Məhkəmə qərarları › İş №2(103)-8517/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8517/2021

31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8517/2021 31.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İş № 2 (103) -8517/2021 Məhkəmə iclası PROTOKOLU 31 avqust 2021-ci il Bakı şəhəri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Cəfərov Namiq Şamil oğlu (sədrlik edən), Mehdiyev Emin Əlixan oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi ilə, İddiaçı Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qarşı pul tələbinə dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin 09.06.2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxılır. Sədrlik edən məhkəmə iclasını saat 15:00-də açır və baxılacaq işi elan edir. Sədrlik edən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə hazırkı mülki iş üzrə Cavabdeh2 tərəfindən 09.06.21-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti daxil olduğunu və bununla əlaqədar olaraq mülki işin həmin məhkəməyə qaytarılması zərurəti yarandığını qeyd edir. Məhkəmə mülki işin apellyasiya baxışından çıxarılaraq Yasamal Rayon Məhkəməsinə göndərilməsi məsələsini müzakirə edir. Məhkəmə yerində müşavirə edərək qərara alır: Mülki iş apellyasiya baxışından çıxarılsın və Cavabdeh2 tərəfindən 09.06.21-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin Mülki Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilsin. Məhkəmə iclası saat 15:10-da bağlı elan edilir. Məhkəmə iclasının protokolu 31 avqust 2021-ci il tarixində tərtib olunmuşdur. Sədrlik edən: Namiq Cəfərov Məhkəmə iclasının katibi: Aytən Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar