Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-857/2023 10.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı və cavabdeh "xxxx" MMC-nin nümayəndələri Nümayəndə2 və Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "xxxx" MMC-nə qarşı “işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçı ilə olan əmək müqaviləsinin ləğv edilməsi barədə "xxxx" MMC Mərkəzi Xüsusi Rabitə İdarəsinin rəsinin xx.xx.2021-ci il tarixli, 96/K nömrəli əmri ləğv edilsin, iddiaçı əvvəlki vəzifəsinə - Mərkəzi Xüsusi Rabitə İdarəsi Mühasibat və iqtisadi təhlil şöbəsinin mühasibi vəzifəsinə bərpa edilsin, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin, mənəvi zərərin əvəzi kimi 5.000 manat ödənilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin nümayəndələri isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı cavabdeh "xxxx" MMC Mərkəzi Xüsusi Rabitə İdarəsinin Mühasibat və iqtisadi təhlil şöbəsində mühasib vəzifəsində işləyib. Onunla olan əmək müqaviləsi Mərkəzi Xüsusi Rabitə İdarəsi rəisinin xx.xx.2021-ci il tarixli, 96/K nömrəli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilib. İddiaçı etiraf edir ki, həmin əmrin surətini xx.xx.2021-ci il tarixdə alıb (iş v. 8, 11,12, iddaçının ərizəsi). İddia ərizəsi isə xx.xx.2022-ci il tarixdə, yəni əmrin surətinin alınmasından 9 ay sonra verilib. Bununla da iddiaçı Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində müəyyən edilmiş 1 aylıq iddia müddətini ötürüb. Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində qeyd olunub ki, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Göründüyü kimi, müddət ötürüldüyü halda mübahisəyə mahiyyəti üzrə o halda baxıla bilər ki, müddət bərpa edilsin. Müddətin ötürülməsinin üzrlü səbəbi müəyyən edilmədi, iddiaçı ümumiyyətlə müddətin bərpası barədə vəsatət verməyib. Cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə verib. Beləliklə, məhkəmə Mülki Məcəllənin 375.2-ci maddəsinin göstərişinə əsalanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-857/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-857/2023
10.02.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver