Məhkəmə qərarları › İş №2(103)-839/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-839/2023

17.01.2023 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-839/2023 17.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçın cavabdeh Oqanyan Yaşa İvanoviçə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, İddiaçın cavabdeh X5rşı “alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4180/2022 saylı, 28 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçın etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İşin hallarından görünür ki, İddiaçı 1989-cu ildə Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları 182 ünvanında yerləşən fərdi yaşayış evini iddiaçı X9 adlı şəxsdən nəğd şəkildə pulunu ödəməklə almış, tərəflər arasında notariat kontoruna gedib alğı-satqını rəsmiləşdirmək barədə razılaşma olsa da, 1989-cu il hadisələri nəticəsində iddiaçının mənzili aldığı şəxsin Azərbaycanı tərk etməsi səbəbindən bu mümkün olmamışdır.

2. İş materiallarında olan, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2-2001-2003 saylı, 08 sentyabr 2003-cü il tarixli qətnaməsinin surətlərindən görünür ki, iddiaçı X2 iddiası təmin edilmiş, X2 Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi, 182 saylı evdən istifadə hüququnun tanınması və onun ailə üzvləri ilə birlikdə həmin evə daimi pasport qeydiyyatına götürülməsi qət edilmişdir.

3. İş materiallarında olan, “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasportun surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi, 182 saylı ev X8 məxsusdur. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçın cavabdeh X5rşı “alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 1989-cu ildə İddiaçı ilə Yaşa Oqanyan arasında Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları 182 ünvanında yerləşən fərdi yaşayış evinə dair faktiki alğı-satqının bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları 182 ünvanında yerləşən fərdi yaşayış evini iddiaçı 1989-cu ildə Oqenyan Yaşa adlı şəxsdən nəğd şəkildə pulunu ödəməklə almışdır. Həmin vaxt tərəflər arasında notariat kontoruna gedib alğı-satqını rəsmiləşdirmək barədə razılaşma olsa da, 1989-cu il hadisələri nəticəsində iddiaçının mənzili aldığı şəxsin Azərbaycanı tərk etməsi səbəbindən bu mümkün olmamışdır. İddiaçı tərəfindən 2003-cü ildə Nəsim Rayon Məhkəməsinə ərizə ilə müraciət edilərək həmin mənzilə istifadə hüququnun tanınması və ailə üzvləri ilə birlikdə həmin evə daimi pasport qeydiyyatına götürülməyi barədə qətnamə qəbul oluması xahiş edilmiş, məhkəmənin 2-2001 saylı qətnaməsi ilə iddiaçının iddia tələbi təmin edilmiş və bu barədə qətnamə qəbul olunmuşdur. Həmin fərdi yaşayış evinə dair bütün kommunal ödənişlər iddiaçı tərəfindən ödənilir və bununla bağlı müqavilələr iddiaçı ilə bağlanır.

6. İşə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılarkən, iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin əsl cavabdeh Yaşa Oqanyan ilə əvəz edilməsi və Yaşa Oqanyanın iş üzrə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir.

7. İşə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılarkən, həmçinin iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia ərizəsi tərtib edilərkən texniki olaraq iddiaçı ilə cavabdeh bölmələrində səhv olaraq ərizəçi və maraqlı şəxs qeyd edilmişdir. İddia ərizəsində qeyd edilən ərizəçi qrafasını iddiaçı, maraqlı şəxs qrafasını isə cavabdeh kimi qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(006)-4180/2022 saylı, 28 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov), İddiaçın cavabdeh X5rşı “alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair” iddiasının təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı mübahisəli mənzili 1989-cu ildə X6 aldığını iddia etsə də, tələbini əsaslandıra biləcək mötəbər sübutları (cavabdeh ilə aralarında bağlanmış ilkin yazılı sübutu) məhkəməyə təqdim edə bilməmişdir.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, irəli sürülmüş iddia tələbi yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan, iddiaçının iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra - MM) 6.2, 329.1, 337.2, 337.4, 337.5, 421.1, 423 və 452.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinın (bundan sonra - MPM) 14.2, 77.1 və 89.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

12. Qətnamədən İddiaçın nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayəti vermişdir. a) Apelyasiya şikayətlərinin dəlilləri

13. İddiaçın nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul etməsini xahiş etmişdir.

14. İddiaçın nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətində göstərilmişdir ki, iş matarialları və şahid ifadələri ilə təsdiq edilir ki, mübahisəli fərdi yaşayış evini iddiaçı 1989cu ildə Oqanyan Yaşa adlı şəxsdən nəğd şəkildə pulunu ödəməklə almışdır. Həmin vaxt aralarında olan razılaşma belə idi ki, notariat kontoruna gedib alqı-satqı müqaviləsini rəsmiləşdirəcəklər. Lakin 1989-cu ildə məlum hadisələr nəticəsində mənzilin alındığı şəxsin Azərbaycanı tərk etməsi səbəbindən alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsi mümkün olmayıb və bu hal məhkəmədə ifadə vermiş şahidlər tərəfindən də təsdiq edilir. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2-2001-2003 saylı, 08 sentyabr 2003-cü il tarixli qətnaməsiilə iddiaçının Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları 182 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququ tanınmaqla, ailə üzvləri ilə birlikdə həmin mənzilə daimi pasport qeydiyyatına götürülməyi barədə qət edilmişdir. Həmin fərdi yaşayış evinə dair bütün komunal xərclər tərəfindən ödənilir və bütün komunal müqavilələlər, (qaz, işıq, su, telefon) iddiaçının adına rəsmiləşdirilmişdir. Eyni zamanda hazırda iş üzrə predesual əhəmiyyətli məhkəmə qətnaməsi mövcuddur ki, həmin məhkəmə qətnaməsi ilə də iddiaçının mübahisəli fərdi yaşayış evinə istifadə hüququ müəyyən edilmişdir. İddiaçı qüvvədə olan qətnamə ilə istifadə hüququnu əldə etmiş, həmin fərdi yaşayış evində faktiki olaraq qeydiyyatda olmaqla ailəsi ilə birgə yaşayır. Bu da öz növbəsində onun mənzilə sahiblik faktını təsdiqləyir ki, hazırki iddia tələbinin təmin edilməməsi iddiaçının istidadə hüququ olduğu həmin daşınmaz əmlaka dair (gözlənilən mülkiyyət) hüquqlarını məhdudlaşdırır. b) Apelyasiya şikayətlərinə qarşı etirazın dəlilləri:

15. Apelyasiya şikayətlərinə qarşı etiraz verilməmişdir. Proses iştirakçılarının izahatı:

16. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq İddiaçı və cavabdeh İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İddiaçın nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq işə baxılmasının təxirə salınmasını xahiş etsədə, bunun səbəbini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Apelyasiya baxışının hədləri.

17. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

19. Qətnamədən İddiaçın nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən, qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq: xx.xx.2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublihası Mülki Məcəlləsi:

20. Mülki Məcəllənin 39-cu maddəsinin 1-ci hissəsinə əsasən vətəndaşların və təşkilatların mülki hüquqlarının və ya vəzifələrin əmələ gəlməsinə, dəyişməsinə və ya xitam edilməsinə yönəldilmiş hərəkətləri əqd hesab edilir.

21. Həmin Məcəllənin 42-ci maddəsinə əsasən, əqdin qanunla tələb olunan sadə yazılı formasına riayət edilməməsi, mübahisə zamanı tərəfləri, əqdi təsdiq etmək üçün şahid ifadələrinə istinad etmək hüququndan məhrum edir.

22. Həmin Məcəllənin 43-cü maddəsinin 1-ci hissəsinə əsasən, əqdlərin notarial qaydada təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi əqdin etibarsızlığına səbəb olur.

23. Həmin Məcəllənin 44-cü maddəsinə əsasən, qanunun tələblərinə müvafiq olmayan əqd etibarsızdır. Qanunla tələb olunan formaya riayət etməmək əqdin etibarsızlığına, yalnız belə nəticə bilavasitə qanunda göstərildiyi halda səbəb olur.

24. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən, mülkiyyətçiyə qanunla müəyyən edilmiş həddə əmlaka sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüququ verilir.

25. Həmin Məcəllənin 100-1-ci maddəsinə əsasən, mülkiyyətində mənzil, yaşayış evi, bağ, qaraj, başqa bina və tikililər olan vətəndaş həmin mülkiyyət barəsində öz istəyinə görə sərəncam vermək: bunları satmaq, bağışlamaq, vəsiyyət etmək, icarəyə vermək, bunlar barəsində qanuna zidd olmayan başqa əqdlər bağlamaq hüququna malikdir. Mülki Prosessual Məcəllə:

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

33. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, tərəflər arasında mübahisəli hüquq münasibətləri 1989-cu ildə əvvəlki Mülki Məcəllənin qüvvədə olduğu dövrdə yaranmış, mənzilin alqı-satqısına dair tərəflər arasında yazılı müqavilə bağlanmamış, iddiaçı mübahisəli mənzili 1989-cu ildə X6 aldığını iddia etsə də, tələbini əsaslandıra biləcək mötəbər sübutları (cavabdeh ilə aralarında bağlanmış ilkin yazılı sübutu) məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, mübahisəli hüquq münasibətinə əvvəlki Mülki Məcəllənin müddəaları tətbiq edilməli və iddia ərizəsi rədd edilməlidir.

37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi bu nəticə qanuni və əsaslıdır.

38. Belə ki, “Ə.Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 15 aprel 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2012-ci il tarixli qərarında qeyd olunmuşdur: “...Hazırki iş üzrə tərəflər arasında münasibətlər 1997-ci ildə yarandığından mübahisənin həllidə əvvəlki MM-nin normaları ilə tənzimlənməlidir. Əvvəlki MM-nin 230-cu maddəsinə görə tərəflərdən heç olmasa biri vətəndaş olduqda yaşayış evinin alqı-satqı müqaviləsi notariatda təsdiq edilməli və yerli xalq deputatları Sovetinin icraiyyə komitəsində qeydə alınmalıdır. Yaşayış evinin alqı-satqı müqaviləsi qeydə alındığı vaxtdan bağlanmış sayılır. Eyni zamanda, “Azərbaycan Respublikasında Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə görə mənzilləri (evləri) öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzillərə (evlərə) öz mülahizələrinə görə sahiblik edir, onlardan istifadə edir və onlar barəsində sərəncam verirlər. ... Əqdin notariatdan kənar bağlanmış hesab olunması qaydasını müəyyən edən əvvəlki MM-in 43-cü maddəsinin İİ hissəsinə əsasən tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanunazidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Əvvəlki mülki qanunvericilik eyni zamanda əqdin yazılı formasına riayət edilmədiyi halda tərəfləri səhv məhkəmə aktlarından qorumaq məqsədi ilə bir sıra digər təminatlarıda nəzərdə tutmuşdur. Belə təminatlardan biri əvvəlki MM-in 42-ci maddəsində öz əksini tapmışdır. Bu normaya görə əqdin qanunla tələb edilən sadə yazılı formasına riayət edilməməsi, mübahisə zamanı tərəfləri, əqdi təsdiq etmək üçün şahid ifadələrinə istinad etmək hüququndan məhrum edir. Konstitusiya Məhkəməsinin Plenumu İ.K.Rəcəbovun şikayəti üzrə 22 mart 2006-cı il tarixli Qərarında “əqdin notarial formasına riayət edilməməsi”nin nəticələri ilə bağlı formalaşdırdığı hüquqi mövqeyini qeyd etməklə bir daha vurğulayır ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Yaşayış evinin alqı-satqısı haqqında müqavilə də yazılı formada tərtib edilməli olan əqdlərdən biridir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan hüquqi mövqeyini bir sıra Qərarlarında (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli Qərar, C.Abdullayevanın şikayəti üzrə 13 aprel 2007-ci il tarixli Qərar və s.) təsdiq etməklə göstərmişdir ki, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar mövcud olmalıdır: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Sonuncu şərt qanunvericilikdə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Göründüyü kimi, qanunverici daşınmaz əmlakın alqı-satqısı haqqında müqavilənin etibarlılığını hər bir halda onun yazılı formada bağlanması və notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqısatqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. ... Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Əmlakın əldə edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə lazımi qaydada riayət edilməməsi şəxsin gələcəkdə həmin əmlaka faktiki sahiblikdən məhrum olunmasına səbəb ola bilər. Bununla yanaşı, işə baxan məhkəmələr iddia müddəti institutunun mülki işin qanuni həlli baxımından mühüm əhəmiyyət kəsb etdiyini nəzərə almamış və nəticədə qanunun tələbinə uyğun olmayan qərar qəbul etmişlər. Əvvəlki MM-in 78-ci maddəsinə əsasən iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Həmin norma yalnız şəxsin onun güman edilən hüququnun pozulmasına dair faktları bilib-bilməməsi ilə bağlıdır və şəxsin öz hüquqlarını və bu hüquqların qorunmasına dair qanunları bilməməsi ilə əlaqələndirilə bilməz. Əvvəlki mülki qanunvericilik iddia müddətləriilə bağlı birmənalı qaydalar müəyyənləşdirmişdi. Tərəflərdən birinin həmin qaydalara riayət etməməsi digər tərəfin hüquqlarının qorunması üçün məhkəməyə müraciət etmək hüququnu istisna etmirdi. İddia müddəti qanunda nəzərdə tutulmuş hallardan başqa bütün tələblərə şamil edilirdi. İşə təkrar baxan apelyasiya instansiyası məhkəməsi əvvəlki MM-in 73-cü maddəsinin hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarının müdafiəsi üçün ümumi müddətin (iddia müddətinin) üç il müəyyən etməsini nəzərə almamışdır. Həmin Məcəllənin “iddia müddətinin tətbiq edilməsinin məcburiliyi” adlanan 77-ci maddəsinə görə iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə tərəfindən tətbiq olunur. Bu Məcəllənin 82-ci maddəsinə müvafiq olaraq isə iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır”.

39. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2006-cı il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyindən göründüyü ki, göstərilən maddənin (43-cü maddənin) tələblərinə görə tərəflərin biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Konstitusiya Məhkəməsinin Plenumu özünün İ.K.Rəcəbovun şikayəti üzrə 22 mart 2006-cı il tarixli qərarındakı əqdin notarial formasına riayət edilməməsinin nəticələri ilə əlaqədar hüquqi mövqeyini bir daha təsdiq etməklə vurğulayır ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Bu məqam qanunvericiliklə yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Yaşayış evinin alğı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir.

40. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin nəticəsi qeyd edilən maddi hüquq normalarının tələblərinə uyğun olmuşdur.

41. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).

42. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

43. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

44. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

45. Hazırda mübahisələndirilən qətnamədən İddiaçın nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddia tələbinin təmin edilməsini xahiş edir.

46. İddiaçının apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, 1989-cu ildə məlum hadisələr nəticəsində mənzilin alındığı şəxsin Azərbaycanı tərk etməsi səbəbindən alğısatqı müqaviləsinin rəsmiləşdirilməsi mümkün olmayıb və bu hal məhkəmədə ifadə vermiş şahidlər tərəfindən də təsdiq edilir..

47. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayətində göstərdikləri dəlilləri əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyası Məhkəməsinin Ə.Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 15 aprel 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 03 may 2012-ci il tarixli qərarındakı hüququ mövqe ondan ibarət olmuşdur ki, “Əvvəlki mülki qanunvericilik eyni zamanda əqdin yazılı formasına riayət edilmədiyi halda tərəfləri səhv məhkəmə aktlarından qorumaq məqsədi ilə bir sıra digər təminatlarıda nəzərdə tutmuşdur. Belə təminatlardan biri əvvəlki MM-in 42-ci maddəsində öz əksini tapmışdır. Bu normaya görə əqdin qanunla tələb edilən sadə yazılı formasına riayət edilməməsi, mübahisə zamanı tərəfləri, əqdi təsdiq etmək üçün şahid ifadələrinə istinad etmək hüququndan məhrum edir.”

48. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apelyasiya şikayətinin həmin dəlilləri əsassızdır və apelyasiya şikayətinin həmin dəlilləri ilə bağlı əlavə araşdırma aparılmasını zəruri hesab etmir.

49. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

50. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir.

51. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçın etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4180/2022 saylı, 28 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar