Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8670/2020 13.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində ləğv prosesində olan “xxxxxxxxx” ASC cəlb edilməklə) və Cavabdeh2 MMC-yə qarşı “qiymətləndirmə barədə rəyin, hərracın nəticələri haqqında müqavilənin və protokolun ləğv edilməsi tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1437/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından müstəqil tələb irəli sürməyən üçüncü şəxs ləğv prosesində olan “xxxxxxxxx” ASC tərəfindən verilmiş ərizə üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq M Ü Ə Y Y Ə N E T D İ: X1 cavabdehlər Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-ə Cavabdeh2 MMC-ə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ləğv prosesində olan “xxxxxxxxx” ASC-nə qarşı “qiymətləndirmənin ləğvi, hərracın yekunlarının etibarsız hesab edilməsi barədə” iddia ərizəsi ilə məhkəmyə müraciət edərək qiymətləndirci təşkilat Cavabdeh2 MMC tərəfindən verilmiş əmlakın qiymətləndirilməsi barədə ekspert rəyinin ləğv edilməsi, əmlakın hərracın nəticələri haqqında protokolun və əmlakın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi 2(005)-1437/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadla ərizə qismən təmin edilmiş və işə mahiyyəti üzrə baxılıb həll edilənədək, Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 46 saylı evin 32 saylı ünvanda yerləşən mənzilin özgəninkiləşdirilməsi, digər əməliyyatların aparılması cavabdehə və digər şəxslərə qadağan edilmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ləğv prosesində olan “xxxxxxxxx” ASC Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1437/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, həmin ərizəni qeyd olunan qərardaddan verilən şikayət kimi qiymətləndirən birinci instansiya məhkəməsi xx xxxxxxx 2020-ci il tarixli qərardadla onu təmin etməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Mülki Prosessual Məcəllənin 361.1.4-cü maddəsinə görə apellyasiya şikayətində həmçinin şikayət verən şəxsin tələbi göstərilməlidir. Həmin Məcəllənin 269-cu maddəsinə əsasən, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Adı çəkilən Məcəllənin 398-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüquqları vardır. Beləliklə, prosessual qanunvericiliyə görə qərardaddan şikayət vermiş şəxsin tələbləri aşağıdakılardan birinə dair məhkəməyə ünvanlanmış xahişi özündə əks etdirməlidir – qərardadı tamamilə və ya qismən ləğv etməklə yeni qərardadın çıxarılması, yaxud qərardadın dəyişdirilməsi. “xxxxxxxxx” ASC-nin ərizəsinin məzmunundan görünür ki, bank iddianı təmin etmə tədbiri qismində mənzilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmiş, birinci instansiya məhkəməsi isə Mülki Prosessual Məcəllənin tələblərinə cavab verməyən həmin ərizəni şikayət kimi qiymətləndirərək baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 364-cü maddəsində təsbit edilmişdir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və qanunun mənasına görə, məhz müəyyən olunmuş tələblərə cavab verən şikayət həmin Məcəllənin 269.3-cü maddəsində göstərilən əsaslar olduqda apellyasiya instansiyası məhkəməsinə göndərilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, “xxxxxxxxx” ASC-nin ərizəsi qərardadlardan verilən şikayətlərə dair qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, “xxxxxxxxx” ASC-nin ərizəsi üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və ərizəyə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada baxılması üçün mülki iş həmin məhkəməyə göndərilməlidir. Kollegiya həmçinin qeyd edir ki, eyni zamanda Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi 2(005)-1437/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı apelyasiya şikayəti vermişdir. Buna görə də, “xxxxxxxxx” ASC-nin ərizəsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxıldıqdan sonra sözügedən apellyasiya şikayətinə baxılması üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 364, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: “xxxxxxxxx” ASC-ninBakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1437/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından verilən şikayət kimi qiymətləndirilən ərizəsi üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və ərizəyə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada baxılması üçün mülki iş həmin məhkəməyə göndərilsin. Sözügedən ərizəyə baxıldıqdan və zərurət aradan qalxdıqdan sonra Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi 2(005)-1437/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxılması üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-8670/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8670/2020
13.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver