Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8663/2020 02.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdroğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, X1, Cavabdeh1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8210/2018 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edərək cavabdehlərin iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-8210/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə, iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin həmin mənzildən çıxarılması qət edilmişdir. xx.xx.2020-ci il tarixdə cavadeh Cavabdeh1 Yasamal rayon Məhkəməsinə apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, buraxılmış müddətin üzürlü hesab edilərək, bərpa olunmasını və şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh1 məhkəmə iclasında iştirak etməmiş və Yasamal Rayon Məhkəməsinin2(004)-8210/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi onun tərəfindən rəsmi qaydada alınmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8210/2018 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-8210/2018 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün müddətin bərpa olunması barədə cavadeh Cavabdeh1 ərizəsi təmin edilməmişdir. Həmin qəradaddan cavadeh Cavabdeh1 şikayət verərək qərardadının ləğv edilməsini, ərizənin təmin edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8210/2018 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında cavadeh Cavabdeh1 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında X2 şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8210/2018 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan məhkəmə qəbzindən görünür ki, Cavabdeh1 tərəfindən Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-8210/2018 saylı qətnaməsi xx.xx.2019-cu il imza edərək qəbul edilmişdir. Həmçinin iş materialları ilə müəyyən edilir ki, cavabdeh sonuncu məhkəmə iclasında iştirak etmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8210/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən məlumatlı olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Məhkəmə kollegiyası qeyd edir ki, müddətin üzürlü səbəblərdən buraxılması dedikdə, müvafiq prossesual hərəkətin vaxtından edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzürlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Üzürlü səbəblər sırasına, məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, xidməti ezamiyyətdə olma, ailə üzvlərindən hər hansı birinin ölməsi və sairə edilə bilər.Nəzərə alınmalıdır ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzürlü səbəbdən buraxmış şəxs üçün), özü də konret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Məhkəmə buraxılmış müddəti yalnız buraxılmanın səbəblərini üzürlü hesab etdikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli, ərizəçinin bu səbəbləri üzürlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh1 məhkəmənin xx.xx.2018-ci il tarixli, 2(004)-8210/2018 saylı qətnaməsinin rəsmi qaydada verilməsindən sonra qanunla müəyyən edilmiş müddət ərzində ondan apellyasiya şikayəti verməmiş, prosessual müddəti üzrlü səbəblər olmadan ötürmüş və bu səbəbləri üzürlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar təqdim etməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi apellyasiya şikayətinin verilməsi müddətin bərpa olunması barədə cavadeh Cavabdeh1 ərizəsini təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiya hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8210/2018 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8210/2018 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8663/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8663/2020
02.12.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver