Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-846/2021 12.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elmira Nağıyeva və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Qorqud Şahverdiyevin iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” Bank Olmayan Kredit Təşkilatı MMC-yə qarşı “borc məbləğinin düzgün müəyyən edilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, tərəflərin arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 05039 nömrəli kredit müqaviləsinə əsasən iddiaçının cavabdehin qarşısında olan kredit borcunun problemli kreditlərin restrukturizasiyası qaydalarına əsasən düzgün hesablanması barədə qətnamə qəbul olunsun. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv olunsun və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Apellyasiya şikayəti əsassızıdır. Belə ki, tərəflərin arasında xx.xx.2015-ci il tarixli, 05039 №-li kredit müqaviləsi bağlanmışdır. Cavabdehin xx.xx.2019-cu il tarixli, 275 №-li arayışına görə iddiaçının həmin kredit müqaviləsi üzrə əsas borcu 663,99 manat, faiz borcu 406,38 manat, cərimə borcu 217,03 manat təşkil edir. Arayışda qeyd olunub ki, kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının tətbiq dairəsinə düşdüyünə görə cavabdeh faiz və cərimə borcundan tam imtina edib. İş üzrə keçirilmiş məhkəmə-mühasibat ekspertizasının xx.xx.2020-ci il tarixli, 4960 №-li rəyi ilə müəyyən olunub ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019cu il tarixli, 551 nömrəli Fərmanı və X1 Palatasının müvafiq Qaydaları nəzərə alınmaqla həmin kredit müqaviləsi üzrə 663,99 manat əsas borc düzgün hesablanıb. Göründüyü kimi, borc düzgün müəyyən edilib. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-846/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-846/2021
12.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver