Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8645/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi ilə, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 qarşı “evin boşaldılması və istifadə hüququna xitam verilməsi” tələbinə dair 2(006)-1680/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili X5 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ailə üzvləri ilə birlikdə onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 28 saylı evin, 1 saylı mənzilindən məcburi qaydada çıxarılması və onların istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 28 saylı evin 1 saylı mənzilini ünvan 2a təsdiq edilmiş 27 noyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 almış və 19 dekabr 2019-cu il tarixdə Bakı şəhəri DƏDRX-dən çıxarışa əsasən şəxsi mülkiyyət kimi onun adına rəsmiləşdirilmişdir. Hazırda həmin mənzil mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Cavabdeh1 və onun ailə üzvləri həmin mənzili bu günə qədər müxtəlif bəhanələr gətirərək boşaltmaqdan və mənzildən pasport qeydiyyatından çıxmalarından yayınırlar. Cavabdehlər qeydiyyatda olma müddətindən asılı olmayaraq həmin sahəyə heç bir hüquq əldə etməmişlər. Cavabdehlərin iddiaçının mülkiyyətində olan evi boşaltmamaları və pasport qeydiyyatından könüllü çıxmamaları iddiaçının mülkiyyət hüququnu pozur. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ailə üzvləri ilə birlikdə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 28 saylı evin, 1 saylı mənzildən məcburi qaydada çıxarılmaları və onların istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh5 X4 ilə iş birlikləri olduğundan Raminin Şamxala borcu yaranmışdır. Bir müddət borcunu ödəmədiyindən Şamxal Muxtarov təklif etmişdir ki, borcun təminatı olaraq Cavabdeh1 məxsus ünvan 1 ünvanını onun tanışı olan İddiaçı adına alqı-satqı yolu ilə rəsmiləşdirsinlər və borc qaytarılanda ev cavabdehin adına qaytarılsın. Cavabdeh ilk öncə razılaşmasa da, daha sonra razılaşmağa məcbur qalmışdır. Belə ki, ona razılaşmasa oğlunu tutduracaqları və övladlarının başına hər an bir iş gələ biləcəyi bildirilmişdir. Qeyd olunanları nəzərə alıb, ünvan 1 ünvanında olan mənzilə dair 11 noyabr 2019-cu il tarixdə ünvan 2a alqı-satqı müqaviləsi bağlanmışdır. Hal-hazırda oğlu Cavabdeh5 barəsində cinayəl işi başlanmış və Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Lakin qeyd olunanlara baxmayaraq, İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ailə üzvləri ilə birlikdə onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 28 saylı evin, 1 saylı mənzilindən məcburi qaydada çıxarılması və onların istifadə hüquqlarına xilam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 05.05.2021-ci il tarixli, 2(006)-1680/2021 qətnaməsi ilə iddia təmin edilmişdir. Hesab edir ki, aşağıdakı səbəblərə görə birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış qətnamə maddi və prosessual qanunvericiliyin, Konstitusiyada təsbit olunmuş insan hüquq və azadlıqlarının və beynəlxalq konvensiya müddəalarının norma və prinsiplərinin ziddinə əsaslanmaqla qəbul edilmişdir. Birincisi cavabdehlərin onlara məxsus mənzili (fərdi yaşayış evini) satmaq niyyəti (iradə ifadəsi) olmamışdır. Bunun təsdiqi kimi onu qeyd edir ki, alqı-satqı müqaviləsinin predmeti olan evin satılması ilə əlaqədar heç bir yerdə elan verilməmişdir. Onların alqı-satqı müqaviləsi bağlayarkən niyyətləri mənzilin satılması yox, məhz aralarında olun borcun zəmanəti kimi rəsmiləşdirilməsi olmuşdur. Bunun təsdiqi kimi cinayət işi üzrə şahid qismində ifadə vermiş X3 (X1 atası) ifadəsində qeyd etmişdir ki, Cavabdeh5 oğlu Şamxal Muxtarova qaytarmalı olduğu borcun 30.000 ABŞ dolları hissəsinin qarşılığında yaşadığı mənzili alqı-satqı yolu ilə oğlunun tanışlarından birinin adına keçirmişdir. Burada tanışlarından biri dedikdə İddiaçı nəzərdə tutulur. İkincisi, həqiqətdə "alqı-satqı" müqaviləsi üzrə pul verilməmiş, tərəflər arasında olan müqavilə formal bağlanmışdır. Yəni müqavilə Cavabdeh5 X2 olan borcunu pərdələmək məqsədi ilə bağlanmışdır. Üçüncüsü, tərəflərin arasında olan razılaşmaya (tərəllərin iradə ifadəsinə) əsasən borc pul qaytarıldıqda ev Cavabdeh1 adına qaytarılmalı olmuşdur. Lakin iddiaçı hazırda cavabdehləri evdən çıxartmaq istəyir. Apellyasiya baxışı zamanı Cavabdeh1 vəkili şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, digər tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın Cavabdeh1 qarşı təmin olunmuş hissəsində yoxlanılır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 28 saylı evin 1 saylı mənzilini ünvan 2a təsdiq edilmiş 27 noyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı xeyrinə özgəninkiləşdirmişdir. İddiaçı həmin yaşayış evinə mülkiyyət hüququ müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. Cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalmaları və həmin mənzili təhvil verməmələri iddiaçının mülkiyyət hüququnu pozur. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına qanunvericlik normalarını tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4-cü maddəsinə əsasən, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəllənin 152-ci maddəsində qeyd olunduğu kimi, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Müvafiq olaraq sahiblik hüququ-əmlaka faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sərəncam hüququ-əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ beynəlxalq hüquq aktlarında (insan hüquqları haqqında Ümumi Bəyamnamənin 17-ci mad., İnsan hüquqlarının və Əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya Əlavə (1 saylı protokolun 1-ci maddəsi və s.) və Azərbaycan Respublikasının Konstitusiyasında (29-cu maddə) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Azərbaycan Respublikası Konstitutsiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmçinin Konstitutsiyanın 43- cü maddəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyamızın 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına, mülkiyyət hüququnun qanunla qorunmasına, bu hüququn mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmasına və s. dair müddəalar təsbit olunmuşdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Konvensiyanın 1 saylı 20.03.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, iddiaçı ilə cavabdeh arasında 27.11.2019-cu il tarixdə notarial qaydada təsdiq edilmiş alqısatqı müqaviləsi bağlanmış və mübahisəli mənzil həmin müqavilə əsasında cavabdehin adına dövlət reyestrində qeydə alınmaqla rəsmiləşdirilmişdir. Cavabdeh bununla da mənzilə olan istifadə hüququnu itirmişdir və bu səbəbdən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Əlavə olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillər hazırkı iddia tələbinin predmeti deyildir. Qeyd edilənlərə əsasən, iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(006)-1680/2021 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8645/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8645/2021
02.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver