Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8448/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X2 qarşı “mənzilə köçürülmə və istifadə hüququnun tanınması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(006)-4884/2020 saylı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardadından iddiaçının şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaqları Xədicəxanım Məmmədzadə və Fatiməxanım Məmmədzadə ilə ünvan 1 mənzil 31 ünvanında yerləşən yaşayış sahəsinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(006)- 4884/2020 saylı qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 152.1.3-cü maddəsinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun iddiası müstəsna aidiyyətə aid olduğu üçün, MPM-in 39.1-ci maddəsinin tələblərinə əsasən Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Digər tərəfdən iddia ərizəsini mart ayında, yəni 6 ay əvvəl vermişdir, MPM-in 151.3-cü maddəsinə əsasən məhkəmə iddia ərizəsini daxil olmasından 2 həftə müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o qəbul edilmiş sayılır. Məhkəmə iddia başqa məhkəməyə aid olsa da, ərizəni qaytarmayıb, aidiyyəti üzrə məhkəməyə göndərməli idi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər (nümayəndəsi) məhkəməyə gəlmədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyasi iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh X1 şəhəri, Əliheydər Qarayev küçəsi 23 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 3 ünvanında yaşayır. Cavabdehin faktiki yaşadığı ünvan Bakı şəhəri Nərimanov rayonunda yerləşir. Göründüyü kimi cavabdehin nə qeydiyyatda olduğu, nə də faktiki yaşadığı ünvan Nəsimi rayonunun ərazisinə aid deyildir. Odur ki, iş ərazi aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsində baxılmalı olmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti yalnışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq aidiyyət qaydalarının pozulmasına yol verilmir. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir (maddə 35.1). Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir (maddə 35.2). Həmin Məcəllənin 39.1-ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. İddiaçı uşaqları ilə birlikdə ünvan 5 ünvanında yerləşən yaşayış sahəsinə köçürülməsini, yəni həmin mənzilə olan hüquqlarının pozulmasının aradan qaldırılmasını tələb edir ki, həmin mənzil də Nəsimi rayonu ərazisində yerləşir. Belə olan halda iddiaçı iddia ərizəsi ilə haqlı olaraq Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Kollegiya hesab edir ki, cavabdehin qeydiyyat ünvanı Gəncə şəhəri ərazisində yerləşsə də, hazırda iddiaçının köçürülməsini tələb etdiyi mənzil ünvan 7 ünvanında yerləşdiyindən müstəsna aidiyyət qaydalarına müvafiq olaraq mübahisə predmeti olan mənzilin yerləşdiyi əraziyə görə işin müstəsna aidiyyəti Nəsimi rayonu ərazisinə aiddir və hazırki mülki işə Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçının şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli 2(006)-4884/2020 saylı qərardadı ləğv edilsin və İddiaçı cavabdeh X2 qarşı “mənzilə köçürülmə və istifadə hüququnun tanınması tələbinə dair” iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-8448/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8448/2020
11.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver