Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8428/2020 02.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Şirinov Ziya Allahverdi oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 2133/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2133/2020 nömrəli iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır(iş səh.70). iddiaçının nümayəndəsi Vəkil (iştirak etməmələrinin üzrlü hesab edilməsi və qərardadın ləğv edilməsi barədə) vəsatət vermiş (iş səh.77), Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2133/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə Vəkil ərizəsi təmin edilməmişdir (iş səh.82).İddiaçının nümayəndəsi Vəkil xx.xx.2020-ci il tarixli qərardadın ləğvi və ərizəyə mahiyyəti üzrə baxımasının davam etdirilməsi barədə şikayət vermişdir (iş səh.86). Yəni nümayəndə ərizə-vəsatət üzrə qəbul edilmiş məhkəmə aktından şikayət vermişdir. Formal tələblər baxımından qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 108.1.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanılmasından verilmiş apellyasiya şikayətindən dövlət rüsumu ödənilməlidir. Bundan əlavə, Məcəllənin 260.5-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. 260.6-ci maddə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilməsini ehtiva edir. Məcəllənin 267 və 395-ci maddələrində əks edilən tələblərə uyğun olaraq: Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda və ya məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verilə bilər; Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Beləliklə, ərizənin baxılmamış saxlanılmasına dair qərardadın ləğv edilməsi barədə verilən vəsatətin (ərizənin) təmin edilməməsi barədə qərardaddan şikayətin verilməsi prosessual qanunvericiliklə nəzərdə tutulmamış və ərizə baxılmamış saxlanıldıqdan işin sonrakı hərəkəti mövcud olmamışdır. Şəxsin ümumi əsaslarla yenidən müraciət etmək (məhkəmə müdafiəsi) hüquqları isə pozulmamışdır. Şərh olunanlara və “Dövlət rüsumu haqqında”Azərbaycan Respublikası Qanunun 8; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 108.1.4, 263, 264, 267-269, 395 360-366, 395-406-cı maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2133/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8428/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8428/2020
02.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver