Məhkəmə qərarları › İş №2(103)-8507/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8507/2021

19.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8507/2021 19.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi-vəkili X2 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «əldən çıxmış faydanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(006)- 1592/2021 saylı qərardadından iş üzrə cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «əldən çıxmış faydanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(006)-1592/2021 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, 11.887 manat 11 qəpik əldən çıxmış faydanın və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(006)-1592/2021 saylı qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh məhkəməyə ötürülmüş prosessual müddətin bərpası və apellyasiya şikayəti ilə müraciət edərək, qanunvericiliklə nəzərdə tutulmuş müddətin buraxılmasını üzrlü hesab edib, şikayətin baxılması üçün apelyasiya instansiyasına göndərilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(006)-1592/2021 saylı qərardadı ilə ərizə təmin edilməmiş və apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə qaytarılmışdır. Qeyd olunan qərardaddan narazı qalan cavabdeh şikayətlə məhkəməyə müraciət edərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsini xahiş etmişdir. Şikyaət onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətinin verilməsi müddəti 21.06.2021-ci il tarixində bitsə də, o, cəmi bir gün gecikdirməklə apellyasiya şikayətini poçt vasitəsi ilə təqdim etmişdir. Bunun səbəbi odur ki, sözügedən qətnamə ona rəsmi qaydada 19.05.2021-ci il tarixində təqdim edilməmişdir. Belə ki, onun yaşadığı ünvanda poçt sənədlərini sakinlər yox komendant qəbul edir. Komendant sözügedən qətnaməni ola bilər ki, 19.05.2021-ci il tarixində qəbul etsin, lakin qətnaməni ona 3 gün sonra təqdim etmişdir, yəni 22.05.2021-ci il tarixində. O, da ona görə apellyasiya şikayətinin müddətini 19.05.2021-ci il tarixindən deyil, 22.05.2021-ci il tarixindən hesablamışdır. Belə olanda isə o, şikayəti vaxtında vermişdir. Hesab edir ki, apellyasiya şikayətinin də bir gün gecikdirilərək verilməsi bu faktı dolayı yolla təsdiq edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli, 2(006)-1592/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili X5 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 şikayətə etiraz edərək, rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mövqeyinə görə, müddət üzrsüz səbəbdən buraxıldığından, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(006)-1592/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş "apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına” dair ərizə təmin edilməməli, verilmiş apelyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materiallarına əlavə edilmiş xəbərnamədən görünür ki, qətnamə cavabdehə 19.05.2021-ci il tarixdə təqdim edilmişdir.Apellyasiya şikayəti ilə məhkəməyə 25.06.2021-ci il tarixdə təqdim edilmişdir. Halbuki, cavabdeh apellyasiya şikayətini 21.06.2021-ci il tarixədək təqdim etməli idi. Beləliklə cavabdeh apellyasiya şikayətini qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin ötürülməsi ilə təqdim etmişdir. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə və prosessual müddətin ötürülməsi üzürlü səbəbdən baş verməmişdirsə prosessual müddət bərpa olunmur və apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəlləsinin 133.1-cı maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Cavabdehin ərizədə göstərdiyi dəlillər onun qətnamədən apellyasiya şikayəti verməsi müddətini üzürlü səbəbdən buraxmasını təsdiq etmir. Məhkəmə kollegiyası qeyd edir ki, buraxılmış müddət yalnız buraxılmanın səbəblərini üzürlü hesab etdikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli, ərizəçinin bu səbəbləri üzürlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə qəbul olunmuş qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsinin cavabdehdən asılı olmayan səbəblərdən baş verməsi sübuta yetirilməmişdir. MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(006)-1592/2021 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264, 360, 397-298 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(006)-1592/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanısın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar