Məhkəmə qərarları › İş №2(103)-865/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-865/2020

05.02.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-865/2020 05.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, X20 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X5, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı «mənzilə köçürülmə və mənzildən istifadə qaydalarının müəyyən edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(010)-4285/2019 saylı qətnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «mənzilə köçürülmə və mənzildən istifadə qaydalarının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, onun Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi, «D» yaşayış sahəsi, 24 saylı evin 19 saylı mənzilə köçürülməsi və oradan istifadə qaydalarının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi, «D» yaşayış sahəsi, 24 saylı evin 19 saylı 4 otaqlı mənzil xx xxxxx 1989-cu ildə 025591 nömrəli order əsasında mərhum anası X4 verilmiş və həmin orderdə ailə üzvləri olaraq mərhum atası X6, qardaşı X7 və onun adları da qeyd edilmişdir. Mərhum atası Şalbız Kərimov ilə mərhum X16 xx xxxxxx 1983-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahlarından Kərimov Rauf və o anadan olmuşlar. X16 xx xxxxxx 1989-cu ildə, atası Şalbız Kərimov isə xx xxxx 2018-ci ildə vəfat etmişdir. Anası vəfat edəndən sonra atası hazırkı Cavabdeh1 ilə 1990-cı ilin əvvəllərində ailə qurmuş və bu nikahdan onların Cəmilə adlı qızları vardır. O, xx xxx 2017-ci ildə ailə həyatı qurmuş və həmin mübahisəli mənzildə yaşamış, eləcə də həmin ünvanda qeydiyyatdadır. Atası vəfat edənə kimi mütəmadi olaraq həmin evə gedib-gəlmişdir. Hazırda ailəsində yaranmış narazılıqlarla əlaqədar o, adının qeyd olunduğu mənzildə köçüb yaşamaq istəsə də cavabdehlər onu həmin mənzilə köçüb yaşamağa imkan vermirlər. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(010)- 4285/2019 saylı qətnaməsi ilə (hakim Leyla Talıbova) iddia qismən təmin edilmiş, İddiaçı Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi, «D» yaşayış sahəsi, 24 saylı evin 19 saylı mənzilinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdehlər məhkəmənin qeyd edilən qətnaməsindən birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti – birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi, iddiaçının mübahisəli mənzili 2012-ci ildə könüllü olaraq tərk etməsi və s. kimi əsaslandırılmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş edilmişdir. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə iclasında iştirakedəncavabdeh tərəfapellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişlər ki, iddiaçı həqiqətən 2012-ci ilədək mübahisəli mənzildə yaşamış, lakin həmin tarixdən etibarən ailə quraraq ər evinə köçmüş, bir daha mübahisəli mənzilə geri qayıtmamışdır. İddiaçı yaşadığı müddətdə də bir-neçə dəfə mənzili tərk edərək başqa ünvanlarda yaşamış, lakin sonradan qayıtmışdır. Aralarında ailə münasibətləri yaxşı olmamış, mübahisələri yaranmışdır. Qeyd edilənlərə əsasənməhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirakedəniddiaçı tərəfapellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişlər ki, iddiaçı doğulduğu vaxtdan etibarən 2017-ci ilədək mübahisəli mənzildə yaşamış, yaşadığı müddət ərzində cavabdehlərlə münasibətləri yaşxı olmamış, tez-tez mübahisələri yaranmışdır. Hətta, iddiaçı yaşadığı müddətdə bir-neçə dəfə məcburiyyət qarşısında qalaraq mənzili tərk etmiş, lakin yaşamağa başqa yeri olmadığından geri qayıtmışdır. Mübahisəli mənzil iddiaçının anası mərhum Kərimova İradənin adına olmuş, anasının vəfatından sonra mənzildə o, atası X10 və digər ailə üzvləri yaşamış, atası 2018-ci ilin may ayında rəhmətə getmişdir. Atasının sağlığında mübahisəli mənzilə gedə bilsə də, onun vəfatından sonra cavabdehlər buna imkan verməmişlər. Hesab edirlər ki, iddiaçının ata evində yaşamaq hüququ vardır. Eyni zamanda, iddiaçının mənzilə dair verilmiş orderdə adı da vardır ki, bu hal özlüyündə iddiaçının mənzilə hüququnun olmasını ehtiva edir. İddiaçının mülkiyyətində və ya qanuni sahibliyində başqa yaşayış sahəsi yoxdur, əri ilə müvəqqəti olaraq başqa yerdə qalır. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişlər. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM)372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia ərizəsi qismən təmin olunmuş, lakin iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehlərin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsinivəizahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli vəobyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarınauyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, mübahisə predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «D» yaşayış sahəsi, 24 saylı evin 19 saylı mənzilinin keçmiş Orcenikidze rayon İcraiyyə Komitəsi X12nin (hazırda Suraxanı RİH) xx.xx.1989-cu il tarixli, 7 saylı qərarına və xx.xx.1989-cu il tarixli 025591 saylı orderə əsasən iddiaçının anası X4 və onun ailə üzvləri - X8, İddiaçı (hazırki iş üzrə iddiaçı) və X9 verilməsi, X3 xx.xx.1989-cu il tarixdə vəfat etməsi, Suraxanı rayon X12 İcraiyyə Komitəsinin xx.xx.1990cı il tarixli, 7 saylı qərarı ilə – «BGİ yanında MTK-179 üzvü olan X2 payının və kooperativ mənzilinin onun əri X6 (özü və iki uşaqdan ibarət ailə tərkibində) adına dəyişdirilməsi, X6 xx.xx.2018-ci ildə vəfat etməsi, mənzilin hazırki vaxtadək özəlləşdirilməməsi işin mübahisə olunmayan hallarıdır. Eyni zamanda tərəflərin izahatlarından və işin faktiki hallarından aydın olur ki, X3 vəfatından sonra X10 ilə hazırki iş üzrə Cavabdeh1 ilə ailə qurmuş, onların 1992-ci ildə Cavabdeh2 adlı övladları olmuş, onlar birilkdə (iddiaçı, onun qardaşı və atası, həmçinin cavabdehlər) yaşamaqda davam etmişlər. Həmçinin, işdə olan 3 saylı Bakı «Asan xidmət» Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X11 arasında nikah xx.xx.2017-ci il tarixdə bağlamışdır. Cavabdehlər apellyasiya şikayətinin dəlili kimi - iddiaçının 2012-ci il tarixədək onlarla birlikdə mübahisəli mənzildə yaşamasını, həmin tarixdən etibarən mənzili özünün iradəsi ilə tərk etməsini, bu səbəbdən də iddiaçının mübahisəli mənzildə yaşamaq hüququnun olmadığını, yalnız atası vəfat edəndən sonra həyat yoldaşı ilə birlikdə mənzilə qayıdaraq orada yaşamaq istəyini bildirməsini, qeydiyyatının formal xarakter daşımasını və s. göstərmişlər. İddiaçı cavabdehlərin bildirdikləri (etirazları) ilə razılaşmayaraq, ailə qurduğu 2017ci il tarixədək mübahisəli mənzildə yaşamasını, atasının vəfat etməsi anınadək (xx.xx.2018-ci il) ora gedib-gəlməsini, lakin atasının vəfatından sonra cavabdehlər tərəfindən mənzilə buraxılmamasını, mənzilə dair verilmiş ordedə adının olmasını, həmçinin atasının vəfatından sonra onun vərəsəsi olmasını, mənzilə hüquqlarının mövcud olmasını, daimi olaraq başqa yaşayış yerinin olmamasını və s. göstərmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən göstərmişdir ki, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi, «D» yaşayış sahəsi, 24 saylı evin 19 saylı mənzil yaşamaq üçün X4 və onun ailə üzvləri X8, İddiaçı və X9 verilmişdir. İddiaçı uzun müddət həmin mənzildə yaşamış və 2017-ci ildə nikaha daxil olmuşdur. İddiaçı mübahisəli mənzildən istifadə hüququ yaranmışdır, lakin cavabdehlər onun həmin mənzildə yaşamasına şərait yaratmırlar. Yuxarıda qeyd olunduğu kimi, işdə olan sübutlara əsasən (Orcenikidze rayon İcraiyyə Komitəsi X12nin xx.xx.1989-cu il tarixli 7 saylı qərarı, order və s.) mübahisə predmeti olan yaşayış sahəsi yaşamaq üçün X4 və onun ailə üzvləri - X8, İddiaçı və X9 verilmiş, mənzil hazırki tarixədək özəlləşdirilməmişdir. xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X12nin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvlləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümümi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi buluğa çatmamış uşaqların valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmçinin, hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçisinin və (və ya) onunla birlikdə yaşayan ailə üzvlərinin və ya ailə üzvlərindən birinin müvəqqəti başqa yerə getməsi onların sosial kirayə müqaviləsi üzrə hüquq və vəzifələrinin dəyişdirilməsinə səbəb olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» xx xxxxxx 1993-cü il tarixli Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin birinci hissəsinə görə mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, iddiaçı qanuni əsaslarla (order və s.) mübahisəli yaşayış sahəsində yaşamış və oradan istifadə hüququ əldə etmişdir. İddiaçı hazırda da yaşayış yeri üzrə həmin ünvanda qeydiyyatdadır. Bununla yanaşı, qanunvericiliyə əsasən yaşayış sahəsinin orderi (mənzil kirayə müqaviləsi) yaşayış sahəsinin mülkiyyətə keçməsi üçün əsaslardan biridir və yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçisinin və (və ya) onunla birlikdə yaşayan ailə üzvlərinin (və ya ailə üzvlərindən birinin) müvəqqəti başqa yerə getməsi onların sosial kirayə müqaviləsi üzrə hüquq və vəzifələrinin dəyişdirilməsinə səbəb olmur. Cavabdeh tərəf iddiaçının 2012-ci ildən mübahisə predmeti mənzili tərk etməsini, orada yaşamamasını bildirsə də, bu barədə məhkəmə kollegiyasına hər hansı mötəbər sübut təqdim etməmiş, etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda birinci instansiya instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələri də iddiaçının 2012-ci ildən etibarən mübahisəli yaşayış sahəsindən daimi olaraq başqa yaşayış sahəsinə köçməsi anlamına gəlməyə əsas vermir (şahidlər sadəcə ifadələrində qonşu kimi mübahisəli mənzilə gedərkən orada iddiaçını görmədiklərini bildirmişlər). Həmçinin,qeyd edilməlidir ki,hətta iddiaçının əmlak hüquqları mövcud olduğu mübahisəli yaşayış sahəsində müəyyən dövrlərdə müvəqqəti yaşamaması (işin hallarına əsasən tərəflər arasında münasibətlər yaxşı olmamış,iddiaçı əvvəllər qısa müddətlərdə mənzildən çıxmaq məcburiyyətində qalmışdır)halı belə,onun hüquqlarının xitamına səbəb ola bilməz. İddiaçının 2017-ci ildə nikaha daxil olması faktı da vəziyyəti dəyişdirmir.Məhkəmə baxışı zamanı iddiaçının başqa yaşayış sahəsinə daimi olaraq köçməsi halı müəyyən olunmamışdır.Cavabdeh tərəf iddiaçının mülkiyyətində və ya qanuni istifadəsində başqa yaşayış sahəsinin mövcud olmasına dair də məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğvinə əsas ola bilməz. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «mənzilə köçürülmə və mənzildən istifadə qaydalarının müəyyən edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(010)-4285/2019 saylı qətnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(010)-4285/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar