Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8460/2021 18.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2355/2021 saylı, 27 aprel 2021-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh1 MTK tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1 MTK-ya qarşı “mənzil sahəsi üzərində istifadə və sərəncam hüquqlarının tanınması barədə öhdəliyin qoyulmasına dair” ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında inşa olunan 3 girişli 21 mərtəbəli yaşayış evinin A blokunun 7ci mərtəbəsində yerləşən ümumi sahəsi 69,10 kv.m yaşayış sahəsi 60,80 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət A02 saylı mənzil sahəsinə dair İddiaçı müqavilə üzrə hüququnu tanımaqla həmin sahədən istifadə ilə bağlı bütün maneələrin aradan qaldırılması öhdəliyinin "xxxx" MMC və Cavabdeh1 MTK-nın üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 MTK da İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş A blokunun 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 69.10 kv.m yaşayış sahəsi, 60.80 kv.metr olan izolə olunmuş 2 otaqdan ibarət A02 saylı mənzilə dair 31 yanvar 2019-cu il tarixli A-164/7 tarixli saylı müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 MMC də qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında inşa edilən 3 girişli 21 mərtəbəli yaşayış evinin A blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 69.1 kv.m olan 2 otaqdan ibarət mənzil üzrə Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2355/2021 saylı, 27 aprel 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanında inşa olunan 3 girişli yaşayış evinin, A blokunun, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 69,10 kv.m, yaşayış sahəsi 60,80 kv.m olan, izolə olunmuş 2 otaqdan ibarət A02 saylı mənzildən İddiaçı istifadəsinə yaradılan maneələr Cavabdeh1 MTK tərəfindən aradan qaldırılması, ilkin iddia tələbi qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 MMC-nin qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh1 MTK-na qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MTK-nın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ilkin iddianın təmin edilməyən hisəsində qismən ləğv edilməsi və iddiasının tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, 05.07.2018-ci il tarixində "Orxan-TİT” MMC və "xxxx" MTK arasında podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh1 MTK nəzərdə tutulmuş tikinti quraşdırma işlərinin həyata keçirilməsi, "xxxx" MMC isə bunun müqabilində müqavilə ilə şərtləndirilmiş pul məbləğinin ödənilməsi öhdəliklərini üzərlərinə götürmüşlər. 05.07.2018-ci il tarixində Cavabdeh2 MMC və Cavabdeh1 MTK arasında bağlanmış 0507/01-18 saylı müqaviləyə əsasən tərəflər 05.07.2018-ci il tarixli podrat müqaviləsi əsasında yerinə yetirilmiş işlərin həcminə uyğun olaraq Cavabdeh1 MTK-ya ödəniləcək maliyyə vəsaitinin müvafiq həcmdə mənzil sahələri ilə əvəz edilməsinə dair razılığa gəlmiş və imzaları ilə 0507/01-18 saylı müqaviləni təsdiq etmişlər. Cavabdeh1 MTK 05.07.2018-ci il tarixli müqaviləni imzaladıqdan sonra sözügedən tikinti işləri nəticəsində inşa ediləcək binalarda yerləşən mənzillərin satışı üzrə səlahiyyətli nümayəndə qismində iştirak edərək mənzillərin satışını həyata keçirmişdir. Cavabdeh1 MTK ilə arasında sözügedən mənzil sahəsinin alqı-satqısına dair 31.01.2019cu il tarixli, A-164/7 saylı müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 MTK-ya 69.100,00 AZN məbləğində maliyyə vəsaiti ödənilməli olduğu göstərilmişdir və 31.01.2019-cu il tarixdə yuxarıda qeyd edilmiş məbləğ tam şəkildə ödənilmiş, həmin məbləğin ödənilməsi faktı isə Cavabdeh1 MTK tərəfindən tərtib edilmiş 31.01.2019-cu il tarixli, 133 saylı maliyyə arayışı ilə təsdiq edilmişdir. Cavabdeh1 MTK ilə Cavabdeh2 MMC arasında faktiki yerinə yetirilmiş Tikinti Quraşdırma İşlərinin (TQİ) həcminin müqabilində hesablanmış dəyərin əvəzinin natura şəklində ödənilməsinə dair 07.01.2020-ci il tarixli “Təhvil-Təslim AKTİ” imzalanmışdır. Həmin razılşamava əsasən ümumi mənzil sahəsi 6700 (altı min yeddi yüz) kv m. olan 62 ədəd mənzilin naturada Cavabdeh1 MTK-ya verilməsi barəsində razılığa gəlinmişdir. Cavabdeh1 MTK ilə "xxxx" MMC arasında 62 ədəd mənzilin naturada Cavabdeh1 MTK-ya verilməsi bir daha onlar arasında 21.01.2020-ci il tarixdə imzalanmış “mənzillərin bölgü AKT-na” əsasən tərtib edilmiş 62 ədəd mənzilin siyahısına dair Cədvəl İ-də öz təsdiqini tapmışdır. Həmin razılaşmaya əsasən 24.01.2020-ci il tarixdə “Konstra" MTK tərəfindən "Orxan-TİT” MMC-yə A bloku, Sıra № 2, mərtəbə 7 , otaq sayı 2, 69,10 kv.m-lik mənzil sahəsinin onun adına rəsmiləşdiriməsi barədə bildiriş göndərilmiş və "Orxan-TİT” MMC tərəfindən sözügedən bildirişə əsasən həmin mənzil sahəsi adına rəsmiləşdirilmiş və bu fakt “Orxan-TİT“ MMC-nin möhrü və səlahiyyətli şəxsin imzası ilə təsdiqlənmişdir 1.Qətnamədə 24.01.2020-ci il tarixli, 012 nömrəli bildirişin sübut hesab edilib-edilməməsi məsələsinə toxunmamışdır. Belə ki, yuxarıda da qeyd edildiyi kimi həmin bildirişə əsasən “Konstra" MTK tərəfindən "Orxan-TİT” MMC-yə A bloku. Sıra № 2, mərtəbə 7 , otaq sayı 2. 69.10 kv.m-lik mənzil sahəsinin rəsmiləşdirlməsi barədə müraciət göndərilmiş və "Orxan-TİT” MMC tərəfindən sözügedən bildirişə əsasən həmin mənzil sahəsi onun adına rəsmiləşdirilmiş və bıı fakt “Orxan- TİT“ MMC-nin möhürü və səlahiyyətli şəxsin imzası ilə təsdiqlənmişdir. Göründüyü kimi həmin mənzil sahəsinin ona satılmasında səlahiyyətli şəxs qismində iştirak edən Cavabdeh1 MTK sözügedən alqı-satqı müqaviləsinin bəyənilməsi məqsədi ilə Cavabdeh2 MMC-yə bildiriş göndərmiş, Cavabdeh2 MMC isə onu imza və möhürlə təsdiqləməklə alqı- satqı müqaviləsini bəyəndiyini bildirmişdir. Buna görə də bu bildiriş əslində Cavabdeh1 MTK ilə Cavabdeh2 MMC arasında həmin ünvanda yerləşən mənzilin İddiaçı adına rəsmiləşdirilməsi şərtinə dair razılığı özündə ifadə edən yeni bir müqavilə formasıdır. 24.01.2020-ci il tarixli, 012 nömrəli bildirişin sözügedən qətnamənin əsaslandırıcı hissəsində yer almaması və dolayısı ilə Cavabdeh2 MMC üçün öhdəlik yaradıcı hissənin tamamilə qeyd edilməməsi iş üçün böyük əhəmiyyət kəsb edən hallara məhkəmə tərəfindən nəzər yetirılməməsinin, eləcə də hərtərəfli və tam araşdırılmamsının bariz sübutudur.
2. Məhkəmə qətnamədə "xxxx" MMC-nin üzərinə nə üçün öhdəlik qoymadığı və iddianın qalan hissədə təmin edilməməsi halını yetərincə əsaslandırmamışdır. Belə ki, qətnamdə qeyd edilir ki, öhdəliklə bağlı Cavabdeh1 MTK-nın müqavilə bağlaması isə "xxxx" MMC-nin deyil məhz onun bu müqavilə şərtlərini yerinə yetirilməsini məcburi edir. Bu səbəbdən məhkəmə ilkin iddianın qismən təmin edilməsi qənaətinə gəlir . Öncəki nüansda da qeyd edildiyi kimi əgər məhkəmə tərəfindən 24.01 2020-ci il tarixli 012 saylı bildiriş araşdırılsa və ona düzgün hüquqi qiymət verilsə idi, sözügedən alqı-satqı müqaviləsinin əsas tərəfinin “Orxan-TİT" MMC olduğu təsdiq edilmiş olardı. Lakin məhkəmə məlum olmayan səbəblərdən dolayı qətnamənin əsaslandırıcı hissəsində can alıcı məqama tamamilə yer verməməklə dolayısı ilə Cavabdeh2 MMC-nin üzərinə öhdəlik qoyulmasından azad etmək şəraiti formalaşdırmışdır. Beləliklə, məhkəmə yalnız onunla “Konsira" MTK arasında bağlanmış alqı-satqı müqaviləsini əsas gətirərək "Orxan- TİT” MMC-ni bütün öhdəliklərdən azad etmişdir. Cavabdeh1 MTK da apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə cavabdeh tərəfindən verilən vəsatətlər heç biri hakim tərəfindən təmin edilməmişdir. Tərəflər arasında bağlanmış müqavilə və maliyyə arayışında olan imzalar və möhür cavabdehə məxsus deyil. İş üzrə ekspertizalar təyin olunmalı oldııgu halda təmin olunmamışdır. Ancaq işin obyektiv həlli üçün mütləq ekspertizalar keçirilməlidir. Cavabdeh mübahisəli mənzilin sahibi deyil və onun balansında heç bir yaşayış və qeyri-yaşayış yoxdur. Belə olan halda cavabdehlə iddiaçı arasında bağlanmış 31 yanvar 2019-cu il tarixli A-164/7 saylı, nömrəli müqavilə bağlandığı andan etibarsızdır. Belə ki, Cavabdeh1 ilə "Orxan-TİT” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış müqavilə Cavabdeh1nə podratçı statusundan başqa heç bir səlahiyyəl verməmişdir. Daha sonra mənzilin dəyəri Cavabdeh1nə ödənilməmişdir. Mübahisələdirilən müqavilələr bır qrup şəxslər tərəfindən öz çirkin niyyətlərini həyala keçirmək üçün bağlanmışdır. İşə baxılması vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, işdə iştirak etməli olan şəxslər məhkəməyə gəlməmişlər. Apellyasiya instansiyası məhkəməsi işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, ilkin iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qarşılıqlı iddiaçının apellyasiya şikayəti isə təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, tərəflər arasında müqavilələr bağlanarkən Cavabdeh1 Mənzil Tikinti Kooperativi icraçı direktoru X1 etibarnamə verərək etibarnamə üzrə digər hüquqlarla yanaşı MTK adından bütün idarə və təşkilkatlarda, MTK da müqavilə bağlamağı ərizə ilə müraciət etməyi hesab üzərində sərəncam verməyi və .s hüquqlarını etibar etmişdir. Bu hüquqlardan irəli gələrək X2 etibarnamə əsasında iddiaçı ilə mübahisəli mənzillərə dair müqavilə bağlanmışdır. Səlahiyyət verilməyən şəxsin əqd bağlaması ilə mübahisənin yaranma ehtimalını ehtiva edən mülki hüquq münasibətlərinin mövcudluğu onun hüquqi nəticələrinin həllini müəyyən edən Mülki Məcəllənin 360-cı maddəsi ilə şərtləndirilmişdir. Həmin maddəyə görə əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Sözügedən Məcəllənin 360.2-ci maddəsində o da qeyd edilir ki, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki qanunvericiliyin tələblərinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər, yəni daşınmaz əmlakların alqı-satqısı ilə əlaqədar hüquqi prosedurların MTK tərəfindən şəxsən deyil, onun etibarnamə üzrə nümayəndəsi X2 vasitəsilə həyata keçirilməsi mübahisələndirilən əmlakın iddiaçıya verilməməsi üçün əsas deyildir. Mənzil qanunvericiliyinin də tələblərindən aydın olur ki, mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Qeyd olunan hal ardı-arda bir neçə iddiaçının iddia tələbi yaranmasına əsas olmuşdur. Bundan başqa, müvafiq etibarnamənin verilmə tarixi ilə qeyd olunan alqı-satqı müqavilələrinin bağlanma tarixlərinin müqayisəsi nəticəsindən göründüyü kimi iddiaçı ilə Dilafər Rəsulov arasında müqavilə bağlanarkən həmin etibarnamə öz hüquqi qüvvəsini itirməmiş, yəni MTK rəhbərliyi tərəfindən etibarnamə ləğv edilməmişdir. Məhkəmənin qənaətinə görə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. İddiaçının mübahisələndiridiyi müqavilədən görünür ki, həmin müqavilələr Cavabdeh1 MTK-nın səlahiyyətli şəxsi tərəfindən imzalanmış və möhürü ilə təsdiqlənmişdir...İddiaçının iddia tələbində qeyd etdiyi “hüququnun tanınmasına” və hər iki cavabdehə yönələn tələbə münasibətdə məhkəmə qeyd edir ki, mübahisəli müqavilənin həqiqiliyi tərəflər arasında öhdəliyin yerinə yetirilməsini şərtləndirir. Mənzil Məcəlləsinin 113.2-ci maddəsinin də tələblərindən aydın olur ki, pay haqqının tam ödənilməsi mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün əsasdır. Qanunvericinin belə mövqeyindən aydın olur ki, pay haqqının tam ödənilməsi mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçməsi ilə istifadə hüququnu şərtləndirir. Öhdəliklə bağlı Cavabdeh1 MTK-nın müqavilə bağlaması isə, "xxxx" MMC-nin deyil məhz onun bu müqavilə şərtlərini yerinə yetirilməsini məcburi edir. Bu səbəbdən məhkəmə ilkin iddianın qismən təmin edilməsi qənaətinə gəlir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı apellyasiya şikayəti mübahisələndirilən hissədə qətnamənin qismən ləğv edilməsi, həmin hissədə də iddianın qismən təmin edilməsi üçün əsas olsa da, Cavabdeh1 MTK-nın apellyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İlk iddiaçının apellyasiya şikayətinin obyektini qətnamənin bir hissəsi, yəni ilk iddianın təmin edilməyən hissəsi, qarşılıqlı iddiaçının apellyasiya şikayətinin obyektini isə ilkin iddianın təmin edilən, qarşılıqlı iddianın isə təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq şikayətdə göstərilən pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissələrdə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qətnamə yalnız mübahisələndirilən hissələrdə yoxlanılır. Hazırki iş üzrə, ilk iddianın təmin edilməyən cavabdeh "xxxx" MMC-yə münasibətdə faktiki əsası(faktiki hallar) tələbin həmin hissədə qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin həmin hissədə iş üzrə gəldiyi nəticə düzgün olmamış, Cavabdeh1 MTK-nın qarşılıqlı iddiasının faktiki əsası(faktiki hallar) tələbin həmin hissədə qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin həmin hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, ilk iddianın cavabdeh "Orxan-TİT” MMC-yə münasibətdə təmin edilməməsi barədə məhkəmənin qənaəti düzgün olmamışdır. Belə ki, mübahisəli mənzilə dair müqavilə iddiaçı ilə Cavabdeh1 MTK arasında bağlansa da, iddia tələbində "Orxan-TİT” MMC-nin üzərinə mübahisəli mənzildən istifadə ilə bağlı bütün maneələrin aradan qaldırılması öhdəliyinin qoyulması da tələb edilmişdir. Bu cür tələb yalnız müqavilə şərtlərinin yerinə yetirilməməsi ilə bağlı olmur. Başqa sözlə ilk iddiaçı "Orxan-TİT” MMC-dən yalnız Cavabdeh1 MTK ilə bağladığı müqavilənin şərtlərinin yerinə yetirilməməsinə görə maneələrin aradan qaldırılmasını tələb etmir. Tələb həm də mənzildən istifadə ilə əlaqədar yaranmış və yarana biləcək manelərin aradan qaldırılması ilə əlaqədar öhdəliyin onun üzərinə qoyulması ilə bağlı olmuşdur. "Orxan-TİT” MMC-nin qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək iddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış müqavilənin ləğvini tələb etməsi də ona dəlalət edir ki, o, da bu müqavilənin mövcudluğundan narazı və narahat olduğundan, istər-istəməz mübahisəli mənzildən istifadəyə iddiaçıya manelər yaradacaq. Əks halda mübahisəli mənzilə dair hər hansı bir marağı olmasaydı yəqin ki, bu cür iddia ilə də məhkəməyə müraciət etməzdi. Ancaq iş materiallarından və ilk iddiaçının apellyasiya şikayətinin dəlillərindən açıq-aşkar görünür ki, "Orxan-TİT” MMC də iddiaçı ilə digər cavabdeh arasında bağlanmış bu müqavilənin etibarlılığını, qanunuliyini və həqiqiliyini özünün davranışı və hərəkətləri ilə təsdiq etmişdir. Ona görə də, ilk iddia tələbi "Orxan-TİT” MMC-yə qarşı da əsaslı olduğundan, qətnamə həmin hissədə ləğv edilməli və bu hissədə də iddia təmin edilməlidir. Çünki, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir(MM.m.158.4) İkincisi, ilk iddiaçının iddia ərizəsində mübahisəli mənzilə dair müqavilə üzrə hüququnun tanınmasını, apellyasiya şikayətində isə mənzil üzərində istifadə və sərəncam hüququnun tanınmasını xahiş etmişdir. Qeyd olunan mənzilə dair müqavilənin etibarlı olmasına və qanuniliyinə dair qənaətə gəldiyi üçün məhkəmə iddianı qismən təmin etmişdir. Başqa sözlə əgər müqavilə etibarlı və qanunidirsə, o cümlədən pay haqqı tam ödənilmişdirsə, onsuzda iddiaçının mənzil üzərində sahiblik və istifadə hüququ tanınır. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir(MM.m.146.2). Ona görə də bu hissədə məhkəmənin gəldiyi nəticə düzgün olmuşdur. Üçüncüsü, Cavabdeh1 MTK şikayətində tərəflər arasında bağlanmış müqavilə və maliyyə arayışında olan imzaların və möhürün cavabdehə məxsus olmadığını, iş üzrə ekspertizalar təyin olunmalı olduğu halda təmin olunmadığını göstərsə də bu dəlillər əsaslı ola bilməz. Birincisi ona görə ki, müqavilə və maliyyə arayışındakı imzanın MTK-nın sədri olan X1, eləcə də möhür cavabdehə məxsus olmasaydı bunu qarşılıqlı iddiasında aydın şəkildə göstərərdi, ancaq göstərməmişdir. Əksinə, qarşılıqlı iddiasında MTK-nın sədri Dilafir Rəsulovun ona verilmiş etibarnamədən sui-istifadə edərək sifarişçi "Orxan-TİT” MMC-yə məxsus mənzilləri səlahiyyəti olmadan başqa şəxslərə, o cümlədən mübahisəli mənzili iddiaçıya satmasını və bununla da vətəndaşları aldadaraq külli miqdarda vəsaitlərini mənimsədiklərini təsdiq edir. Göründüyü kimi, müqavilə və maliyyə arayışındakı imzanın Dilafir Rəsulova, həmçinin möhürün MTK-ya məxsus olmaması nədənsə sonuncuya ya ümumiyyətlə əvvəldən məlum olmamış, yada gec məlum olmuşdur. Əlbətdə ki, bu cür dəlillər bir-birinə zidd olduğundan və hüquqdan sui-istifadə etməklə müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərdən yayınmaq xarakteri daşıdığından əsaslı hesab edilə bilməz. Ona görə də mütləq ekspertizalar keçirilməsi zərurəti də ola bilməz. Çünki, MTK-nın qarşılıqlı iddiasındakı və şikayətindəki dəlillərin bir-biri ilə kəskin ziddiyyət təşkil etməsi ona dəlalət edir ki, sonuncu sanki qanunauyğun olsa da, olmasa da istənilən vasitədən istifadə edir ki, ilk iddiaçının mübahisəli mənzilə dair hüquqları pozulsun. MTK-nın balansında mənzillərin olmadığı yaxud mənzil satmaq səlahiyyəti olmadığı barədə dəlillər də işdə olan sübutlarla tam təkzib olunur. Bu cür vəziyyətdə əlbətdə ki, MTK-nın apellyasiya şikayəti təmin edilə bilməz. Dördüncüsü, işdə olan(bax.i.v.15-16) 24.01.2020-ci il tarixli, 012 nömrəli müraciətin məzmunundan bəlli olur ki, “Konstra" MTK tərəfindən "Orxan-TİT” MMC-yə A bloku. Sıra № 2, mərtəbə 7 , otaq sayı 2. 69.10 kv.m-lik mənzil sahəsinin rəsmiləşdirlməsi barədə müraciət göndərilmiş və "Orxan-TİT” MMC tərəfindən həmin müraciətə əsasən həmin mənzil sahəsi iddiaçının adına rəsmiləşdirilmiş və bu fakt “Orxan-TİT“ MMC-nin möhürü və səlahiyyətli şəxsin imzası ilə təsdiqlənmişdir. Göründüyü kimi həmin mənzil sahəsinin iddiaçıya satılmasında səlahiyyətli şəxs qismində iştirak edən Cavabdeh1 MTK sözügedən alqı-satqı müqaviləsinin bəyənilməsi məqsədi ilə Cavabdeh2 MMC-yə müraciət etmiş, Cavabdeh2 MMC isə onu imza və möhürlə təsdiqləməklə alqı- satqı müqaviləsini bəyəndiyini bildirmişdir. İlk iddiaçının qeyd etdiyi kimi bu bildiriş əslində Cavabdeh1 MTK ilə Cavabdeh2 MMC arasında həmin ünvanda yerləşən mənzilin İddiaçı adına rəsmiləşdirilməsi şərtinə dair razılığı özündə ifadə edən yeni bir müqavilə formasıdır. Çünki, “Konstra" MTK ilə "Orxan-TİT” MMC arasında faktiki yerinə yetirilmiş Tikinti Quraşdırma İşlərinin (TQİ) həcminin müqabilində hesablanmış dəyərin əvəzinin natura şəklində ödənilməsinə dair 07.01.2020-ci il tarixli “Təhvil-Təslim AKTİ” imzalanmışdır. Həmin razılşamaya əsasən ümumi mənzil sahəsi 6700 (altı min yeddi yüz) kv m. olan 62 ədəd mənzilin naturada Cavabdeh1 MTK-ya verilməsi barəsində razılığa gəlinmişdir. Həmçinin Cavabdeh1 MTK ilə "xxxx" MMC arasında 62 ədəd mənzilin naturada Cavabdeh1 MTK-ya verilməsi bir daha onlar arasında 21.01.2020-ci il tarixdə imzalanmış “mənzillərin bölgü AKT-na” əsasən tərtib edilmiş 62 ədəd mənzilin siyahısı Cədvəl 1-də öz təsdiqini tapmışdır. Göstərilən bütün bu hallar da MTK-nın şikayətinin dəlillərinin açıq-aşkar əsassız olduğunu bir daha təsdiq edir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Cavabdeh1 Mənzil Tikinti Kooperativinin apellyasiya şikayəti isə təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2355/2021 saylı, 27 aprel 2021-ci il tarixli qətnaməsi ilkin iddianın təmin edilməyən hissəsində qismən, yəni mənzildən istifadə ilə bağlı bütün maneələrin aradan qaldırılması öhdəliyinin Cavabdeh2n də üzərinə qoyulmasının rədd edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iddia təmin edilməli, mənzildən istifadə ilə bağlı bütün maneələrin aradan qaldırılması öhdəliyi Cavabdeh2n də üzərinə qoyulmalı, qətnamə, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin, Cavabdeh1 Mənzil Tikinti Kooperativinin apellyasiya şikayəti isə təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2355/2021 saylı, 27 aprel 2021-ci il tarixli qətnaməsi ilkin iddianın təmin edilməyən hissəsində qismən, yəni mənzildən istifadə ilə bağlı bütün maneələrin aradan qaldırılması öhdəliyinin Cavabdeh2n də üzərinə qoyulmasının rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia təmin edilsin, mənzildən istifadə ilə bağlı bütün maneələrin aradan qaldırılması öhdəliyi Cavabdeh2n də üzərinə qoyulsun. Qətnamə, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.