Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8620/2021 14.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili X9, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı1 Cavabdeh qarşı «mənzilə köçürülmə və istifadə hüququnun tanınması tələbinə dair” və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı2 cavabdeh İddiaçı1 qarşı "cehiz əşyalarının evdən çıxarılması tələbinə dair” iddia ərizələri ilə bağlı 2(006)-689/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 Cavabdeh qarşı “mənzilə köçürülmə və istifadə hüququnun tanınması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə 22.09.2013-cü ildə rəsmi nikaha girmiş, onun Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi- 1061, ev 6, mənzil 31-də yerləşən yaşayış sahəsinə köçmüş, keçən ilin payızına kimi, yəni onunla münasibəti pozulana kimi həmin mənzildə onun ailə üzvü qismində yaşamışdır. Tərəflərin birgə nikahdan 13.10.2014-cü il təvəllüdlü Xədicəxanım Məmmədzadə və 04.04.2016-cı il təvəllüdlü Fatiməxanım Məmmədzadə adlı iki uşaqları var. Uşaqlar həmin mənzildə yaşadıqları zaman doğulmuşlar. Həmin mənzil dövlət reyestində qeydə alınmadığından Cavabdeh, özünün deməsinə görə, yalnız mənzilə ilkin alqı-satqı müqaviləsi bağlayıb, evin dövlət reyestində qeydiyyata alınmasını gözləyir. İddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən aldığı məktubda da evin dövlət qeydiyyatına alınmaması bildirilmişdir. Ötən il tərəflər arasında ziddiyyət yarandığından onlar faktiki ayrılmışlar, nikahları Goranboy Rayon Məhkəməsinin 05.12.2019-cu il tarixli qətnaməsi ilə pozulmuş, uşaqlar iddiaçının himayəsində saxlanılmışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı2 cavabdeh İddiaçı1 qarşı "cehiz əşyalarının evdən çıxarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 yuxarıda göstərilən ünvan üzərində mülkiyyət hüququ olmaqla 05.09.2020-ci il tarixdə hüquqların dövlət qeydiyyatına alınmışdır. Həmin evdən 2014-cü ildə qardaşı və onun həyat yoldaşına müvəqqəti yaşaması üçün icazə vermişdir. İddiaçı1 İddiaçı2 qardaşı Cavabdehla ailə münasibətlərinə girmiş və birgə nikahlarında iki uşaqları anadan olmuşdur. Hazırda tərəflər arasında nikah Goranboy Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Cavabdehin hazırda cehiz əşyaları İddiaçı2 evində qalmaqla mülkiyyət hüququnu məhdudlaşdırır. Dəfələrlə həmin əşyaların gəlib götürülməsini xahiş etsə də, hazırkı vaxta kimi əşyalarını götürmür. Belə ki, cavabdehə məxsus adı çəkilən həmin cehiz əşyaları bunlardır: divan - 2 ədəd kiçik, böyük 1 ədəd, 1 ədəd kreslo, 1 ədəd stol (jurnalnı), 1 ədəd televizor altlığı, 1 ədəd şkaf, 1 ədəd kamot güzgüsü, 1 ədəd stol dəsti (6 stulla birlikdə), 9 ədəd kiçik vaza və 1 ədəd böyük vaza (meyvə qabı), 1 ədəd kofe dəsti (12 fincanla birlikdə), 4 ədəd süfrə (skater), 1 ədəd tozsoran maşını, 1 ədəd paltar şkafı 5 qapılı, 1 ədəd iki nəfərlik çarpayı, 2 tunba, 1 kamot güzgü, 1 stolu, 1 ədəd uşaq çarpayısı və tumbuçkası, 5 ədəd yastıq, 4 ədəd –örtük (ədyal), 1 ədəd ütü altlığı, 6 ədəd don və jaket, 1 ədəd kurtka, 3 ədəd şalvar, 1 ədəd şkaf uşaq üçün 3 qapılı, 3-4 dəst paltar uşaq üçün, 1 ədəd uşaq arabası, 7 dəstə xalça (3 ədəd kiçik və 4 ədəd orta), 1 ədəd döşək, 1 ədəd pərdə, 1 ədəd soyuducu (sarp) 2 qapılı, 1 ədəd paltar yuyan maşını, 1 ədəd qabyuyan, 1 ədəd stol, 4 ədəd stul, 2 qazan dəsti, 1 boşqab dəsti, uşaq üçün ayaqqabı, 2 cüt papaq, 6-cüt qadın ayaqqabıları. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı1 Cavabdeh qarşı “mənzilə köçürülmə və istifadə hüququnun tanınması tələbinə dair” iddia tələbi təmin edilməmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı2 cavabdeh İddiaçı1 qarşı "cehiz əşyalarının evdən çıxarılması tələbi"nə dair iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, X12 küçəsi, ev 6 mənzil 31-də yerləşən cehiz əşyaları - divan -2 ədəd kiçik, böyük 1 ədəd, 1 ədəd kreslo, 1 ədəd stol (jurnalnı), 1 ədəd televizor altlığı, 1 ədəd şkaf, 1 ədəd kamot güzgüsü, 1 ədəd stol dəsti (6 stulla birlikdə), 9 ədəd kiçik vaza və 1 ədəd böyük vaza (meyvə qabı), 1 ədəd kofe dəsti (12 fincanla birlikdə), 4 ədəd süfrə (skater), 1 ədəd tozsoran maşını, 1 ədəd paltar şkafı 5 qapılı, 1 ədəd iki nəfərlik çarpayı, 2 tunba, 1 kamot güzgü, 1 stolu, 1 ədəd uşaq çarpayısı və tumbuçkası, 5 ədəd yastıq, 4 ədəd –örtük (ədyal), 1 ədəd ütü altlığı, 6 ədəd don və jaket, 1 ədəd kurtka, 3 ədəd şalvar, 1 ədəd şkaf uşaq üçün 3 qapılı, 3-4 dəst paltar uşaq üçün, 1 ədəd uşaq arabası, 7 dəstə xalça (3 ədəd kiçik və 4 ədəd orta), 1 ədəd döşək, 1 ədəd pərdə, 1 ədəd soyuducu (sarp) 2 qapılı, 1 ədəd paltar yuyan maşını, 1 ədəd qabyuyan, 1 ədəd stol, 4 ədəd stul, 2 qazan dəsti, 1 boşqab dəsti, uşaq üçün ayaqqabı, 2 cüt papaq, 6cüt qadın ayaqqabılarının həmin mənzildən çıxarılması qət edilmişdir. İddiaçı1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbinin isə təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə səthi və qərəzli yanaşmış, şikayətin dəlillərini tam, hərtərəfli və obyektiv araşdırmadan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı2 cavabdeh X11 qarşı "cehiz əşyalarının evdən çıxarılması tələbinə dair” iddia ərizəsində qeyd edir ki, “onun göstərilən mənzil üzərində mülkiyyət hüququ olmaqla, 05.09.2020-ci il tarixdə hüquqları dövlət qeydiyyatına alınmışdır. Həmin evdən 2014-ci ildə qardaşı və onun həyat yoldaşına müvəqqəti yaşaması üçün icazə vermişdir." Ancaq 31.05.2021-ci il tarixli məhkəmə iclas protokolunda, sədrlik edənin sualına cavab olaraq onlar tərəfindən bildirir ki, “mənzil 2004-cü ildən 2017-ci ilə kimi müqavilə əsasında Cavabdeh adına qeydiyyatda olub. 2017-ci ildə mənzil İlhaəxanımın adına qeydiyyatdan keçib. Evi İqrar bacısına hədiyyə edib. Bu barədə İddiaçı1 məlumat verilib". Mübahisəli mənzilə dair İddiaçı2 adına dövlət reyestrində qeydiyyat məhz iddiaçı ilə cavabdehin nikahları ləğv edildikdən sonra həyata keçirilmişdir. Əslində isə mübahisəli mənzil əvvəldən Cavabdeh mülkiyyətində olmuş, lakin sonradan, yəni tərəflərin ailə münasibətləri pozulduqdan sonra o, iddiaçının hüquqlarından istifadəsinə qəsdən və qərəzli şəkildə mane olmaq üçün həmin mənzili qanunsuz olaraq, İddiaçı1 heç bir məlumatı və razılığı olmadan bacısı İddiaçı2 guya bağışlayaraq, mülkiyyət hüququnu onun adına qeydiyyatdan keçirmişdir. Beləliklə, cavadehin bu davranışı, onun əsl niyyətinin həqiqətən də bağışlama deyil, məhz müəyyən mənafe üstünlüyü əldə etmək, hüquqdan sui-istifadə edərək, iddiaçının həmin mənzildən istifadə hüquqlarının həyata keçirilməsinə mane olmaq olduğunun göstəricisi kimi qiymətləndirilməlidir. Apellyasiya baxışı zamanı iddiaçı Q.Əşrafovanın nümayəndəsi və vəkili şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı2 nümayəndəsi və vəkili şikayəti qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh İddiaçı2 iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən 20.07.2020-ci il tarixdə verilmiş AZ-T № 131603 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 04 oktyabr 2014-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçı1dır. İş materiallarında olan Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən 20.07.2020-ci il tarixdə verilmiş AZ-T № 131604 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X6 04 aprel 2016-cı il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçı1dır. İş materiallarından görünür ki, Goranboy Rayon Məhkəməsinin 2(045)-1220/2019 saylı, 05.12.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ilə İddiaçı1 arasında 22 noyabr 2013-cü il tarixdə bağlanmış və Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsində bağlanması haqqında akt qeydləri kitabında 840 sayla qeyd edilmiş nikahın pozulması, boşanmadan sonra 04 oktyabr 2014-cü il təvəllüdlü X2 və 04 aprel 2016-cı il təvəllüdlü X4 anaları İddiaçı1 yanında qaldıqlarının müəyyən edilməsi, Cavabdeh 05.12.2019-cu il tarixdən başlayaraq, hər ay 04 oktyabr 2014-cü il təvəllüdlü X2 və 04 aprel 2016-cı təvəllüdlü X1 ötrü hər biri üçün 120 manat olmaqla, ümumilikdə 240 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı1 verilməsi qət edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ak. Həsən Əliyev küçəsi, 1061-ci məhəllə, ev 6, mənzil 31 (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev küçəsi, 43,M11, m1) İddiaçı2 adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində reyestr kitabında ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən işin tədqiq edilmiş halları əsasında bu nəticəyə gəlmişdir ki, tərəflər arasında mübahisəli hüquq münasibətləri 2013-cü ildə yarandığından Mənzil Məcəlləsinin 30.4-cü maddəsi tətbiq olunmalıdır. Mənzilə köçürülmə tələbi Cavabdeh qarşı irəli sürülmüşdür ki, həmin şəxs iş üzrə cavabdeh ola bilməz, çünki yuxarıda qeyd olunduğu kimi mübahisəli mənzilin mülkiyyətçisi deyildir. Belə olan halda, göstərilənlərdən aydın olur ki, İddiaçı1 Bakı şəhəri, Nəsimi rayonu, X12 küçəsi, 1061-ci məhəllə, ev 6, mənzil 31-ə dair istifadə hüququnu əldə etməmişdir. İddiaçı mübahisəli mənzildən istifadə hüququnu əldə etmədiyinə görə də onun yaşayış sahəsinə köçürülmə haqqındakı iddia tələbi təmin edilə bilməz. İddiaçı1 mənzilin mülkiyyətçisi olan İddiaçı2 qanunvericiliklə dairəsi konkret olaraq müəyyən edilmiş ailə üzvləri sırasına daxil olan şəxs deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq bildirir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun şəkildə qəbul edilmişdir. Bu səbəbdən də, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» 8 oktyabr 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimlənmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqların əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda qeyd olunan Qərarda belə nəticəyə gəlmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə kollegiyası bildirir ki, Cavabdeh ilə İddiaçı1 arasında nikah 22 noyabr 2013-cü il tarixdə bağlandığı üçün İddiaçı1 mənzilə köçürülmə barədə iddiasına münasibətdə Mənzil Məcəlləsinin 30.4-cü maddəsi tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Eyni Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Digər tərəfdən, mübahisəli mənzilin mülkiyyətçisi İddiaçı2 deyil, İddiaçı2 olduğundan və İddiaçı1 mülkiyyətçi İddiaçı2 qanunvericiliklə dairəsi konkret olaraq müəyyən edilmiş ailə üzvləri sırasına daxil olan şəxs olmadığından onun həmin mənzilə köçürülməsi barədə iddiası təmin edilə bilməz. Müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı2 cavabdeh İddiaçı1 qarşı "cehiz əşyalarının evdən çıxarılması tələbinə dair” iddia ərizəsinə münasibətdə məhkəmə kollegiyası bu qənaətə gəlir ki, İddiaçı2 mübahisəli mənzilin mülkiyyətçisidir və İddiaçı1 mənzildə olan cehiz əşyalarının çıxarılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Belə ki, şikayətdə mübahisəli mənzilin əvvəldən Cavabdeh mülkiyyətində olduğu qeyd edilsə də, bunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı1 apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(006)-689/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8620/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8620/2021
14.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver