Məhkəmə qərarları › İş №2(103)-8411/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8411/2022

29.12.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8411/2022 29.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-1318/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək, məhkəmədən onun və ailəsinin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 14A nömrəli binanın, 2 otaqlı, 23 nömrəli mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 1318/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı xx.xx.2021-ci il təvəllüdlü X4 ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Daha sonra həmin qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 1318/2022 saylı qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-1318/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayət geri qaytarılmışdır. Daha sonra Cavabdeh tərəfindən həmin qətnamədən yenidən apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 1318/2022 saylı qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-1318/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Daha sonra Cavabdeh tərəfindən həmin qətnamədən yenidən apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 1318/2022 saylı qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-1318/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət buraxılmaqla verildiyindən geri qaytarılmışdır. Daha sonra iş üzrə Cavabdeh məhkəməyə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-1318/2022 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti və şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə müraciət etmişdir. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 1318/2022 saylı qərardadı ilə ərizə təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-1318/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən buraxılmış apellyasiya şikayəti verilməsi müddətinin bərpа edilməməsi qərara alınmışdır. Daha sonra Cavabdeh Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-1318/2022 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 1318/2022 saylı qərardadı ilə şikayət qanunla müəyyən edilmiş prosessual müddət daxilində verilmədiyindən geri qaytarılmışdır. Daha sonra Cavabdeh Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-1318/2022 saylı qərardadından verilmiş şikayət və şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə müraciət etmişdir. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 1318/2022 saylı qərardadı ilə ərizə təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-1318/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən buraxılmış apellyasiya şikayəti verilməsi müddətinin bərpа edilməməsi qərara alınmışdır. Hazırda Cavabdeh Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-1318/2022 saylı qərardadından şikayət vermiş və Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-1318/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-i il tarixli qərardadını məhkəmədən rəsmi qaydada 28 noyabr 2022-ci il tarixdə almış və bu barədə qəbzi imzalamışdır. Hesab edir ki, qərardaddan verilən şikayət müddətini də ötürməmişdir. Ona məlum olduğuna görə hələ Respublikamızda fəaliyyət göstərən bütün məhkəmələr “elektron məhkəmə” informasiya sisteminə keçmədikləri üçün onun elektron kabinetinin olmaması və yaxud elektron kabinetdən istifadə edə bilməməyi ele də ciddi bir pozuntu sayılmamalıdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, şikayətçi şikayətini ilk növbədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-1318/2022 saylı qətnaməsindən vaxtında apellyasiya şikayəti verməsi, lakin prosessual pozuntulara yol verdiyinə görə bu şikayətin geri qaytarılması, bununla da şikayət vermək üçün qanunla müəyyən edilmiş prosessual müddəti buraxması ilə əsaslandırmışdır. Hansı ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-1318/2022 saylı qətnaməsindən vaxtında şikayət verilməməsinin üzrlü, yaxud üzrsüz səbəbdən baş verməsinin hazırkı şikayətə aidiyyəti yoxdur. Ona görə ki, cavabdeh qətnamədən buraxılmış şikayət vermə müddətinin bərpa edilməməsi qərardadından yox, həmin qərardaddan buraxılmış şikayət vermə müddətinin bərpa edilməməsi qərardadından şikayət vermişdir. Şikayətin digər dəlilləri “Elektron məhkəmə” informasiya sistemində adına açılmış elektron kabinetdən məlumatsızlıqla bağlıdır ki, məhkəmə bu dəlillərə münasibətdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-1318/2022 nömrəli qərardadındakı hüquqi mövqeyini təkrarlayaraq qeyd edir ki, Cavabdeh adına xx.xx.2022-ci il tarixdə elektron kabinet açılmışdır və cavabdehin şikayət vermə müddətinin bərpa edilməsini xahiş etdiyi qərardad da daxil olmaqla iş üzrə qəbul edilmiş bütün məhkəmə aktları cavabdehə məxsus həmin elektron kabinetə yerləşdirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə qeyd edir ki, qanunvericilik “Elektron məhkəmə” informasiya sistemində “elektron kabinet”i olan işdə iştirak edən şəxsə bir sıra hüquqlar (sistemə yerləşdirilmiş məhkəmə aktlarının dərhal, real vaxt rejimində kabinetə yerləşdirilməsi ilə aktlarla daha tez tanış olma imkanı, poçt xərci çəkmədən kabinet vasitəsilə istənilən ərizə, vəsatət və digər materialların məhkəməyə elektron qaydada təqdim edilməsi, məhkəmə aktlarından verilən şikayətlərin heç bir vaxt məhdudiyyəti olmadan həftənin istənilən günü, günün istənilən saatı elektron kabinet vasitəsilə məhkəməyə göndərilə bilməsi yolu ilə qanunla müəyyən edilmiş şikayət vermə müddətlərinə daha dəqiq riayət edə bilmə imkanı və s.) verir və bütün bu hüquqların qarşılığında onun qarşısına vacib bir öhdəlik qoyur: elektron kabinetə yerləşdirilmiş məhkəmə sənədinin rəsmi qaydada verilmiş hesab edildiyini bilmək. Bu baxımdan elektron kabinet açan istənilən proses iştirakçısı elektron kabinetə yerləşdirilmiş məhkəmə sənədinin elektron kabinetə yerləşdiyi andan ona çatdırılmış hesab edildiyini bilməli və eyni sənədin ona təkrar poçt vasitəsilə göndərilməsini gözləməməlidir. Digər tərəfdən, hazırkı işin xüsusi halı ondan ibarətdir ki, Cavabdeh bundan əvvəl Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 1318/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti məhz bu əsasla – elektron kabinetə yerləşdirilmiş qətnamədən vaxtında şikayət vermədiyinə görə geri qaytarılmış, cavabdeh də yenə eyni əsasla – elektron kabinetdən məlumatı olmadığına görə müddəti ötürdüyünü bildirərək buraxılmış prosessual müddətin bərpasını xahiş etmiş, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-1318/2022 saylı qərardadı ilə müddət bərpa edilməmişdir. Həmin qərardad da digərləri kimi cavabdehin elektron kabinetinə yerləşdirilmiş, lakin cavabdeh bu dəfə qərardaddan şikayət vermə müddətini buraxmış, üstəlik bunu da eyni əsasla -elektron kabinetdən məlumatsız olması ilə əsaslandırmışdır. Kollegiya hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-1318/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin dəlilləri qərardadın ləğv edilməsinə əsas vermir və qətnamənin icrasına süni yolla mane olmaq məqsədini daşıyır. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin olunmasın. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 1318/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar