Məhkəmə qərarları › İş №2(103)-8448/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8448/2022

21.12.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8448/2022 21.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Məmmədova (sədirlik edən və məruzəçi), Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızıBağırlının katibliyi ilə, İddiaçı - cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməklə) qarşı “müavinətin tam ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1688/2022 saylı, 01 sentyabr 2022-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti əsasənda mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməklə) qarşı “müavinətin tam ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək sözügedən qətnamədən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh tərəfindən də apellyasiya şikayətinin verildiyini göstərmiş və işin Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mülki iş apellyasiya baxışından çıxarılmalı və prosessual qanunvericiliyin tələblərinə əməl edilməsi üçün, yəni Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 362-ci maddəsinə əsasən apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. 363-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi ilkin olaraq apellyasiya şikayətini yoxlayır və həmin maddədə göstərilən hallarda apellyasiya şikayətini geri qaytarmaq səlahiyyətinə malikdir; 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və həmin maddənin tələblərinə cavab verən apellyasiya şikayətini işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərir. Ona görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh verdiyi apellyasiya şikayəyi apellyasiya baxışından çıxarılmalı və mülki iş üzrə iddiaçı tərəfindən verilən apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6. apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 363, 364, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli 2(009)-1688/2022 saylı qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən apellyasiya şikayətinin mümkün sayılması barədə məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ləğv olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli 2(009)-1688/2022 saylı qətnaməsindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Mülki Prosessual Məcəllənin tələblərinə əməl edilməsi üçün mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar