Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-850/2020 09.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X8, İddiaçı, onun vəkili Vəkil, Üçüncü şəxs, həmçinin Cavabdeh2 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh2 və X3 qarşı “müqavilələrin etibarsız hesab edilməsi, mənzilə sahiblik, istifadə hüququnun tanınması və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2803/2019 saylı xx xxxxxx 2019-cu il tarxli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MTK-ya qarşı “mənzilə sahiblik, istifadə hüququnun tanınması və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair” iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 MTK ilə aralarında bağlanmış xx xxxxx 2007ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 101 kv.m 2 otaqlı, 74 saylı mənzilə sahiblik və istifadə hüququnun tanınması və həmin mənzilin boşaldılaraq, ona təhvil verilməsinin Cavabdeh1 MTK-ya həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "Cavabdeh1” MTK-nın Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa etdiyi yaşayış binasından xx xxxxx 2007-ci il tarixdə 11-ci mərtəbədə yerləşən, ümumi sahəsi 101 kv.m olan, 2 otaqlı, 74 saylı mənzili 53 227 (əlli üç min iki yüz iyirmi yeddi) ABŞ dollarına almış və həmin tarixli maliyyə arayışına əsasən mənzilin pay dəyərindən 25000 dollar, xx xxx 2007-ci il tarixli maliyyə arayışına əsasən (3000 dollar, xx xxxx 2007-ci il tarixli maliyyə arayışına əsasən 2580 manat, xx xxxx 2007-ci il tarixli maliyyə arayışına əsasən 2550 manat, x xxxxxx 2007-ci il tarixli maliyyə arayışına əsasən 2550 manat, xx xxxxxx 2007-ci il tarixli maliyyə arayışına əsasən 2550 manat, xx xxxxxxx 2007-ci il tarixli maliyyə arayışına əsasən 2833 manat, xx xxxxxx 2007-ci il tarixli maliyyə arayışına əsasən 4225 manat, xx xxxxxx 2007-ci il tarixli maliyyə arayışına əsasən 2550 manat və son olaraq xx xxxxxx 2008-ci il tarixli maliyyə arayışına əsasən 1610 manat ödəyərək mənzilin pay dəyərini tam olaraq ödəmişdir. Lakin buna baxmayaraq bir neçə müddətdir ki, "Cavabdeh1” MTK-nın inşa etdiyi yaşayış binasında mənzillərin bir neçə şəxsə satılması barədə məlumat aldı və onda bununla bağlı Baş Prokuror Yanında X10 Baş İdarəsinəərizə ilə müracət etdi. Məlum oldu ki, ona məxsus 74 saylı mənzil ondan sonra başqa bir şəxsə də satılmışdır. Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 101 kv.m olan, 2 otaqlı, 74 saylı mənzilin dəyəri olan 53 227 (əlli üç min iki yüz iyirmi yeddi) ABŞ dollarını nəğd şəkildə cavabdehə ödəmiş, bununla bağlı xx xxxxx 2007-ci il, xx xxx 2007-ci il, xx xxxx 2007-ci il, xx xxxx 2007-ci il, x xxxxxx 2007-ci il, xx xxxxxx 2007-ci il, xx xxxxxxx 2007-ci il, xx xxxxxx 2007-ci il, xx xxxxxx 2007-ci il və xx xxxxxx 2008-ci il tarixli maliyyə arayışları verilmiş və cavabdeh arayışlarıda öz möhür və imzası ilə təsdiqləyərək bildirmişdir ki, onun cavabdeh "Cavabdeh1” MTK-ya heç bir borcu qalmayıb. Lakin cavabdeh "Cavabdeh1” MTK sözügedən binanı yaşayış üçün tam olaraq təhvil verilməsi öhdəliyini öz üzərinə götürsə də, müqavilə öhdəliklərinə riayət etmir, binanı yaşayış üçün tam istismara təhvil vermir, mənzillərlə bağlı heç bir sənədləşmə aparmır, bilərəkdən maneələr yaradır. Belə ki, "Cavabdeh1” MTK-nın rəhbər işçiləri öz vəzifə səlahiyyətlərindən, habelə hökmran vəziyyətdən istifadə sui-istifadə edərək, binada yaşayış üçün son dərəcə zəruri olan suyun, qazın, liftin verilməsini, binanın pilləkənlərinin yararlı vəziyyətə gətirilməsini, həyətin abadlaşdırılmasını təmin etmir. Prokurorluqdan ona verilən şifahi məlumata əsasən hal-hazırda ona məxsus mənzildə, həmin mənzilə ondan sonrakı tarixə müqaviləsi olan şəxs yaşayır. Baş Prokuror Yanında X10 Baş İdarəsində aparılan cinayət işi üzrə 74 saylı mənzillə bağlı zərərçəkən şəxs kimi tanınmışdır. Yuxarıda qeyd olunanlardan da məlum olur ki, onun hüquqları cavabdeh tərəfindən kobudcasına pozulur və o, həmin hüquqlarının bərpası üçün məcbur qalaraq, məhkəməyə müraciət etmişdir. Cavabdeh "Cavabdeh1” MTK-nın bu qanunsuz və özbaşınalığı nəticəsində mənzilinə rahat gedib-gələ bilmir və demək olar ki, hər dəfə mənzilinə buraxılmır, problemlərlə üzləşir. Bu da, Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə qorunan və təmin olunan hüquqlarını kobud şəkildə pozmuşdur. Hesab edir ki, cavabdeh "Cavabdeh1” MTK qısa müddət ərzində üzərinə düşən öhdəlikləri icra etməli, mənzilə daxil olmağıyla bağlı maneələri aradan qaldırmalı, mənzili boşaldılaraq ona təhvil verməli və məhkəmə qaydasında mənzilinə sahiblik və istifadə hüququ tanınmalıdır. İddiaçının səlahiyyətli nümayəndəsi Sübhanlı Bəhruz AR MPMnin 53-cü maddəsinə əsasən tələbinə dəqiqləşdirmə verərək, Cavabdeh1 МTK-nın inşa etdiyi binada 2 otaqlı, 101 kv.m sahəsi olan, 74 saylı mənzillə bağlı Cavabdeh2 ilə xx xxxxxx 2016-cı il tarixdə bağlanmış müqavilənin, bunun əsasında verlmiş maliyyə arayışının və X4 ilə 2017-ci ilin sentyabr ayında tarixi xx xxxx 2014-cü il kimi göstərilmiş müqavilənin, bunun əsasında verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi və Cavabdeh1 MTK ilə .İddiaçı arasında bağlanmış xx xxxxx 2007-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 101 kv.m olan, 2 otaqlı, 74 saylı mənzilə İddiaçı köçürülməsi, həmin mənzildən cavabdehlərin və digər şəxslərin çıxardılaraq, mənzilin boşaldılıb İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2803/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, prokurorluqda aparılan istintaqla müəyyan olunmuşdur ki, onun mənzili ilə bağlı onun müqaviləsindən sonra bağlanmış müqavilələr saxtadır və heç bir hüquqi əsası yoxdur. Lakin birinci instansiya məhkəməsi tərəfından nə üçün belə bir qanunsuz va əsassız qətnamənin qəbul olunması ona məlum deyil. Bu faktlardan sonra belə məhkəmə həmin mənzilə dair iddia tələbini təmin etməmişdir. Aydın şəkildə göründüyü kimi həmin evin ilk va tək qanuni sahibinin onun olmasına baxmayaraq məhkəmə çıxardığı qətnamə ilə bilərəkdən və ya bilməyərəkdən bu faktlara göz yummuşdur. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs, həmçinin cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, mübahisəli mənzil təkrarən Cavabdeh2 satılsa da, sonuncunun ailəsi ilə birlikdə qeyd edilən mənzildə yaşaması, mənzilə dair istifadə və sahiblik hüquqlarının reallaşdırılması səbəbindən məhkəmə hazırki iddia tələbinin təmin edilməsini məqbul saymır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış xx xxxxx 2007-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 101 kv.m olan 74 saylı mənzil sonuncuya 53.227 ABŞ dolları məbləğində pul vəsaiti qarşılığında satılmışdır. “Cavabdeh1 “MTK tərəfindən verilmiş maliyyə arayışlarına əsasən, İddiaçı mənzilin dəyərini tam ödəmişdir. Cavabdeh1 MTK ilə Cavabdeh2 ilə bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 101 kv.m olan 74 saylı mənzil sonuncuya 34.000 manat müqabilində satılmışdır. Cavabdeh1 MTK tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli maliyyə arayışına əsasən, mənzilin dəyəri 34.000 manat tam olaraq ödənilmişdir. Bundan başqa Cavabdeh1 MTK ilə X6 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 101 kv.m olan 74 saylı mənzil sonuncuya 34.000 manata satılmışdır. Cavabdeh1 MTK tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli maliyyə arayışına əsasən, mənzilin dəyəri 34.000 manat tam olaraq ödənilmişdir. Azərbaycan Respublikası Prokurorluğu Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə İdarəsinin xx xxx 2019-cu il tarixli sorğuya cavab məktubundan görünür ki, Cavabdeh1 MTK-nın inşa etdiyi binadan 2 otaqlı, 101 kv.m sahəsi 74 saylı mənzil kooperativ rəhbəri tərəfindən xx xxxxx 2007-ci il tarixli müqavilə və 45243 manat ekvivalentində 53227 ABŞ dollarının ödənilməsi haqqında maliyyə arayışları əsasında İddiaçı, təkrarən xx xxxxxx 2016-cı il tarixli saxta müqavilə və maliyyə arayışı əsasında faktiki olaraq 37.000 manat ödənilməklə, Cavabdeh2, 2017-ci ilin sentyabr ayında isə təkrarən tarixi xx xxxx 2014-cü il kimi göstərilmiş saxta müqavilə və 34000 manatın ödənilməsi haqqında maliyyə arayışı əsasında X1. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(101)-69/2020 saylı məktubundan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan X5 və X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.3.2, 308.2, 313 və 320.1ci maddələri ilə təqsirləndirilmələrinə dair 1(101)-69/2020 nömrəli cinayət işi üzrə ünvan 1 ünvanında Cavabdeh1 MTK tərəfindən inşa olunan yaşayış binasının 11-ci mərtəbəsində, ümumi sahəsi 101 kv.m olan, 2 otaqdan ibarət 74 №-li mənzil üzrə dələduzluq edilməsi ilə bağlı ibtidai istintaq orqanı tərəfindən İddiaçı xx xxxx 2018-ci il tarixdə zərərçəkmiş şəxs və mülki iddiaçı qismində, Nümayəndə xx xxxxxx 2018-ci il tarixdə zərərçəkmiş şəxs qismində, X4 xx xxxxxx 2018-ci il tarixdə zərərçəkmiş şəxs və mülki iddiaçı qismində tanınmışdır. X5 və X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.3.2, 308.2, 313 və 320.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair 1(101)-69/2020 nömrəli cinayət işi üzrə məhkəmə baxışı davam etdirilir və yekun məhkəmə aktı qəbul edilməmişdir Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Azərbaycan RespublikasınınMülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla hüquqi nəticələrə səbəb olmur. Bu cür əqdlər bağlandığı andan etbarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 568.1-ci maddəsinə əsasən satıcı alqısatqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 596.1-ci maddəsinə əsasən alıcı ona verilən əşyanı qəbul etməyə borcludur, amma onun əşyanı dəyişdirməyi tələb etməyə və ya alğı-satqı müqaviləsinin icrasından imtina etməyə ixtiyarı çatdığı hallar istisna təşkil edir. Həmin Məcəllənin 596.2-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, alıcı adətən irəli sürülən tələblərə görə müvafiq əşyanın verilməsini və alınmasını təmin etmək üçün öz tərəfindən zəruri olan hərəkətləri etməyə borcludur. Qanunvericinin tələblərinə əsasən alqı-satqı müqavilələri bağlanarkən tərəflərin iradə ifadəsi müqavilələrin bağlanılmasının zəruri şərtidir. Hər hansı əqdin (o cümlədən, alqısatqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununu qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Etibarsız əqdlər, əsasən iki meyara görə təsnif edilir: əqdin elementinin qüsurlu olması meyarına görə; əqdin etibarsız sayılması üçün məhkəmə qərarının tələb edilməsi meyarına görə. Əqdin elementinin qüsurlu olması meyarına görə etibarsız əqdlərin də dörd növü fərqləndirilir: subyektiv tərkibi qüsurlu olan etibarsız əqdlər; iradəsi qüsurlu olan etibarsız əqdlər; forması qüsurlu olan etibarsız əqdlər; məzmunu qüsurlu olan etibarsız əqdlər. İradəsi qüsurlu olan əqdlər odur ki, bu əqdlər bağlanarkən daxili iradə lazımi olmayan şəraitdə formalaşır və ya bu iradə xaricən düzgün ifadə olunmur. Bu cür əqdlərin iki növü fərqləndirilir: daxili iradə olmadan bağlanan əqd; daxili iradəsi düzgün formalaşmayan əqdlər. Əqddə iradə və iradəni ifadə etmənin vəhdətinin pozulması isə əqd üzrə tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi ilə nəticələnməklə, bu əqd kimi həyata keçirilən hərəkətlər əqd üzrə tərəflər üçün hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilməz. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqazidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir. İş materiallarından göründüyü kimi, Cavabdeh1 MTK mübahisəli mənzilin İddiaçı satıldığını bilə-bilə, həmin mənzili həm, L.Hacıyevaya, həm də Cavabdeh2 təkrar satmışdır. Mübahisəli mənzilin İddiaçı satılması barədə rəsmi sənədlərin olmasına baxmayaraq, cavabdeh mübahisəli mənzilin təkrar satışını həyata keçirmişdir. Bu isə tərəflərin əsl niyyətini əks etdirməmişdir. Bundan başqa kollegiya hazırkı mübahisə üzrə Cavabdeh2 və X3 münasibətdə qeyd etməyi zəruri hesab edir ki, əhəmiyyətsiz əqd etibarsız əqd olduğundan onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla hüquqi nəticələrə səbəb olmur. Buna görə də, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə və Cavabdeh1 MTK ilə X6 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə hüquqi nəticələr yaratmamışdır. Kollegiya qeyd edir ki, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə və Cavabdeh1 MTK ilə X6 arasında bağlanmış xx.xx.2014cü il tarixli müqavilə etibarsız hesab edildiyindən belə bir tələbin mövcud olubolmamasından asılı olmayaraq həmin əqd üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsi də həll edilməlidir. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə xx xxxxxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, “... Lakin işə təkrar baxan apellyasiya instansiya məhkəməsi alqı-satqı müqaviləsini etibarsız hesab etdikdən sonra ondan irəli gələn məsələləri həll etməmiş və Mülki Məcəllənin 337.5-ci maddəsinin müddəalarının tələblərinə zidd olaraq alıcının və satıcının hüquqi statusunu ilkin vəziyyətə qaytarmamışdır. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-sı tərəfindən mübahisəli mənzilə dair alqı-satqı müqaviləsi etibarsız hesab edərkən, ondan irəli gələn məsələləri həll etməmiş, alıcının və satıcının hüquqi statusunu ilkin vəziyyətə qaytarmamış və T.Mənsurovun həmin mənzilə dair ödədiyi pulun ona qaytarılmasını həll etməmişdir. Bununla belə məhkəmə tətbiq edilməli olan Mülki Məcəllənin 337.5-ci maddəsini tətbiq etməmişdir. Buna əsasən Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, etibarsız hesab edilən alqı-satqı müqaviləsinə müvafiq ödənilən pulun qaytarılmaması T.Mənsurovun Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur”. Bu mənada kollegiyanın qənaətinə görə, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə üzrə ödənilmiş 34.000 manat və Cavabdeh1 MTK ilə X6 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə üzrə ödənilmiş 34.000 manat məbləğində pul Cavabdeh1 MTK-dan alınaraq adı çəkilən şəxslərə qaytarılmalıdır. Bundan başqa kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q. Teryoxinin şikayəti üzrə qərarında göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulması ilə nəticələnə bilər.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Göründüyü kimi kollegiya Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə və Cavabdeh1 MTK ilə X6 arasında bağlanmış xx.xx.2014cü il tarixli müqaviləqanunvericiliyin tələbləri pozulmaqla bağlandığından həmin müqavilələrin etibarsız hesab edilməsi qənaətinə gəldiyindən mübahisəli mənzil boşaldılmalı və iddiaçıya təhvil verilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddianın təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, iddiаçı İddiaçı apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2803/2019 saylı xx xxxxxx 2019-cu il tarxli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməli, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə və Cavabdeh1 MTK ilə X6 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə etibarsız hesab edilməli; Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə üzrə ödənilmiş 34.000 manat və Cavabdeh1 MTK ilə X6 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə üzrə ödənilmiş 34.000 manat məbləğində pul Cavabdeh1 MTK-dan alınaraq adı çəkilən şəxslərə qaytarılmalı; Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində edilən yaşayış binasının 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 101 kv.m 2 otaqlı, 74 saylı mənzilə boşaldılaraq İddiaçı təhvil verilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiаçı İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2803/2019 saylı xx xxxxxx 2019cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə və Cavabdeh1 MTK ilə X6 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə etibarsız hesab edilsin. Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə üzrə ödənilmiş 34.000 manat və Cavabdeh1 MTK ilə X6 arasında bağlanmış xx.xx.2014cü il tarixli müqavilə üzrə ödənilmiş 34.000 manat məbləğində pul Cavabdeh1 MTK-dan alınaraq, müvafiq olaraq Cavabdeh2 və X3 qaytarılsın. Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində edilən yaşayış binasının 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 101 kv.m 2 otaqlı, 74 saylı mənzilə boşaldılaraq İddiaçı təhvil verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova
Məhkəmə qərarları › İş №2(103)-850/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-850/2020
09.06.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver