Məhkəmə qərarları › İş №2(103)-8405/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8405/2020

01.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8405/2020 01.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Tələbkar İddiaçı iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(011)-1124/2020 saylı qərardadından tələbkar İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2(011)- 1124/2018 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilərək “xxxx” MMC-dən maddi ziyanın əvəzi kimi 45860 ABŞ dolları, mənəvi zərərin əvəzi kimi 5000 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat pulun tutularaq İddiaçı ödənilməsi, Cavabdeh2 Abuzər oğlundan mənzildə aparılmış təmir-tikinti işlərinin dəyəri olan 14548,80 manatın tutularaq İddiaçı ödənilməsi, Cavabdeh2 Abuzər oğlundan mənzildə aparılmış təmir-tikinti işlərinin dəyəri olan 14548,80 manat pulun ödənilməsi ilə İddiaçı ünvan 1 2347-48 ünvanında inşa edilmiş yaşayış binasının İ blok, Vİ mərtəbəsində ümumi tikinti sahəsi 85,5 kv.m olan 1 otaqlı 37 saylı mənzilindən çıxarılmasının eyni anda icra olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(103)-1826/2019 nömrəli qətnaməsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2(011)-1124/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(102)-5506 nömrəli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(103)- 1826/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2(011)- 1124/2018 nömrəli icra sənədinə izah verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(011)-1124/2020 saylı qərardadı ilə icra sənədinə izah verilməsinə dair ərizə təmin edilməmişdir. İddiaçı həmin qərardaddan şikayət vermiş, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(011)-1124/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında tələbkar şikayətini müdafiə edərək təmin edilməsini, qərardadın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası tələbkarın izahatını dinləyib, iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(011)-1124/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, bundan əvvəl Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(011)-1124/2018 saylı qərardadı ilə həmin məhkəmənin xx xxxxxxxx 2018-ci il tarixli 2(011)-1124/2018 nömrəli icra sənədinə izah verilməsi barədə İddiaçı ərizəsi təmin edilməmiş, qeyd olunan qərardad Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(011)-1124/2020 saylı qərardadından tələbkar İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin, qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar