Məhkəmə qərarları › İş №2(103)-8381/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8381/2021

29.09.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8381/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, onun nümayəndələri X1 və (eyni zamanda vəkili) Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı «işlə təmin edilmə vəzifəsinin cavabdehə həvalə edilməsi» tələbinə dair ilkin və qarşılıqlı iddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin cavabdeh İddiaçı qarşı «müqavilənin ləğv edilməsi» tələbi barədə qarşılıqlı iddia ərizələrinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2194/2021 saylı iş üzrə qəbul etdiyi 10 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhərində və yaxud Abşeron rayonunda cavabdehin tabeçiliyində olan tibb müəssisələrinin birində həkim-stomatoloq kimi işlə təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, ona dəymiş 5250 manat maddi ziyanın və 5000 manat da mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən İddiaçı qarşı «müqavilənin ləğv edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə İddiaçı arasında bağlanan 12 avqust 2016-cı il tarixli, 760 nömrəli müqavilənin ləğv olunmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2194/2021 saylı iş üzrə qəbul etdiyi 10 iyun 2021-ci il tarixli qətnaməsi ilə ikin iddia qismən təmin edilmiş, İddiaçı daimi yaşayış yeri nəzərə alınmaqla, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrinin birində həkim-stomatoloq kimi işlə təmin edilməsi vəzifəsinin cavabdeh Səhiyyə Nazirliyinə həvalə edilməsi, ilkin iddia ərizəsinin qalan hissədə təmin edilməməsi və qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi, ilkin iddia ərizəsinin rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Bununla belə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsindən 16 avqust 2021-ci il tarixdə daxil olmuş məktubda, iş üzrə qəbul edilmiş qətnamədən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti ilə müraciət etdiyi bildirilmiş və apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün işin birinci instansiya məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, sözügedən apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, iş həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2194/2021 saylı iş üzrə qəbul etdiyi 10 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş mülki iş apellyasiya baxışından çıxarılsın və iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı verdiyi apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar