Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-853/2023 16.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: “hüquqi faktın müəyyən edilməsi hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, ərizəçinin nümayəndəsi Vəkil və maraqlı şəxsin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Ərizəçi “hüquqi faktın müəyyən edilməsi” dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2381/2022 saylı işi üzrə 10 oktyabr 2022-ci il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinin əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial MÜdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ərizəçi xx.xx.1995-ci ildən xx.xx.2012-ci ilədək qayınatası Vəkilov İsa Amo oğluna qulluq etməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Bakı şəhər Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(007)-2381/2022 saylı işi üzrə 10 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə Mülki Prosessual Məcəllənin 307, 308-ci maddələrinə istinadən, Ərizəçi ərizəsinin təmin olunmaması qət edilmiş, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarına istinadən qeyd olunmuşdur ki, “məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir”.
3. İşin icraatı zamanı aşağıdakı sübutlar təqdim edilmişdir ki: Ərizəçi xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. - Vəkilov İsa Əmo oğlu ilə X2 25 mart 1950-ci ildə rəsmi nikah bağlamış, nikah bağlanarkən Miskareva Əminə Vəkilova soyadını qəbul etmişdir; - Vəkilov Soltan İsa oğlu ilə X3 xx.xx.1983-cü il tarixdə nikah bağlamış, Nikah bağlanarkən Zeynalova Ərizəçi soyadını qəbul etmişdir. - Vəkilov İsa Amo oğlu xx.xx.2012-ci il tarixdə vəfat etmişdir.- Şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, o, İradə xanımla qonşuluqda yaşayır. O, həmişə görmüşdür ki, İradə xanım öz qayınatası İsaya qulluq edir. Demək olar ki, İsa 2012-ci ilin fevral ayının 12 kimi yaşadığı dövrdə ona İradə xanım qulluq edib. İsanın arvadı İsadan əvvəl rəhmətə gedib.İradə xanım İsanın arvadından çox İsaya qulluq edib; - Şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, o,“Gülçülük” adlanan ərazidə yaşayır. O, bilir ki, İsa əmisinə həmişə İradə qulluq edib. İradə Maştağa qəsəbəsində yaşayır.Yaxın 2-3 ilə qədər İradə orada yaşayır. İndi İradəgil şəhərdə yaşayırlar. (iş səh. 5, 10, 12, 13, 58 ). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
4. Ərizəçi apellyasiya şikayəti verərək Nizami rayon Məhkəməsinin 2(007)-2381/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarının 13.4-cü bəndi; Əmək Pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 21.2.4-cü maddəsi; Azərbaycan Respublikası Nazilər Kabinetinin 175 nömrəli 28 aprel 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarıın təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası”, Həmin Qaydaların 4.1.8-ci yarımbəndinin 3-cü abzasına istinadən qeyd edilmişdir ki, Ərizəçi (bundan sonra ərizəçi) xx.xx.1959-cu ildə doğulmuşdur. O, 1978-ci ildən 1982-ci ilə qədər D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda ali təhsil almışdır. Bundan başqa ərizəçi xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilə qədər Bakı Marqarin zavodunda, xx.xx.1982-ci ildən xx.xx.1995-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Kommersiya Sığorta şirkətində əmək fəaliyyəti ilə məşğul olmuşdur. Ərizəçi Vəkilov Soltan İsa oğlu ilə xx.xx.1983-cü ildə nikaha daxil olmuşlar və nikahdan sonra ərizəçiyə Vəkilova soyadı verilmişdir. Nikahda olduqları dövrdə ərizəçi Vəkilov Soltan İsa oğlu ilə yanaşı öz qayınatası olan Vəkilov İsa Ami oğlu ilə birlikdə yaşamışdır. Ərizəçinin qayınatası Vəkilov İsa Amo oğlu 1925-ci il təvəllüdlü olmaqla xx.xx.2012-ci ildə Bakı şəhərində ölmüşdür. Ərizəçi Əmək fəaliyyətini bitirdiyi tarixdən etibarən yəni xx.xx.1995-ci ildən xx.xx.2012-ci ilə qədər öz qayınatası olan Vəkilov İsa Amo oğluna qulluq etmişdir. Hazırda ərizəçinin yaşa görə pensiya hüququ yarandığından o ərizə ilə maraqlı şəxsə müraaciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Lakin həmin müraciətə baxan maraqlı şəxs xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktubla imtina edilmişdir. İmtinanın səbəbi kimi şəxsin ümumilikdə sığorta stajının 25 ildən az olması yəni 17 il 01 ay təşkil etməsi göstərilmişdir. Adı çəkilən məktubla ərizəçiyə tövsiyə edilmişdir ki, 1995-ci il tarixdən xx.xx.2012-ci il tarixədək ahıl yaşda olan qayınatası Vəkilov İsa Amo oğluna qulluq etməsinin təsdiq etdirməsi üçün Məhkəmənin qanuni qüvvəyə minmiş qərarını maraqlı şəxsə təqdim etməlidir. Belə ki, Əmək Pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 21.2.4-cü maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsinə qeyd olunan müddətlərdən əlavə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti daxil edilir. Azərbaycan Respublikası Nazilər Kabinetinin 175 nömrəli 28 aprel 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarıın təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası” təsdiq edilmişdir. Yuxarıda sadalanan faktlardan göründüyü kimi iddiaçının 17 il 01 ay sığorta stajının olması ona məxsus olan dipolm və əmək kitabçası ilə öz təsdiqini tapmışdır. Lakin ərizəçinin 1995-ci ildən xx.xx.2012ci il tarixədək ahıl yaşda olan qayınatasına qulluq etməsini təsdiq edən sənədlərin əldə edilməsi hazırda mümkün deyildir. Buna görə də, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş qaydalara əsasən qulluq olunan şəxs vəfat etmişdirsə, həmin dövrün sığorta stajına daxil edilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında mümkündür. Odur ki, Ərizəçi hazırda hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə bağlı iddia ərizəsi ilə Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçinin Yanvar 1995-ci ildən yəni əmək fəaliyyətini sonlandırdığı dövrdən xx.xx.2012-ci il tarixədək qayınatasına qulluq etməsini təsdiq etmək üçün əlində şahid ifadələrindən başqa bir imkan mövcud deyil. Bu şahidlər aşağıdakılardan ibarətdir. Şahid1 (xx.xx.1974-cü il təvəllüdlü Masallı rayonunda doğulmuş, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik Sovxoz ünvanında qeydiyyatda olan şəxsiyyət vəsiqəsi nömrəsi AZE 0******* olan və həmin dövrdə ərizəçinin qayınatasının qonşusu olan telefon nömrəsi ********** ) Vəkilova Gültəkin Əli qızı xx.xx.1961ci ildə ünvan 2 ünvanında qeydiyyatda olan şəxsiyyət vəsiqəsi nömrəsi AZE 08543522, telefon **********) Şahid2 xx.xx.1968-ci il təvəllüdlü şəxsiyyət vəsiqəsi AA 0619782, telefon nömrəsi **********). Ərizəçinin hazırkı iddianı verməkdə əsas məqsədi ondan ibarətdir ki, o, yaşa görə əmək pensiyası hüququnu başqa cür şəkildə müəyyən edə bilmir. İşə birinci instansiya məhkəməsində baxılarkən şahid qismində dəvət olunan şəxslərin verdiyi ifadələrdən müəyyən olunmulşdur ki, ərizəçi tərəfindən ölmüş qayınatasına qulluq həyata keçirilmişdir. Eyni zamanda işə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən maraqlı şəxs tərəfindən ərizəyə etiraz təqdim olunmuş və həmin etiraz qüvvədə olmayan normativ akta əsasən əsaslandırılmışdır. Halbuki ərizədə və məhkəmədəki izahatlarında müəyyən olunur ki, onların tələblərinin hüquqi əsası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 175 №-li xx.xx.2022-ci il tarixli qərarına tam uyğundur. Məhkəmə tərəfindən ərizəyə baxılarkən şahid ifadələri və sadalanan qanunvercilik normalarına fikir və əhəmiyyət verilməmiş və heç bir əsaslandırılma olmadan ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilmişdir.
5. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə etirazda qeyd edilmişdir ki, iddiaçının apellyasiya şikayəti tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməli, həmin iş üzrə Nizami rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli 2(1031- 8171/2022 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və huquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qeyd olunan Məcəllənin 308-ci maddəsində deyilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 13-cü bəndinə görə məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən huquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların huquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Huquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2 1 -ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0 1-cı maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Həmin Qərarın 1.4-cu bəndinə əsasən lazımı sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Həmin Qərarın 14-cü bəndinə görə məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
6. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi Vəkil işə apellyasiya şikayətinin məzmununa uyğun izahat verməklə, xəstə şəxsə deyil, ahıl şəxsə qulluq etmə faktının təsdiqi barədə ərizə verdiklərini, inzibati məhkəmə icraatı qaydasında baxılmasının mümkün olmadığını,çünki ərizəçinin qayınatasına qulluq etməsi faktının yalnız şahid ifadələri ilə sübut edildiyini, ərizəçinin tələbinin Əmək Pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 21.2.4-cü maddəsinə əsasən ahıllara qulluq edilməsi müddətinin olduğunu, birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmadıqlarını, heç bir əsaslandırma olmadan ərizənin təmin edilmədiyini bildirmiş, rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi Nümayəndə2 birinci instansiya məhkəmə qətnaməsinin əsaslı olduğunu, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun müvafiq qərarına istinad edilməklə məhkəmə təcrübəsinin vahidliyinin təmin edildiyini qeyd etmiş, ərizəçinin inzibati məhkəmə qaydasında iddia qaldırmalı olduğunu bildirmiş və şikayətin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
9. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 14.2. 77.1, 78.1, 88, 217.3, 217.4, 307- 310, 384, 385-ci maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, mülki icraat (hüquqi faktın təsdiqi) qaydasında və ərizənin tələb üzrə sübuta yetirilməyən dəlillərinə münasibətdə mahiyyəti üzrə ziddiyyətlərin mövcudluğu xüsusi olaraq diqqətə çatdırılmalıdır.Qeyd edilməlidir ki, qanunvericiliklə müəyyən edilmiş halların mümkün olmadığının sübutetmə yükü ərizəçiyə mənsub olduğu halda o iddia edilən şəxsə yalnız və məhz onun tərəfindən qulluğun göstərilməsini, mərhumun bu qulluğa ehtiyacının olduğunu və sair diqqətəlayiq halları sübut etməyə cəhd etməmişdir. Möhtəbər sübutların olmadığı təqdirdə hər hansı halın və ya faktın müzakirəsi belə mümkün deyil, nəinki münasibətlərə tədbiq olunacaq hüquq norması barədə müzakirələrin aparılması.
10. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında qeyd edilən müddəaların nəzərdən keçirilməsini və diqqətə çatdırılmasını kollegiya zəruri hesab edir: «…13.1. Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir.13.2. Əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. 13.3. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir.13.4. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir.14. Məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər.»
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə Təsdiq edilmiş, Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının aşağıdakı müddəaları nəzərdən keçirilməlidir: 4.1.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1dək olan dövr üzrə: 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 1.Seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən; 2. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən; 3. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən; 4. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən; 5. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; 4.1.6. İ dərəcə əlilliyi olan şəxsə qulluqetmə müddəti üzrə:1. qulluqetməyə dair qulluqolunanın (onun qanuni nümayəndəsinin) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən; 2. “İ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanına uyğun olaraq, müvafiq təqaüdün ödənilməsinə dair MEİS-in “Sosial ödənişlər” altsisteminin məlumatına əsasən; 3. Qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzaslarında müəyyən edilən sənədlər olmadıqda – məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən; 4.1.7. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluqetmə müddəti üzrə: 1. Qanuni nümayəndələrə münasibətdə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağın doğum haqqında şəhadətnaməsinə, övladlığa götürənlərə münasibətdə övladlığa götürmə barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına, qəyyumlara və himayəçilərə münasibətdə isə qəyyumluq və ya himayəçiliyin müəyyən edilməsi barədə müvafiq qərara əsasən; 2. “İ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanına uyğun olaraq, müvafiq təqaüdünün ödənil-məsinə dair MEİS-in “Sosial ödənişlər” altsisteminin məlumatına əsasən; 4.1.8. ahıllara qulluqetmə müddəti üzrə: 1. Patronajın təyin edilməsi barədə qərara əsasən; 2. Qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan İ dərəcə əlilliyi olan şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən; 3. Qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən.
12. Qeyd edilənlərdən əlavə diqqətə çatdırılmalıdır ki, qanuvericilikdən (dispozitiv imkan və diskression səlahiyyətlərdən) sui-istifadə və buna şərait yaradan hallarının mümkünlüyü məhkəmə icraatının nəticəsi üzrə istisna edilməlidir. Hazırki halda ərizəçinin faktın müəyyən edilməsi məqsədi onun ahıl şəxsə qulluqun hüquqi fakt kimi təsdiq edən hüquqmüəyyənedici sənədlərin olmamasının əsaslarıdır ki, ilk növbədə bunlar və sonrada digər – mötəbər olmayan şahid ifadələri sübuta yetirilməyən müraciətin təmin edilməsinə əsaslar yaratmır.
13. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ : Ərizəçi apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2381/2022 saylı işi üzrə 10 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.