Məhkəmə qərarları › İş №2(103)-869/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-869/2021

22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-869/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və vəkili X2, cavabdeh "Cavabdeh” MTK-nın nümayəndəsi vəkil X4 iştirakları ilə, İddiaçı cavabdeh "Cavabdeh” MTK-ya qarşı "maddi, mənəvi zərər və mənzilin təhvil verilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2026/2020 mülki işi üzrə xx.xx.2020-ci il tarixli qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı xx.xx.2020-ci il tarixdə iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "Cavabdeh” MTK-dan 16500 manat maddi və 15000 manat mənəvi zərərin,cəmi 31500 manat kompensasiyanın cavabdeh "Cavabdeh” Mənzil Tikinti Kooperativindən alınaraq ona ödənilməsi və 2 ay müddətində ona məxsus Bakı şəhəri Tbilisi pr- ti 1054-cü məhəllədə inşa etdiyi yaşayış kompleksindəki 5- ci binanın 7-ci mərtəbəsində yerləşən 1 otaqlı 30 saylı ümümi sahəsi 64 kv. m olan mənzili birinci sinif tikinti materiallardan istifadə etməklə tam təmir edib ona təhvil vərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı xx.xx.2014-cü il tarixli, NA 05/41 saylı müqaviləyə dəyişiklik barədə xx.xx.2020-ci il tarixli saziş (səh.40), "Cavabdeh” MTK tərəfindən mənzil müştərilərinə ünvanlanmış GH-M-180205-013 N-li məktub (səh.76), xx.xx.2020-ci il tarixli akt (səh.125) sübut kimi tədqiq edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2026/2020 mülki işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Bakı şəhəri, Tibilisi prospekti, 1054-cü məhəllə ünvanındakı yaşayış kompleksində, 5 -ci binanın 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 64 kv.m olan 1 otaqlı 30 saylı mənzilin müqavilə şərtlərinə uyğun təmir edilib İddiaçı təhvil verilməsi öhdəliyi cavabdeh "Cavabdeh” MTK-nin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 127; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2, 14.2, 77.1, 425.1, 427.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı cavabdeh tərəfindən mənzilin ona təhvil verilməməsi nəticəsində mənzili kirayə verə bilmədiyindən ona 13000 manat maddi ziyanın vurulmasını iddia etsə də, bu halları təsdiq edən mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. İddiaçıya göz əməliyyatı nəticəsində 3500 manat məbləğində maddi zərərin məhz cavabdehin təqsirli hüquqazidd əməlinin nəticəsində dəyməsi iş materialları ilə sübut olunmur. Mənzilin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı tərəflər arasından bağlanmış müqavilədə mənzilin təhvil verilmə müddətinin göstərilməməsi işin mübahisəsiz halıdır. Lakin cavabdehin xx.xx.2018-ci il tarixli məktubundan da məlum olur ki, cavabdeh 7-ci blokda yerləşən mənzilləri təmir üçün təhvilini həyata keçirəcəkdir, hətta şəraitdən asılı olaraq elan olunan tarixdən 2 ay əvvəl yekunlaşdırmaqda olduğunu bildirmişdir. İddia mənzilin təhvil verilməsi öhdəliyinin qoyulması hissəsində əsaslıdır. İddiaçı təmirin bəzi elemetlərindən imtina etmişdir və onun dəyəri iddiaçıya ödənilmişdir. Müqaviləyə dəyişik barədə saziş nəzərə alınmaqla Bakı şəhəri, Tibilisi prospekti, 1054-cü məhəllə ünvanındakı yaşayış kompleksində, bina 5, 30 saylı mənzilin müqavilə şərtlərinə uyğun təmir edilib təhvil verilməsi öhdəliyi cavabdeh "Cavabdeh” MTK-nin üzərinə qoyulmalıdır. İddiaçı apellyasiya şikayəti verərək iddianın tam təmin edilməsi haqda qətnamə və ona qarşı qərəzli mövdədə olmaqla qanunsuz və əsassız qətnamə qəbul edən hakimin barəsində xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddələrinə; Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında"AR Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli 7 saylı qərarına istinadən qeyd edilmişdir ki, iddia ilə bağlı aparılan məhkəmə araşdırmaları zamanı müəyyən edilmiş hallara görə cavabdeh "Cavabdeh"Mənzil Tikinti Kooperativi ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli,05/241 saylı müqaviləyə əsasən axırıncı ona ödədiyi 108.360 manat pulun müqabilində Bakı şəhəri Tbilisi pr-ti 1504-cü məhəllədə inşa etdiyi yaşayış kompleksindəki 5-ci binanın 7-ci mərtəbəsində yerləşən 1 otaqlı 30 saylı ümümi sahəsi 64 kv.m olan mənzili birinci sinif tikinti materiallardan istifadə etməklə tikib və birinci sinif tikinti materiallardan istifadə etməklə tam təmir edib ona təhvil vərəcəyinə dair üzərinə öhdəlik götürmüş, müqavilədə müddət göstərilməsə də, 2018-ci ilin may ayında cavabdeh mənzil mülkiyyətçilərin xx.xx.2018-ci il tarixli rəsmi müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2018-ci il tarixli, GH-M-180205-013 saylı məktubu ilə tikilən kompleksin kifayət qədər böyük olmasından irəli gedən infrastruktur şəbəkəsinin qəlizliyi nəzərə alınmaqla yaşayış kompleksindəki mənzillərin təmir üçün mərhələli təhvili nəzərdə tutulduğunu, məxsus mənzilin də yerləşdiyi 7- ci blokdakı mənzilləri 2018-ci ilin dekabr ayında (6-cı bənd) təhvil verəcəklərini bəyan etmişlər. Hətta həmin məktubun 7-ci bəndində , 3,6 və 5,7 saylı bloklar üzrə işləri elan olunan tarixdən 2 ay əvvəl yekunlaşdıracaqlarını bəyan etmişdir. Lakin cavabdeh nə 2018-ci ilin may ayında,nə də ki 2018-ci ilin dekabr ayında mənzilinin yerləşdiyi binanın tikintisini başa çatdırmadığını görüb çox böyük narahatçılıq və əsəb gərginliyi keçirməklə mütəmadi olaraq cavabdehə etdiyi müraciətlərinin heç bir nəticəsi olmamış, nəhayət 2019-cu ilin mart-aprel aylarında binanın tikintisi başa çatdırılmış, o vaxtdan da cavabdeh müxtəlif bəhanələrlə və yalan vədlərlə aldadaraq mənzilində təmir işlərin başlanması üçün müqavilənin 2.2.3-cü bəndinin tələblərinə uyğun olaraq təmir şərtləri əks edilmiş razılaşdırılmış dizayn təqdim etməmiş,bir il ərzində çoxsaylı şikayət və tələblərindən sonra mənzilində cüzi suvaq işləri görüldükdən sonra mənzilin təmiri tamamilə dayandırılmışdır. Məhkəməyə təqdim ediimiş mübahisə edilən mənzilin içində çəkilmiş fotoşəkillərdən də göründüyü kimi cavabdeh nə hazırki iddia ilə məhkəməyə müraciət etdiyi günə,nə də ki, məhkəmə qətnaməsi elan edildiyi günə aralarında bağlanmış müqavilənin 2.1.6, 2.2.2 və 2.2.3-cü bəndlərini pozaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək 2 il ərzində 1 otaqlı 64 kv.m sahəli mənzili təmir edib ona təhvil verməmiş, baxmayaraq ki, hündürmərtəbəli binaların tikintisini həyata keçirən bir şirkət üçün 1 otaqlı, 64 kv.m ümümi sahəli mənzli tam təmir etdirib ona təhvil verilməsi üçün maksimum 2-3 ay vaxt tələb olunurdu. Məhkəmə iş üzrə müəyyən edilmiş bu halın cavabdeh tərəfindən tərəflər arasında bağlanmış müqavilənin 61-ci bəndinin pozulması kimi qiymətləndirilməsi üçün əsas olduğu halda, məhkəmə iş üzrə mühüm əhəmiyyət kəsb edən bu hallara düzgün hüquqi qiymət verilməmiş nəticədə də tamamilə qərəzli və qeyri-obyektiv bir qətnamə qəbul etmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 6.1-ci bəndinin görə bu müqavilənin şərtlərinin pozulması və ya lazımınca icra olunmaması nəticəsində tərəflər bir-birinə vurduqları zərərədəymiş ziyanın əvəzi və ziyan dəymiş tərəfin əldən çıxmış gəlirlərin əvəzi) görə mülki hüquq məsuliyyəti daşıyırlar. Bu əsasla da hesab edir ki,cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi nəticəsində ona vurduğu həm maddi,həm də mənəvi zərəri ödəməlidir. O ki,qaldı məhkəmənin qətnamədə maddi ziyan olaraq 2019-cu ilin yanvar ayından bu günədək həmin mənzli kirayə verib əldə edə biləcəyi vəsait olaraq cavabdehdən (13 ay x 1000=13000) 13000 manat tələb etməyinin əsası olan subutu təqdim edə bilməməyini göstərməsinə, həmin tələbin əsası olaraq tərəfindən məhkəməyə AR "MBA"xxxx"MMC Qiymətləndirmə Şirkətin direktoru F.N.İbrahimovun xx.xx.2020-ci il tarixli,MB 13/959 saylı məktubu təqdim edilmiş,lakin məhkəmə həmin sənədə qətnamədə nə istinad etməmiş, nə də ki, hüquqi qiymət verməmişdir. Qeyd edilmiş məktubla isə müəyyən edilmişdir ki, ona məxsus Bakı şəhəri Tbilisi pr-ti 1504-cü məhəllənin 5-ci binanın 7-ci mərtəbəsində yerləşən 1 otaqlı 30 saylı ümümi sahəsi 64 kv.m olan mənzilin orta aylıq kirayə haqqı 800-850 manat təşkil edir. Cavabdehin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi, həmin mənzili vaxtında ona təhvil verilməməsi vurulmuş maddi zərər kimi qiymətləndirilməli olduğu halda məhkəmənin bu hala diqqət yetirməməsi və ya yetirmək istəməməsi qətnamənin cavabdehin xeyrinə çıxarılmasında maraqlı olması kimi qiymətləndiriliməlidir. Cavabdehin vurduğu mənəvi zərərə gəldikdə isə məhkəməyə təqdim etdiyi rəsmi sənədlərlə müəyyən olunur ki, ağır ürək xəstəsi, 2-ci qrup əlidir, himayəsində yaşayan oğlu isə hər an baxıma ehtiyacı olan serebral iflic xəstəsi olan 1-ci qrup əlildir. Məlum məsələdir ki,mövcud vəziyyətdə hər hansı bir işlə məşğul ola bilməmiş və vacib ehtiyaclarınıı aldığı təqaüdlə və 2016-cı ilin iyun ayınadək özünə məxsus mənzili aylıq 600 manata kirayə verməklə əldə etdiyi vəsait hesabına ödəmişdir.Cavabdehlə mübahisəli mənzilə dair alqı-satqı müqaviləsini bağlamaqda məqsədi isə həmin mənzilin yerləşdiyi ərazidə mənzillərin kirayə haqqının daha yüksək olması ilə bağlı olmuşdur.Bu əsasla da cavabdeh mənzili 2018-ci ilin may ayında təhvil verəcəyini vəd etdiyindən özünə məxsus kirayə verdiyi mənzili xx.xx.2016-cı il tarixdə satıb, satışdan əldə etdiyi 25000 manatı bir dəfəyə cavabdehə ödədi, mənzilin satışından qalan vəsaiti isə 2018-ci ilin axırınadək gündəlik xərclərinə sərf edib. Lakin cavabdehin vədinə əməl etməməsi, nəticədə də çətin maddi vəziyyətə düşməyi, binanın tikintisi başa çatdıqdan sonra son 1 il 3 ay müddətində keçirdiyi güclü sarsıntılar,əsəb gərginliyi nəticəsində sağ gözünün şüşəvari cismində sıx qanaxma müşaidə olunmuş, görmə qabiliyyəti tam zəyifləmiş,nəticədə də gözündə ağır əməliyyat aparılmış və həmin əməliyyatın aparılması üçün 3500 manat ödəməyə məcbur qalmışdır. Eyni zamanda bu müddət ərzində cavabdehlə aralarında olan mübahisələr zamanı keçirdiyi güclü satsıntılar mütəmadi olaraq sinir sisteminə güclü təsirlər göstərmiş,bu səbəbdən də həm nevropotoloqda,həm onkoloqda,həm də mədə həkimində müalicə və müayinə olunmaq məcburiyyətində qalmışdır. Bu fakrlar ərizəyə əlavə edilmiş Bakı şəhəri 16 saylı şəhər Polikninikasının xx.xx.2020-ci il tarixli arayışı və digər tibbi sənədlərlə subuta yetirildiyi halda məhkəmə işin bu hallarına və təqdim edilmiş subutlara əhəmiyyət verməmişdir. Bələliklə, birinci instansiya məhkəməsində cavabdeh "Cavabdeh"Mənzil Tikinti Kooperativi ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli,05/241 saylı müqavilənin şərtlərini pozaraq 2018-ci ilin dekabr ayında birinci sinif tikinti materiallardan istifadə etməklə tikib və birinci sinif tikinti materiallardan istifadə etməklə ona məxsus mənzili tam təmir edib təhvil vərəcəyinə dair öhdəlikləri 6 il ərzində yerinə yetirməməsi nəticəsində əldən çıxmış fayda olaraq 2019-cu ilin yanvar ayından bu günədək həmin mənzli kirayə verib əldə edə biləcəyi vəsait olaraq(13 ay x 1000=13000) 13000 manat, göz əməliyyatının keçirilməsi üçün ödədiyi 3500 (üç min beş yüz) manat maddi ziyan və bu müddət ərzində keçirdiyi mənəvi istirab və güclü sarsıntılara görə 15000 manat kompensasiya,yeni cəmi 31500 manat zərər vurulmasını təstiq edən subutlar iş materiallarında kifayət qədər olmasına baxmayaraq məhkəmənin həmin subutlara əhəmiyyət və düzgün hüquqi qiymət vermədən iddianın təmin edilməməsi haqda çıxarılmış qətnamə qanunsuz və əsassız hesab edilməklə ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, mənzilin alqı-satqısı zamanı evin təmiri üçün də ödəniş etdiyini, lakin evin 2018-ci ilin dekabr ayında təhvil verilməli olduğu halda məhkəməyə müraciət etdikdən sonra təhvil verildiyini, ancaq təmirin yüksək keyfiyyətli materiallarla edilməsi söz verilsə də təmir üçün keyfiyyətsiz materiallardan istifadə edildiyini, 13000 manat təklif edilrək özü tərəfindən təmir edilməsinin bildirildiyini, təmir üçün lazımlı bütün materialların onun tərəfindən təhvil verildiyini, materialların qəbzinin olarda olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili X3 qızı 2014-cü ildə müqavilə bağlandığını, müqavilədə qeyd edilməsə də məktubda mənzilin 2018-ci ildə təhvil verilməsinin öhdəlik götürüldüyünü, lakin 2 il ərzində mənzilin təhvil verilmədiyini, qətnamənin ləğv edilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "Cavabdeh” MTK-nın nümayəndəsi vəkil X6 apellyasiya şikatəini qəbul etməyərək, 108 min manatın müqavilə bağlanan zaman verildiyini, tərəflər arasında bağlanmış müqavilədə müddətin müəyyən edilmədiyini, xx.xx.2021-ci ildə mənzilə baxış keçirilməsi ilə bağlı akta əsasən təmirin qüsursuz olduğunun müşahidə edildiyinin müəyyən edildiyini, tərəfə 8500 manat verilərək, təmir materiallarının onun tərəfindən alınmasının təklif edildiyini, məhkəmə qətnaməsi çıxarılana kimi həmin materiallarının təhvil verilmədiyini bildirmişdir. Bakı Apellyasiya Məhkəməsinin icraatı zamanı cavabdeh "Cavabdeh” MTK-nın nümayəndəsi vəkil X6 apellyasiya şikayətinə etirazı məhkəməyə təqdim etmiş və etirazda bildirilmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən də göründüyü kimi, sözügedən mənzilin tam təmiıii şəkildə iddiaçıya təhvil verilməsi tarixi qeyd edilməmişdir. Belə ki, müqavilənin 4.1-ci bəndində qeyd edilir ki, müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflər öz öhdəliklərini yerinə yetirənə qədər qüvvədədir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən tikinti və təmir işləri başa çatdıqdan sonra (Sifarişçinin “xxxx” ASC qarşısında kredit öhdəliklərinin icra vəziyyəti nəzərə alınmaqla) müqavilənin 1-ci hissəsində nəzərdə tutulmuş mənzil icraçı tərəfindən müvafiq hüquqi sənəd əsasında sifarişçiyə bankın yazılı razılığı əsasında təhvil veriləcək. İş materiallarından da göründüyü kimi İddiaçı Cavabdeh MTK ilə azad iradəsilə könüllü şəkildə müqavilə münasibətlərinə daxil olmuş və Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında Cavabdeh MTK tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 5-ci bina, 7-ci mərtəbədə yerləşən ümumi sahəsi 64 kv.m. olan 1 otaqdan ibarət 30 saylı mənzilə dair razılaşdırılmış şərtlər əsasında hər iki tərəfin təsdiqi ilə xx.xx.2014-cü il tarixli A 05/241 saylı müqavilə bağlanılmış və müqavilə həmin tarixdən qüvvəyə minmişdir. Əlavə olaraq bildiririk ki, müqavilə bağlanılmamışdan əvvəl ofisə gələn hər bir müştərinin istəyi və imkanları əsasında təklif oluna biləcək mənzillər seçilir, təqdimat zamanı müştərinin sualları cavablandırılır, müqavilənin icra sxemi və formalaşdırılacaq münasibətlər prosesində sifarişçilərin məmnuniyyət meyarları qeydə alınır, müştərilərə müqavilə şərtlərini hərtərəfli təhlil etməsi üçün şərait yaradılır, oferta-aksept prinsipləri əsasında konsensus yarandığı halda, yəni davamında müştərinin hansısa mənzilə dair müqavilə bağlamaq arzusu olduqda müvafiq sənədləşmə aparılır. Hər iki tərəfin şərtlərini müstəqil şəkildə müəyyən edib imzaladığı müqavilədə dəqiq olaraq mənzilin təhvili ilə bağlı müddət göstərilməmişdir. İddiaçı da qeyd olunan müqavilə şərtini qəbul etmişdir. xx.xx.2018-ci il tarixdə isə MTK tərəfindən mənzil mülkiyyətçilərinə məktub ünvanlanaraq bildirilmişdir ki, 5 və 7-ci bloklar 2018-ci ilin dekabr ayında təmir üçün təhvil veriləcək. Lakin bundan sonra müqavilə şərtlərində tutulmadığı halda İddiaçı MTK-ya müraciət edərək mənzilin tam təmirli şəkildə 2018-ci ilin may ayına qədər tam təmirli şəkildə ona təhvil verilməli olduğunu bildirmişdir. Müraciəti ilə əlaqədar olaraq qeyd olunan hallar ona ətraflı izah olunsa da bu dəfə də iddiaçı cavabdeh tərəfin xx.xx.2018-ci il tarixli məktubuna istinad edərək hesab etmişdir ki, mənzil tam təmirli şəkildə ona 2019-cu ilin yanvar ayından gec olmayaraq verilməlidir. Qeyd edim ki, istinad edilən məktubda 2018-ci ilin dekabr ayına mənzilin tam təmirli şəkildə təhvil verilməsi deyil, təmir üçün mənzillərin mərhələli şəkildə təhvili qeyd edilmişdir. Məhz həmin dövrdən sonra da cavabdeh tərəf mənzillərin təmirinə başlamışdır ki, bu hal da tərəflər arasında olan yazışmalarla sübut olunur. Belə ki, iş materiallarından da göründüyü kimi iddiaçı müqaviləyə 2 saylı Əlavə ilə mənzilin təmiri variantını seçmiş, təklif edilən material və avadanlıqlarla bağlı razılaşma Aktı əsasında cavabdeh tərəfindən təmirə başlanılmışdır. Daha sonra tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli Sazişlə iddiaçı tərəf tam təmirli mənzil məhsulunun bəzi elementlərindən imtina etmiş, imtina edilmiş elementlərin dəyəri hesablanaraq ona ödənilmiş və təmir işləri cavabdeh tərəfindən davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli aktdan görünür ki, iddiaçı mənzilə baxış keçirmiş və təmir işləri ilə bağlı hər hansı qüsur olmaması ilə bağlı aktı imzalamışdır. xx.xx.2020-ci il tarixdə tərtib olunmuş aktdan məlum olur ki, iddiaçı tərəfindən təmir üçün lazım olan bəzi materiallar təhvil verilmədiyi üçün mənzilin təmirini başa çatdırmaq mümkün olmamışdır. xx.xx.2020-ci il tarixdə mənzilin təmiri başa çatdırılmış və mənzil iddiaçıya təhvil verilmişdir. Lakin bugünədək iddiaçı mənzilin təhvil- təslim aktını imzalamaqdan müxtəlif bəhanələrlə yayınır. Qeyd edilən hallardan da göründüyü kimi, cavabdeh tərəf müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirmişdir və iddiaçının maddi ziyan çəkməsinə səbəb olacaq hər hansı bir hərəkətə yol verməmişdir. Apelyasiya şikayətində göstərilən icra edilmiş əməliyyatın dəyərinin tələbi ilə bağlı hesab edirəm ki, əməliyyatın iddiaçının cavabdeh tərəflə bağlı münasibətləri yarandığı vaxtdan sonra icra edilməsi, heç də cavabdehin günahı ucbatından icra edilməsi demək deyildir. Bununla bağlı miivafıq tibbi rəy mövcud deyildir. Buna görə də bütün qeyd olunanlara əsasən şikayətin dəlilini həm bu hissədə və həm də mənəvi zərərin ödənilməsi hissəsində də qəbul etmirik. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məclləsinin 21.1, 385-388, 560, 1096-1097, 1128- 1132; Mülki Prosesual Məcəlləsinin 4.1, 14.2, 76.1, 77.1, 80 - 82.1, 89.3, 106.2, 119, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə tələbə münasibətdə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Diqqətə çatdırılmalıdır ki, iddiaçının tələbinin təmin edilməyən hissələrdə qiymət verilməsi mümkünsüzlüyü müvafiq sübutların aidiyyəti və mötəbərliyi baxımından müəyyən edilməməsidir. İddiaçı öz risk dairəsinə aid (müddəti göstərilməyən) müqavilə münasibətlərinə daxil olmuş və müqavilə şərtləri mübahisələndrmədiyindən tələbdən kənar öhdəliklərin yerinə (vaxtında) yetirilməməsinə qiymət verilməsi mümkün deyildir. İzah edilməlidir ki, mənzilin təhvil verilməsi baş verməmiş və bu əsas mübahisənin həllindən irəli gələn iddiaların əsaslı sübutlara istinadən (davam edən münasibətlər müstəvisində) yeni iddiaların verilməsi istisna edilmir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci iddiaçıya aid edilməlidir. Şərh edilənlərə əsasən və Mülki Prosesual Məcəlləsinin 384, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2026/2020 mülki işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Fuad Talışinski Hakimlər Rafael Eyvazov Zaur Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar