Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-849/2020 15.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdeh və onun nümayəndəsi və vəkili X3 iştirakları ilə, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-5077/19 saylı, xx xxxxxxx 2019cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş mənzildən payın dəyərinin ödənilməsi və tutmanın mənzilə yönəldilərək açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qırmızı Şərq küçəsi, 7 saylı evin 10 saylı mənzilində 2/9 hissədə payın dəyəri 13.021 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pulun, ümumilikdə 13.051 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi, tutmanın Bakı şəhəri, Qırmızı Şərq küçəsi, 7 saylı evin 10 saylı mənzilinə yönıldilərək həmin mənzilin açıq hərracdan satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-5077/19 saylı, xx xxxxxxx 2019cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, tərəflərin birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Qırmızı Şərq küçəsi, 7 saylı evin 10 saylı mənzilində 2/9 hissədə payın dəyəri olan 13.021 (on üç min iyirmi bir) manat məbləğində pulun Cavabdeh tərəfindən İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi qeyd etmişdir ki, qüvvəyə minmiş məhkəmə aktı ilə Bakı şəhəri Qırmızı Şərq küçəsi, 7 saylı evin 10 saylı mənzilinə 7/9 hissədə onun, 2/9 hissədə isə iddiaçının payı müəyyən edilərək mülkiyyət hüquqlarının tanınması qət edilmişdir, lakin iddiaçı bununla bağlı hüquqarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmamışdır. Məhkəmə hazırkı iddia tələbini qismən təmin etməklə onun üzərinə digər paylı mülkiyyətçinin payını almaq vəzifəsi qoymaqla maddi hüquq normasında səhvə yol vermişdir. Həmçinin məhkəmə iddiaçının payına xitam verilməsinə də münasibət bildirməmişdir. Bu səbəbdən, qətnamənin iddia tələbinin təmin edilən hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin ediməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdeh apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Z.Səmədov apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Z.Ələsgərov apelyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Mülki işdə olan xx.xx.2011-ci il tarixli Kredit müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin alınması məqsədilə kreditor “xxxxxxxx” ASC tərəfindən borcalan Cavabdeh 300 ay müddətinə illik 7% ödəmək şərtilə 45.500 manat məbləğində kredit vermişdir. Yaşayış sahəsinin xx.xx.2011-ci il tarixli alqı-satqı və ipotekamüqaviləsinin surətindən görünür ki, satıcı qismində X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 4 mərtəbəli, 3 bloklu binanın 1-ci blokunda 4-cü mərtəbəsindəki mənzili alıcı-ipoteka qoyan qismində Cavabdeh mülkiyyətinə vermişdir. Mənzilin satış qiyməti 59.000 təşkil etmişdir. Mənzilin dəyərinin 13.500 manatı alıcı tərəfindən, 45.500 manatı isə kreditor-ipoteka saxlayan tərəfindən xx.xx.2011-ci il tarixli, 009 saylı kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilmişdir. Kredit üzrə əsas borc və faizlər hər növbəti ayın 5-dək aylıq 321,59 manat məbləğində bərabər hissələrlə ödənilməlidir. DƏDRX-nin xx.xx.2011-ci il tarixli, MA seriyalı, ******* saylı Çıxarışının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında tam qaydada Cavabdeh adına rəsmiləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-6131/2016 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq üçəsi, 7 saylı evin 10 saylı mənzilinə Cavabdeh 7/9 hissədə və İddiaçı 2/9 hissədə paylarının müəyyən edilməsi və müvafiq olaraq həmin hissələrə mülkiyyət hüquqlarının tanınması qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-538/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh və “xxxxxxxx” ASC-yə qarşı payın naturada ayrılması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia tələbi iki hissədən ibarətdir: 1) Bakı şəhəri, Qırmızı Şərq küçəsi, 7 saylı evin 10 saylı mənzilində 2/9 hissədə payın dəyəri 13.021 manat pulun cavabdehdən tutulması; 2) Tutmanın Bakı şəhəri, Qırmızı Şərq küçəsi, 7 saylı evin 10 saylı mənzilə yönəldilməsi; Hazırkı halda məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi bölünən olduğu üçün vəbirinci instansiya məhkəməsi tərəfindən birinci iddia tələbi təmin edildiyindən və cavabdeh qətnaməni yalnız həmin hissədə mübahisələndirdiyindənAzərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə münasibətdə qətnamənin iddia tələbinin təmin edilən hissəsində tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təminedilməli, qətnaməiddia tələbinin təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli vəiddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıqaşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair xx xxxxx 2014-cü il tarixli Qərarında da göstərmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Məhkəmə kollegiyasının iclasında da müəyyən olundu ki, mübahisəli mənzilin naturada bölünməsi mümkün deyildir, eləcə də, digər payçı da, iddiaçının payına düşən hissəni ödəmək istəmir, razı deyildir. Belə olan halda, məlum olur ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddia tələbinin təmin olunması hissəsində maddi hüququ nomasının tətbiqində aşkar səhvə yol vermişdir ki, bu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 220-ci maddəsinin təbiq və təfsirində səhvə yolvermişdir. Bu səbəbdən qətnaməiddia tələbinin təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli vəiddia tələbi həmin hissədə təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda birinci instansiya məhkəməsi tərəfindən iş üzrə düzgün olmayan nəticəyə gəlindiyindən şikayət təmin edilməli, qətnamə iddia tələbinin təmin edilən hissəsində, yəni cavabdehdən iddiaçının xeyrinə mənzilin 2/9 hissədə payın dəyəri olan 13.021 (on üç min iyirmi bir) manat məbləğində pulun tutulması hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 387, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-5077/19 saylı, xx xxxxxxx 2019cu il tarixli qətnaməsi iddia tələbinin təmin edilən hissəsində,tərəflərin birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Qırmızı Şərq küçəsi, 7 saylı evin 10 saylı mənzilində 2/9 hissədə payın dəyəri olan 13.021 (on üç min iyirmi bir) manat məbləğində pul Cavabdeh tərəfindən İddiaçı ödənilməsi hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbi həmin hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov
Məhkəmə qərarları › İş №2(103)-849/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-849/2020
15.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver