Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8443/2022 26.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3680/2014 saylı, 21 oktyabr 2022-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" ASC- nin xeyrinə 41591 ABŞ dolları əsas borc, 3750 ABŞ dolları faiz borcu, 1900 ABŞ dolları dəbbə pulu, cəmi 47241 ABŞ dolları məbləğində borcun tutulması, Cavabdeh mülkiyyətində olan "xxxx"na ipotekaya qoyulmuş «TOYOTA LAND GRUİSER» markalı 99BE066 dövlət nömrə nişanlı minik (tip-universal, buraxılış ili - 2011, Ban- JTMDU09J7B4048138, rəng-qara) avtomobilinin açıq hərracdan satılması və əldə olunmuş vəsaitin Cavabdeh "xxxx" ASC-yə olan kredit borcunun ödənilməsinə yönəldilməsi, və əldə olunmuş vəsaitin Cavabdeh Banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi, dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 avqust 2014-cü il tarixli, 2(005)- 3680/2014 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 18 mart 2013-cü il tarixli 1640 nömrəli kredit müqaviləsi üzrə 41591 ABŞ dolları əsas borc, 3750 ABŞ dolları faiz borcu və 400 ABŞ dolları cərimə olmaqla, cəmi 45,741 ABŞ dolları məbləğində borc ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə, həmçinin dövlət rüsumu kimi ödənilmiş 30 manat cavabdehdən tutularaq iddiaçı Azərbaycan Beynəlxalq Bankı» Açıq Səhimdar Cəmiyyətinə verilməsi, tələb «TOYOTA LAND GRUİSER» minik markalı (buraxılış ili-2012, tip-universal; Ban- JTMDU09J7B4048138, mühərrik-8773971; rəng-qara) 99BE066 dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobil açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitdən 45,741 ABŞ dolları məbləğində borc ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə "xxxx" ASC-nin hesabına ödənilməsi, qalan məbləğin Cavabdeh verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 avqust 2014-cü il tarixli, 2(005)-3680/2014 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsini xahiş etmiş, eyni zamanda ərizəsinə apellyasiya şikavəti əlavə etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3680/2014 saylı, 21 oktyabr 2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmiş və apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmışdır. Cavabdeh Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3680/2014 saylı, 21 oktyabr 2022-ci il tarixli qərardadından şikayət verərək ləğv edilməsini və apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpası barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən verilmiş şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, işdən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3680/2014 saylı, 21 oktyabr 2022-ci il tarixli qərardadından xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən verilmiş şikayətə birinci instansiya məhkəməsi baxmadan apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin tələbinə görə, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə... göndərilir. Həmin Məcəllənin 396-cı maddəsinə əsasən, şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə birinci instansiya məhkəməsinə verilə bilər. Həmin Məcəllənin 397.1-ci maddəsinə əsasən, bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulan əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Çünki, birinci instansiya məhkəməsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3680/2014 saylı, 21 oktyabr 2022-ci il tarixli qərardadından xx.xx.2022-ci il tarixdə daxil olmuş şikayətə baxıb MPM-in 269-cu maddəsində nəzərdə tutulan əsasları, yəni şikayətin əsaslı olub-olmadığını yoxlamadan apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 269, 396.1, 397.1, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3680/2014 saylı, 21 oktyabr 2022-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət MPM-in 269-cu maddəsində nəzərdə tutulan əsasların, yəni şikayətin əsaslı olub-olmadığı yoxlanılmadan apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən mülki işlə birlikdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8443/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8443/2022
26.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver