Məhkəmə qərarları › İş №2(103)-8471/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8471/2020

03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8471/2020 03.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Alıyeva Gülər Neymət qızının katibliyi ilə, İddiaçı “xxxxxxxxxxx” MMC-nin cavabdeh Nağızadə Zaur Rafiq oğluna qarşı pultələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2795/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq Müəyyən etdi: İddiaçı “xxxxxxxxxxx” MMC cavabdeh Nağızadə Zaur Rafiq oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2280 manat ödənilməmiş hissə, 675 manat dəbbə pulu, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 2985 manat pulun cavabdehdən alınaraq «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2795/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Nağızadə Zaur Rafiq oğlundan 2280 manat ödənilməmiş hissə, 100 manat cərimə olmaqla, ümumilikdə 2380 manat borc və 30 manat dövlət rüsumunun «ABC Telekom» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdeh Nağızadə Zaur Rafiq oğlu apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən apellyasiya və kassasiya şikayətləri verildikdə, eləcə də iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanılmasından, məhkəmə cərimələrinin qoyulmasından şikayət verildikdə dövlət rüsumu ödənilir (108.1.4). Apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir (361.3). Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (363.1.2). Kollegiya qeyd edir ki, cavabdeh Nağızadə Zaur Rafiq oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə olunmuş ********* nömrəli, xx.xx.2020-ci il tarixli dövlət rüsumunun ödənilməsi barədə qəbzdə “ödənişin təyinatı” qrafasında “birinci instanisya məhkəməsinə müraciət edilməsi üçün”, “məhkəmənin tam adı” qrafasında isə “Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi” qeyd edilmişdir. Bununla əlaqədar,Kollegiya qeyd edir ki, həmin bank qəbzi Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti ilə müraciət edilməsi üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd kimi qəbul oluna bilməz. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də qətnamədən apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 363, 364 və 366-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2795/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh Nağızadə Zaur Rafiq oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar