Məhkəmə qərarları › İş №2(103)-8405/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8405/2021

27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8405/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-135/2021 saylı, 14 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3, üçüncü şəxslər Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis idarəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və borc məbləğinin birgə nikah dövründə əldə olunmuş əmlak hesabına ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gözəlov Gündüz Akif oğlu İlə Cavabdeh1 arasında "VAZ 21214-minik" markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair alqısatqı müqaviləsinin, Gözəlov Gündüz Akif oğlu ilə Cavabdeh4 arasında "Mersedes Benz 220 minik" markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair alqısatqı müqaviləsinin, Cavabdeh3 adına İsmayıllı rayonu, Bizlan kəndində yerləşən fərdi yaşayış evinin dövlət qeydiyyatına alınmasının və buna dair bağlanmış müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev Prospekti, 83 E ünvanında yerləşən qeyri-yaşayış sahəsinin satılması nəticəsində əldə etdiyi vəsaitin 1/2 hissəsinin məcburi qaydada alınması və ümumi borc məbləğinin ödənilməsinə yönəİdilməsi barədə qətnamə şıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırılmışdır ki, Gözəlov Gündüz Akif oğlunun halhazıradək ona 70.000 manatadək borcu yaranmış, lakin o, müxtəlif üsul və vasitələrdən istifadə edərək borc məbləğini ödəməkdən yayınır. Belə ki, Gözəlov Gündüz Akif oğlu 14,04.2016-cı il tarixli kredit müqaviləsi üzrə 53.000 manat pul vəsaitini borc alaraq, 14.10,2017-ci il tarixədək ödənilməsini öhdəsinə götürmüş, lakin müqavilə öhdəliyini icra etməmiş və məsuliyyətdən yaxa gurtarmaq, öhdəliyin İcrasından yayınmaq məqsədilə mülkiyyətində olan daşınar və daşınmaz əmlakları formal qaydada 3-cü şəxslərin adına rəsmiləşdirilməsinə nail olmuşdur, bu ha isə icra icraatı mərhələsində aşkar edilmişdir. Bakı Apeilyasiya Məhkəməsnin 2(103)-13040/2017 saylı 15.12.2017-ci il tarixli qərardadı İlə Gözəlov Gündüz Akif oğlunun mülkiyyətində olan bir sıra əmlakın, o cümlədən "VAZ 21214 minik" markalı, 90-EG 311 dövlət qeydiyyat nişanlı və "Mersedes Benz 220 minik" markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuş və özgəninkiiəşdirılməsi qadağan edilmişdir. Buna baxmayaraq, G.Gözəlov məhdud zaman kəsiyində tez-tələsik yaxın əhatəsi ilə formal əqdlər bağlayaraq əmlakların öz adından çıxmasına və 3-cü şəxslərin adına keçməsinə nail olmuşdur. Sözü gedən formal əqd vasitəsilə borclu G.Gözəlov mülkiyyətində olan Mersedes Benz 220 minik markalı **-OK- *** dövlət qeydiyyat nişanlı avtomobili qanusuz olaraq Cavabdeh4 adına rəsmiləşdirmiş, buna dair sonuncunun adına AC №947462 saylı qeydiyyat şəhadətnaməsi verilmişdir. Həmçinin, Bakı Apellyasiya Məhkəməsnin qərardadı qəbul edilərkən dərhal qanuni qüvvəyə minmiş və buna baxmayaraq 3-4 gün sonra məhkəmə aktının icrasına maneə törətmək məqsədilə G.Gozəlov növbəti tez-tələsik addım atmış, 19.12.2017-ci il tarixdə "VAZ 21214-minik" markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabden Cavabdeh1 adına alqı-satqı müqaviləsi əsasında rəsmiləşdirllməsinə nail olmuş, bu qanunsuz hərəkət nəticəsində məhkəmə qərardadının icrasına maneə törədən, onun isə maraqlarına toxunan uydurma əqd bağlanılmış və əmlak hüquqlarının pozulmasına cəhd edilmişdir. Eyni zamanda, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)1184/2018 saylı 06.11.2018-cİ il tarixli qətnaməsi ilə cavabdeh Gözəlov Gündüz Akif oğlundan 53.000 manat borc məbləği, 6.213 manat məzənnə fərqi, habelə 30,40 manat ödənilmiş dövlət rüsumu olmaqla 59.248,4 manatın xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2522/2019 saylı 21.02.2019-cu İl tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)4780/2019 saylı 03.07.2019-cu İİ tarixli Qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsinin qanuni və əsaslı oiması təsdiq olunmuşdur. İş üzrə digər cavabdehlər əsas borclu G.Gözəlovun yaxın qohumu və əhatəsidir. Cavabdeh4 yaxını, Cavabdeh2 həyat yoldaşı və xx.xx.1994-cii il təvəllüdlü Cavabdeh3 onların övladıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1184/2018 saylı 06.11.2018-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmiş, icraya yönəldilmiş və 02.09.2019-cu il tarixdə Xətai Rayon icra və Probasiya şöbəsinin icraatına daxil olmuş, bundan sonra borclu G.Gözəlov qətnamənin icrasına məhdudiyyət yaratmaq məqsədilə digər qanunsuz tədbirlərə əl atmışdır. Ər-ərvadın birgə mülkiyyəti hesab edilən Cavabdeh2 isiaməli qızının adına reyestrdə dövlət qeydiyyatına alınan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev Prospekti, 88 E yerləşən qeyri-yaşayış sahəsi 28.09.2019-cu il tarixdə 125.000 manata satılmış və 3-cü şəxsin adına rəsmiləşdırilmişdir. Halbuki könüllü icra müddəti ərzində o, satışdan əldə etdiyi pul vasitəsi ilə borcu ödəyə bilərdi. Yaranmış borc öhdəliyini icra etmək əvəzinə Gözəlovlar tez-tələsik Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev Prospekti, 88 E yerləşən qeyri-yaşayış sahəsini sataraq (formal əqd bağlayaraq), icra İşi üzrə icra tədbirlərinə süni məhdudiyyət yaratmışlar və borclunun payına aid edilən əmlakın dəyəri icra icraatı mərhələsində məqsədli olaraq gizlədilmiş, bu hərəkətlər isə onun maraqlarının pozulmasına və məhkəmə aktının icrasız qala biləcəyinə xidmət etmişdir. Bundan başqa, ər-arvadın birgə mülkiyyəti hesab edilən və borclunun oğlu Cavabdeh3 adına ismayıllı rayonu, Bizlan kəndində yerləşən fərdi yaşayış evi birgə nikah dövründə əldə olunub və borclu G.Gözəlov məsuliyyətdən yaxa qurtarmaq və borc öhdəliyinin icrasından yayınmaq məqsədilə bu əmlakı xx.xx.1994-cü İ təvəllüdlü övladı Cavabdeh3 adına rəsmiləşdirmişdir. Hesab edir ki, sadalanan qanunsuzluqların yeganə məqsədi süni üsullarla əmlak hüquqlarının məhdudlaşdırlması olmuş, nəticədə maraqlarına toxunan və hazırda mübahisələndirdiyi və heç bir hüquqi nəticələrə səbəb olmayan formal (uydurma) əqdlər bağlanılmışdır. Sözü gedən uydurma əqdlərin mövcudluğu icra mərhələsində məlum olmuş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)687/2019 saylı 16.12.2019-cu il tarixil qismən icra üsulunun dəyişdirilməsi ilə bağlı aktının icrası mərhələsində aşkar edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-135/2021 saylı, 14 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Gözəlov Gündüz Akif oğlu İlə Cavabdeh1 arasında "VAZ 21214- minik" markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış 19.12.2017-ci il tarixli və Gözəlov Gündüz Akif oğlu ilə Cavabdeh4 arasında "Mersedes Benz 220 minik" markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış 21.10.2017-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, iddia tələblərinin qalan hissədə təmin edilməməsi, iddianın verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 15 (on beş) manatı cavabdehlər Gözəlov Gündüz Akif oğlundan, Cavabdeh1 və Cavabdeh4 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini, Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev Prospekti, 88 E yerləşən qeyriyaşayış sahəsinin satılması nəticəsində əldə etdiyi vəsaitin ½ hissəsinin (yəni 62.500 manat) məcburi qaydada alınması və həmin vəsaiti ümumi borc məbləğinin ödənilməsinə yönəldilməsi hissədə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin 19.03.2021-ci il tarixli, **********41 saylı məktubu ilə məhkəməyə təqdim edilən sənədlərdən təsdiq olunmuşdur ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 88E ünvanında yerləşən qeyri-yaşayış binası üzərində Cavabdeh2 adına mülkiyyət hüququ daşınmaz əmiakm dövlət reyestrində 19.09.2019-cu il tarixdə **********31-06301 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. (Abşeron Rayon İcra Hakimiyyətinin 19.11.2018-ci il tarixli, 171 nömrəli Tikinti obyektinin istismarına İcazə Aktına, Yerli İcra Hakimiyyəti ilə razılaşdırılmış eskiz layihəyə əsasən) Lakin, Cavabdeh2 həmin qeyri-yaşayış binasını Bakı şəhəri 14 saylı notariat ofisində təsdiq edilmiş 28.09.2019-cu il tarixli, 4Ə-815 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən Nəbiyev Anar Nüsrət oğluna satmışdır. Göründüyü kimi, (arvad) Cavabdeh2 mülkiyyət hüququnun 19.09.2019-cu il tarixdə qeydiyyata alınması və bu daşınmaz əmlakın 28.09.2019-cu il tarixdə təz-tələsik 125.000 manata satılması məhz borclu (ər) Gündüz Gözəlovun icra etməli olduğu icra sənədinin Xətai rayon İcra şöbəsinin icraatında olduğu zaman baş vermiş, bu qaydada davranışın məqsədi öhdəliyin icrasından diqqəti yayındırmaq olmuş, məhkəmə isə gəldiyi nəticəni formal dəyərləndirməklə kifayətlənmişdir. Hakim hesab etmişdir ki, Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev Prospekti, 83 E ünvanında yerləşən qeyri-yaşayış sahəsinin satılması nəticəsində əldə etdiyi vəsaitin 1/2 hissəsinin məcburi qaydada alınması və ümumi borc məbləğinin ödənilməsinə yönəldilməsi hissəsinə münasibətdə borclunun ümumi mülkiyyətdə olan əmlakına icra sənədi üzrə tələbin yönəldilməsi icra mərhələsinə aid məsələ olduğundan, həmçinin, qeyd olunan əmlakın tərəflərin birgə nikahları dövründə əldə olunmuş əmlak kateqoriyasına daxil olmasını əsaslandırmadığından, iddia tələbi göstərilən hissədə də təmin oluna bilməz. Məhkəmə gəldiyi nəticəyə əsasən hesab etmişdir ki, 1) (arvad) Cavabdeh2 satmış olduğu əmlakdan əldə etdiyi pulun ½ hissəsinin ər Gündüz Gözəlova aid edilməsi İcra orqanına aiddir və 2) sözü gedən əmlakın birgə nikah dövründə əldə olunmasını iddiaçı olaraq əsaslandırmamışdır. Hakimin mövqeyinə görə, əmlak üzrə ərarvadın paylarının müəyyən edilməsi məhkəmənin deyil, icra orqanının səlahiyyətinə aiddir və belə qənaətə gəlir ki, Cavabdeh2 Gündüz Gözəlovla ər-arvad münasibətlərində olması kifayət qədər əsaslandırıılmamışdır. Açıq aydın müəyyən edilir ki, birinci instansiya məhkəməsinin qənaəti işin həllinə, pozulmuş hüquqların bərpa olunmasına, məhkəmə aktlarının icrasına yardım etməsi deyil, əksinə bu istiqamətdə məhdudiyyətlərin yaratmasına yönəldilmişdir. İşin mübahisəsiz hallarından təsdiq olunur ki, öhdəliyin icrasından yaxa qurtarmaq məqsədilə borclu Gözəlov Gündüz Akif oğlu formal əqdlər bağlamaq yolu ilə mülkiyyətində olan avtomobilləri üçüncü şəxslərin adına rəsmiləşdirilməsinə nail olmuş, habelə icra sənədinin icraatı mərhələsində ər- arvadın birgə mülkiyyəti olan (lakin Cavabdeh2 (borclu G.Gözəlovun həyat yoldaşı) adına reyestrdə dövlət qeydiyyatına alınan) Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev Prospekti, 88 E yerləşən qeyri-yaşayış sahəsinin 28.09.2019-cu il tarixdə 125.000 manata sataraq, əldə olunan vəsaitin 1/2 hissəsinə ümumi borc öhdəliyinin icrasına yönəldilməsi təmin olunmamış və məhz bu baxımından cababdeh Cavabdeh2 (G.Gözəlovun payına aid olan hissədə) iddia tələbi daxilində məcburi qaydada tutulması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalaraq iddia qaldırılmış, birinci instansiya məhkəməsi isə vahid tələbi qanunsuz və əsassız olaraq natamam təmin etmişdir. Qətnamədən həmçinin Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmamasına dair yeni qətnamə qəbul edilməini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin bu qətnaməsi qanunsuz, əsassızdır. Məhkəmə maddi və prosesual hüquq normalarını pozmuş, onları düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini və qarşı tərəfin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında üçüncü şəxs Gözəlov Gündüz Akif oğlu tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və qarşı tərəfin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının sonuncu iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin təmin edilməsi hissəsinin və həmçinin iddia tələbinin Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev Prospekti, 88 E yerləşən qeyri-yaşayış sahəsinin satılması nəticəsində əldə etdiyi vəsaitin ½ hissəsinin (yəni 62.500 manat) məcburi qaydada alınması və həmin vəsaiti ümumi borc məbləğinin ödənilməsinə yönəldilməsinin təmin edilməməsi hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış qətnaməni tərəflər qeyd edilən hissələrdə qətnaməni mübahisələndirmişlər. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməli, üçüncü şəxs Gözəəv Gündüz Akif oğlunun apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-135/2021 saylı, 14 aprel 2021-ci il tarixli qətnaməsi iddia tələbinin “Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev Prospekti, 88 E yerləşən qeyri-yaşayış sahəsinin satılması nəticəsində əldə etdiyi vəsaitin ½ hissəsinin (yəni 62.500 manat) məcburi qaydada alınması və həmin vəsaiti ümumi borc məbləğinin ödənilməsinə yönəldilməsinin” rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməli, Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev Prospekti, 88 E yerləşən qeyri-yaşayış sahəsinin satılması nəticəsində əldə etdiyi vəsaitin ½ hissəsi (yəni 62.500 manat) məcburi qaydada alınmalı və həmin vəsaiti ümumi borc məbləğinin ödənilməsinə yönəldilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06.11,2018-ci il tarixli, 2(011)-1184/2018 saylı qətnaməsindən müəyyən olunur ki, ilk iddia ərizəsi qismən təmin edilərək Gözəlov Gündüz Akif oğlundan 14.04.2016-cı il tarixli kredit müqaviləsinə əsasən 53.000 manat borc, 6218 manat məzənnə fərqi, 30,40 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 59.248,40 manatın İddiaçı xeyrinə tutulması, Gözəlov Gündüz Akif oğlunun İddiaçı qarşı kredit müqaviləsinin etibarsız hesab olunmasına və ləğv edilməsinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 15.12.2017-ci il tarixli 2(103)- 13040/2017 saylı qərardadından müəyyən olunur ki, iddianın təmini tədbiri barədə ərizə təmin edilərək Gözəlov Gündüz Akif oğlunun mülkiyyətində olan Mercedes-220 minik markalı 10-OK220 qeydiyyat nişanlı, VAZ 21214 minik markalı **-EG-*** qeydiyyat nişanlı, KAMAZ 316-02 yük markalı **-EZ-*** qeydiyyat nişanlı nəqliyyat vasitələrinin, Bakı şəhəri, Xətai rayonu A.Cəlilov küçəsi 2 saylı evin 7 saylı mənzilinin və Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi 25 saylı evin 32 saylı .mənzilinin üzərinə həbs qoyulmaqla onların özgəninkiləşdirilməsi qadağan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16.12.2019-cu il tarixli, 8(011)-687/2019 saylı qırardadından müəyyən olunur ki, İddiaçı icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizəsi təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06.11.2018-ci il tarixli 2(011 )-1184/2018 saylı qətnaməsinin icra üsulu və qaydasının dəyişdirilməsi məqsədi ilə borclu Gözəlov Gündüz Akif oğlunun mülkiyyətində olan Mercedes-Benz minik markalı **-OK-*** qeydiyyat nişanlı, VAZ-21214 minik markalı 90-EG311 qeydiyyat nişanlı, KAMAZ 65115 016-02 yük markalı **-EZ-*** qeydiyyat nişanlı nəqliyyat vasitələrinin likvid dəyərinin müəyyən olunması məqsədilə həmin nəqliyyat vasitələrinin saxlanılması və mühafizə altında olan xüsusi duracağa yerləşdirilməsi, qeyd olunan nəqliyyat vasitələrinin hərrac vasitəsilə satılması və hərracdan əldə olunmuş vəsaitin borc məbləğinin bir hissəsinin ödənilməsinə yönəldilməsi, qalıq borca münasibətdə isə icra tədbirləri ümumi qaydada davam etdirilməsi qərara alınmışdır. İş materiallarında olan 25.11.2010-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 07.08.2007 ci ildə vəfat etmiş Gözəlova Gülsənən Maqsud qızının vərəsəsi oğlu Cavabdeh3 Sırac oğlu miras əmlakdan irs almışdır. Şəhadətnamə verilən miras əmlak 13.11.2010-cu il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ rayon Ərazi idarəsi tərəfindən verilmiş, 37 saylı arayışa və sentyabr 2001 ci il tarixli JN 002A KOD 40726028 torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən, İsmayıllı rayonu, Bizlan kəndi ünvanında yerləşən, 1996 cı ildə tikilmiş, 2 mərtəbəli, 7 otaqlı, 133.0 kv.m yaşayış sahəsi, 123.5 kv.m köməkçi sahəsi, 256.5 kv.m ümumi sahəsi olan fərdi yaşayış evindən və 0.11 ha həyətyanı torpaq sahəsindən ibarətdir. İş materiallarında olan 24.06.2011-ci il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 Sırac oğlu mülkiyyətində olan İsmayıllı rayonu, Bizlan kəndi ünvanında yerləşən, 2 mərtəbəli, 7 otaqlı, 133.0 kv.m yaşayış sahəsi, 123.5 kv.m köməkçi sahəsi, 256.5 kv.m ümumi sahəsi olan fərdi yaşayış evini nəvəsi Cavabdeh3 bağışlamışdır. İş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin 19.03.2021-ci il tarixli, **********41 saylı məktubundan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 88E ünvanında yerləşən qeyriyaşayış binası üzərində Cavabdeh2 adına mülkiyyət hüququ daşınmaz əmiakın dövlət reyestrində 19.09.2019-cu il tarixdə **********31-06301 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. (Abşeron Rayon İcra Hakimiyyətinin 19.11.2018ci il tarixli, 171 nömrəli Tikinti obyektinin istismarına İcazə Aktına, Yerli İcra Hakimiyyəti ilə razılaşdırılmış eskiz layihəyə əsasən) Lakin, Cavabdeh2 həmin qeyri-yaşayış binasını Bakı şəhəri 14 saylı notariat ofisində təsdiq edilmiş 28.09.2019-cu il tarixli, 4Ə-815 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Nəbiyev Anar Nüsrət oğluna satmış, Nəbiyev Anar Nüsrət oğlunun adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 04.10.2019cu il tarixdə **********31-06301 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hal-hazırda mülkiyyətindədir. İş materiallarında olan AR DİN BDYPİ-nin 25.03.2021-ci il tarixli, 31774-1221 saylı arayışından görünür ki, BDYPİ-nin Qeydiyyat-imtahan İdarəsinin kompyuter uçot bazasına görə Mercedes-Benz minik markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobil 13.01.2007-ci il tarixdə Gözəlov Gündüz Akif oğiunun adına qeydiyyata alınmışdır. Avtomobilə dair Cavabdeh4 adına etibarnamə verilmişdir. 21.10.2017-ci il tarixdə qeyd olunan avtomobil alqı-satqı müqaviləsi əsasında Cavabdeh4 adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan AR DİN BDYPİ-nin 02.04.2021-ci il tarixli, 34872-1221 saylı arayışından görünür ki, BDYPİ-nin Qeydiyyat-imtahan İdarəsinin kompyuter uçot bazasına görə VAZ-21214 minik markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobil 26.01.2009-cu il tarixdə Gözəlov Gündüz Akif oğiunun adına qeydiyyata alınmışdır. 19.12.2017-ci il tarixdə qeyd olunan avtomobil alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İşin hallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06.11,2018-ci il tarixli, 2(011)-1184/2018 saylı qətnaməsindən müəyyən olunur ki, cavabdeh Gözəlov Gündüz Akif oğlundan 14.04.2016-cı il tarixli kredit müqaviləsinə əsasən 53.000 manat borc, 6218 manat məzənnə fərqi, 30,40 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 59.248,40 manatın İddiaçı xeyrinə tutulması qət olunmuşdur. Tərəflər arasında kredit mübahisəsinin davam etdiyi ərəfədə cavabdeh Gözəlov Gündüz Akif oğlu qəbul ediləcək məhkəmə qətnaməsinin icrasının təmin edilməsi məqsədi ilə üzərinə həbs qoyularaq özgəninkiləşdirilməsi qadağan olunmuş nəqliyyat vasitələrini özgəninkiləşdirmişdir. Belə ki, o, mülkiyyətində olan Mersedes Benz 220 minik markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobili 21.10.2017-ci il tarixdə 2010-cu ildən 2060-cı ilədək adına etibarnamə verdiyi Cavabdeh4 adına, "VAZ 21214-minik" markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobili 19.12.2017-ci il tarixdə cavabdeh olan qardaşı Cavabdeh1 adına alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.5ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinin tərəblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. 359.3-cü maddəsinə görə təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26.07.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Kollegiya hesab edir ki, cavabdeh Gözəlov Gündüz Akif oğlunun Cavabdeh4 İddiaçı ilə aralarında kredit müqaviləsi üzrə mübahisəyə məhkəmədə baxıldığı ərəfədə mülkiyyətində olan Mersedes Benz 220 minik markalı **-OK-*** dövlət qeydiyyat nişanlı və "VAZ 21214-minik" markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilləri çoxdan tanıdığı Cavabdeh4 və qardaşı Cavabdeh1 adlarına özgəninkiləşdirməsi həmin avtomobillərə dair bağlanmış alqı-satqı müqavilələrinin yalnız görünüş üçün bağlandığı barədə nəticəni yaradır. Ona görə də, məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi göstərilən nəqliyyat vasitələrinə dair alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi hissəsində təmin olunmalıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə yuxarıda qeyd edilən hissədə düzgün qənaətə gəlmiş olsa da, iddia tələbinin Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev Prospekti, 88 E yerləşən qeyri-yaşayış sahəsinin satılması nəticəsində əldə etdiyi vəsaitin ½ hissəsinin (yəni 62.500 manat) məcburi qaydada alınması və həmin vəsaiti ümumi borc məbləğinin ödənilməsinə yönəldilməsinin rədd edilməsi hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə rədd edərkən qeyd etmişdir ki, , borclunun ümumi mülkiyyətdə olan əmlakına icra sənədi üzrə tələbin yönəldilməsi icra mərhələsinə aid məsələ olduğundan, həmçinin, qeyd olunan əmlakın tərəflərin birgə nikahları dövründə əldə olunmuş əmlak kateqoriyasına daxil olmasını əsaslandırmadığından, iddia tələbi göstərilən hissədə də təmin oluna bilməz. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin hazırki iş üzrə yuxarıda qeyd edilən hissədə gəldiyi nəticə ilə razılaşmamaqla qətnaməni həmin hissədə qanuni və əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinin tələbinə görə, ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. İş mübahisələndirilməyən halıdır ki, Cavabdeh2 və Cavabdeh3 hal-hazıradək rəsmi nikah münasibətlərindədir və həmin nikahdan xx.xx.1994-cü il təvəllüdlü Cavabdeh3 adında övladları var. Qeyd olunan şəxslər birgə nikah dövründə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 88E ünvanında yerləşən qeyri-yaşayış binası üzərində Cavabdeh2 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 19.09.2019-cu il tarixdə **********31-06301 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. (Abşeron Rayon İcra Hakimiyyətinin 19.11.2018-ci il tarixli, 171 nömrəli Tikinti obyektinin istismarına İcazə Aktına, Yerli İcra Hakimiyyəti ilə razılaşdırılmış eskiz layihəyə əsasən) Lakin, Cavabdeh2 həmin qeyri-yaşayış binasını Bakı şəhəri 14 saylı notariat ofisində təsdiq edilmiş 28.09.2019-cu il tarixli, 4Ə-815 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 125.000 manata Nəbiyev Anar Nüsrət oğluna satmışdır. Göründüyü kimi, qeyd edilən mənzilin birgə nikah dövründə əldə edilməsi iş materialları ilə təsdiq olunur. Kollegiya qeyd edir ki, Cavabdeh2 mülkiyyət hüququnun 19.09.2019-cu il tarixdə qeydiyyata alınması və bu daşınmaz əmlakın 28.09.2019-cu il tarixdə ən qısa zaman kəsiyində 125.000 manata satılması məhz borclu (ər) Gündüz Gözəlovun icra etməli olduğu icra sənədinin Xətai rayon İcra şöbəsinin icraatında olduğu zaman baş vermiş, bu qaydada davranışın məqsədi öhdəliyin icrasından yayınmaq olmuşdur. Kollegiya hesab edir ki, hazırki halda iddiaçı Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev Prospekti, 88 E yerləşən qeyri-yaşayış sahəsinin satılması nəticəsində əldə etdiyi vəsaitin ½ hissəsinin (yəni 62.500 manat) məcburi qaydada alınması və həmin vəsaiti ümumi borc məbləğinin ödənilməsinə yönəldilməsini tələb etməkdə haqlı olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti əsaslıdır və təmin edilməlidir. Üçüncü şəxs Gözəəv Gündüz Akif oğlunun apellyasiya şikayəti yuxarıda qeyd olunanlara əsasən təkzib olunduğundan əsaslı hesab edilə bilməz və həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalı, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməli, üçüncü şəxs Gözəəv Gündüz Akif oğlunun apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-135/2021 saylı, 14 aprel 2021-ci il tarixli qətnaməsi iddia tələbinin “Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev Prospekti, 88 E yerləşən qeyri-yaşayış sahəsinin satılması nəticəsində əldə etdiyi vəsaitin ½ hissəsinin (yəni 62.500 manat) məcburi qaydada alınması və həmin vəsaiti ümumi borc məbləğinin ödənilməsinə yönəldilməsinin” rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməli, Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev Prospekti, 88 E yerləşən qeyri-yaşayış sahəsinin satılması nəticəsində əldə etdiyi vəsaitin ½ hissəsi (yəni 62.500 manat) məcburi qaydada alınmalı və həmin vəsaiti ümumi borc məbləğinin ödənilməsinə yönəldilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Üçüncü şəxs Gözəəv Gündüz Akif oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-135/2021 saylı, 14 aprel 2021-ci il tarixli qətnaməsi iddia tələbinin “Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev Prospekti, 88 E yerləşən qeyri-yaşayış sahəsinin satılması nəticəsində əldə etdiyi vəsaitin ½ hissəsinin (yəni 62.500 manat) məcburi qaydada alınması və həmin vəsaitin ümumi borc məbləğinin ödənilməsinə yönəldilməsinin” rədd edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilsin. Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev Prospekti, 88 E yerləşən qeyri-yaşayış sahəsinin satılması nəticəsində əldə etdiyi vəsaitin ½ hissəsi (yəni 62.500 manat) məcburi qaydada alınsın və həmin vəsaitin ümumi borc məbləğinin ödənilməsinə yönəldilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar