Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8380/2020 26.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(001)- 3651/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Əliyev X2 Fuad Rəhim oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 4- cü yeni yaşayış massivi, Füzuli küçəsi, 1-ci döngə, 69 saylı evin iş materiallarında ola eskiz layihəyə uyğun, qırmızı xətlə çəkilmiş hissənin cavabdehin, qırmızı kəsilmiş xətlə çəkilmiş hissənin öz istifadəsində saxlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabedeh onun həyat yoldaşının birinci nikahdan doğulmuş və uşaqlıqdan onun himayəsində yaşamışdır. İddia tələbində göstərilən evə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxx 2006-cı il tarixli qətnaməsi ilə istifadə hüququ tanınmaqla pasport qeydiyyatına düşmüş, sonradan ailə üzvlərini də həmin ünvana qeydiyyata saldırmışdır. Hazırda o, cavabdehlə yaşayış sahəsinə giriş hissəsini ayırmış, ümumi həyətə giriş hissəsindən istifadə etməsi mübahisə doğurduğu üçün həyətin giriş hissəsindən yeni giriş qapısı açmış, həyət ümumi istifadədə qalmışdır. Bu səbəbdən cavabdehlə tez-tez mübahisələri olur. Buna görə ümumi həyətin bölünərək yaşayış evinin təcrid olunmasına ehtiyac duyulur. Həmin ev özbaşına tikili olmaqla onun yeganə yaşayış sahəsidir. Həmçinin, tikili onun maliyyə vəsaiti hesabına inşa edilmişdir. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(001)- 3651/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı istifadə qaydalarının müəyyən edilməsi və yaşayış sahəsinin bölünməsi tələbi barədə iddianın rədd edilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3651/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsininin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırır ki, hazırki vəziyyətdə Binəqədi rayon Məhkəməsinin xx xxxx 2006-cı il tarixli qətnaməsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 4- cü yeni yaşayış massivi, Füzuli küçəsi, 1-ci döngə, 69 saylı özbaşına tikili və tikilinin yerləşdiyi torpaq sahəsi üzrə onun istifadə hüququ tanınmışdır. Məlum tikili üzrə və tikintini əhatə edən torpaq sahəsi 30 ildən artıq bir müddətdir ki, onun sahibliyində və istifadəsindədir. İstifadə normalarının müəyyən edilməsi zamanı cavabdehin maraqları heç bir formada ziyan çəkmir, nəzərə alınsa da onlar müxtəlif girişlərdən istifadə edirlər, yəni həm iddiaçı, həm də cavabdeh özünə məxsus giriş darvazasından istifadə edir, həm iddiaçı həm də cavabdeh özlərinə məxsus tikilinin qarşısında olan həyət hissəsindən istifadə edir təqdim edilmiş eskiz-lahiyə üzrə bölgü ədalətli bölgü hesab edildiyini qeyd etmişdir. Cavabdehlə münasibətlərinin gərgin olduğunu və təcrid olunmamış həyətdə yaşamaqları çoxsaylı çətinliklər törətdiyini bildirmişdir. Bu səbəbdən eskiz-lahiyə əsasında aparılan bölgü hər iki tərəfində maraqlarının təmin edilməli olduğunu qeyd etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı iddia tələbinin dəlillərinə istinad etməklə, apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.Əlavə olaraq bildirmişdir ki, mübahisəli ev anası və ona məxsusdur və hüquqi qeydiyyata alınmamışdır. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəlillərini və tərəflərin izahatlarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2006-cı il tarixli, 2- 727/2006 saylı qətnaməsinə əsasən, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 4-cü yeni yaşayış massivi, Füzuli küçəsi, 1-ci döngə, 69 saylı evə yaşayış hüququ tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “yaşayış yeri üzrə qeydiyyat haqqında” xx xxxx 2020-ci il tarixli, ******* nömrəli arayışından görünür ki, İddiaçı, X3, Cavabdeh, X1, X7, X4 və X5 iddia tələbində göstərilən evdə qeydiyyatdadırlar. Məhkəmə kollegiyası iddiaçı və cavabdehin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub – olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli həyətyanı sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd mövcud olmadığından həmin sahənin bögüsünün aparılması barədə iddianın təmin olunmaması ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(001)- 3651/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-8380/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8380/2020
26.11.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver