 Komitəsi razılıq məktubunda İddiaçı əmək müqaviləsinə xitam verilməsi məsələsinin komitə üzvlərinin iştirakı ilə müzakirə edildiyi, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilmədiyi qeyd edilmişdir. Lakin X8 Komitəsinin iclas protokolundan çıxarış, işçinin iclasda iştirakı və ya ondan imtina etməsi, iclasın keçirildiyi vaxtın təyin olunması və keçirilməsi barədə sənədlər məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinə əsasən Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Göründüyü kimi, həmkarlar ittifaqı təşkilatı təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməli olduğu halda qanunvericiliklə müəyyən edilmiş müddətdə həmin qərarı təqdim etməmiş, işəgötürənə razılıq məktubu ünvanlamaqla məsələyə münasibət bildirmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının 05 mart və 06 mart 2024-cü il tarixlərdə qan analizi verməsi və ya həkim müayinəsində olması onun hər hansı xəstəliyini təsdiq edən sənəd deyildir. Dəfələrlə İddiaçı xəstəlik vərəqəsinin əhatə etdiyi xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə müalicə alması və ya müayinə olunması ilə bağlı sənəd təqdim etməsi təklif olunsa da, belə bir təsdiqedici sənəd təqdim edə bilməmişdir. Bu hal özü də İddiaçı əmək qabiliyyətini müvəqqəti itirmədiyini bir daha sübut edir. Nəfəs almağında çətinliklər olduğu üçün dərindən yoxlanılmaq məqsədi ilə Türkiyə Respublikasına getdiyini bildirsə də, gediş biletini 6-7 ay öncədən alması bu faktı bir daha təkzib edir. Şəxsin xəstəliyi və əmək qabiliyyətini itirəcəyini 6-7 ay öncədən heç bir əsas olmadan təxmin etməsi qeyri-real hadisədir və bu kimi halların iddia ərizəsində qeyd olunması reallığı təhrif etməyə yönəlmişdir. İstinad edilən müvafiq normadan da aydın olduğu kimi, xəstə ölkə daxilində başqa şəhərə yalnız bunun üçün verilmiş xəstəlik vərəqəsi əsasında gedə bilər. Belə ki, xəstəlik vərəqəsinin əhatə etdiyi tarixlərdə işçi həkim nəzarətində müalicə alınan şəxs olduğundan onun işə gəlməməsi üzürlü səbəb hesab olunur. Lakin İddiaçı həkim nəzarətində heç bir müalicə almamış, ölkə daxilində başqa şəhərə getmək bir yana, ölkə ərazisini belə tərk etmişdir. İddiaçı bildirmişdir ki, “bülleten açdırmaq” üçün həkimə müraciət etdikdə 07 mart 2024 cü il tarixi olduğu və növbəti günün qeyri-iş günü olduğu (08 mart X15, növbəti şənbə və bazar günləri) üçün həkim bildirdi ki, 3 gün qeyri-iş günüdür, “boş yerə bülleten açmağın mənası yoxdur”. Bu hal özü-özlüyündə xəstəlik vərəqəsinin qanunsuz əsaslarla verildiyini təsdiq edir. Normanın məzmunundan da aydındır ki, xəstəlik vərəqələrinin verilməsi növbəti günlərin qeyri-iş və ya iş gününə təsadüf etməsi ilə əlaqələndirilmir. Həmçinin xəstəlik vərəqəsində İddiaçı müalicə rejiminin “ambulator” olması, rejimin pozulmasına dair qeyddə “yox” kimi qeyd olunmuşdur. Ambulatoriya (latın sözü olan ambulatorius sözündən götürülmüşdür və səyyar mənasını verməkdədir) əhaliyə xəstəxanadankənar həkim yardımı göstərən müalicə-profilaktika müəssisəsi deməkdir. Ambulatoriya ərazi sahə prinsipi üzrə tibbi yardım göstərir. Ambulatoriyalar müstəqil və ya xəstəxana nəzdində ola bilər. Lakin xəstəlik vərəqəsində işdən azad edilmə tarixi xx.xx.2024-cü il tarixdən başlasa da, həmin tarixdə İddiaçı artıq ölkə xaricində olmuşdur. Yəni hər hansı həkim müayinəsinin olması və ya hər hansı xəstəliyin həkim tərəfindən müəyyən edilməsi tamamilə reallıqdan kənardır. Yuxarıda qeyd olunan qaydalarda xəstənin 3 gün ərzində yenidən həkim müəyinəsində olması tələb olunduğundan işdən azad edilmə tarixi guya İddiaçı xəstəliyi ilə əlaqədar xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Lakin bir daha qeyd edirik ki, iddiaçı xx.xx.2024-cü il tarixdə Türkiyə Respublikasında olmuş, Gəncədə hər hansı həkim müayinəsində olması mümkünsüz olmuşdur. Əlavə olaraq bildiririk ki, xəstəlik vərəqəsində işə başlamalı tarix olaraq Türkiyə Respublikası ərazisindən ölkəyə qayıtdığı xx.xx.2024-cü il tarix göstərilmişdir. Bu hallar TƏBİB-in xx.xx.2024-cü il tarixli 18-1/2-5007/2024 nömrəli məktubu ilə sübut olunmuş, bununla da işçinin törətdiyi pozuntular öz təsdiqini tapmışdır. Xəstəlik vərəqəsində diaqnoz olaraq “KRX” (X7) kimi qeyd edilmişdir. Bu diqanoz ümumi bir anlayışdır, qrip, qızdırma, soyuqdəymə, burun axıntısı və digər bu kimi xəstəlikləri əhatə edir. Bu xəstəliklər üçün diaqnozun qoyulması yalnız xəstənin əyani müayinə olunması ilə mümkün ola bilərdi. Həmçinin iddiaçının qeyd olunan xəstəliklərə görə əlavə müalicə olunmaq üçün xarici ölkəyə getməsi ilə bağlı iddiaları bir daha həqiqətləri təhrif etməyə yönəlmişdir. Beləliklə, İddiaçı yol verdiyi əmək vəzifələrinin kobud şəkildə pozulması halları təsdiqini tapdığı üçün əsaslı olaraq, Fondun xx.xx.2024-cü il tarixli 3-17-1/3-4 1111/2024 nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Məhkəmə qətnaməsində hakim əmrin verilməsinə əsas kimi Bakı şəhəri üzrə X8 Komitəsinin xx.xx.2024-cü il tarixli razılıq məktubu olduğu halda, bununla bağlı iclas protokolundan çıxarış, işçinin iclasda iştirakı və ya ondan imtina etməsi, iclasın keçirildiyi vaxtın təyin olunması və keçirilməsi barədə sənədlərin məhkəməyə təqdim edilmədiyini qeyd etmişdir. Xüsusilə vurğulanmalıdır ki, yuxarıda sadalanan sənədlərin mövcud olub-olmaması məsələsi yekun məhkəmə aktının çıxarıldığı tarixdə keçirilən məhkəmə iclasında müzakirə edilmiş, həmin tarixədək sözügedən sənədlərin olubolmaması aydınlaşdırılmamışdır. Həmçinin məhkəmə X5 razılıq məktubu ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna sorğu verdiyi halda, eyni prosessual hərəkəti iclas protokolundan çıxarış, işçinin iclasda iştirakı və ya ondan imtina etməsi, iclasın keçirildiyi vaxtın təyin olunması və keçirilməsi barədə sənədlərlə bağlı həyata keçirməmişdir. Beləliklə, məhkəmə qətnamə qəbul edərkən iş üzrə tədqiq edilməyən sübutlara əsaslanmışdır. Belə ki, X3 sorğu əsasında iclas protokolundan çıxarış, işçinin iclasda iştirakı və ya ondan imtina etməsi, iclasın keçirildiyi vaxtın təyin olunması və keçirilməsi barədə sənədləri əldə etmək və yaxud Təşkilatın üçüncü şəxs qismində icraata cəlb etmək imkanı olduğu halda bu prosessual hərəkətlərdən heç birini etməmiş, həmin hissədə hər hansı araşdırma aparmamışdır. Məhkəmə qətnaməsində qeyd olunmuşdur ki, Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi hallarının mövcudluğu ilə şərtləndirilmişdir. Cavabdeh iddiaçı ilə bağladığı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam versə də, iddiaçının əməli nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya işəgötürənin, habelə əmək kollektivinin, onun ayrı-ayrı üzvlərinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad etməmiş və bu barədə məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Əmək Məcələsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Məhkəmə qəbul edir ki, işçi və işəgötürən faktiki bərabər vəziyyətdə deyillər. Lakin bu o demək deyildir ki, işçinin əmək münasibətlərinin icrası zamanı vəzifələrini kobud şəkildə pozması halı yaranmışdırsa işəgötürən onunla əmək münasibətlərinə son verə bilməz. İşçinin zəif tərəf olması onun hüquqdan sui-istifadə etməsinə şərait yaratmamalıdır. Əmək Məcələsinin 71-ci maddəsində işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması kimi qeyd olunan “normal ahəngi pozmaq” və “hər hansı formada ziyanın vurulması” anlayışları qeyri-müəyyən olması və məhdudiyyətsiz mülahizə yaratması işçinin xeyrinə həll edilən norma kimi şərh edilməməlidir. Bununla yanaşı işin faktiki halları da Məcələnin 71-ci maddəsində qeyd olunan norma ilə uyğunlaşır. Belə ki, İddiaçı Türkiyə Respublikasına gediş biletini 6-7 ay öncədən alaraq üzürlü səbəb olmadan 5 iş günü işə qəsdən gəlməməsi işdən qəsdən yayınaraq, filialın işində əhalinin əmək pensiyaları üzrə nəzərdə tutulmuş ödənişlərlə təmin edilməsi məqsədilə sənədlərin və müraciətlərin qəbul edilməsi sahəsində olan fəaliyyətində əmək və icra intizamının normal ahəngini qəsdən pozması, həmçinin əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməklə əmək vəzifələrini qəsdən kobud şəkildə pozması kimi qiymətləndirilməlidir. Məhkəmənin bu əsaslandırmasına qarşı oxşar iş və oxşar hal üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-472/2022 nömrəli qərarının bəndlərini əsas gətirilir. Həmin Qərarın 25-ci bəndində qeyd olunmuşdur ki, apelyasiya məhkəməsi bu barədə əmri qanunsuz hesab edərkən mövqeyini belə əsaslandırmışdır ki, əmək müqaviləsinin Əmək Məcələsinin 72-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla ləğv edilməsi üçün həmin Məcələsinin 71-ci maddəsinin 2-ci hissəsindəki şərt müəyyən edilməlidir. Bu şərt isə işçinin əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kolektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsidir. İddiaçının xx.xx.2021-ci il tarixdə törətdiyi əməlin həmin nəticələrə səbəb olması müəyyən olunmur. Kolegiya bu mövqe ilə razılaşmayaraq aşağıdakıları qeyd etmişdir: Əmək Məcələsinin 70-ci maddəsinin “ç” bəndində əmək müqaviləsinin ləğv edilməsinin iki əsası nəzərdə tutulmuşdur: 1) əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməmə; 2) 72-ci maddədə sadalanan əmək vəzifələrini kobud şəkildə pozma Bu əsaslar arasındakı fərq əmək müqaviləsi bağalayan tərəflər arasında mövcud olmalı etimad (güvən) əlaqəsinin zədələnməsi və ya ümumiyyətlə aradan qalxması ilə izah olunur. Belə ki, əmək müqaviləsi bağlanmaqla tərəflər arasında qarşılıqlı etimad münasibəti qurulur. Qayda olaraq, tərəflər sadəcə müqavilənin bağlandığı anda deyil, gələcəkdə də yerinə yetirilməli olan işlərin görüləcəyinə, müəyyən davranışların davam edəcəyinə güvənərək əmək münasibətinə girirlər. Bu səbəbdən əmək müqaviləsinin tərəfləri qarşılıqlı olaraq etimad şəraitində öz öhdəliklərini davam etdirməyə məcburdurlar. İşçinin əmək funksiyasını, vəzifə borcunu hər hansı formada yerinə yetirməməsi, sözügedən etimad münasibətini tamamilə aradan qaldırmasa belə, onu zədələyir və əmək müqaviləsinin ləğvi üçün bir zəmin yaradır. Bu kimi hallar çoxsaylı və müxtəlif ola biləcəyi üçün qanunverici onları konkret siyahı üzrə sadalamamış, ƏM-nin 70-ci maddəsinin “ç” bəndində əmək müqaviləsinin ləğv olunmasının bir əsası kimi göstərmişdir. Bununla belə, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri hər hansı formada yerinə yetirməmə özü-özlüyündə işçi ilə əmək müqaviləsini ləğv etməyə kifayət etmir. Buna o zaman yol verilir ki, işəgötürən, əmək münasibətlərini davam etdirməməkdə müvafiq səbəblərə görə haqlı olsun. Bu cür səbəblər (şərtlər) ƏM-nin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulan işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kolektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsidir. Normanın məzmunundan da görünür ki, həmin şərtlər ƏM-nin 70-ci maddəsinin “ç” bəndində sadalanan hər iki əsasın deyil, məhz “əmək funksiyası, vəzifə borcunun (öhdəliklərinin) yerinə yetirilməməsinin” nəticəsi kimi qeyd edilmişdir. Başqa sözlə, qanunverici bu məsələdə fərqləndirmə apararaq, sözügedən şərtləri “əmək vəzifələrinin kobud pozulması” halları üçün nəzərdə tutmamışdır. Çünki, Əmək Məcələsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən ikinci əsas (əmək vəzifələrinin kobud pozulması) o hallarla bağlıdır ki, işçinin əxlaqa və ya dürüstlük qaydasına uyğun gəlməyən davranışı nəticəsində əmək münasibətlərini davam etdirmək işəgötürən üçün mümkünsüz hala gəlir. Başqa sözlə, əmək münasibətlərdə mövcudluğu zəruri olan etimad (güvən) tamamilə sarsılır və aradan qalxır. Ona görə də əmək müqaviləsinin işəgötürən tərəfindən dərhal ləğv edilməsi üçün əsas yaranır. Əmək müqaviləsinin ləğvinin ayrı və müstəqil əsası olan bu hallar ƏM-nin 72-ci maddəsində sadalamışdır. Onlardan biri də “ə” bəndində nəzərdə tutulan, işçinin əmək funksiyasını pozduğuna görə əvvələr verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozmasıdır. Beləliklə, sözügedən iki əsasın bir-birindən mahiyyət etibarilə fərqli olması, bu əsaslara dair norma və müddəaların qanunverici tərəfindən də müvafiq fərqləndirmə aparılmaqla nəzərdə tutulması belə qənaətə gəlməyə əsas verir ki, onlara münasibətdə eyni yanaşma sərgilənməsi, yəni ƏM-nin 72-ci maddəsində açıqlanan hallara da 71-ci maddənin 2-ci hissəsinin tətbiqi doğru deyil. Əks yanaşma, bu əsasların fərləndirilməsini (o cümlədən əmək vəzifələrinin kobud pozulması hallarının ayrıca olaraq ƏM-nin 72-ci maddəsində sadalanmasnı) mənasız edərdi. Odur ki, işçi, ƏM-nin 72-ci maddəsində nəzərdə tutulan kobud pozuntulardan birini törətdikdə işəgötürən, əmək müqaviləsini 70-ci maddənin “ç” bəndinə əsasən ləğv edə bilər. Bu zaman o, 71ci maddənin 2-ci hissəsindəki şərtləri sübut etməyə borclu deyil, məhkəmə də həmin xüsusatları araşdırmağa haqlı deyil. Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2(102)- 472/2022 nömrəli qərarında göstərmiş olduğu mövqeyə əsasən hazırkı iş üzrə də Yasamal Rayon Məhkəməsi sözügedən xüsusatları araşdırma predmetinə çevirməkdə, həmçinin iddiaçının əməli nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya işəgötürənin, habelə əmək kolektivinin, onun ayrı-ayrı üzvlərinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad etməmiş və bu barədə cavabdehin məhkəməyə sübut təqdim etməməsi əsası ilə iddianı təmin etməkdə haqlı olmamışdır. Belə ki, Əmək Məcələsinin 72-ci maddəsinin “a” bəndinə əsasən, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. İddiaçı 5 növbəti iş günü işə üzürsüz səbəbdən gəlməyərək əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Bu halın təsdiqinə dair müvafiq sənədlər məhkəməyə təqdim edilmişdir. Odur ki, məhkəmə tərəfindən işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad edilməməsi və bu barədə məhkəməyə sübut təqdim edilməməsi əsası yuxarıda qeyd olunan Ali Məhkəmənin mövqeyinə ziddir. Məhkəmənin iddianı təmin edərkən əsaslandığı digər məsələ isə ondan ibarətdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinın tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 04 iyul 2024-cü il tarixli 3-17-1/3- 4-1111/2024 nömrəli İddiaçı tutduğu vəzifədən azad edilməsi haqqında əmri əsaslandırılmamış, əmrdə əmək funksiyasının icrasında yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilməsi və aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi qeyd olunmaqla kifayətlənilmişdir. Əmrin verilməsinə əsas kimi xx.xx.2024-cü il tarixli “Fondun əməkdaşının intizam tənbeh tədbirinin tətbiq edilməsi haqqında” xidmət məruzəsi və Bakı şəhəri üzrə X8 Komitəsinin xx.xx.2024-cü il tarixli razılıq məktubu göstərilmişdir. Bakı şəhəri üzrə X8 Komitəsi razılıq məktubunda İddiaçı əmək müqaviləsinə xitam verilməsi məsələsinin komitə üzvlərinin iştirakı ilə müzakirə edildiyi, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilmədiyi qeyd edilmişdir. Lakin X8 Komitəsinin iclas protokolundan çıxarış, işçinin iclasda iştirakı və ya ondan imtina etməsi, iclasın keçirildiyi vaxtın təyin olunması və keçirilməsi barədə sənədlər məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80 ci maddəsinin 2-ci hissəsinə əsasən Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Göründüyü kimi, həmkarlar ittifaqı təşkilatı təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməli olduğu halda qanunvericiliklə müəyyən edilmiş müddətdə həmin qərarı təqdim etməmiş, işəgötürənə razılıq məktubu ünvanlamaqla məsələyə münasibət bildirmişdir. Bununla bağlı qeyd edirlər ki, cavabdeh Fondun 04 iyul 2024-cü il tarixli 3-17-1/3- 4-1111/2024 nömrəli əmri kifayət qədər geniş şəkildə əsaslandırılmışdır. Belə ki, əmrin faktiki və hüquqi halları xx.xx.2024-cü il tarixli 3-17- 1/3-1-45638/2024 nömrəli xidməti məruzədə ətraflı şəkildə qeyd olunmuşdur. Sözügedən xidməti məruzə əmrin tərkib hissəsini təşkil etmiş, həmçinin məruzənin iddiaçının nümayəndəsinin vəsatəti və məhkəmənin sorğusu əsasında təqdim olunması tələb edilmişdir. Bununla da sözügedən xidməti məruzə məhkəməyə təqdim olunmuşdur. Beləliklə, məhkəmənin əmrin əsaslandırılmamasına dair mövqeyi tamamilə yanlış olmuşdur. Əlavə olaraq, X8 Komitəsinin iclas protokolundan çıxarış, işçinin iclasda iştirakı və ya ondan imtina etməsi, iclasın keçirildiyi vaxtın təyin olunması və keçirilməsi barədə sənədlərin məhkəməyə təqdim edilməməsi hissəsində məhkəmə düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, sözügedən sənədlərin təqdim edilməsi, həmçinin həmkarlar ittifaqı iclasının təşkili, iddiaçının icasda iştirakının təmin edilməsi işəgötürənin deyil, müvafiq X5 səlahiyyət sferasına aid məsələlərdir. Həmçinin həmin sənədlərin əldə olunması üçün məhkəmə tərəfindən hər hansı tədbir görülməmiş, sənədlər məhkəmə icraatı zamanı tədqiq edilməmişdir, işdə tərəf olmayan müstəqil quruma (Həmkarlar ittifaqı təşkilatına) sorğu verilməmiş, onun məhkəmə icraatına cəlb edilməsi məsələsi müzakirə olunmamışdır. Ədalət mühakiməsinin keçirildiyi məhkəmələrdə həmkarlar ittifaqlarına qarşı bu kimi halların mübahisələndirilməsinə dair mövcud işlər olduğu halda, bu halların birbaşa olaraq işəgötürənin əleyhinə şərh edilməsi tamamilə əsassız və qanunsuzdur. İddiaçının nümayəndəsi-vəkili tərəfindən apellyasiya şikayətinə etiraz təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Əmək Məcəlləsi: 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 9-cu maddəsinin “q” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq hüququ vardır. 15-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla məhkəmənin səlahiyyətinə aid olan məsələlərin həlli üzrə fəaliyyət göstərə bilməz. 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X5 qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80-ci maddəsinin 2-ci hissəsinə əsasən Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 289-cu maddəsinə əsasən fərdi əmək mübahisələrinin bir tərəfi işəgötürən, digər tərəfi isə öz əmək hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulduğunu iddia edən işçi və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun müvəkkil etdiyi şəxsdir. 292-ci maddəsinin 1-ci hissəsinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. 292-ci maddəsinin 2-ci hissəsinə əsasən pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. 292-ci maddəsinin 3-cü hissəsinə əsasən pozulmuş hüquqlarının bərpası üçün işçi onun müvəkkil etdiyi nümayəndəsi vasitəsi ilə də əmək mübahisəsini həll edən orqana müraciət edə bilər. Hüquqlarının müdafiəsini həyata keçirmək üçün işçi nümayəndəsinə qanunvericilikdə nəzərdə tutulan qaydada tərtib edilmiş etibarnamə verməlidir. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. 300-cü maddəsinin 1-ci hissəsinə dair qeydə görə bu maddənin birinci hissəsində nəzərdə tutulmuş “dəymiş zərərin məbləği” dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan ******* nömrəli əmək kitabçasının notariat qaydasında təsdiq olunmuş surətinə əsasən İddiaçı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinın tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Kəpəz rayonu filialında ştatdankənar işçi vəzifəsinə təyin edilmiş, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-ci maddəsinə əsasən 18 saylı regional ərazi filialının Pensiya təminatı şöbəsinə baş mütəxəssis vəzifəsinə keçirilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən Fondun X2 Pensiya təminatı şöbəsinin baş mütəxəssisi vəzifəsinə keçirilmiş, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan işəgötürən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinın tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X18 idarə heyətinin sədri X11 ilə işçi İddiaçı arasında bağlanmış 2192 nömrəli, xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən işçi İddiaçı əsas iş yeri üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinın tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Gəncə şəhəri Kəpəz rayonu filialına ştatdankənar işçi vəzifəsinə 03 ay müddətinə təyin olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2022-ci il tarixli **********6 nömrəli Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun regional ərazi filiallarında, şəhər və rayon xidmət nümayəndəliklərində müvafiq vəzifələrə təyinatların aparılması haqqında əmrindən çıxarışına əsasən İddiaçı Gəncə şəhəri Kəpəz rayonu filialına ştatdankənar işçi vəzifəsinə 1 ay sınaq müddəti müəyyən edilməklə 3 ay müddətinə təyin edilmişdir. İş materiallarında olan 2192/01 nömrəli, xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əlavə və dəyişikliklərə əsasən İddiaçı 18 saylı regional ərazi filialının Pensiya təminatı şöbəsinə baş mütəxəssis vəzifəsinə keçirilmişdir. İş materiallarında olan 2192/02 nömrəli, xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əlavə və dəyişikliklərə əsasən İddiaçı Fondun X2 Pensiya təminatı şöbəsinin baş mütəxəssisi vəzifəsinə keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli 3- 17-1/3-4-1111/2024 nömrəli İddiaçı tutduğu vəzifədən azad edilməsi haqqında əmrindən çıxarışına əsasən əmək funksiyasının icrasında yol verdiyi nöqsanlara görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Gəncə-Daçkəsən regional filialının Pensiya təminatı şöbəsinin baş mütəxəssisi İddiaçı tutduğu vəzifədən azad edilmiş və onunla 14 avqust 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan İddiaçı adına açılmış SN0000 seriyalı, ******* nömrəli əmək qabiliyyətinin olmaması barədə vərəqəsinə əsasən İddiaçı ambulator rejimdə müalicə olunmaqla xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işdən azad edilmişdir. 16 mart 2024-cü il tarixdən işə başlamalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-38-16/2-2818/24 nömrəli məktuba əsasən İddiaçı dövlət sərhədindən hərəkəti barədə “Giriş-çıxış və qeydiyyat” X1 Axtarış Sistemindəki məlumatlara əsasən xx.xx.2024-cü il tarixdə Türkiyə Respublikasına çıxış, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasına giriş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X18 xx.xx.2024-cü il tarixli, 18-1/2-5007/2024 nömrəli məktubuna əsasən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Gəncə ŞBXnın Kəpəz ASM-i tərəfindən vətəndaş İddiaçı adına açılmış SN0000 seriyalı, ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinin verilmə qaydası pozulmuşdur. Tərəflərindən verilən göstəriş əsasında müəssisə rəhbərliyi aidiyyəti əməkdaşlar barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən müvafiq intizam məsuliyyəti tədbirləri görmüşdür. Əlavə olaraq bildirilir ki, mübahisəli xəstəlik vərəqəsinin qanuniliyi və etibarlılığı məhkəmə qaydasında araşdırıla bilər. İş materiallarında olan Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhəri üzrə X8 Komitəsinin xx.xx.2024-cü il tarixli 28 nömrəli Bakı şəhəri üzrə X8 Komitəsinin razılığının təqdim edilməsi barədə məktuba əsasən təqdim edilən xidməti məruzəyə əsasən Fondun GəncəX9 Pensiya təminatı şöbəsinin baş mütəxəssisi İddiaçı əmək vəzifələrini kobud şəkildə pozması ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilmir. İş materiallarında olan fondun əməkdaşına intizam tənbeh tədbirinin tətbiq edilməsi haqqında xidməti məruzəyə əsasən xidməti məruzədə qeyd edilənləri nəzərə alaraq, Fondun X2 Pensiya təminatı şöbəsinin baş mütəxəssisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə dair razılıq verilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə qeyd etmişdir ki, cavabdeh iddiaçı ilə bağladığı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam versə də, iddiaçının əməli nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya işəgötürənin, habelə əmək kollektivinin, onun ayrı-ayrı üzvlərinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad etməmiş və bu barədə məhkəməyə sübut təqdim etməmiş, həmçinin, X8 Komitəsinin iclas protokolundan çıxarış, işçinin iclasda iştirakı və ya ondan imtina etməsi, iclasın keçirildiyi vaxtın təyin olunması və keçirilməsi barədə sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və ilk növbədə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi İddiaçı xx.xx.2024-cü il tarixdən Filiala heç bir məlumat bildirmədən işə gəlməmiş,xx.xx.2024-cü il tarixdə işə çıxmış və işdə olmadığı 5 gün üçün (xx.xx.2024-xx.xx.2024) əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı Gəncə Şəhər Birləşmiş Xəstəxanası tərəfindən verilmiş xəstəlik vərəqəsini təqdim etmişdir. Xəstəlik vərəqəsində işdən azad edilmə tarixi xx.xx.2024-cü il tarixdən başlasa da, həmin tarixdə İddiaçı artıq ölkə xaricində olmuşdur. İşin bu halı yəni, onun xx.xx.2024-cü tarixdə ölkə ərazisindən çıxdığı, Türkiyə Respublikası ərazisində olduğu və xx.xx.2024-cü il tarixdə ölkəyə giriş etdiyi “Giriş-çıxış və qeydiyyat” X1 Axtarış Sistemində (İAMAS) mövcud məlumatlarına əsasən müəyyən edilmişdir. İddiaçı Fondun Daxili nəzarət departamentinə dəvət zamanı xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə Türkiyə Respublikası ərazisində olub-olmaması ilə bağlı suala cavabında bu halı inkar edərək ölkə ərazisində olduğunu bildirmiş, daha sonra isə Dövlət Sərhəd Xidmətinin müvafiq məktubu ilə tanış edildikdən sonra ölkə ərazisində olmadığını etiraf etmiş, lakin Türkiyə Respublikasına müalicə məqsədilə getdiyini bildirsə də, ondan orada müayinə və ya müalicə olunmasını təsdiq edən sənəd istənildikdə heç bir təsdiqedici sənəd təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hər hansı həkim müayinəsinin olması və ya hər hansı xəstəliyin həkim tərəfindən müəyyən edilməsi tamamilə reallıqdan kənar olmasına dair cavabdeh tərəfin iddiaya etirazının diqqətəlayiq dəlilinə qiymət verməmişdir. İşin müəyyən edilən halları onu deməyə tam əsas verir ki, İddiaçı həkim nəzarətində heç bir müalicə almamış, həmçinin xəstəlik vərəqəsində işə başlamalı tarix olaraq Türkiyə Respublikası ərazisindən ölkəyə qayıtdığı xx.xx.2024-cü il tarix göstərilmişdir. Bu hallar həmçinin TƏBİB-in xx.xx.2024-cü il tarixli 18-1/2-5007/2024 nömrəli məktubu ilə sübut olunmuş, bununla da işçinin törətdiyi pozuntular öz təsdiqini tapmışdır. Qeyd edilən məktubda sözügedən xəstəlik vərəqəsinin verilmə qaydasının pozulduğu və nöqsana yol vermiş əməkdaş barəsində müvafiq intizam tənbeh tədbirinin tətbiq edildiyi qeyd olunmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Türkiyə Respublikası ərazisinə məhz müalicə üçün getməsi iş materialları ilə müəyyən edilməmiş, eyni zamanda iddiaçı tərəfindən bu barədə hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı Filialın Pensiya təminatı şöbəsinin baş mütəxəssisi vəzifəsini icra edən şəxs kimi Nazirliyin xx.xx.2019-cu il tarixli, **********3 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sturukturunda çalışan dövlət qulluqçusu olmayan əməkdaşlar üçün etik davranış Qaydaları”nın 4.2.1-ci yarımbəndinin tələblərini də pozmasına məhkəmə diqqət yetirməmişdir. Bu yarımbəndə əsasən əməkdaş icra və əmək intizamına əməl etməklə yanaşı, üzürsüz səbəbdən işdən yayınma hallarına yol verməməlidir. İddiaçı tərəfin bülletendə olduğu müddətdə ölkə hüdudlarını tərk etməyin qadağan olunmaması ilə bağlı göstərilənlərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli, 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Sığortaolunanlar üçün xəstəlik vərəqələrinin elektron sənəd formasında tərtib edilməsi qaydası haqqında təlimat”ın 16-cı bəndinə əsasən, ölkə daxilində başqa şəhərdə (yerlərdə) müalicə olunmaq üçün xəstəlik vərəqəsi HMK-nin sədri və üzvləri tərəfindən (HMK olmadıqda isə müalicə həkimi və baş həkim tərəfindən) elektron sənəd formasında tərtib edilib, həmin xəstəlik vərəqəsi ərazi üzrə dövlət tibb müəssisəsinin rəhbərinin gücləndirilmiş elektron imzası ilə təsdiq edilməlidir. Xəstəlik vərəqəsi olan şəxs müalicə həkiminin icazə qeydiyyatı olmadan başqa şəhərə gedirsə, bu hal rejimin pozulması kimi hesab olunur. Göründüyü kimi, xəstə ölkə daxilində başqa şəhərə bunun üçün verilmiş xəstəlik vərəqəsi əsasında gedə bilər. Belə ki, xəstəlik vərəqəsinin əhatə etdiyi tarixlərdə işçi həkim nəzarətində müalicə alınan şəxs olduğundan onun işə gəlməməsi üzürlü səbəb hesab olunur. Lakin yuxarıda qeyd edildiyi kimi İddiaçı həkim nəzarətində heç bir müalicə almaması, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə ölkə ərazisini tərk etməsi işin mübahisəsiz halıdır. Beləliklə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavabdeh iddiaçı ilə bağladığı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam versə də, iddiaçının əməli nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya işəgötürənin, habelə əmək kollektivinin, onun ayrı-ayrı üzvlərinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad etməmiş və bu barədə məhkəməyə sübut təqdim etməməsinə dair nəticəsini qanuni saymır və eyni zamanda bununla bağlı qeyd edir ki, işçinin əmək münasibətlərinin icrası zamanı vəzifələrini kobud şəkildə pozması halı yaranmışdırsa bu o demək deyildir ki, işəgötürən onunla əmək münasibətlərinə son verə bilməz. Kollegiyanın qənaətinə görə işçinin zəif tərəf olması onun hüquqdan sui-istifadə etməsinə şərait yaratmamalıdır. Məhkəmə kollegiyası daha sonra hesab edir ki, Əmək Məcəlləsinin 71-ci maddəsində işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması kimi qeyd olunan normal ahəngi pozmaq” və “hər hansı formada ziyanın vurulması” anlayışları qeyri-müəyyən olması və məhdudiyyətsiz mülahizə yaratması işçinin xeyrinə həll edilən norma kimi şərh edilməməlidir. Bununla yanaşı işin faktiki halları da Məcəllənin 71-ci maddəsində qeyd olunan norma ilə uyğunlaşır. Belə ki. İddiaçı Türkiyə Respublikasına gediş biletini 6-7 ay öncədən alaraq üzürlü səbəb olmadan 5 iş günü işə qəsdən gəlməməsi işdən qəsdən yayınaraq, filialın işində əhalinin əmək pensiyaları üzrə nəzərdə tutulmuş ödənişlərlə təmin edilməsi məqsədilə sənədlərin və müraciətlərin qəbul edilməsi sahəsində olan fəaliyyətində əmək və icra intizamının normal ahəngini qəsdən pozması, həmçinin əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməklə əmək vəzifələrini qəsdən kobud şəkildə pozması kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddiasının tam əsassız olmasına dair cavabdeh tərəfin iddiaya etirazının arqumentləri tam əsaslı olduğu halda, birinci instansiya məhkəməsi bu hallar üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Digər tərəfdən birinci instansiya məhkəməsi gəldiyi nəticənin əsaslandırmasında Bakı şəhəri üzrə X8 Komitəsi razılıq məktubunda İddiaçı əmək müqaviləsinə xitam verilməsi məsələsinin komitə üzvlərinin iştirakı ilə müzakirə edildiyi, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilməməsinə istinad etsə də X8 Komitəsinin iclas protokolundan çıxarış, işçinin iclasda iştirakı və ya ondan imtina etməsi, iclasın keçirildiyi vaxtın təyin olunması və keçirilməsi barədə sənədlər məhkəməyə təqdim edilməməsinə də istinad etmiş, lakin bu təqdim edilməmənin əmək müqaviləsinə xitam verilməsinin qanunsuzluğuna hansı hüquqi təsiri göstərməsini açıqlamamışdır. Məhkəmə kollegiyasının birinci instansiya məhkəməsinin göstərilən nəticəsi ilə də razılaşmayaraq qeyd edir ki, iş materiallarında olan Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhəri üzrə X8 Komitəsinin xx.xx.2024-cü il tarixli 28 nömrəli Bakı şəhəri üzrə X8 Komitəsinin razılığının təqdim edilməsi barədə məktubda təqdim edilən xidməti məruzəyə əsasən Fondun Gəncə X9 Pensiya təminatı şöbəsinin baş mütəxəssisi İddiaçı əmək vəzifələrini kobud şəkildə pozması ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilməməsi göstərilmişdir. Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X5 qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80-ci maddəsinin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli 28 nömrəli Bakı şəhəri üzrə X8 Komitəsinin razılıq məktubu ilə bağlı məsələ məhkəmə iclasında müzakirə edilmiş, hətta məktubun verilməsinə əsas olan xidməti məruzə adlı sənədlə əlaqədar müvafiq sorğu verilsə də, eyni prosessual hərəkəti iclas protokolundan çıxarış, işçinin iclasda iştirakı və ya ondan imtina etməsi, iclasın keçirildiyi vaxtın təyin olunması və keçirilməsi barədə sənədlərlə bağlı həyata keçirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə qəbul edərkən iş üzrə tədqiq edilməyən sübutlara əsaslanmışdır. Belə ki, təqdim edilməyən kimi sadalanan sənədləri əldə etmək və yaxud təşkilatın üçüncü şəxs qismində icraata cəlb etmək imkanı olduğu halda bu prosessual hərəkətlərdən heç birini etməmiş, həmin hissədə hər hansı araşdırma aparmamışdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X5 qabaqcadan razılığı alınmaqla ləğv edilir ki, hazırki vəziyyətdə də Bakı şəhəri üzrə X8 Komitəsi tərəfindən belə bir razılıq verilmişdir və istinad edilən normaların tələbləri baxımından iclas protokolundan çıxarış, işçinin iclasda iştirakı və ya ondan imtina etməsi, iclasın keçirildiyi vaxtın təyin olunması və keçirilməsi barədə sənədlərin təqdim edilməsi məcburi olmamışdır. Bu səbəbdən həmin hallar onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, əmək müqaviləsinin ləğv edilməsinin əsası, yəni iddiaçı tərəfindən törədilmiş pozuntuların da mövcudluğu işin halları ilə öz təsdiqini tapmış, həmçinin mübahisələndirilən əmrdə də həmin halları özündə əks etdirən Əmək Məcəlləsinin müvafiq maddəsinə istinad etmişdir. Birinci instansiya məhkəməsi isə qeyd işin faktiki hallarını və dəlilləri hərtərəfli araşdırmamışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi əmək mübahisəsinə baxarkən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli, 3-17-1/3-4-1111/2024 nömrəli əmrinin ləğv edilməsi üçün əsaslar olmamışdır. Bununla yanaşı iddia tələbi qeyd olunan hissədə əsassız olduğundan digər hissələrdə, yəni işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi hissəsində də təmin edilməsi üçün əsaslar olmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbinin əsaslarını məhkəmə araşdırması zamanı sübut edə bilmədiyindən iddiası göstərilən hallara görə qanuni və əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X22 Şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, e-2(004)- 4218/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6rşı - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2 pensiya təminatı şöbəsinin baş mütəxəssisi kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 04 iyul 2024-cü il tarixli 3-17-1/3-4-1111/2024 nömrəli əmrinin qanunsuz hesab edilərək ləğv edilməsi, iddiaçının yenidən həmin vəzifəyə bərpa edilməsi və məcburi iş buraxmaya görə ona əmək haqqı hesablanaraq ödənilməsi barədə iddiası rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Sabit Bəhrəmzadə Vahid Sadıqov