Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8511/2021 31.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı X5 və onun vəkili X10, Cavabdeh və onun etibarnamə əsasında nümayəndəsi və vəkili X2 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-26/2021 saylı, 17 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı X11 Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X11 Cavabdeh qarşı Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə, “ata qrafasında qeydin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, 11 mart 1999-cu ildə anadan olan X9 və 30 iyun 2006-cı il təvəllüdlü X6 doğum haqqında şəhadətnamələrinin ata qrafasında valideyin kimi onun adının qeyd olunmasının etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, Cavabdeh ilə ailə qurmuş, lakin uşaqları olmamışdır. Cavabdeh ona bildirmişdir ki, bacısı uşaq evində işləyir və istəyir ki, qeyri-rəsmi bir uşaq götürüb saxlasın. Həmin vaxt Cavabdeh ilə rəsmi nikaha daxil olmamış və uşağı saxlamağa etiraz etməsə də, atalığını qəbul etməmiş, heç bir yerdə bu barədə razılıq verməmişdir. Sonradan cavabdehlə 19 aprel 2003-cü il tarixdə rəsmi nikaha daxil olaraq yaşasalar da uşaqları olmamış və o, 2004-cü ilin sonlarından Rusiya Federasiyasına getmişdir. Bundan sonra Bakı şəhərinə gələrkən evdə cavabdehin başqa şəxsdən ikinci uşağının olmasını görmüş, buna görə aralarında mübahisə olmuş və o, polis şöbəsinə şikayət etmiş, orada uşaqların ona aid olmaması ilə əlaqədar araşdırma aparılmışdır. Cavabdehin xəyatətindən sonra o, Rusiya Federasiyasına qayıdaraq bir daha geri qayıtmamış və həmin hadisədən sonra onunla heç bir vaxt əlaqə saxlamamışdır. Cavabdeh bundan istifadə edib başqa şəxsdən əldə etdiyi Murad və Rəsul adlı uşağı da nikahda olduqlarına görə onun adına sənədləşdirmişdir. Nikahdan əvvəl əldə edilən Murad adlı uşağın doğum haqqında şəhadətnaməsində uşağın valideyini olmasına dair heç bir yerdə razılıq verməmişdir. Nikahdan sonra doğulan Rəsul adlı uşağın doğum haqqında şəhadətnaməsində isə ata kimi onun adı qeyd olunsada bundan xəbəri olmamışdır. Uşağın anadan olmasından 9 ay əvvəl Azərbaycanda olmamış və həmin müddətdə cavabdeh də Azərbaycandan kənarda olmadığı halda 30 iyun 2006-cı ildə anadan olan uşağın atası olması istisnadır və ona görədə 11 mart 1999-cu ildə anadan olan X9 və 30 iyun 2006-cı il təvəllüdlü X6 doğum haqqında şəhadətnamələrinin ata qrafasında valideyin kimi onun adının qeyd olunması etibarsız sayılmalıdır. Uşaqların doğum haqqında şəhadətnamələrinin ata qrafasında onun adının yazılmasını 03 mart 2017-ci il tarixdə aliment tələbinə dair qətnaməni rəsmi qaydada əldə edəndən sonra bilmişdir. Hazırki, iddia ərizəsi ilə Nizami rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə iclasında 30 iyun 2006-cı il təvəllüdlü X7 bioloji atası olmamasına dair müvafiq ekspertiza keçirilməsinə dair vəsatət verəndən sonra cavabdeh məhkəməyə Nizami Rayon Məhkəməsinin 2(007)- 5906/20İ6 saylı 27 oktyabr 2016-cı il tarixli qətnaməsini təqdim etmişdir və həmin qətnamədən müəyyən olunmuşdur ki, Cavabdeh onu ölmüş elan etdirmişdir. Ona görədə Nizami Rayon Məhkəməsinin 2(007)-4171/2017 saylı 25 iyul 2017-ci il tarixli qərardadı ilə onun, Cavabdeh qarşı “uşaqların doğum haqqında şəhadətnamələrinin ata qrafasında valideyin kimi onun adının qeyd olunmasının etibarsız sayılmasına dair” iddia ərizəsi ilə əlaqədar mülki işin icraatına xitam verilmişdir. Hal-hazırda Nizami Rayon Məhkəməsinin 2(007)-5906/2016 saylı, 17 avqust 2017-ci il tarixli qətnaməsi ilə həmin məhkəmənin onun ölmüş elan olunmasına dair qətnamə ləğv olunmuş və qanuni qüvvəsini almışdır. Cavabdeh əvvəlki məhkəmə iclasında bildirmişdir ki, 11 mart 1999-cu ildə anadan olan X12 güya o, doğum evindən götürmüşdür. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-26/2021 saylı, 17 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, 30 iyun 2006-cı il təvəllüdlü X6 doğum akt qeydinə müvafiq düzəlişlər edilməklə doğum haqqında şəhadətnaməsinin ata qrafasında valideyin kimi İddiaçı adının qeyd olunmasının etibarsız sayılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, məhkəmə-xətşünaslıq ekspertizalarının keçirilməsinə sərf edilmiş, ümumilikdə 127,0 (yüz iyirmi yeddi) manat pulun İddiaçı alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, məhkəmə xərclərinə aid olan ödənilmiş 10,0 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı X11 və Cavabdeh ayrı-ayrılıqda apelyasiya şikayətləri vermişlər. İddiaçı Nəriman Rəhimov apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-26/2021 saylı, 17 noyabr 2020-ci il tarixli qətnaməsi qismən qanunsuz, əsassız və ədalətsizidir. Məhkəmə 11.03.1999-cu il təvəllüdlü X9 barəsində yalnış qərar vermişdir. İşdəki Məhkəmə xətşünaslıq ekspertizasının 12 oktyabr 2020-ci il tarixli rəyindən görünür ki, atalığı müəyyən etmək haqqında 22 sentyabr 1999-cu il tarixli 18 nömrəli akt qeydində 16-cı qrafadakı imza, 17-ci qrafada “Pəhimov.H” yazısı və imza onun tərəfindən yox, başqa şəxs tərəfindən icara olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi iddia tələbinin 11 mart 1999-cu il təvəllüdlü X13 aid hissəsində araşdırma apararaq, xətşünaslıq ekspertizası təyin etmiş və onun övladlığa götürülməsinə dair sənədlərin saxtalaşdırıldığını həmçinin onun həmin sənədlərdən xəbəri olmdığını müəyyən etdiyi halda formal mülahizələrə əsasən verdiyi iddia tələbini təmin etməmişdir ki, bu da qanunsuz və əsassızdır. Halbuki, məhkəmə xüsusi qərardad çıxarmaqla Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinin başlanması məqsədi ilə prokurorluğa göndərməli olduğu halda bunu etməmişdir. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, “iddia tələbinin “11 mart 1999-cu ildə anadan olan X9 doğum haqqında şəhadətnaməsinin ata qrafasında valideyin kimi onun adının qeyd olunmasının etibarsız sayılması” hissəsinə münasibət bildirərək qeyd edir ki, artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə hazırki iş üçün əhəmiyyətli olan hallar müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(007)-7029/2017 saylı, 23 oktyabr 2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki, 11 mart 1999-cu il təvəllüdlü Muradın nə iddiaçının, nə də cavabdehin bioloji uşağı olmasa da, bu halın X8 həmin uşağın atası kimi yazıldığı zaman məlum olduğunu özünün etiraf etməsi, qanunvericiliyin imperativ göstərişinə görə isə, belə halda onun atalığa dair mübahisə açma haqqında iddia tələbinin təmin olunmasının ümumiyyətlə istisna olunur.” Halbuki, bu həqiqətə uyğun deyil həmin qərarlardanda aydın görünür ki, X16 övladlığa götürülərkən 1999-cu ildə o, cavabdehlə rəsmi nikahda olmamış və uşağın yalnız cavabdehin özü tərəfindən övladığa götürülməsindən xəbəri olmuş, lakin həmin vaxt hər hansı razılıq verməmiş və ya belə bir razılığın heç bir əhəmiyyəti olmamışdır. Məhkəmə isə bunların üzərindən keçərək məhəl qoymamış, verilmiş izahatın təhrifinə yol vermişdir. Məhkəmədə müəyyən olunan hallardan da aydın olur ki, cavadbeh və qeyriləri tərəfindən atalığın verilməsinə dair sənədləri imza da daxil olmaqla saxtalaşdırmışdır. Bu keçirilmiş xətşünaslıq ekspetizası ilə də təsdiqini tapmışdır. Lakin birinci instansiya məhkəməsi həmin hissədə kobud səhvə yol vermişdir. Belə ki, məhkəmənin qeyd etdiyi kimi iddiaçının razılığı olsaydı bu saxtalaşdırmaya da ehtiyac da olmazdı. Göründüyü kimi cavabdehin sənədləri saxtalaşdırmasının səbəbi onun razılığının olmaması olmuşdur. Odur ki, məhkəmənin hazırkı iş üzrə çıxardığı qətnamə mübahisələndirilən hissədə qanusuz və əsassızdır, sözü gedən alimentlə bağlı çıxarılmış qətnamə və qərarlar hazırkı iş üzrə preyudisial qüvvəyə malik deyil. Məhkəmənin onun atalığı mübahisələndirməyimək hüququmun istisna olunması barədə gəldiyi qənaəti yalnışdır. Apelyasiya şikayətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-26/2021 saylı, 17 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, aşağıdakı əsaslara görə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-26/2021 saylı, 17 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməlidir. O, 2-ci qrup əlildi, 2 övladını çətinliklə, əziyyətlə saxlayır. 30 iyun 2006-cı il təvəllüdlü X14 doğulduqdan 6 ay sonra, yəni 2006-cı ilin dekabr ayında onun uşaqlarla birlikdə kirayədə çətin vəziyyətdə yaşamalarına görə, məcbur olub Bakı şəhəri Nizami rayonu Elşən Süleymanov küçəsində 1 otaqlı mənzil almış və həmin vaxtdan da o 2 uşağı ilə həmin evdə yaşayırlar. Əgər bu uşaqları Nəriman ata kimi qəbul etməsəydi, onlara görə ev alıb, həmin mənzilə köçürməzdi. Nəriman Rəhimov “nikahın pozulması və uşaqların doğum haqqında şəhadətnamələrinin ata qrafasında qeydin etibarsız sayılmasına dair” ərizəsində də qeyd etmişdir ki, “Cavabdeh Balahəy qızı ilə rəsmi nikaha daxil olmamışdım və uşağın qeyri-rəsmi götürülüb saxlanılmasına etiraz etməmişəm”. Nəriman Rəhimovun ona qarşı “Uşaqların doğum haqqında şəhadətnamələrində ata qrafasında qeydin etibarsız sayılması” tələbinə dair iddiası ona olan 25.000 manat aliment borcunu ödəməkdən yayınmaqdır. Apelyasiya şikayətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-26/2021 saylı, 17 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında iddiaçı Nəriman Rəhimov və vəkili Kamran Tağıyev apelyasiya şikayətini müdafiə etdiklərini, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı isə etiraz etdiklərini bildirərək, iddia ərizəsində göstərilənlərə və apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış etdilər, iddiaçının apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-26/2021 saylı, 17 noyabr 2020-ci il tarixli qətnaməsinin qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin olunması, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikyətinin isə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini, xahiş etdilər. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh və onun nümayəndəsi və vəkili Səadət Abdullazadə apelyasiya şikayətini müdafiə etdiklərini, iddiaçı Nəriman Rəhimov tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı isə etiraz etdiklərini bildirərək, cavabdehin apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 26/2021 saylı, 17 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi, iddiaçı Nəriman Rəhimovun apelyasiya şikayətinin isə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Nəriman Rəhimov apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməndən narazı qalaraq, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini, Cavabdeh isə apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməndən narazı qalaraq, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmalıdır. Birinci instansiya məhkəməsi işə baxarkən müəyyən etmişdir ki, iddiaçı X11 ilə Cavabdeh 1998-ci ildə faktiki nikah münasibətlərinə daxil olmaqla birlikdə yaşamağa başlamış, nikahlarını 19.04.2003-cü il tarixdə rəsmiləşdirmişlər. Rəsmi nikahda olduqları dövrdə - 30 iyun 2006-cı il tarixdə Rəsul adını verdikləri uşaqları doğulmuşdur. Tərəflər nikah münasibətlərini rəsmiləşdirməmişdən əvvəl 11 mart 1999-cu il tarixdə onlarla bioloji bağlılığının olmadığını hər ikisinin etiraf etdiyi Murad adlı uşaq dünyaya gəlmiş, onun doğumu 22.09.1999-cu il tarixdə müvafiq icra hakimiyyəti orqanında qeydə alınmış, doğum haqqında şəhadətnamənin ata qrafasında iddiaçının, ana qrafasında cavabdehin adları göstərilmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Nəriman Rəhimov və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)370/2009 saylı, 13 fevral 2009-cu il tarixli qətnaməsinin surətindən görünür ki, X4 11 mart 1999-cu ildə Kürdəmir rayonuda anadan olmuş X16 və 30 iyun 2006-cı ildə Bakı şəhərində anadan olmuş X1 üçün hər ay hər bir uşağa görə 100 manat sabit pul məbləğində aliment 14 yanvar 2009-cu il tarixdən başlayaraq, uşaqların yetkinlik yaşına çatana kimi, anası Cavabdeh verilməsi, X4 əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan həyat yoldaşı Cavabdeh görə hər ay sabit pul məbləğində 65 manat, 14 yanvar 2009-cu il tarixdən başlayaraq, Cavabdeh əmək qabiliyyətli hesab edildiyi vaxtadək Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarından olan, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasınn 2(103)5461/2017 saylı, 19 may 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, apelyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)370/2009 saylı, 13 fevral 2009-cu il tarixli qətnaməsi “X4 Cavabdeh görə hər ay sabit pul məbləğində 65 manatın 14.01.2009-cu il tarixdən başlayaraq Cavabdeh xeyrinə tutulması” hissəsində ləğv olunaraq, Cavabdeh iddia tələbinin “cavabdehdən özünün saxlanması üçün hər ay ölkə üzrə pensiyaçılar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğində pul vəsaitinin tutulması” hissəsində təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarından olan, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(007)-7029/2017 saylı, 23 oktyabr 2017-ci il tarixli qərarının surətindən görünür ki, cavabdeh X11 tərəfindən verilmiş kasssasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5461/2017 saylı, 19 may 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədə göstərilmişdir ki, Apelyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları üzrə gəldiyi nəticələrdən görünür ki, cavabdehlə faktiki ər-arvad kimi yaşadığını və onunla uşaq doğması ilə nəticələnə biləcək münasibətlərdə olduğunu sübutetmə yükü iddiaçının, uşaqların ondan törəmədiyini - bunu nəsil artırma qabiliyyətinə sahib olmadığı ilə əlaqələndirdiyi üçün sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından, cavabdehlə 1998-ci ildən bərabər yaşadığının və onunla ər-arvad münasibətində olduğunun iddiaçı tərəfindən sübut edilməsinə ehtiyac olmamışdır; çünkü bu fakt cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Eyni şəkildə cavabdeh də, 11 mart 1999-cu il təvəllüdlü Muradın ondan törəmədiyini sübutetmə yükündən azad olunmalıdır; çünkü həmin fakt iddiaçı tərəfindən etiraf olunmuşdur. Bununla belə cavabdeh, 30.06.2006-cı il təvəllüdlü Rəsulun ondan törəmədiyinə dair hər hansı mötəbər sübut təqdim etməmişdir. Kassasiya instansiya məhkəməsi apelyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, məhkəmənin 30 iyun 2006-cı il təvəllüdlü Rəsul onun iddiaçı ilə rəsmi nikahda olduğu dövrdə dünyaya gəlməsi və onun doğumu haqqında şəhadətnamədəki valideyn (ata) qeydinin etibarsız hesab edilməməsi, 11 mart 1999-cu il təvəllüdlü Muradın isə nə iddiaçının, nə də cavabdehin bioloji uşağı olmasa da, bu halın ona həmin uşağın atası kimi yazıldığı zaman məlum olduğunu cavabdehin özünün etiraf etməsi, qanunvericiliyin imperativ göstərişinə görə isə, belə halda onun atalığa dair mübahisə açma haqqında iddia tələbinin təmin olunmasının ümumiyyətlə istisna olunmasına dair nəticələri qanuni və əsaslı olmuşdur. İş materiallarından olan, AZ-İ 825049 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 30 iyun 2006-cı il tarixdə doğulmuşdur. X3, anası Cavabdehdır. İş materiallarından olan, AZ-İ 059558 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 11 mart 1999-cu il tarixdə doğulmuşdur. X3, anası Cavabdehdır. İş materiallarından olan, 22 sentyabr 1999-cu il tarixli, 18 nömrəli atalığı müəyyən etmək haqqında akt qeydinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 ərizəsi əsasında, 11 mart 1999-cu il təvəllüdlü Rəhimov Muradın ata haqqında məlumat qrafasında onun adı, yəni X11 olaraq qeyd edilmişdir. İş materiallarından olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 25 oktyabr 2019-cu il tarixli 647/2019 saylı rəyindən görünür ki, genetik test nəticəsində testə uğradılan uşaq və güman olunan ata arasında bütün STR lokuslar arasında tam şəkildə uyğunluq aşkarlanmamışdır. Bu isə onlar arasında övladvalideyn səviyyəsində qohumluq əlaqəsinin olmadığını göstərir. Qəbul olunmuş müvafiq beynəlxalq normalara əsasən və alınmış nəticələr nəzərə alınaraq, İddiaçı ekspertizaya təqdim olunmuş X14 adlı uşağın bioloji atası olması inkar olunmuşdur. İş materiallarından olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş Məhkəmə xətşünaslıq ekspertizasının 12 oktyabr 2020-ci il tarixli rəyindən görünür ki, atalığı müəyyən etmək haqqında 22 sentyabr 1999-cu il tarixli 18 nömrəli akt qeydində 16-cı qrafadakı imza, 17-ci qrafada “Pəhимoв.H” yazısı və imza X11 tərəfindən yox, başqa şəxs tərəfindən icara olunmuşdur. Məhkəmə kollegiyası iddiaçı Nəriman Rəhimovin apelyasiya şikayətində göstərdiyi dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Birinci instansiya məhkəməsi iddia tələbinin “11 mart 1999-cu ildə anadan olan X9 doğum haqqında şəhadətnaməsinin ata qrafasında valideyin kimi onun adının qeyd olunmasının etibarsız sayılması” hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə hazırki iş üçün əhəmiyyətli olan hallar müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(007)-7029/2017 saylı, 23 oktyabr 2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki, 11 mart 1999-cu il təvəllüdlü Muradın nə iddiaçının, nə də cavabdehin bioloji uşağı olmasa da, bu halın X8 həmin uşağın atası kimi yazıldığı zaman məlum olduğunu özünün etiraf etməsi, qanunvericiliyin imperativ göstərişinə görə isə, belə halda onun atalığa dair mübahisə açma haqqında iddia tələbinin təmin olunmasının ümumiyyətlə istisna olunur. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 43-cü maddəsinə əsasən, valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. Həmin Məcəllənin 44.3-cü maddəsinə əsasən, uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən, valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Həmin Məcəllənin 47.2-ci maddəsinə əsasən, bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. Ailə Məcəlləsinin yuxarıda qeyd olunan maddi normalarının məzmunundan görünür ki, valideynlər öz aralarında nikahda olmadıqda, uşağın atası haqqında qeyd uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. Belə ki, iş materiallarında olan 22 sentyabr 1999-cu il tarixli, 18 nömrəli atalığı müəyyən etmək haqqında akt qeydinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 ərizəsi əsasında, 11 mart 1999-cu il təvəllüdlü Rəhimov Muradın ata haqqında məlumat qrafasında onun adı, yəni X11 olaraq qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(007)-7029/2017 saylı, 23 oktyabr 2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki, 11 mart 1999-cu il təvəllüdlü Muradın nə iddiaçının, nə də cavabdehin bioloji uşağı olmasa da, bu halın X8 həmin uşağın atası kimi yazıldığı zaman məlum olduğunu özünün etiraf etməsi, qanunvericiliyin imperativ göstərişinə görə isə, belə halda onun atalığa dair mübahisə açma haqqında iddia tələbinin təmin olunması ümumiyyətlə istisna olunur. Odur ki, birinci instansiya məhkəməsi qeyd olunan hissədə iddia tələbini əsassız hesab edərək təmin edilməməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Buna görə də, iddiaçı Nəriman Rəhimovun apelyasiya şikayətində göstərdiyi dəlilləri əsasız hesab edilməlidir. Bundan başqa məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətində göstərdiyi dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, 30 iyun 2006-cı il təvəllüldü X14 ilə iddiaçı X5 bioloji bağlılığının olubolmamasını müəyyən etmək üçün birinci instansiya məhkəməsi tərəfindən müvafiq ekspertiza təyin etmiş və Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 647/2019 saylı, 25 oktyabr 2019-cu il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, genetik test nəticəsində testə uğradılan uşaq və güman olunan ata arasında bütün STR lokuslar arasında tam şəkildə uyğunluq aşkarlanmamışdır. Bu isə onlar arasında övlad-valideyn səviyyəsində qohumluq əlaqəsinin olmadığını göstərir. Qəbul olunmuş müvafiq beynəlxalq normalara əsasən və alınmış nəticələr nəzərə alınaraq, İddiaçı ekspertizaya təqdim olunmuş X14 adlı uşağın bioloji atası olması inkar olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 47.1-ci maddəsinə əsasən, bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbini qeyd edilən hissədə əsaslı hesab edərək təmin edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası yekun nəyicəyə gələrək hesab edir ki, iddiaçı Nəriman Rəhimovun və Cavabdeh ayrı-ayrılıqda verdikləri apelyasiya şikayətlərində göstərdikləri dəlilləri əsassızdır. Belə ki, tərəflət apelyasiya şikayətlərində istinad etdikləri hallarla bağlı məhkəmə kollegiyasına hər-hansı bir mötəbər sübutlar təqdim edə bilməmişlər. Hənçinin məhkəmə kollegiyası hesab edir ki, tərəflər apelyasiya şikayətlərində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını və düzgün tətbiq edilməməsini, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasını, məhkəmənin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsini qeyd etsələr də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdikləri etirazlarını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişlər. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bеləliklə, məhkəmə kollеgiyası iddiaçı Nəriman Rəhimovun və Cavabdeh apеlyasiya şikayətlərində sadaladıqları dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətlərində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-26/2021 saylı, 17 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə iddiaçı Nəriman Rəhimovun və Cavabdeh apеlyasiya şikayətləri təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, Qət etdi: İddiaçı X11 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-26/2021 saylı, 17 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-8511/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8511/2021
31.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver