Məhkəmə qərarları › İş №2(103)-8553/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8553/2021

26.10.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8553/2021 26.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi, İddiaçılar X3 hüquqi varisi X1, İddiaçı12, İddiaçı11, İddiaçı5 Əlişan oğlunun, İddiaçı3, cavabdeh "Azneft" İstehsalat Birliyinin nümayəndəsi və vəkili X5, üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X4 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-377/2021 saylı, 11 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı12, İddiaçı9, İddiaçı7, İddiaçı6, İddiaçı5 Əlişan oğlu, İddiaçı4, İddiaçı3, İddiaçı8, Əli-zadə Əyyub Əli-Heydər oğlunun hüquqi varisi İddiaçı1, İddiaçı10 hüquqi varisi X14, X3 hüquqi varisi X7 və İddiaçı11 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı12, İddiaçı9, İddiaçı7, İddiaçı6, İddiaçı5 Əlişan oğlunun, İddiaçı4, İddiaçı3, İddiaçı8, Əli-zadə Əyyub Əli-Heydər oğlunun hüquqi varisi İddiaçı1, İddiaçı10, X3 hüquqi varisi X1 və İddiaçı11 cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azneft" İstehsalat Birliyinə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üçüncü şəxs kimi cəlb edilən) qarşı “müavinətin tam ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İB-nin “28 May” NQÇİnin onların hər birinə ödənilmiş müavinətdən gəlir vergisinin hesablanaraq çıxılmasının qanunsuz və əsassız hesab edilməsi, həmin məbləğin, yəni müavinətdən gəlir vergisi kimi tutulan məbləğin onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Sonradan iddiaçı Əli-zadə Əyyub Əli-Heydər oğlunun hüquqi varisi İddiaçı1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona ödənilmiş birdəfəlik müavinətdən tutulmuş 1807,65 manat məbləğində gəlir vergisinin Cavabdehndən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı X3 hüquqi varisi X7 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona ödənilmiş birdəfəlik müavinətdən tutulmuş 1374,68 manat məbləğində gəlir vergisinin Cavabdehndən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı4 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona ödənilmiş birdəfəlik müavinətdən tutulmuş 553,51 manat məbləğində gəlir vergisinin Cavabdehndən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı5 Əlişan oğlu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona ödənilmiş birdəfəlik müavinətdən tutulmuş 522,64 manat məbləğində gəlir vergisinin Cavabdehndən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı12 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona ödənilmiş birdəfəlik müavinətdən tutulmuş 865,88 manat məbləğində gəlir vergisinin Cavabdehndən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı11 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona ödənilmiş birdəfəlik müavinətdən tutulmuş 420,64 manat məbləğində gəlir vergisinin Cavabdehndən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı8 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona ödənilmiş birdəfəlik müavinətdən tutulmuş 1175,48 manat məbləğində gəlir vergisinin Cavabdehndən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı3 Əlihyedər oğlu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona ödənilmiş birdəfəlik müavinətdən tutulmuş 752,25 manat məbləğində gəlir vergisinin Cavabdehndən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı6 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona ödənilmiş birdəfəlik müavinətdən tutulmuş 921,83 manat məbləğində gəlir vergisinin Cavabdehndən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı9 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona ödənilmiş birdəfəlik müavinətdən tutulmuş 1206,24 manat məbləğində gəlir vergisinin Cavabdehndən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı7 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona ödənilmiş birdəfəlik müavinətdən tutulmuş 234,44 manat məbləğində gəlir vergisinin Cavabdehndən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı X14 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona ödənilmiş birdəfəlik müavinətdən tutulmuş 1174,83 manat məbləğində gəlir vergisinin Cavabdehndən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-377/2021 saylı, 11 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçılar apellyasiya şikayətləri verərək qətnamənin ləğv edilməsini və iddia tələblərinin təmin edilməsi bardə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından ləğv edilməlidir. Belə ki, cavabdeh təşkilat qanunsuz olaraq müavinətdən gəlir vergisi tutmuşdur. Əmək Məcəlləsinin 175.4-cü maddəsinin tələblərini kobud surətdə pozduğundan həmin məbləğ onlara qaytarılmalıdır. Məhkəmə tərəfindən iddia müddətinin tətbiqi də qanunsuz olmuşdur. Çünki, Avropa Məhkəməsi də bir sıra qərarlarında ərizəçilərə müəyyən məbləğdə pulun ödənilməsindən imtina hallarını Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Ərizəçiyə təyin edilmiş kompensasiyanın ödənilməməsi onun mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirmişdir. Ona görə də hazırki işdə də onlara verilən müavinətdən gəlir vergisi kimi tutulan pul tələbi Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin təsiri altına düşür. Məhkəmə iclasında iddiaçılar X3 hüquqi varisi X7, İddiaçı12, İddiaçı11, İddiaçı5 Əlişan oğlu və İddiaçı3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdeh "Azneft" İstehsalat Birliyinin nümayəndəsi və vəkili X13 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X9 bildirdi ki, müavinətdən vergi tutulmalı idi. Çünki, Vergi Məcəlləsinin 102-ci maddəsində vergidən azad edilən gəlirlər qeyd olunub. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, cavabdeh təşkilatla hazırki iş üzrə işçilər arasında olan əmək müqaviləsinə xitam verilmiş və Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən işçilər əmək pensiyası yaşına çatmaları ilə işdən azad edilmələri və onlarla bağlanmış əmək müqavilələrinin ləğv edilməsi qərara al ınmışdır. İşçilərə işdənçıxma müavinəti olaraq əmək haqqı məbləğlərinin beş misli məbləğində pul məbləğin verilməsi qərara alınmış və həmin məbləğlər hesablanmış, gəlir vergisi çıxıldıqdan sonra yerdə qalan məbləğlər onlara ödənilmişdir. Hazırda iddiaçılar məhkəməyə müraciət edərək onlara ödənilən müavinətin vergidən azad olunmuş müavinətlər sırasına daxil olduğunu göstərərək müavinətin tam məbləğdə ödənilməsini tələb edirlər İş materiallarında olan əmrlərdə və iddiaçılara (işçilərə) məxsus əmək kitabçalarında iddiaçılarla olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, onların təqaüdə çıxmaları ilə əlaqədar öz təşəbbüsləri ilə yazdıqları ərizələr əsasında xitam verildiyi göstərilsə də, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti əmrləri və Azərbaycan Neft və X22 Həmkarlar İttifaqı Respublika Komitəsinin 06-19ə nömrəli, 22 aprel 2009cu il tarixli “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında" qərarının 4-cü bəndindən görünür ki, bu əmrqərar verildiyi tarixdən bir təqvim ayı ərzində, eləcə də bu əmr-qərarın birinci bəndi ilə müəyyən edilmiş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən, bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir və əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşma imzalanır. Həmin əmr-qərarın girişində göstərilir ki, bu qərarın qəbul edilməsində və eyni qərara istinadən əmrin verilməsində əsas məqsəd Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 26 fevral 2009-cu il tarixli, 38 nömrəli əmri ilə təsdiq edilmiş “ARDNŞ-in 2009-cu il üçün böhrana qarşı tədbirlər proqram”ından irəli gələn vəzifələrin, xüsusilə də “şirkətin müəssisə və təşkilatlarında işçi heyətindən daha səmərəli istifadə etməklə, xərclərin azaldılmasına nail olmaq, mövcud əməyin ödənilməsi sisteminin böhran şəraitinə uyğunlaşdırılması və bu sahədə olan şirkətdaxili normaların və sənədlərin təkmilləşdirilməsidir. Cavabdeh qurum işçi heyətindən daha səmərəli istifadə etmək, işçilərin sayının azaldılması məqsədilə müvafiq qərar qəbul etmiş, eyni məzmunlu əmr vermiş və bu əmr- qərarın verildiyi gündən sonra işçilərin təqaüdə çıxması ilə əlaqədar ərizəsi əsasında öz təşəbbüsü ilə işdən azad olunmuş və onlarla olan əmək müqaviləsinə xitam verilmişdir. 22 aprel 2009-cu il tarixli əmr-qərarın 4-cü bəndində işçi ilə əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşmanın imzalanması göstərilmiş və işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən onlara orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilməsi göstərilmişdir. İşçilərlə olan əmək müqaviləsinə xitam verildikdən sonra onların əmək haqqı məbləğlərinin 5 misli məbləğində müavinətin verilməsi hazırkı işin mübahisəsiz hallarındandır. Məhkəmə hesab edir ki, Əmək Məcəlləsinin 175.4-cü və Vergi Məcəlləsinin 102.1.4- cü maddəsinin tələblərinə əsasən işçilərlə olan əmək müqavilələrinə onların pensiya yaşına çatmaları əsası ilə xitam verildiyindən və müvafiq əsasdan işdənçıxma üçün verilən müavinət Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində təsbit edilmiş və gəlir vergisindən azad edilən müavinətlər sırasına daxil olduğundan, onlara ödənilən və əmək haqqı məbləğlərinin beş misli miqdarında olan müavinətdən vergi tutula bilməz. Məhkəmə həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175.4-cü maddəsinə istinad edərək qeyd edir ki, cavabdeh iddiaçılara ödənilmiş məbləğlərin işdən çıxma müavinəti olduğunu mübahisələndirmir. İş materiallarına əlavə edilmiş əmr qərarlarda da iddiaçılara ödənilən məbləğin müavinət olduğu təsdiq olunur. İstinad olunan maddənin tələbinə görə isə növündən asılı olmayaraq işdən çıxma müavinətlərindən hər hansı məbləğin tutulmasına yol verilmir. Həmin məbləğlərə digər ödənişlərlə yanaşı gəlir vergisinə dair ödənişlər də aiddir. İşəgötürənin yalnız belə məbləğin tutulması zamanı işçinin razılığı ilə həyata keçirmək imkanı olmuşdur. Lakin istinad etdikləri əmr qərarlarda ödəniləcək müavinətlərin vergiyə cəlb olunacağına dair razılaşma əldə olunmamışdır. Bundan başqa, cavabdeh işçilərə işdən çıxma müavinətindən vergi tutularkən ilkin olaraq onun münasibətlərini nizamlayan maddi hüquq normalarını tətbiq etməli və bundan sonra əlaqəli hüquq normalarının tətbiqinin mümkünlüyünü araşdırmalıdır. Qeyd edilənlərlə yanaşı məhkəmə hazırkı iddia tələbinə iddia müddətinin tətbiq edilməsi ilə bağlı cavabdehin nümayəndəsi və vəkilinin ərizəsinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, iddiaçılar tərəfindən hazırkı iddia tələbini qaldırmaq üçün iddia müddəti ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Həmin 296-cı maddəsinin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. (maddə 296, hissə 6) Məhkəmə qeyd edir ki, iş materiallarından da göründüyü kimi, İddiaçı12 20 may 2009-cu il tarixdə, İddiaçı9 19 may 2009-cu il tarixdə, İddiaçı7 03 noyabr 2014-cü il tarixdə, İddiaçı6 20 may 2009-cu il tarixdə, İddiaçı5 15 may 2009-cu il tarixdə, İddiaçı4 19 may 2009-cu il tarixdə, X2 05 fevral 2015-ci il tarixdə, İddiaçı8 21 yanvar 2015-ci il tarixdə, X6 20 may 2009-cu il tarixdə, İddiaçı10 01 oktyabr 2012-ci il tarixdə, X10 20 may 2009-cu il tarixdə və İddiaçı11 ilə 21 may 2009cu il tarixdə əmək müqavilələrinə xitam verilməsinə, onların bu barədə məlumatlarının olmasına baxmayaraq, iddiaçılar hazırki tələblə 27.11.2020-ci il tarixdə məhkəməyə müraciət etmiş, bununla da qanunvericilikdənəzərdə tutulmuş 1 illik iddia müddətini ötürmüşlər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıların “müavinətin tam ödənilməsi”nə dair iddia tələbləri iddia müddəti tətbiq edilərək rədd edilməlidir. Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən - işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin «b» bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «a» və «b» bəndləri ilə ləğv edilərkən işçilərə: orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti; işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir. İşəgötürən bu maddənin birinci hissəsi ilə və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu maddənin üçüncü hissəsində nəzərdə tutulan orta əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən işçiyə verilən müvafıq arayışlar əsasında ödənilir. Həmin arayış işdən çıxan gündən bir ay müddətində müvafıq icra hakimiyyəti orqanında qeydiyyata alınan şəxslərə verilir. Həmin Məcəlləsinin 77-ci maddəsinin 6-cı və 7-ci hissəsinə əsasən kollektiv müqavilələrdə, əmək müqaviləsində işçilərin işə düzəldiyi dövr ərzində daha uzun müddətə orta əmək haqqının saxlanılması, habelə bu maddənin üçüncü və yeddinci hissələrində göstərilən ödəmələrin daha yüksək məbləğdə verilməsi nəzərdə tutula bilər. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c», 74-cü maddəsinin birinci hissəsinin «a» və «c» bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. Əmək Məcəlləsinin 175-ci maddəsinin 1-ci və 4-cü hissəsinə əsasən, işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. Həmin maddəyə əsasən əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən əmək haqqı bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlir fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir hesab edilir və həmin Məcəllənin 101-ci maddəsində nəzərdə tutulmuş qaydada gəlir vergisinə cəlb edilir. Buna əsasən də, işçiyə onun işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün ödənilən orta əmək haqqı həmin şəxsin gəliri kimi nəzərə alınaraq ümumi qaydada gəlir vergisinə cəlb edilir. Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən fiziki şəxslərin əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. İddiaçılar iddia ərizəsində və verdikləri izahatlarda onlarla olan əmək müqavilələrinə cavabdeh işəgötürən tərəfindən işçilərin saynın azaldılması əsası ilə xitam verildiyini göstərmiş, əmək müqaviləsinə xitam verilməsi barədə ərizə ilə isə qabaqcadan işəgötürənlə bu barədə razılaşdıqlarına görə müraciət etdiklərini bildirmişlər. İddiaçılarla olan əmək müqavilələrinə işçilərin azaldılması əsasına görə xitam verilməsi həmçinin cavabdehin nümayəndəsi tərəfindən də etiraf edilmiş və onlar verdikləri izahatlarda işçilərin sayı çox olduğunu, ixtisarın aparılmadığını, işçilərin sayının azaldılması məqsədilə təqaüd yaşı çatanlara yaşa görə təqaüdə çıxmaq əsası ilə əmək müqaviləsinə xitam verilməsi barədə ərizə yazmaları və bunun əvəzində onlara əmək haqlarının beş misli miqdarında birdəfəlik müavinət veriləcəyi təklif edilməsini göstərmişlər. Göründüyü kimi, iddiaçılarla olan əmək müqavilələrinə Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxmaları ilə işçilərin özlərinin təşəbbüsü rəsmləşdirilmiş olsa da faktiki olaraq əmək müqavilələrinə xitam verilməsinin əsası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə işçilərin ixtisar edilməsi və sayının azaldılması olmuşdur. Bu fakt iş materiallarına əlavə edilmiş 22 aprel 2009-cu il tarixli əmr-qərarın surəti ilə, həmçinin tərəflərin izahatları ilə sübut olunur. Cavabdehin iddiaçıların əmək kitabçalarında və onların işdən azad olunması ilə bağlı verilən əmrlərdə nəzərdə tutulmuş “Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxmaları ilə işçilərin özlərinin təşəbbüsü ilə” əsası formal xarakter daşıyır, iddiaçılar tərəfindən yazılmış ərizələr işəgötürənlə əvvəlcədən əldə olunmuş razılıq əsasında və 22 aprel 2009-cu il tarixli əmrqərara uyğun olaraq tərtib olunmuşdur və onların müstəqil iradə ifadələrini əks etdirmir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Əmək Məcəlləsinin 175.4-cü və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinin tələblərinə əsasən iddiaçılarla olan əmək müqavilələrinə işçilərin sayının azaldılması əsası ilə xitam verildiyindən və müvafiq əsasdan işdənçıxma üçün verilən müavinət Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində təsbit edilmiş və gəlir vergisindən azad edilən müavinətlər sırasına daxil olduğundan, iddiaçılara ödənilən və əmək haqqı məbləğlərinin beş misli miqdarında olan müavinətdən vergi tutula bilməz. İddiaçıların işçilərin sayının azaldılması əsası ilə işdən çıxarılması faktı iş materialları ilə tam sübuta yetirildiyindən və işçilərə ödənilən müavinətin gəlir vergisindən azad olunmuş müavinət növünə aid olması qanunvericiliklə müəyyən edildiyindən bu fakt iddia tələbinin rədd olunması üçün əsas ola bilməz. İş materiallarına əlavə edilmiş haqq-hesab vərəqələrindən görünür ki, iddiaçılara onların orta əmək haqqı məbləğinin beş misli miqdarında hesablanmış məbləğlər gəlir vergisi çıxılmaqla yerdə qalan məbləğlər miqdarında onlara ödənilmişdir. Bu hal həm iddiaçıların izahatı, həm də cavabdehin təqdim etdiyi cədvəldə öz təsdiqini tapmış və işin mübahisəsiz halıdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçılara ödənilən işdənçıxma müavinətinin gəlir vergisindən azad olması müəyyən edildiyindən, həmin müavinətlərin gəlir vergisinə görə tutulan hissəsi iş materiallarına əlavə edilmiş haqq-hesab vərəqələrinə uyğun olaraq iddiaçılara qaytarılmalıdır. Ancaq birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət ümumən düzgün olsa da sonda Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulan bir illik iddia müddətinin ötürüldüyünü əsas tutaraq iddianı rədd etməkdə haqlı olmamış və tətbiq edilməli olan qanunu tətbiq etməmişdir. Belə ki, iddiaçıların hazırki tələblərinə Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən iddia müddəti şamil olunmur. Çünki, iddiaçılar cavabdeh qurumla əmək münasibətlərində olmuş olsalar da, əmək müqavilələrinə xitam verilməsi ilə əlaqədar ödənilən qeyd olunan müavinət artıq onların mülkiyyəti hesab olunurdu. Mülkiyyətçilərin hüquqlarının hər cür pozuntularını aradan qaldırılması ilə bağlı tələblərə isə iddia müddəti tətbiq edilə bilməz. İddiaçıların şikayətdə göstərdikləri kimi, bu cür tələb həm də Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin təsiri altına düşür. Ona görə də, hazırki iddia üzrə hər hansı bir müddətin ötürülməsindən söhbət gedə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 386-cı maddəsinə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi belə qənatə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-377/2021 saylı, 11 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehndən Əli-zadə Əyyub Əli-Heydər oğlunun hüquqi varisi İddiaçı1 xeyrinə 1807,65 manat, X3 hüquqi varisi X1 xeyrinə 1374,68 manat, İddiaçı4 xeyrinə 553,51 manat, İddiaçı5 Əlişan oğlunun xeyrinə 522,64 manat, İddiaçı12 xeyrinə 865,88 manat, İddiaçı11 xeyrinə 420,64 manat, İddiaçı8 xeyrinə 1175,48 manat, İddiaçı3 Əlihyedər oğlunun xeyrinə 752,25 manat, İddiaçı6 xeyrinə 921,83 manat, İddiaçı9 1206,24 manat, İddiaçı7 xeyrinə 234,44 manat, İddiaçı10 hüquqi varisi X8 xeyrinə 1174,83 manat tutulmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-377/2021 saylı, 11 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehndən Əli-zadə Əyyub Əli-Heydər oğlunun hüquqi varisi İddiaçı1 xeyrinə 1807,65 manat, X3 hüquqi varisi X1 xeyrinə 1374,68 manat, İddiaçı4 xeyrinə 553,51 manat, İddiaçı5 Əlişan oğlunun xeyrinə 522,64 manat, İddiaçı12 xeyrinə 865,88 manat, İddiaçı11 xeyrinə 420,64 manat, İddiaçı8 xeyrinə 1175,48 manat, İddiaçı3 Əlihyedər oğlunun xeyrinə 752,25 manat, İddiaçı6 xeyrinə 921,83 manat, İddiaçı9 1206,24 manat, İddiaçı7 xeyrinə 234,44 manat, İddiaçı10 hüquqi varisi X8 xeyrinə 1174,83 manat tutulsun. Qətnamədən, kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar