Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8694/2021 19.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı, onun vəkili-nümayəndəsi X4, Cavabdeh, Üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın açıq hərracda satılması və əldə edilmiş vəsaitin paylara uyğun bölünməsi” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “kooperativ mənzildəki payların naturada bölgüsünü onun xeyrinə artırılması” tələbinə dair qarşılıqlı iddia tələbləri üzrə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər X5 və X9 cavabdeh İddiaçı qarşı “kompensasiya ödənilməsi” tələbinə dair iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25.02.2020-ci il tarixli, 2(005)-19/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh və müstəqil tələb irəli sürən M.Məmmədova tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı “paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, mənzilinin girişdən sağ tərəfdə yerləşən böyük otağını və həmin hissəyə bitişk 4,0 kv.m. qeyri yaşayış sahəsini ona, digər 2 otağı isə cavabdehə verməklə, habelə 2 saylı qarajın məhkəmə tərəfindən müəyyən ediləcək qaydada paylarına mütənasib olaraq naturada cavabdehlə aralarında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2008-ci ildə X5 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, həmin nikahdan 2 azyaşlı uşağı vardır. 2009-cu ilin aprel ayında "Yeni İnşaat” MTK-dan Bakı şəhəri Nərimanov rayonu ərazisində, Qarabağ küçəsi, 8 №-li binanın 157 saylı mənzilini İ25.000 ABŞ dollara almışlar. Mənzilin alınması ilə əlaqədar bütün danışıqları özü apararaq pulunu da özü ödəmiş, lakin həmin vaxt mənzili həyat yoldaşının adına rəsmiləşdirmişdir. 2010-cu ildə 21000 manata həmin kooperativdən 2 saylı qarajı alaraq arvadının adına rəsmiləşdirmişlər. Lakin sonradan aralarında yaranan münaqişələr nəticəsində nikaha xitam verilmişdir. Cavabdeh ona mənzildə yaşamağa maneçilik yaratdığı səbəbindən məhkəməyə müraciət etmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 aprel 2014-cü il tarixli qətnaməsi ilə mənzilə və qaraja 1/2 hissəsinə payı müəyyən edilmişdir. Lakin buna baxmayaraq, cavabdeh yenə də mənzil və qarajdan istifadə etməyə imkan vermir. İddiaçı iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə müraciət edərək bildirmişdir ki, məhkəmə baxışı zamanı keçirilmiş tikinti-texniki ekspertizasının rəyinə görə mübahisəli mənzil və qarajın naturada bölünməsi mümkün deyil. Bu səbəbdən də, öz payını cavabdeh tərəfindən alınmasını təklif etmiş, bu baş vermədiyi halda isə mənzilin ilkin satış qiyməti 240000 manat, qarajın isə 26000 manat olmaqla açıq hərracda satılaraq əldə edilmiş vəsaitin hər birinə ½ hissədə bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh X5 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiasını onunla əsaslandırmışdır ki, sözügedən mənzilin dəyərini öz vəsaiti hesabına tam ödəyərək əldə etmiş, mənzilin mülkiyyətisi kimi adına 032499 nömrəli order verilmişdir. Həmçinin binanın 2 saylı qarajının dəyərini də öz vəsaiti hesabına ödəyərək əldə etmişdir. Mənzildə təmir işlərini öz hesabına aparmış, mənzil üçün bələdiyyəyə və MTK-ya aylıq ödənişləri özü həyata keçirir, həmçinin birgə nikahdan anadan olan iki övladı onun yanında qalır. Qeyd olunanları nəzərə alaraq övladlarının məktəbdə yay tətili başlayana qədər işin təxirə salınması və kooperativ mənzildəki payların naturada bölgüsünü onun xeyrinə artırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı X5 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən 157 saylı mənzilin və 2 saylı qarajın ½ hissə payını anası Cavabdeh Ağasəfər qızının adına rəsmiləşdirilərək Daşınmaz əmlakın dövlət reyestri xidmətindən müvafiq çıxarış alınmışdır. Qeyd olunanları nəzərə alaraq özünün mülki işdə cavabdeh kimi çıxış etməsinin xitam olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə İddiaçı iddiasına dair mülki iş üzrə cavabdeh X5 iş üzrə əsl Cavabdeh ilə əvəz edilmişdir. X5 və X14 mübahisə predmetinə müstəqil tələb irəli sürən üçüncü şəxs qismində İddiaçı və Cavabdeh qarşı iddia təqdim edərək bildirmişlər ki, 2013-cü ilin yanvar ayından o, övladları X6, X7 və atası X14 daimi qeydiyyatda olmaqla mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən 157 saylı mənzildə qeydiyyatda olmaqla yaşayırlar. Mənzil hərracda satılsa, onlar mənzildən istifadə etmək hüququndan məhrum edilmiş olurlar. Qeyd olunanları nəzərə alaraq sözügedən mənzil hərraca çıxarıldığı halda onlara qanunvericiliklə nəzərdə tutulmuş kompensasiyanın verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25.02.2020-ci il tarixli, 2(005)-19/2020 nömrəli qətnaməsi ilə ilk iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən "Yeni İnşaat” kooperativinin 157 mənzilinin ilkin qiyməti 240000 manat, evin həyətinin altında yerləşən 2 saylı qarajın ilkin qiyməti 26000 manat olmaqla açıq hərracda satılması və əldə olunan vəsait hər birinə ½ hissə olmaqla İddiaçı Ömürxan oğlu ilə Cavabdeh arasında bölünməsi, Cavabdeh ünvan 1 ünvanında yerləşən "Yeni İnşaat” kooperativinin 157 mənzilinin və evin həyətinin altında yerləşən 2 saylı qarajına dair payların naturada bölgüsü zamanı payın onun xeyrinə artırılmasına dair qarşılıqlı iddiası rədd edilməsi, X1 və X9 İddiaçı Ömürxan oğluna qarşı ünvan 1 ünvanında yerləşən 157 saylı mənzildə qeydiyyatda olmalarına görə mənzil hərraca çıxarıldığı halda onlara qanunvericiliklə nəzərdə tutulmuş kompensasiyanın verilməsinə dair iddiaları rədd edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan ilkin iddia üzrə cavabdeh apellyasiya şikayəti verərək, Nərimanov Rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli 2(005)-19/2020 saylı qətnaməsinin maddi və prosessual hüquq normalarının kolbud şəkildə pozulması ilə qəbul olunduğu üçün, müvafiq olaraq qətnamədə AR MM-nin 218-ci, 220-ci və AR MPM-nin 54-cü, 179-cu, 185-ci, 188ci, 238-253-cü maddələrinin müddəalarına əməl odunmadığı onu ləğv edərək, yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Qeyd olunan qətnamədən narazı qalan müstəqil tələb irəli sürən X5 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və mülki işin birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilk cavabdeh olan iddiaçının keçmiş həyat yoldaşı X8 əsl cavabdehlə əvəz olunduqdan sonra o, iddiaçıya qarşı qarşılıqlı-iddia tələbi irəli sürmək hüququnu itirdiyi üçün, iddia tələbini dəyişdirərək, AR MPM-nin 55-ci maddəsinə əsasən müstəqil tələb irəli sürən üçüncü şəxs kimi məhkəməyə ərizə verərək işə daxil olmuş, özünə və iki az yaşlı uşaqlarına kompensasiya öcənilməsi tələbini irəli sürmüşdür. Göründüyü kimi hər iki iddia ərizəsi ilk cavabdeh X2 aid olduğu halda hakim Kəmalə Əmirxanova öz Qətnaməsində qarşılıqlı-iddia ərizəsinin onun tərəfindən verildiyini göstərmişdir ki, bu da qeyri-obyektivdir və yol verilməzdir. O, nə qarşılıqlı-iddia ərizəsi vermiş və nə də ona dair dövlət rüsumu ödəmişdir. Mülki- Prosessual Məcəlləsində öz əksini tapan yuxanda qeyd etdiyi qanunun bu tələbləri hakim tərəfindən bilərəkdən təmin olunmamışdır və nəticədə onun həm maddi və həm də mülki prosessual hüquqları pozulmuşdur. Qeyd olunanlardan belə nəticə alınır ki, hakim onun öz cavabdeh statusundan istifadə etməyə imkan verməmiş və sonunda məhkəmə iclasına üzürlü səbəbdən gəlməməsindən istifadə edərək, qanunsuz olaraq tez-bazar öz qətnaməsini qəbul etmişdir. Əmlakın açıq hərrasdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl ediməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakı açıq hərrasdan satılmasını tələb edə bilməz. Buradan aydın görünür ki, hakim yuxarıda qeyd etdiyi qanunun tələblərinə əməl etməyərək onun həm maddi və həm də mülki-prosesual hüquqları tamamilə pozulmuşdur. Hakim tərəfindən qanun pozuntusunun sonu, bilərəkdən onun iştirakını təmin etmədən məhkəmə iclasını keçirərək yekun məhkəmə qərarını, yəni qeyri-obyektiv qətnamə qəbul etməsinə gətirib çıxarmışdır. Müstəqil tələb irəli sürən üçüncü şəxs M.Məmmədova apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasları üçüncü şəxslərin və cavabdehin iştirakı olmadan keçirilmiş və yanlışlıqlarla dolu qeyri-obyektiv və qeyri-qanuni qətnamə qəbul edilmişdir. Maddi və prosessual hüquq normalarının pozulması şəraitində qəbul edilmiş qətnamə qanuni sayıla bilməz. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X5 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun vəkili-nümayəndəsi X10 apellyasiya şikayətlərinə etiraz edərək, rədd edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyatorlar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28.04.2014-cü il tarixli, 2(005)- 393/2014 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən "xxxx" kooperativinin 157 mənzilinin və 2 saylı qarajının ½ hissəsinə İddiaçı, ½ hissəsinə isə X1 payları müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq çıxarışlarının surətlərindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən "Yeni İnşaat” kooperativinin 157 mənzilinin və qarajın ½ hissəsi İddiaçı, ½ hissəsi isə Cavabdeh xüsusi mülkiyyətindədir. Birinci instansiya məhkəməsinə təqdim edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 21.05.2018-ci il tarixli, 6508 nömrəli rəyi ilə mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən "Yeni İnşaat” kooperativinin 157 mənzilinin və evin həyətinin altında yerləşən 2 saylı qarajın mülkiyyətçilərin paylarına uyğun naturada təcrid mənzillər şəklində bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Birinci instansiya məhkəməsinə təqdim edilmiş, "xxxx" MMC tərəfindən keçirilmiş 01.05.20l9cu il tarixli, LP-068/19 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyi ilə müəyyən olunur ki, sözügedən mübahisəli mənzil 240000 manat, 2 saylı qaraj isə 26000 manat dəyərində qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, məhkəmə belə qənaətə gəlir ki, mübahisəli daşınmaz əmlakların naturada bölünməsi texniki cəhətdən mümkün olmadığından və sonuncuların həmin payların alınmasına dair hər hansı iradə ifadəsi mövcud olmadığından, ünvan 1 ünvanında yerləşən "Yeni İnşaat” kooperativinin 157 mənzilinin ilkin satış qiyməti 240000 manat, evin həyətinin altında yerləşən 2 saylı qarajın ilkin satış qiyməti 26000 manat olmaqla açıq hərracda satılaraq, əmlakların satışından əldə olunan vəsait ½ hissədə İddiaçı və Cavabdeh arasında bölünməlidir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Konstitusiyası mülkiyyət hüququnu təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını müəyyən etmişdir. Lakin xüsusi nəzərə alınmalıdır ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafıəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Avropa Məhkəməsinin presedent hüququna əsasən, mülkiyyətə edilən istənilən müdaxilə qanuni olmalıdır. Mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Broniovski Polşaya qarşı iş üzrə qərarında göstərilmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfındən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfındən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfındən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz." Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfındən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin məcəllənin 200.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıqaşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221 -ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında göstərilmişdir ki, "əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: Mülki Məcəllənin 220.6 və 221 -ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür”. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və birinci instansiya məhkəməsinin mövqeyinə uyğun olaraq qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28.04.20l4-cü il tarixli, 2(005)-393/20l4 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən "Yeni İnşaat” kooperativinin 157 saylı mənzilinin və 2 saylı qarajının 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə isə X1 payları müəyyən edilmişdir. Təqdim edilmiş eksper rəyi ilə mübahisəli mənzilin və 2 saylı qarajın mülkiyyətçilərin paylarına uyğun naturada bölünməsi texniki cəhətdən mümkün deyil. Mübahisəli mənzil və qaraj X2 məxsus olan ½ pay Cavabdeh adına rəsmiləşmişərək mənzilə dair 25.07.2019-cu il tarixdə, qaraja dair isə 21.08.2019-cu il tarixdə Daşınmaz əmlakın dövlət reyestri xidmətində müvafiq qeydiyyat aparılmışdır. Bundan sonra, İddiaçı mənzilə olan payını 120.000 manat, qaraja olan payı isə 10000 manata alınmasını Cavabdeh təklif etmiş, lakin sonuncu həmin payların alınmasına yönəldilmiş hər hansı bir iradə ifadəsi nümayiş etdirməmişdir. Belə olan halda ünvan 1 ünvanında yerləşən "xxxx" kooperativinin 157 mənzilinin ilkin qiyməti "xxxx" MMC tərəfindən verilmiş ekspert rəyinə uyğun olaraq 240000 manat, evin həyətinin altında yerləşən 2 saylı qarajın ilkin qiyməti 26000 manat olmaqla açıq hərracda satılaraq əldə olunan vəsait hər birinə ½ hissə paylarına uyğun olaraq İddiaçıla Cavabdeh arasında bölünməlidir. Kollegiya apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması aparılan zamanda qanunvericiliyin tələbləri nəzərə alınmış Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü müddələrinin təlblərinə əməl edilmişdir. Belə ki, ilk iddia üzrə İddiaçı vəsatətindən (təklif) görünür ki, o, sözügedən mənzil və qarajın ona düşən ½ hissəsinin qarşı tərəfdən alınmasını 22.05.2019-cu il və 01.09.2019-cu il tarixlərdə X2 təklif etmişdir. Həmçinin, Mərziyyə Məmmədovanın həmin əmlaka olan ½ pay hüququ Cavabdeh kecdikdən sonra İddiaçı mənzilə olan payını 120.000 manat, qaraja olan payı isə 10000 manata alınmasını Cavabdeh təklif etmişdir. Bundan başqa kollegiya apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən apellyatorun ünvanına məhkəmə iclasının vaxtı və yeri barərə məhkəmə bildirişləri göndərilmişdir. Apellyatorlar məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlı olmuş və öz prosessual hüquqlarından istifadə etmişdir. Beləliklə, birinci instansiya məhkəməsi haqlı olaraq işə onun iştirakı olmadan Azərbaycan Respublikası Mülki- Prosessual Məcəllə 185-ci maddəsinə uyğun olaraq baxmışdır. Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, apellyatorların dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25.02.2020-ci il tarixli, 2(005)-19/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-8694/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8694/2021
19.10.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver