Məhkəmə qərarları › İş №2(103)-8574/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8574/2020

17.11.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8574/2020 17.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, X8 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «əmlakın açıq hərracda satılması və əldə edilmiş vəsaitin paylara uyğun bölünməsi» tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı «payların naturada bölgüsünün onun xeyrinə artırılması» barədə qarşılıqlı, həmçinin müstəqil tələblər irəli sürən üçüncü şəxslər X2 və X3 cavabdeh İddiaçı qarşı «kompensasiyanın ödənilməsi» barədə mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-19/2020 saylı qətnaməsindən ilk iddia üzrə Cavabdeh və üçüncü şəxs X2 tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «əmlakın açıq hərracda satılması və əldə edilmiş vəsaitin paylara uyğun bölünməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Eyni zamanda, Cavabdeh İddiaçı qarşı «payların naturada bölgüsünün onun xeyrinə artırılması» barədə qarşılıqlı iddia vermişdir. Həmçinin, müstəqil tələblər irəli sürən üçüncü şəxslər X2 və X6 cavabdeh İddiaçı qarşı «kompensasiyanın ödənilməsi» barədə iddia ilə məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)- 19/2020 saylı qətnaməsi ilə (hakim Kəmalə Əmirxanova) İddiaçı «əmlakın açıq hərracda satılması və əldə edilmiş vəsaitin paylara uyğun bölünməsi» tələbinə dair iddiası təmin olunmuş, digər iddialar təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin qeyd olunan qətnaməsindən ilk iddia üzrə Cavabdeh və üçüncü şəxs X2 ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli qərardadı ilə apellyasiya qeyri-mümkün hesab edilmiş, mülki işin apellyasiya şikayətlərinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadları ilə apellyasiya şikayətləri ayrı-ayrılıqda qaytarılmışdır. Qeyd olunan qərardaddan ilk iddia üzrə Cavabdeh və üçüncü şəxs X2 ayrı-ayrılıqda şikayət vermişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(005)- 19/2020 saylı qərardadları ilə şikayətlər əsasında prosessual müddət bərpa edilərək, mülki iş apellyasiya şikayətlərinə baxılması üçün yenidən apellyasiya baxışına göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadları ilə apellyasiya şikayətləri qaytarılmış, ilk iddia üzrə Cavabdeh və üçüncü şəxs X2 qərardadlardan ayrı-ayrılıqda şikayət versələr də, həmin şikayətlərə ümumiyyətlə baxılmamışdır (şikayətlər əsasında prosessual müddət bərpa olunmuşdur ki, bu hal anlaşılmazdır). Eyni zamanda, şikayətlərə əlavə edilmiş apellyasiya şikayətlərində Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının əvvəlki, yəni xx xxxx 2020-ci il tarixli qərardadında qeyd olunan nöqsanlar aradan qaldırılmamış, birinci instansiya məhkəməsi isə buna diqqət yetirməmişdir. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda Azərbaycan Respublikası MPM-nin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş həmin şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «əmlakın açıq hərracda satılması və əldə edilmiş vəsaitin paylara uyğun bölünməsi» tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı «payların naturada bölgüsünün onun xeyrinə artırılması» barədə qarşılıqlı, həmçinin müstəqil tələblər irəli sürən üçüncü şəxslər X2 və X3 cavabdeh İddiaçı qarşı «kompensasiyanın ödənilməsi» barədə mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-19/2020 saylı qətnaməsindən ilk iddia üzrə Cavabdeh və üçüncü şəxs X2 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətlərinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar