Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8562/2020 03.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Elşən Cələddin oğlu Kazımov və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, İddiaçı, Cavabdeh-nin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(011)- 5040/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinin ləğv edilərək, əmək kitabçasında (əmək müqaviləsində) düzəlişin edilməsi, qanunsuz olaraq işdən məcburi qaydada çıxarıldığı nəzərə alınaraq xx.xx.2020-ci il tarixdən hazırki günə kimi əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırır ki, 2019-cu ilin dekabr ayında Cavabdeh-də kəsici vəzifəsi üzrə avtogen rezaq işinə əmək müqaviləsi ilə 1 illik müddətə işə götürülmüşdür, həmin müqavilə üzrə Şirvan şəhərində yerləşən cənub Yarım elektrikstansiyasında elektrik bloklarının söküntüsünü həyata keçirirmiş, orada işlədiyi müddət ərzində gündəlik 50 manat alırmış, hansı günki işə gəlməsə o, həmin günə görə əmək haqqı almırdı, hər gün işə gəldiyi zaman X1 keçərkən həmin nəzərətçiyə onlara bir gün öncədən deyilmiş gündəlik şifrələri deyib keçirmiş, sonuncu dəfə qeyd edilən şifrə 444 olmuşdur, 2020-ci ilin aprel ayının əmək haqqısını almadığına görə xx xxx 2020-ci il tarixdə 25 nəfər işçi heyəti rəhbərliyə müraciət edərək qarşıdan Ramazan bayramı gəldiyi üçün onlara ödənilməmiş qalan əmək haqqının ödənilməsini tələb etmişlər, rəhbərlikdən göstəriş verilmişdir ki, əmək haqqı tələb edən şəxslərin siyahısı tutularaq hər birinin əmək qanunvericiliyinin tələblərinin pozulması maddəsi ilə işdən azad edilsinlər, həmin gün, yəni 23 may tarixində işdən çıxmış və Bakı şəhərinə qayıtmışdır, 25 nəfərdən 15 nəfəri əmək haqqı tələb etməkdən imtina etdilər və 10 nəfər isə sözünün üstündə duraraq əmək haqqını tələb etmişdir, təxminən 15-20 gündən sonra iş paltarlarını götürmək üçün gəlmiş, lakin onu buraxılış məntəqəsindən buraxmamışlar və bildirmişlər ki, əmək haqqını tələb edən 10 nəfər işçi iş yerinə buraxılmayacaqlar, onun işdən çıxarılması ilə bağlı məlumatı 30 iyun tarixində son haqq-hesab ödənildiyi zaman bilmişdir, işlədiyi müdətdə nümunəvi olmuş, barəsində hər hansı töhmətin olması ilə bağlı məlumatı olmamışdır, cavabdeh təşkilatda həmkarlar ittifaqı yoxdur. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(011)- 5040/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh-yə qarşı Cavabdeh tərəfindən barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinin ləğv edilməsi, əmək kitabçasında (əmək müqaviləsində) düzəlişin edilməsi, qanunsuz olaraq işdən məcburi qaydada çıxarıldığı nəzərə alınaraq xx.xx.2020-ci il tarixdən hazırkı günə kimi əmək haqqının ödənilməsi barədə” iddia tələbinin rədd edilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5040/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsininin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırır ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətdə 2020-ci ildə kəsici işində avtogen-Rezaq işinə əmək müqaviləsi(bir) 1 illik müddətə bağlanmışdır. Həmin müqavilə üzrə Şirvan şəhərində yerləşən cənub yarım elektrik stansiyasında istifadəsi dayandırılmış Enerji bloklarının söküntüsünü həyata keçirmiş. Şirvan şəhərində yerləşən istifadəsi dayandırılmış enerji bloklarının sököntüsü ilə əlaqədar olaraq 2020-ci ilin aprel ayının əmək haqqısını almamalarını, onlar həmin əmək haqqını xx xxx 2020-ci ildə 25 nəfər işçi rəhbərlikdən tələb etdiklərini və rəhbərlikdən göstəriş verilmişdir ki, əmək haqqı tələb edən şəxlərin siyahısı tutularaq hamısının əmək məcəlləsinin tələblərinin pozulması maddəsi ilə işdən azad edilməsinə göstəriş verilməsini qeyd etmişdir. Həmin 25 nəfərdən 15 nəfəri əmək haqqı tələb etməkdən imtina etdilər və 10 nəfər isə sözünün üstündə duraraq əmək haqqılarını tələb etmişlər. Növbəti gün o, işə çıxdıqda həmin yerdə buraxılış məntəqəsindən onu buraxmamışlar və bildirilmişdir ki, əmək haqqı tələb edən həmin 10 nəfər iş yerinə buraxılmasın və onu da həmin şəxslərlə birlikdə iş yerinə buraxmamışlar. O, məcbur Əmək və X2 Nazirliyi yanında Dövlət Əmək Müvəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə ərizə ilə müraciət etdiyini, Əmək müvəttişliyi onun şikayəti üzrə cavab olaraq yoxlama aparıldığını yazaraq xx.xx.2020-ci il tarixli məktubla şikayətinə baxılaraq araşdırılması barədə yalan ilə dolu bir məktub verdiyini bildirmişdir. Həmin məktbda yazılmışdır ki, güya İddiaçı xx.xx.2020-ci ildən üzürsüz səbəbdən işə çıxmadığına görə xx.xx.2020-ci il tarixdə 27 saylı əmrlə mənə AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 2ci hissəsinin “a” bəndinə əsasən töhmət elan edildiyini və xx.xx.2020-ci tarixdə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının 70-ci madəsinin “Ç” bəndinə əsasən xitam verilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək, apelyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh-nin nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəlillərini və tərəflərin izahatlarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin iclasında X3 şahid qismində ifadə verərək bildirmişdir ki, İddiaçı ilə birlikdə işləmişdir, həmin müəssisədə işləməyə 2020-ci ilin fevral ayında başlamışdır, 2020-ci ilin may ayında müəssisədən maaşlarını almaq üçün Samiq və digər bir neçə işçilərlə birlikdə müraciət etmələrinə baxmayaraq, müraciətləri nəticəsiz qalmış, habelə müəssisənin rəhbərliyi tərəfindən onlara ərizə təqdim edilmiş, ərizəni imzalayacağı təqdirdə ona maaşı ödəniləcəyi bildirilmişdir, lakin ərizəni imzalamamışdır, daha sonra ona məlum olmuşdur ki, o və Samiq işdən çıxarılmışdır, Samiqin iyun ayında işə gəlməsi barədə məlumatlı olmamışdır. Birinci instansiya məhkəməsinin iclasında X4 şahid qismində ifadə verərək bildirmişdir ki¸ uzun müddətdir ki, İddiaçı ilə birlikdə işləmişdir, onlar hər gün işləmirdilər, ayda bir-iki gün olurdu ki, iş olmurdu, belə hallarda onlarla telefon vasitəsilə əlaqə saxlanılırdı, əmək haqqı isə işlədikləri hər gün üçün 20 manat olaraq hesablanırdı, bəzən elə olurdu ki, onlar bir müddət maaş ala bilmədiklərindən Qurban bayramına az müddət qalmış müəssisə rəhbərliyinə müraciət etmişlər, müəssisənin nümayəndəsi Cavid müəllim onların yanında bildirmişdir ki, əmək haqqısını istəyənlərin adlarının qeydiyyatı aparılsın və onlar işdən azad edilsinlər və sonra əmək haqqları ödənilsin, ona ərizə təqdim edilərək imzalanması istənilmişdir, o isə ərizəni imzalamışdır, həmin gündən sonra onlara işə gəlməmələrini söylədilər, İddiaçı 23 may tarixindən sonra işdə olduğunu görməmişdir. İş materiallarında olan işəgötürən Cavabdeh ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh-də kəsici vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli **********0 saylı məktubdan görünür ki, xx.xx.2020-ci il tarixdən üzrsüz səbəbdən işə çıxmadığına görə xx.xx.2020-ci il tarixli 27 nömrəli əmrlə ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət elan edildiyi məlum olmuşdur. Eyni hal davamlı olduğundan xx.xx.2020-ci il tarixində onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyi, son haqq-hesabının həmin gün əmək haqqı bank hesabına köçürüldüyü müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli İddiaçı ünvanlanan məktubun surətindən görünür ki, xx.xx.2020-ci il tarixindən başlayaraq Cavabdeh ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin tələblərini pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq müddəalarına görə intizam məsuliyyətinə cəlb edilməsi barədə 27 nömrəli əmrin surəti təkrar olaraq İddiaçı göndərilmişdir. İş materiallarında olan Cavabdeh-nin 2020-ci ilin iyun ayı üçün hesablanmış əmək haqqı cədvəlindən görünür ki, İddiaçı kəsici vəzifəsi üzrə əmək haqqı 1326 manatdır, hesablanmış əmək haqqı 406,91 manat təşkil edir. İş materiallarında olan X9 “Kütləvi ödənişin təsdiqi” barədə qəbzin surətindən görünür ki, xx.xx.2020-ci il tarixində İddiaçı 406,91 manat ödənilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinə ünvanlanan məktubun surətindən görünür ki, Cavabdeh-nin kəsicisi İddiaçı xx.xx.2020-ci il tarixdən üzrlü səbəb olmadan əmək müqaviləsinin şərtlərini kobud şəkildə pozaraq işə çıxmamışdır, bununla bağlı xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə aktlar tərtib olunmuş, daha sonra isə xx.xx.2020-ci il tarixli işçinin intizam məsuliyyətinə cəlb edilməsi ilə bağlı müvafiq əmr verilmişdir, ölkədə elan edilmiş sərtləşdirilmiş karantin rejimi səbəbindən işçilərin işdən azad edilməsi məsələsinə daha həssas yanaşılması tapşırığı olduğundan işə götürən tərəfindən işçiyə xx.xx.2020-ci il tarixə qədər güzəşt edilərək onun işdən azad edilməsi təxirə salınsa da, buna baxmayaraq işçi heç bir üzrlü səbəb olmadan işə çıxmamaqda davam etdiyindən işə götürən tərəfindən xx.xx.2020-ci il tarixli 29 nömrəli əmrə əsasən işdən azad edildiyi müvafiq idarəyə bildirilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinə ünvanlanan məktubun surətindən görünür ki, Dünyada yayılmış koronavirus (COVİD-19) infeksiyanın ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının bəzi ərazilərində xüsusi karantin rejimi elan edilmişdir. Elan edilmiş ərazilərin siyahısına Şirvan şəhəri daxil olmadığından işçi İddiaçı icaze.e-gov.az portalında müəyyən icazənin alınmasına ehtiyac olmadığı bildirilmişdir. İş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2020ci il tarixində Cavabdeh–də kəsici peşəsinə işə qəbul edilmişdir və xx.xx.2020-ci il tarixində AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. İş materiallarında olan təqdimatdan görünür ki, Cavabdeh-nin kəsici vəzifəsində çalışan İddiaçı xx.xx.2020-ci il tarixdən başlayaraq şirkətdaxili nizam-intizam qaydalarını pozaraq, heç bir üzrlü səbəb olmadan işə çıxmaması qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli aktların surətindən görünür ki, Cavabdeh–nin əməkdaşı kəsici işləyən İddiaçı heç bir üzrlü səbəb olmadan xx.xx.2020-ci il tarixdən əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməyərək işə çıxmamaqla tərəflər arasında bağlanmış əmək müqaviləsinin şərtlərini kobud şəkildə pozur. İş materiallarında olan Cavabdeh-nin İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı Cavabdeh xx.xx.2020-ci il tarixli əmri ilə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində sadalanan hal) kəsici vəzifəsindən azad edildiyi bildirilmiş, həmin məktuba işçiyə məxsus ******* saylı əmək kitabçası əlavə edilmişdir. İş materiallarında olan ********* nömrəli, xx.xx.2020-ci il tarixli qəbzin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh tərəfindən İddiaçı poçt göndərişi göndərilmişdir. İş materiallarında olan Cavabdeh-nin 29 saylı xx.xx.2020-ci il tarixli əmrin surətindən görünür ki, cəmiyyətin kəsicisi vəzifəsində işləyən İddiaçı ilə əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində sadalanan hal) heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədiyinə görə tutduğu vəzifədən/peşədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi və istifadə etmədiyi əmək məzuniyyətinə görə 11 təqvim günü üçün pul əvəzinin ödənilməsi barədə əmr verilmişdir. İş materiallarında olan Cavabdeh-nin 27 saylı xx.xx.2020-ci il tarixli əmrin surətindən görünür ki, AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən İddiaçı töhmət elan edilməsi, gələcəkdə belə hallar təkrar baş verdikdə qanunverciliyə əsasən ona qarşı daha ciddi tədbirlər görüləcəyi işçinin nəzərinə çatdırılması, töhmət barədə əmrin çıxarışı İddiaçı şəxsi işinə tikilməsi, əmrin icrasının nəzarəti X5 tapşırılması əmr edilmişdir. İş materiallarında olan Cavabdeh-nin ödənişin hesablanması cədvəlindən görünür ki, İddiaçı 2020-ci ilin yanvar ayı üçün 1105,00 manat, fevral ayı üçün 1259,70 manat, mart ayı üçün 1326,00 manat, aprel ayı üçün 1205,45 manat, may ayı üçün 1170 manat, cəmi 6066,15 manat ödəniş edilmişdir. Orta əmək haqqı ay ərzində 1213,23 manat, gün ərzində 39,91 manat təşkil edir. İş materiallarında olan əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmışdır, əmək müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixində bitməsi nəzərdə tutulmuş, əmək müqaviləsinə görə ödənilən əmək haqqı 1326 manat təşkil edir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə əmək vəzifələrini kobud şəkildə pozulması əsası ilə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 3-cü hissəsinə əsasən, heç kəs zorla işlədilə bilməz. Həmin Konstitusiyanın 35-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanılır.Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən, işçilər əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əməyin təhlükəsizliyi normalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə əməl etmək vəzifələrini daşıyırlar. Həmin Məcəllənin 11-ci maddəsinin “b” bəndinə əsasən, işəgötürən Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququna malikdir. Həmin Məcəllənin 68-ci maddəsinin birinci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən, İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 72-ci maddəsinin “a” bəndinə əsasən, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 294.1-ci maddəsinə əsasən, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 296.2-ci maddəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Birinci instansiya məhkəməsi tərəfindən iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.2020- ci il tarixində müddətli əmək müqaviləsi əsasında cavabdeh təşkilatda kəsici vəzifəsinə işə qəbul olunmuşdur, tərəflər arasında bağlanmş əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir, bu barədə bildiriş xx.xx.2020-ci il tarixdə elektron sistemə daxil olunmuşdur və həmin tarixə son haqq-hesab sənədi üzrə ödəniş həyata keçirilmiş, müvafiq əmrin surəti, əmək kitabçası və işdən azad olunma haqqında bildiriş xx.xx.2020-ci il tarixdə iddiaçının rəsmi qeydiyyatda olduğu ünvana göndərilmişdir. Bununla belə, işəgötürən tərəfindən əmək qanunvericiliyinin pozulması, iddiaçının işə çıxmamasının üzrlü səbəbləri, həmçinin cavabdehin iddiaçıya qarşı qərəzli olması halları məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə kollegiyası iddia müddətinə münasibətdə qeyd edir ki, işçinin öz hüququnun pozulmasını aşkar etdiyi gün, müvafiq əmrin surətinin, əmək kitabçası və işdən azad olunma haqqında bildirişin ona verildiyi xx.xx.2020-ci il tarixdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, işçi öz hüququnun pozulmasını aşkar etdiyi xx.xx.2020-ci il tarixdən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməli olduğu halda, xx.xx.2020-ci il tarixdə müraciət etməklə iddia müddətini ötürmüşdür. Beləliklə məhkəmə kollegiyası, iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsi qanuni və əsaslı olduğundan və iddia müddəti ötürüldüyündən iddia tələbi rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Apelyasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, iddiaçı işinə buraxılmadığını qeyd etsə də bunu təsdiq edəcək sübutlar (işə buraxılması barədə ərizə, teleqram və.s.) təqdim etməmiş, əksinə izahatında özü də bildirmişdir ki, işə getməmiş və 15-20 gün sonra iş paltarlarını götürməyə gedərkən işdən azad olunduğunu demişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(011)- 5040/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-8562/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8562/2020
03.12.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver