Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-86/2021 28.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəbbət oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı1 müstəqil tələb irəli süməyən 3-cü şəxs (həmçinin müstəqil tələb irəli süməyən 3-cü şəxs X24 nümayəndəsi) Maraqlı şəxs, onun nümayəndəsi və vəkili X8 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh (üçüncü şəxs Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontoru) qarşı "miras əmlaka vərəsəlik hüququnun tanınması və payın müəyyən edilməsi barədə" ilkin; Cavabdehlər İddiaçı1 və qeyrilərinə qarşı qarşılıqlı iddia ərizəsi, üçüncü şəxslər X35 və X9 "mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs kimi cəlb olunmaya dair" ərizəsi, habelə üçüncü şəxs X3 cavabdehlər İddiaçı1, İddiaçı2, Cavabdeh, X35, X15 və üçüncü şəxs Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontoruna qarşı "miras əmlaka vərəsəlik hüququnun tanınması və payın müəyyən edilməsi” tələbinə dair iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5333/2016 saylı 05 avqust 2016-cı il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 ilk iddia üzrə Cavabdeh (üçüncü şəxs Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontoru) qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək miras qoyan X10 bütün mövcud miras əmlakı üzərində iddiaçılar İddiaçı1 və İddiaçı2 vərəsəlik hüququnun tanınması və 1/5 hissədə olmaqla bərabər payların müəyyən edilməsi və bu haqda vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin 12 saylı Notariat Kontoruna həvalə olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxslər X35 və X25 ərizə ilə məhkəməyə müraciət edərək, miras qoyan mərhum bibiləri X10 bütün mövcud miras əmlakı üzərində X35 və X9 vərəsəlik hüququnun tanınması və 1/5 hissədə olmaqla bərabər payların müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişlər. Üçüncü şəxs X11 cavabdehlər İddiaçı1, İddiaçı2, Cavabdeh, X35, X15 (üçüncü şəxs Bakı şəhəri 12 saylı Dövlət .Notariat Kontoru) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras qoyan xalası X10 bütün mövcud miras əmlakı üzərində onun vərəsəlik hüququnun tanınması və 1/5 hissədə olmaqla bərabər paynın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhəkəmədən xahiş etmişdir. İlk iddia üzrə Cavabdehlər İddiaçı1, İddiaçı2, X35, X25, X5 (üçüncü şəxs Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontoru) qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X10 bütün mövcud miras əmlakı üzərində onun vərəsəlik hüququnun tanınması və 1/5 hissədə olmaqla bərabər paynın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-5333/2016 saylı 05 avqust 2016-cı il tarixli qətnaməsi ilə ilk iddia, qarşılıqlı iddia, üçüncü şəxslərin müstəqil iddiası, həmçinin üçüncü şəxs X3 iddiası təmin edilərək İddiaçı1 payı 2/10, İddiaçı2 payı 2/10, Cavabdeh payı 2/10, X19 payı 1/10, X9 payı 1/10 və X3 payı 2/10 olmaqla miras qoyan X10 bütün mövcud miras əmlakı üzərində onun vərəsəlik hüquqlarının tanınması ət edilmişdir. Qətnamədən maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsini və onun da miras payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6323/2019 saylı, 15 iyul 2019-cu il tarixli qərardadı ilə iddiaçılar Maraqlı şəxs və X24 cavabdehlər X15, X26 (üçüncü şəxslər: İddiaçı1, İddiaçı2, Cavabdeh, X11) qarşı miras əmlaka vərəsəliyin qəbul edilmə müddətinin uzadılması tələbinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-8196 saylı mülki işə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənədək hazırki iş üzrə icraat dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 noyabr 2020-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Bakı Apellyasiya Məhkəməsinin 01 fevral 2021-ci il tarixli qərardadı ilə iddiaçılar Maraqlı şəxs və X24 cavabdehlər X15, X26 (üçüncü şəxslər: İddiaçı1, İddiaçı2, Cavabdeh, X11) qarşı miras əmlaka vərəsəliyin qəbul edilmə müddətinin uzadılması” barədə iddia tələbinə dair işə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənədək hazırki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 iyun 2021-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Apellyasiya baxışı iclasında iştirak edən müstəqil tələb irəli süməyən 3-cü şəxs Maraqlı şəxs və onun nümayəndəsi eyni zamanda vəkili X27 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Apellyasiya baxışı iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada digər tərəflər məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər, məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərəəsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda maraqlı şəxsin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından görünür ki, miras qoyan X28 25 fevral 2016-cı il tarixdə ölmüşdür. Miras qoyan X10 atası X6r. İşə əlavə olunmuş Doğum haqqında şəhadətnamə ilə müəyyən olunur ki, 30.12.1960-cı ildə anadan olmuş İddiaçı1 atası X14, anası isə X1r. İşə əlavə olunmuş Doğum haqqında şəhadətnamə ilə müəyyən olunur ki, 02.22.1963-cü ildə anadan olmuş X16 atası X14, anası isə X1r. İşə əlavə olunmuş Doğum haqqında şəhadətnamə ilə müəyyən olunur ki, 10.04.1957-ci ildə anadan olmuş Cavabdeh atası X14, anası isə Həsən-zadə X32r. İşə əlavə olunmuş Doğum haqqında şəhadətnamə ilə müəyyən olunur ki, 19.04.1956-cı ildə anadan olmuş X12 atası X14, anası isə Həsən-zadə X32r. İşə əlavə olunmuş evlənmək haqqında şəhadətnamə ilə müəyyən olunur ki, X14 12.08.1955-ci il tarixdə Həsən-zadə X42 ilə nikaha girmişlər. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamədən görünür ki, X58 Quli 05 fevral 1975-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamədən görünür ki, X4 05 may 2006-cı il tarixdə ölmüşdür. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamədən görünür ki, X29 23 yanvar 2008-ci il tarixdə ölmüşdür. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamə ilə müəyyən olunur ki, 21.11.1975-ci ildə anadan olmuş X20 atası X47, anası isə X13r. İşə əlavə olunmuş nikah haqqında şəhadətnamə ilə müəyyən olunur ki, X36 25.06.2002-ci ildə X21 ilə nikaha daxil olduqdan sonra Elnarə Zeynalovaya "Allahverdiyeva" soyadı verilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamə ilə müəyyən olunur ki, 04.12.1981-ci ildə anadan olmuş X30 atası X47, anası isə X13r. İşə əlavə olunmuş Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən veilmiş 460 nömrəli 05 aprel 2016-cı il tarixli arayışla müəyyən olunur ki, 01.03.1957-ci ildə anadan olmuş X17 atası X14, anası isə X31r. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamədən görünür ki, X33 10 iyul 1993-cü il tarixdə ölmüşdür. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamə ilə müəyyən olunur ki, 05.02.1980-ci ildə anadan olmuş X22 atası X33, anası isə X37r. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamə ilə müəyyən olunur ki, 04.01.1982-ci ildə anadan olmuş X9 atası X33, anası isə X37r. İşə əlavə olunmuş nikah haqqında şəhadətnamə ilə müəyyən olunur ki, X38 28.01,2012-ci ildə X43 ilə nikaha daxil olduqdan sonra İrana Quliyevaya "Mədətova" soyadı verilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamə ilə müəyyən olunur ki, 21.01.1969-cu ildə anadan olmuş X24 atası X33, anası isə X39r. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamə ilə müəyyən olunur ki, xx.xx.1969-cu ildə anadan olmuş Maraqlı şəxs atası X33, anası isə X39r. İş üzrə toplanmış sübutlarla həmçinin müəyyən edilir ki, miras əmlak olaraq X10 adına 22.05.2006-cı il tarixdən "BMW 750L" markalı 10LO011 dövlət qeydiyyat nişanlı, 13.05.2013-cü il tarixdən "İNFİNİTİ QX56" markalı 90GO101 dövlət qeydiyyat nişanlı avtomobillər, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 44 saylı evin 20 saylı mənzili qeydiyyat keçmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin 22.07.2016-cı il tarixli məktubundan görünür ki, 31.07.2015-ci il tarixdə X10 adına 300000 (üç yüz min) manat məbləğində uzunmüddətli depozit qoyulmuşdur. Bundan başqa, Bakı şəhər Prokurorluğundan məhkəməyə ünvanlanmış 27 iyul 2016-cı il tarixli məktubla müəyyən olunur ki, ölümündən sonra X10 yaşadığı evdə cəmi 87 ədəd qızıl-zinət əşyaları götürülmüş və bu barədə 09.03.2016-cı il tarixli protokol tərtib edilərək saxlanılması üçün Azərbaycan Beynəlxalq Bankına təqdim edilmişdir. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, miras qoyan X10 birinci növbədən olan vərəsəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, miras qoyan X10 birinci növbədən olan vərəsəsi olmadığından, ikinci növbədən olan vərəsələr İddiaçı1, İddiaçı2, Cavabdeh, X35, X25 və X3 vərəsəlik hüququ tanınması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Eləcə də paylar müəyyən edilərkən, miras qoyan X10 bacıları və qardaşları, habelə bacısı uşaqları və qardaşı uşaqları bərabər pay hüquqlu vərəsələr sayılması, İddiaçı1 payı 2/10, İddiaçı2 payı 2/10, Cavabdeh payı 2/10 və X3 payı 2/10 nisbətində müəyyən edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaət işin faktiki hallarına uyğundur. Lakin digər vərəsələr olan X19 və X9 paylarının nisbətinin hər birinin payı 1/10 olmaqla müəyyən edilməsi hissəsində birinci instansiya məhkəməsi səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçılar X44 və Maraqlı şəxs cavabdehlər X15 və X26 qarşı (üçüncü şəxslər İddiaçı1, Cavabdeh, İddiaçı2, X11 cəlb edilməklə) – Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 05.08.2016-cı il tarixli qətnaməsi ilə miras qoyan bibisi X10 bütün mövcud mirasının qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-637/2020 saylı, 26 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 avqust 2016-cı il tarixli qətnaməsi ilə miras qoyan X10 bütün mövcud mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-2141/2021 saylı, 24 fevral 2021-ci il tarixli qətnaməsi ilə cavabdehlər X15 və X35 tərəfindən birgə verilmiş apelyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 637/2020 saylı, 26 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnaməyə əsasən müəyyən edilmişdir ki, X44 və Maraqlı şəxs mərhum X10 vəfat etmiş atadan bir olan qardaşı X17 birinci nikahdan olmuş övladlarıdır. Cavabdehlər X25 və X2 Çingiz Məzahir oğlunun digər nikahdan olmuş övladlarıdır. Belə ki, iddiaçılar qanunla müəyyən edilmiş müddət ərzində ərizə ilə notariat orqanına müraciət etmədiyindən bu hal onların vərəsəlik hüquqların rəsmiləşdirilməsi üçün mane olmuşdur. Digər tərəfdən, miras açıldığı vaxtdan sonra mərhum X10 vərəsələri arasında, o cümlədən, X18 vərəsəlik hüquqlarını təmin etmək üçün müxtəlif məhkəmə çəkişmələri həyata keçirilmişdir. İddiaçılar isə vərəsəlik hüquqlarını təmin etmək üçün məlumat aldığı vaxtdan qanunla müəyyən edilmiş zəruri hüquqi hərəkətlər edərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət etmişlər. Lakin iddiaçılar tərəfindən mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddət ötürüldüyündən, onlar həmin müddətin uzadılması tələbi ilə məhkəməyə müraciət etməli olmuşdurlar. Cavabdehlərin mirasdan olan payları isə Yasamal Rayon Məhkəməsinin 05.08.2016-cı il tarixli qətnaməsi ilə ölmüş atalarına düşən payının hər birinə 1/2 hissədə müəyyən edilmişdir. Hazırkı iş üzrə iddiaçılar atalarına düşən payın dörd övladın arasında bölünməsini təmin etmək məqsədi ilə məhkəmədən mirasın qəbul etmə müddətinin ötürülməsinin səbəblərini üzrlü hesab edib həmin müddətin uzadılmasını xahiş edirlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə İlhamə Quliyevanın birinci növbəli vərəsələrinin olmaması müəyyən edilmişdir. Qeyd olunan iş üzrə yekun olaraq belə nəticəyə gəlinmişdir ki, iddiaçılar X44 və Maraqlı şəxs mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti ötürmələrinin səbəblərinin üzrlü olması öz təsdiqini tapmışdır. Belə olan halda miras qoyanın vərəsələri qismində Maraqlı şəxs eləcə də S.Quliyevin payları müəyyən edilməlidir. Belə ki, hazırki apellyasiya baxışı zamanı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsini Maraqlı şəxs mübahisələndirsə də, kollegiya iclasında Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək, S.Quliyevin nümayəndəsi kimi miras əmlakda atalarına düşən 2/10 hissədə məhz S.Quliyevin də payının müəyyən edilməsi xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd olunan ərizəni nəzərə alaraq qeyd edir ki, nə qədər ki Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-637/2020 saylı, 26 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddiaçılar X44 və Maraqlı şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 avqust 2016-cı il tarixli qətnaməsi ilə miras qoyan X10 bütün mövcud mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması qət edilmiş və qətnamə qanuni qüvvəsini almışdır belə olan halda S.Quliyevin də mirasa payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmuş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun uzrə və ya vəsiyyət uzrə və ya hər iki əsasla keçir. Həmin Məcəlləin 1159.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ikinci növbədə-ölənin bacıları və qardaşları bərabər pay hüquqlu vərəsələr sayılırlar. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun uzrə vərəsəlik zamanı onların ölmuş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, X35, X25, Maraqlı şəxs və X44 mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideyni X7 olmadığından, onların ölmuş valideyninə (konkret halda X23) çatası miras payını 1/20 olmaqla bərabər olaraq miras almalıdırlar. Azərbaycan Resrpublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı - X19 və X9 paylarının nisbətinin hər birinin payı 1/10 olmaqla müəyyən edilməsi hissəsində işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi X19 və X9 paylarının nisbətinin hər birinin payı 1/10 olmaqla müəyyən edilməsi hissəsində ləğv edilməli və X19, X9, Maraqlı şəxs və X24 paylarının nisbəti hər birinin payı 1/20 olmaqla müəyyən edilməli, apellyasiya şikayətinin verilməsi üçün maraqlı şəxs tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. MPM-nin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5333/2016 saylı 05 avqust 2016cı il tarixli qətnaməsi apelyasiya baxışının premeti olan hissədə qismən, yəni - X19 və X9 hər birinin payının 1/10 olmaqla müəyyən edilməsi hissəsində ləğv edilsin. X19 payı, X9 payı, Maraqlı şəxs payı və X24 payı hər birinə 1/20 olmaqla miras qoyan X10 bütün mövcud miras əmlakı üzərində vərəsəlik hüquqları tanınsın. Apellyasiya şikayətinin verilməsi üçün maraqlı şəxs tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-86/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-86/2021
28.07.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver