Məhkəmə qərarları › İş №2(103)-8406/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8406/2020

19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8406/2020 19.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Əliyeva Aytən Rafayel qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili X1 Cavabdeh1 nümayəndəsi-vəkili Məmmədov Fərid Saleh oğlunun iştirakı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda İddiaçı iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək Bakı şəhəri Xətai rayonu Ş.Səmədov küçəsi döngə 1, 11C saylı evin, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin, ünvan 2 döngə, 57E saylı evin və Nissan Qashqai markalı ** VC *** qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmaqla özgəninkiləşdirilməsinin qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-5915/2020 nömrəli qərardadı ilə ərizə təmin edilərək, Bakı şəhəri Xətai rayonu Ş.Səmədov küçəsi döngə 1, 11C saylı evin, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin, ünvan 2 döngə, 57E saylı evin və Nissan Qashqai markalı ** VC *** qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmaqla özgəninkiləşdirilməsi qadağan edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-5915/2020 saylı qərardadından şikayət vermişlər. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iş materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən cavabdehin nümayəndəsini, şikayətlə razılaşmayaraq təmin olunmamasını xahiş edən iddiaçının nümayəndəsini dinləyib hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı qismən, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin və Nissan Qashqai markalı ** VC *** qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması hisəsində ləğv edilməli, həmin hissədə İddiaçı iddianın təmini tədbiri barədə ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 158.1.1-ci və 158.1.2ci maddələrinin tələbinə görə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək olar. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: Bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməli; bu tədbirlər müvəqqəti xarakter daşımalı və tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Bundan başqa, iddianı təmin etmə tədbirinin zəruriliyinə dair dəlillərə qiymət verilərkən məhkəmə həmin dəlillərin ağlabatan olmasını və əsaslılığını, bu tədbirlər görülmədikdə işdə iştirak edən şəxsin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalını, işdə iştirak edən bütün şəxslərin, eləcə də işdə iştirak edən şəxs statusuna malik olmayan şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməli olmasını, iddianı təmin etmə tədbirləri tətbiq edilərkən ümumi mənafelərin və ayrı-ayrı şəxslərin mənafelərinin pozulmasının qarşısının alınmalı olmasını nəzərə alır. Hazırki halda, iddiaçı iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizəsində cavabdehə məxsus 4 əmlakların: Bakı şəhəri Xətai rayonu Ş.Səmədov küçəsi döngə 1, 11C saylı evin, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin, ünvan 2 döngə, 57E saylı evin və Nissan Qashqai markalı ** VC *** qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmaqla iddianı təmin etmə tədbirinin görülməsinin gələcəkdə qəbul ediləcək qətnamənin icrasına hansı çətinlik və ya maneə yaradacağını əsaslandırmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsində qeyd olunan tələblər nəzərə alındıqda, iddianı təmin etmə tədbirinin cavabdehə məxsus 2 əmlakların: Bakı şəhəri Xətai rayonu Ş.Səmədov küçəsi döngə 1, 11C saylı evin və ünvan 2 döngə, 57E saylı evin qətnamənin gələcəkdə icrasını heç cür çətinləşdirmir. Belə ki, həmin evlərin dəyəri, iddianın təmin olunduğu halda borcu artıqlaması ilə əhatə edir. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı qismən, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin və Nissan Qashqai markalı ** VC *** qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması hisəsində ləğv edilməli, həmin hissədə İddiaçı iddianın təmini tədbiri barədə ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 398.0.3, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı qismən, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin və Nissan Qashqai markalı ** VC *** qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması hisəsində ləğv edilsin. Həmin hissədə İddiaçı iddianın təmini tədbiri barədə ərizəsi təmin edilməsin. Qərardad qalan hissədə dəyişdiridlmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar