Məhkəmə qərarları › İş №2(103)-8449/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8449/2020

16.11.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8449/2020 16.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “əmək kitabçasının qaytarılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh MTK tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh MTK-ya qarşı “əmək kitabçasının qaytarılması tələbi barədə” iddiasına dair mülki işə baxmış Bakı Şəhəri Nizami Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianın təmin olunmasını qət etmişdir. xx.xx.2019-cu il tarixli qətnamədən cavabdeh MTK-nın adından apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Məhkəmə) xx.xx.2020-cı il tarixli qərardadına əsasən, cavabdeh MTK adından verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatı qeyri-mümkün hesab edilmiş və şikayətin geri qaytarılması üçün mülki iş Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, şikayəti imzalamış Alim Nərimanovun cavabdeh MTK-nın adından apellyasiya şikayətini imzalamaq səlahiyyəti yoxdur. X1 adına verilmiş etibarnaməni MTK-nın sədr müavini Vasif Atakişiyev imzalayıb. MTK-nın sədri (qanuni təmsilçisi) Arzuman Əliyev tərəfindən Vasif Atakişiyevə bu kimi etibarnaməni imzalamaq səlahiyyətinin verilməsini təsdiq edə biləcək sənəd iş materiallarında yoxdur. Göstərilən səbəbdən Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadla MTK adından verilmiş apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri geri qaytarmışdır. Bundan sonra cavabdeh MTK qətnamədən yenidən apellyasiya şikayəti vermiş və apellyasiya şikayətinə “apellyasiya şikayətinin verilməsi üçün müddətin buraxılmamış hesab edilməsi barədə” ərizə əlavə etmişdir. Ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardad ilə ərizəni təmin etməmiş və apellyasiya şikayətini qaytarmışdır. Cavabdeh MTK həmin qərardaddan şikayət verərək, qərardadının ləğv edilməsini, “apellyasiya şikayətinin verilməsi üçün müddətin buraxılmamış hesab edilməsi barədə” ərizənin təmin edilməsini və apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və mülki iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və cavabdeh MTK-nın “xxxx” ərizəsinə yenidən baxılması üçün iş həmin Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, məhkəmələr iş üzrə tərəflərin onlara verdikləri tələblər, ərizələr, vəsatətlər və sair müraciətlər çərçivəsində baxır. MTK-nın Rayon Məhkəməsinə təqdim etdiyi ərizə “xxxx” ərizə olduğu halda, Rayon Məhkəməsi həmin ərizəyə “buraxılmış prosessual müddətin bərpası barədə” ərizə kimi baxmışdır. MPM buraxılmış prosessual müddətin bərpa edilməsini o halda nəzərdə tutur ki, müddət buraxılmış olsun və bu hal üzürlü səbəbdən baş versin. Lakin hazırki iş üzrə cavabdeh MTK hesab edir ki, o, prosessual müddəti ümumiyyətlə ötürməmişdir. Göstərilənlərə əsasən müəyyən edilir ki, Rayon Məhkəməsi iş üzrə qərardadın qəbul edilməsinə əsas olmuş ərizə ilə qarşısında qoyulmuş tələbi düzgün müəyyən etməmiş, ərizədə qeyd edilən məsələni deyil, qeyd edilməyən məsələni müzakirə etmişdir. Hal bu ki, qeyd edilən məsələlərin hüquqi nəticələri müxtəlifdir. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, barəsində şikayət verilmiş qərardad ləğv edilməli, “xxxx” cavabdeh MTK-nın ərizəyə yenidən baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 397 və 398ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Cavabdeh MTK-nın şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin və Cavabdeh MTK-nın “prosessual müddətin buraxılamamış hesab edilməsi barədə” ərizəsinə yenidən baxılması üçün iş Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar