Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8600/2021 05.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı vəkili X2, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2303/2020 saylı, 04 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsinə köçürülmə tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, onun azyaşlı uşaqları X17 və X18 ilə birlikdə ünvan 1sivi (bağlar massivi) ünvanda, mərkəzi yoldan 80-100 metr aralı, köhnə “Geoloq” lagerə tərəf döngədə 3-cü həyətdə, 600 kv.m torpaq sahəsində yerləşən, 1 qonaq otağı, 2 yataq otağı, dəhliz və hamamdan ibarət, qarşısında əlavə olaraq quraşdırılmış eyvanı olan kürsüdə tikilmiş evdə yaşamaqlarına cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən qoyulan maneələrin (qapının bağlanması və fiziki təsir etməklə evə giriş-çıxışa maneələrin) aradan qaldırılması, onun azyaşlı uşaqları X17 və X18 ilə birlikdə ünvan 1sivi (bağlar massivi) ünvanda, mərkəzi yoldan 80-100 metr aralı, köhnə “Geoloq” lagerə tərəf döngədə 3-cü həyətdə, 600 kv.m torpaq sahəsində yerləşən, 1 qonaq otağı, 2 yataq otağı, dəhliz və hamamdan ibarət, qarşısında əlavə olaraq quraşdırılmış eyvanı olan kürsüdə tikilmiş evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 04.11.2008-ci il tarixdə Cavabdeh3 ilə nikaha daxil olmuş, ailə qurduqdan sonra Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi, Bağlar massivində yerləşən tikiliyə gəlin köçmüşdür və cehiz əşyaları da həmin evdədir. Natiqlə 10 il birgə yaşamışlar. Birgə nikahdan iki oğulları dünyaya gəlmişdir. Sonradan münasibətlərinin pozulması nəticəsində o, nikahın pozulması üçün məhkəməyə müraciət etmiş və Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2(008)-848/2020 saylı 09.01.2020-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Həyat yoldaşı ilə ayrıldıqdan sonra o, və qaynanası onu iki uşaqla evdən qovmuşlar. Cehiz əşyaları da həmin evdə qalmışdır. Hazırda o evsiz qalmışdır. Övladları ilə birgə qardaşına məxsus evdə yaşayır. Qardaşı onunla yaxşı rəftar etmir, onun evdən çıxmağını istəyir. O isə iki uşaqlar hara-hansı evə gedəcəyini bilmir. Ona görə də, evə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1, 228.3, 228.5-ci maddələrinə əsasən iddianın təmin edilməsini xahiş edir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2303/2020 saylı, 04 noyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsinə köçürülmə, cavabdehlər tərəfindən qoyulan maneələrin aradan qaldırılması” tələbinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, ünvan 1sivi (bağlar massivi) ünvanda yerləşən torpaq sahəsi və ev cavabdehlərə məxsus deyil, həmin əmlak X8 məxsusdur. Eləcə də iş materiallarında olan Lenin rayon XDS-nin 2-/44 saylı, 04.08.1989-cu il tarixli qərarının surətindən, həmçinin Sabunçu rayon Bilgəh qəsəbə nümayəndəliyinin 23.09.2020ci il tarixli 2/150 saylı cavab məktubundan da göründüyü kimi ünvan 1sivi (bağlar massivi) ünvanda yerləşən torpaq sahəsi və orada inşa edilmiş bir otaqlı ev Zənfirə Bağırovaya məxsusdur. X16 həmin əmlakı etibarnamə ilə Cavabdeh1 satması bildirilsə də, lakin sözü gedən etibarnamənin mövcüdluğu sübuta yetirilməyib. Rəsmi sənədlərə əsasən mübahisəli əmlak X9 məxsusdur. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında iştirak edən Zənfirə Bağırovada bildirmişdir ki, onun azyaşlı uşaqları ilə birlikdə mübahisəli evdə yaşamalarına etiraz etmir. Belə olan halda mübahisəli evə heç bir hüquqları olmayan cavabdehlərin onu həmin evdən çıxarmağa və həmin evdən istifadəsinə maneələr yaratmağa heç bir hüququ yoxdur. Məhkəmə iclasında şahid ifadələri ilə eləcə də Zemfira Bağırovanın sözlərinə görə müəyyən olunmuşdur ki, mübahisəli ev Zənfirə Bağırovanın istifadəsində olanda kiçik bir otaqdan ibarət olmuş, orada cavabehlər və onun maddi dəstəyi ilə tikinti işləri aparılmış, hal-hazırda orada olan ev 1 qonaq otağından, 2 yataq otağı, bir mətbəx, dəhliz, hamam və qarşısında əlavə olaraq quraşdırılmış eyvandan ibarətdir. Həmin evdə tikinti işlərinin aparılması üçün iddiaçının mərhum atası Ağasəfər və qardaşı Aslanov Ağarəzi maddi dəstək olmuşlar. Bundan əlavə iddiaçı Cavabdeh3 ilə nikahda olduqları vaxt ailənin birgə gəlirləri hesabına həmin evdə tikinti və təmir işləri də görmüşlər. Qeyd edilən faktar şahid ifadələri ilə də təsdiq olunub. Məhkəmə qətnamədə qeyd edir ki, mübahisəli evin ünvanını dəqiq hüquqi ünvan kimi qiymətləndirmir. İş materiallarında olan bütün sənədlərdə mübahisəli evin hüquqi ünvanı ünvan 1sivi kimi qeyd olunmuşdur. Bu ünvanın dəqiq hüquqi ünvan sayılmaması ünvan verən orqanın səhvi kimi qiymətləndirilə bilər. Lakin bu hal məhkəməyə əsas vermir ki, həmin ünvanda yerləşən evlə bağlı iddiaları bu əsasla rədd etsin. Evin koordinatlarını - yerləşdiyi torpaq sahəsinin harada yerləşməsi, evin təsviri tam olaraq göstərilmiş və göstərilən koordinatların dəqiq olması məhkəmə iclasında da müəyyən olunub. Belə ki, məhkəmə iclasında iştirak edən şahidə və X1 verilərək mübahisəli evin qeyd olunan yerdə yerləşməsi təsdiq edilib. Apelyasiya şikayətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2303/2020 saylı, 04 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kolegiyasının İddiaçı apelyasiya şikayətinin təmin edilməsi, hazırki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2303/2020 saylı, 04.11.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılması, iddia tələbinin təmin edilməsi, İddiaçı azyaşlı uşaqları X17 və X18 ilə birlikdə ünvan 1sivi (bağlar massivi) ünvanda, mərkəzi yoldan 80-100 metr aralı, Köhnə Geoloq lagerə tərəf döngədə 3-cü həyətdə, 600 kv.m. torpaq sahəsində yerləşən, 1 qonaq otağı, 2 yataq otağı, dəhliz və hamamdan ibarət, qarşısında əlavə olaraq quraşdırılmış eyvanı olan kürsüdə tikilmiş evdə yaşamalarına cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Quliytev Natiq Aydın oğlu tərəfindən qoyulan maneələrin aradan qaldırılması və həmin evə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Quliytev Natiq Aydın oğlu kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3727/2021 saylı, 30.06.2020-ci il tarixli qərarı ilə (hakimlər Zaur Əliyev (sədrlik edən məruzəçi), Gündüz Quliyev və İlqar Xəlıfov) kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1953/2021 nömrəli iş üzrə 19 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1, 228.1, 228.2, 228.5-ci maddələrinin və Mülki Prosessual Məcəlləsinin 77.1, 217.3 və 416-cı maddələrinin tələblərinə əsaslanaraq hessab etmişdir ki, iddiaçı ilə yaşayış sahəsini inşa etmiş Cavabdeh1 arasında mübahisəli evdən istifadəyə dair münasibətlərinin xarakteri, iddiaçının həmin evdə bir neçə il ərzində yaşamasının hansı hüquqi əsasa söykənməsi, həmin əsasın hazırda mövcud olub-olmaması, indiki halda cavabdehlərin iradəsi ziddinə iddiaçının oraya köçürülməsini təmin edən maddi-hüquq norması və mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər hallar tam və hərtərəfli araşdırılmalı, nəticəsindən asılı olaraq müvafiq qərar qəbul edilməlidir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Quliytev Natiq Aydın oğlu məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin İddiaçı vəkili X14 verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirərək, iddia ərizəsində göstərilənlərə və apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış etdi, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2303/2020 saylı, 04 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 vəkili Vəkil İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2303/2020 saylı, 04 noyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişlər. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası iddiaçının vəkili Sahib Quliyevin və cavabdehlərin vəkili Vəkil çıxışını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, Sabunçu Rayon Məhkəməsinin 2(008)-848/2020 saylı, 09.01.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı iddiası təmin edilərək onunla Cavabdeh3 arasında Sabunçu rayon Qeydiyyat şöbəsində 04.11.2008-ci il tarixdə 1441 №-li akt qeydi ilə bağlanmış nikahın pozulması, birgə nikahdan olan 05.09.2009-cu il təvəllüdlü X12 və 12.02.2012-ci il təvəllüdlü X13 analarının yanında saxlanılmaları, həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh3 hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.(İ.v. 7 - 8) İş matеriallarında olan, Azərbaycan Respublikası vətəndaşının seriya AZE № ******** şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 yaşayış yeri Bakı şəhəri, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsi, döngə 8 ev 16-dır.(İ.v. 9) İş matеriallarında olan, Azərbaycan Respublikası vətəndaşının seriya AZE № 12091450 şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 05.09.2009-cu il təvəllüdlü X12 yaşayış yeri Bakı şəhəri, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsi, döngə 8 ev 16dır.(İ.v. 10) İş matеriallarında olan, Azərbaycan Respublikası vətəndaşının seriya AZE № 18153936 şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 12.02.2012-ci il təvəllüdlü X13 yaşayış yeri Bakı şəhəri, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsi, döngə 8 ev 16dır.(İ.v. 11) İş matеriallarında olan, Bakı şəhəri Sabunçu rayon İHB-nın Bilgəh qəsəbəsi üzrə nümayəndəliyin 2\150 saylı, 23.09.2020-ci il tarixli məktubundan görünür ki, Lenin rayon XDS-nin 2-/44 saylı 04.08.1989-cu il tarixli qərarı ilə X11 verilmiş Azərbaycan qadını küçəsində yerləşən 600 kv.m torpaq sahəsinin ünvanı dəyişməmişdir. Hazırda həmin ünvan ünvan 2atеriallarında olan, Bakı şəhəri Sabunçu rayon İHB-nın Bilgəh qəsəbəsi üzrə nümayəndəliyin 29.09.2020-ci il tarixli, 1507 saylı arayışından görünür ki, Quliyev X27 rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsi yeni yaşayış massivində ailə üzvləri Cavabdeh1 Hüseyn oğlu, Cavabdeh2 ilə qeydiyyatsız yaşayırlar.(İ.v. 52) İş matеriallarında olan, X4 məhkəməyə ünvanladığı 10.10.2020-ci il tarixli ərizəsindən görünür ki, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını (bağlar massivi) olan torpaq sahəsi onun olub, lakin 1998-ci ildə həmin torpaq sahəsini satıb,hal-hazırda həmin torpaq sahəsi onun deyil və ona heç bir aidiyyatı yoxdur.(İ.v. 62) İş matеriallarında olan, Azərbaycan Respublikası vətəndaşının seriya AZE № 13582562 şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 yaşayış yeri Bakı şəhəri, Bilgəh qəsəbəsi, 28 Aprel küç. ev 31-dir.(İ.v. 63) İş hallarından görünür ki, X15 onun adına verilmiş, Lenin rayon XDS-nin 2-/44 saylı 04.08.1989-cu il tarixli qərarı ilə Azərbaycan Qadını küçəsində yerləşən 600 kv.m torpaq sahəsini Cavabdeh1 etibarnamə əsasında 1998-ci ildə satmasını və sözügedən torpağın ona hazırda heç bir aidiyyatı olmamasını göstərsə də, iş materiallarından görünür ki, həmin torpaq sahəsi hazırki vaxta kimi onun adında qalmışdır. Qeyd edilən torpaq sahəsində isə Cavabdeh1 tərəfindən inşa edilmiş evin hüquqi sənədləri mövcud deyildir, Bakı şəhəri Sabunçu rayon İHB-nın Bilgəh qəsəbəsi üzrə nümayəndəliyin 2\150 saylı, 23.09.2020-ci il tarixli məktubunda X11 verilmiş sözügedən torpaq sahəsinin ünvanı ünvan 3 nistansiya məhkəməsi bu ünvanın həmin torpağın və orada inşa edilmiş evin dəqiq hüquqi ünvanı kimi qiymətləndirməmiş və hesab etmişdir ki, iddiaçının köçürülməli olmasını iddia etdiyi mübahisəli ev statusuna görə özbaşına tikilidir. Məhkəmə kollegiyası birinci nistansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.1-13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11-ci maddəsinə əsasən: 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası); 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqedən görünür ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar... Buna görə də, məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Birinci nistansiya məhkəməsi həmçinin iddiaçının heç bir hüquqi sənədi, hüquqi ünvanı olmayan evə köçürülməli olmasına dair tələbinin maddi əsası kimi istinad etdiyi tələbinə hüquqi qiymət verməklə hesab etmişdir ki, işin araşdırılmış halları ilə mübahisəsiz qaydada təsdiq edilir ki, mübahisəli ev statusuna görə özbaşına tikilidir. Belə olan halda isə tərəflər arasında yaranmış hüquq münasibətləri özbaşına tikiliilə bağlı yaranan mübahisə olduğundan yaranmış mübahisənin hüquq müstəvisində həlli Azərbaycan Respublikası Mülki Məcəlləsinin180.1-ci maddəsi ilə bağlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Birinci nistansiya məhkəməsi daha sonra müəyyən edilmişdir ki, mübahisəli ev cavabdehlərdən Cavabdeh1 tərəfindən inşa edilmiş, iddiaçı orada digər Cavabdeh3lə ailə münasibətlərinə daxil olaraq müəyyən müddət yaşasa da, hazırda onların ailə münasibətləri pozulmuş, iddiaçının təşəbbüsü ilə aralarındakı nikah pozulmuş, cavabdehlərlə aralarında münaqişəli vəziyyət yaranmışdır. Birinci nistansiya məhkəməsi analoji baxımından yanaşaraq hesab etmişdir ki, iddiaçı yalnız ərinə münasibətdə ona məxsus olan, yalnız onun vəsaiti hesabına inşa etdiyi evə köçürülməyini iddia edə bilərdi. Lakin işin araşdırılmış halları ilə (tərəflərin izahatları) müəyyən olunur ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsini iddiaçının keçmiş qayınatası əvəzli qaydada əldə etmiş, orada ev inşa etmiş və faktiki olaraq həmin evə istifadə və sahiblik hüququ vardır. Cavabdeh1 mübahisəli mənzilin faktiki sahib olaraq, həm də mülkiyyətçisi kimi (gözlənilən mülkiyyət hüququ əsasında) qiymətləndirilir və Mülki Məcəlləsinin 228.5-ci maddəsi tələblərinə əsasən iddiaçı onun ailə üzvü kateqoriyasına aid edilmir. Belə ki, Mülki Məcəlləsinin 228.5-ci maddəsi tələblərinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Həmçinin də, birinci nistansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçı qayınatasının ailə üzvü statusuna malik olmadığı üçün onun Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə istinad etməsi tam əsassızdır. Belə ki, həmin normada yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququnun olması, mülkiyyətçinin onunla birgə yaşayan ailə üzvlərinin həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməsi və onun saxlanmasını təmin etməyə borclu olması kimi münasibətləri tənzimləyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-cimaddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16.12.2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikasg Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özgənin saxlanmasından tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Həmçinin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən isə qardaş və bacıların (88-ci maddə) baba və nənənin nəvələrini saxlaması (89-cu maddə) nəvələrin baba və nənəni saxlaması (90-cı maddə) yetirmələrin öz faktiki tərbiyəçilərini saxlaması (91-ci maddə) ögey oğlu və qızların ögey ata və anası saxlaması (92-ci maddə) vəzifələri müəyyən edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğun olaraq, hesab edir ki, iddiaçı gəlin statusunda olmaqla, mübahisəli evin sahibi Cavabdeh1 ailə üzvü dairəsinə daxil deyil, eləcə də, Cavabdeh1 oğlu ilə aralarında olan ailə münasibətləri də pozulmuşdur. O, 2008-ci il tarixdə mübahisəli evə köçürülsə də, bu hal Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğun olaraq, onun hazırda həmin mənzilə köçürülməklə ondan istifadə etmək səlahiyyətini təmin edən hüquq, yəni mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirən məhdud əşya hüququna malik olması anlamını vermir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfin təqdim edilən sənədlərində iddiaçının köçürülməsini iddia etdiyi evin sahibi kimi X6 olması göstərilmişdir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, İddiaçı hazırki iddia üzrə irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından əsaslı sayıla bilmədiyi üçün, tələbin digər hissəsi evdə yaşamaqlarına cavabdehlər - Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən qoyulan maneələrin (qapının bağlanması və fiziki təsir etməklə evə giriş-çıxışa maneələrin) aradan qaldırılmasına hüquqi qiymət verilməsini zəruri hesab etməməkdə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayətinin mübahisə predmeti olan evin yerləşdiyi torpaq sahəsinə dair Lenin rayonu X19 İcrayə Komitəsinin 04.08.1989-cu il tarixli qərarının X7 adına olmasına, evin memarlıq planlaşdırma layihəsinin həmin şəxsin adına rəsmiləşdirilməsinə, habelə Zənfirə Bağırova tərəfindən onun mübahisəli evə köçürülməsinə etiraz edilməməsinə birinci nstansiya məhkəməsi tərəfindən əhəmiyyət verilməməsi barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, Zənfirə Bağırova məhkəmə izahatında özü bildirmişdir ki, sözügedən torpaq sahəsini üzərindəki kiçik bir yarımtikili ilə birlikdə 1998-ci ildə iddiaçının qaynatası Cavabdeh1 satmışdır. Torpaq sahəsində yaşayış üçün yararlı olan evi isə məhz Cavabdeh1 inşa və istifadə etmişdir. Həmin razılaşma və torpaq sahəsi (habelə bağ evi) ilə bağlı adları çəkilən şəxslər arasında mübahisə mövcud deyil, Zənfirə Bağırovanın torpaq sahəsinə və evə hansısa hüquq iddia etməsi aşkar olunmur. Beləliklə, işin müəyyən edilmiş həqiqi hallarından görünür ki, mübahisəli evə dair əmlak hüququ Cavabdeh1 aid olmaqla, Zənfirə Bağırovanın həmin evə münasibətdə hüquqi və ya əmlak marağı mövcud deyil. Belə olan halda, qeyd edilən evə münasibətdə Zənfirə Bağırovanın gözlənilən hüququnun tanınması və iddiaçının oraya köçürülməsi tələbinin həllində onun iradə bəyanının əsas götürülməsi işin həqiqi halına uyğun gələn yanaşma sayıla bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin qeyd olunan dəlili ilə bağlı əlavə araşdırma aparılmasına zərurət yoxdur. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətində göstərilən digər dəlillər də birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, həmin dəlilərə münasibət bildirməyi zəruri hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan digər dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası İddiaçı apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2303/2020 saylı, 04 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apеlyasiya şikayəti isə təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2303/2020 saylı, 04 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8600/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8600/2021
05.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver