Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-851/2022 04.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab olunması barədə” iddiasına dair mülki iş üzrə Qaradağ Rayon Məhkəməsinin 30.09.2021-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, cavabdehlərin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, V.Əsgərov küçəsi, ev № 3-də yerləşən 65 №-li mənzildən istifadə hüquqları itirilmiş hesab olunsun. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, Cavabdeh 2-ci əridir. 1-ci əri ilə 1972-ci ildə nikah bağlayıb. Mənzil 1974-cü ildə qayınanasına (1-ci ərinin anasına) verilib. 1974-cü ildə mənzilə gəlin köçüb. 1980-ci ildə 1-ci əri vəfat edib. Cavabdeh ilə 1985-ci ildə nikaha daxil olub. Həmin vaxtdan Cavabdeh mənzildə yaşamağa başlayıb. 30 və 35 yaşlarında iki övladları var. 2006-cı ildə Cavabdeh mənzili tərk edib və yaşamaq üçün Qobu qəsəbəsinə gedib. Həmin qəsəbədə Cavabdeh özünə aid olan qeydiyyatsız ev var, orada yaşayır, bir daha mənzilə qayıtmayıb. 2019-cu ildə nikahları rəsmi qaydada pozulub. Cavabdeh ondan ayrıdıqdan sonra başqa şəxslə ailə qurub. Digər cavabdeh Kamran Şixəliyev isə kürəkənidir, işə görə müvəqqəti mənzilə qeydiyyata alınıb, lakin heç vaxt mənzilə yaşamayıb. Cavabdehlər Cavabdeh və Kamran Şixəliyev məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında iddiaçının təşəbbüsü ilə şahid qismində dindirilmiş X3 bildirdi ki, iddiaçının qoşusudur, iddiaçının mənzilinin yerləşdiyi binadakı 55 №-li mənzildə 1988-ci ildən yaşayır. 20 ilə yaxındır ki, iddiaçının əri Cavabdeh iddiaçının mənzilində yaşadığını görməyib. Cavabdeh Kamran Şıxəliyevi isə ümumiyyətlə tanımır, əgər belə bir şəxs iddiaçının mənzilində yaşasa idi onu görərdi. Məhkəmə iclasında iddiaçının təşəbbüsü ilə şahid qismində dindirilmiş X4 bildirdi ki, iddiaçının kürəkənidir, 2010-cu ildə iddiaçı ilə qohum olub, həmin vaxtdan Cavabdeh tanıyıb və onun iddiaçının mənzilində yaşadığını görməyib. O cümlədən Kamran Şıxəliyev iddiaçının mənzilində yaşamayıb. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Qeydiyyat vəsiqəsindən görünür ki, onun mülkiyyət hüququ 15.02.1995-ci il tarixdə dövlət reyestrində qeydə alınıb. Cavabdeh iddiaçının keçmiş əri, cavabdeh Kamran Şıxəliyev isə iddiaçının kürəkənidir. Cavabdehlər iddiaçının mənzilində qeydiyyatdadırlar. Müəyyən olunur ki, Cavabdeh mülkiyyətçinin (iddiaçının) ailə üzvü kimi mənzildən istifadə hüququ olub, lakin o, 2006-cı ildə mənzili tərk edərək daimi yaşamaq üçün başqa ünvana – ünvan 1muş Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrinin göstərişlərinə uyğun olaraq cavabdehin mənzildən istifadə hüququ xitam olunub. Müəyyən olunur ki, digər cavabdeh Kamran Şixəliyev iddiaçının mənzilində heç vaxt yaşamayıb, iddiaçının ailə üzvü olmayıb. Odur ki, əvvəlki Mənzil Məcəlləsinin 123-cü maddəsi, hazırkı Mənzil Məcəlləsinin 30-cu maddəsi və Mülki Məcəllənin 228-ci maddəsinin tələbləri baxımından cavabdehin mənzildən istifadə hüququ yaranmayıb. Beləliklə, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli və iddianın qismən təmin olunması barədə yeni qətnamə qəbul olunmalıdır. Bu qətnamə cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılması üçün əsas sayılacaq. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Qaradağ Rayon Məhkəməsinin 30.09.2021-ci il tarixli qətnaməsi ləğv olunsun. İddia qismən təmin olunsun. Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, V.Əsgərov küçəsi, ev № 3-də yerləşən 65 №-li mənzildən istifadə hüququ itirilmiş hesab olunsun. X1 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, V.Əsgərov küçəsi, ev № 3-də yerləşən 65 №-li mənzildən istifadə hüququnun olmadığı müəyyən edilsin. Qətnamə Cavabdeh və X1 həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-851/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-851/2022
04.02.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver