Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8439/2022 29.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından Cavabdeh MTK-nın vəkili və nümayəndəsi Vəkil şikayətinə yazılı icraat qaydasında baxarkən müəyyən etdi: Yasamal RM-nin xx.xx.2022-ci il tarixli qərardadı ilə qərara alınıb ki, Cavabdeh MTK-nın vəkili və nümayəndəsi Vəkil hazıkı iş üzrə Yasamal RM-nin xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə ərizəsi təmin edilməsin. Cavabdehin vəkili və nümayəndəsi Vəkil həmin qərardaddan şikayət verərək xahiş edib ki, qərardad ləğv edilsin və müddətin bərpası barədə ərizə təmin edilsin. Yasamal RM bu şikayətə baxıb və xx.xx.2022-ci il tarixli qərardadı ilə qərara alıb ki, şikayət təmin edilməsin və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin şikayət üzrə apellyasiya mümkün hesab edilib. Məhkəmə hesab edir ki, şikayətin icraata qəbulu, yəni apellyasiyanın mümkünlüyü barədə qərardadı ləğv edilməli və iş apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki-Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə görə, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Müəyyən olunur ki, qərardaddan verilən şikayət Mülki-Prosessual Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunub. Belə ki, həmin şikayət, o cümlədən müddətin bərpası barədə ərizə cavabdehin vəkili və və nümayəndəsi Vəkil adından tərtib olunub. Lakin nə şikayət, nə də ərizə onun tərəfindən imzalanmayıb. Apellyasiya icraatı zamanı bu barədə vəkilə məlumat verilib, o isə şikayət və ərizənin yeni nüsxəsini çap edərək imzalayıb və ümumi qaydada Bakı Apellyasiya Məhkəməsinə göndərib. Həmin şikayət və ərizə xx.xx.2022-ci il tarixdə daxil olma qeydi (ştampı) ilə Bakı Apellyasiya Məhkəməsinə daxil olub. Beləliklə, Yasamal RM “müddətin bərpası barədə” imzasız ərizəyə baxaraq qərardad çıxarıb, daha sonra bu qərardaddan verilmiş imzasız şikayətə ilkin olaraq baxaraq yenidən qərardad çıxarıb, bundan sonra həmin şikayəti (imzasız şikayəti) baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərib. Mülki- Prosessual Məcəllənin 363.1.1-ci maddəsinə görə, apellyasiya şikayəti imzalanmamışdırsa o, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Eyni qayda qərardaddan verilmiş şikayətə də aiddir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessial Məcəllənin 366 və 384.0.6-cı maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından Cavabdeh MTK-nın vəkili və nümayəndəsi Vəkil şikayətinin icraata qəbulu barədə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin, həmin şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və iş apellyasiya baxışından çıxarmaqla Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8439/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8439/2022
29.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver